Məhkəmə qərarları › İş №2(012)-1446/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1446/2021

06.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1446/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi əmlakda payın müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı ümumi əmlakda payın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən, 0,14 ha sahəsi olan 1621 saylı bağ sahəsi və orada yerləşən 169,1 kv.m. sahəsi olan bağ evinin 4/5 hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı və Cavabdeh arasında 02 dekabr 1997-ci ildə Gəncə Şəhəri Nizami Rayon Vətəndaşlıq Vəziyyəti X1 nikah qeydə alınmışdır. Birgə nikahlarından 3 uşaq - 08 oktyabr 1998-ci il təvəllüdlü X5, 14 mart 2006-cı il təvəllüdlü X6, 23 aprel 2008-ci il təvəllüdlü X7 anadan olmuşdur. X5 2016-cı ildən hal-hazıradək İstanbulda, Sabancı Universitetində ali təhsil alır. X6 və X7 isə orta məktəb şagirdləridir. Cavabdeh ailə münasibətlərinə biganə yanaşır. Eyni zamanda uzun müddətdir əmək fəaliyyəti ilə məşğul olmadığından maddi ehtiyaclarının ödənilməsinə də kömək etmir. Bu səbəbdən ikisi yetkinlik yaşına çatmayan olmaqla, birgə nikahlarından olan üç uşağın saxlanılması, onların tələbatlarının ödənilməsi tamamilə iddiaçının öhdəliyindədir. Maddi ehtiyaclarının təmin olunması ilə bağlı yaşadıqları sıxıntılar birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsünü zəruri etmişdir. Belə ki, mövcud vəziyyətdə sözügedən əmlakdan istifadə edib faydalana bilmirlər. Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən, 0,14 ha sahəsi olan 1621 saylı bağ sahəsi və orada yerləşən 169,1 kv.m sahəsi olan bağ evi birgə nikah dövründə əldə olunan əmlak olduğundan cavabdeh ilə ümumi mülkiyyətləri hesab olunur. Onun və uşaqların maddi ehtiyaclarının ödənilməsi üçün yeganə vasitə kimi sözügedən əmlakın naturada bölünməsi çıxış edə bilər. iddiaçı həmin əmlakın qarşılıqlı razılıq əsasında naturada bölünməsi üçün cavabdehə yazılı müraciət etmişdi. Cavabdeh 1 aydan çox müddət keçsə də, heç bir münasibət bildirməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi izahatlarını dinləyib və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: -ASAN-Gəncə tərəfindən 14.08.2015-ci il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Yasamal RP tərəfindən 03.12.2010-cu il tarixdə verilmiş AZE № 08617839 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. -Şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 08 oktyabr 1998-ci il təvəllüdlü X5, 14 mart 2006-cı il təvəllüdlü X6, 23 aprel 2008-ci il təvəllüdlü X7 doğulmuşdur. -Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən 02.12.1997-ci ildə verilmiş V- ЖГ № 305969 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 02.12.1997-ci il tarixdə rəsmi nikah bağlanmış, X2 Əliyeva soyadı verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən Bağ evi və sahəsi 0.14 ha torpaq sahəsi dövlət reyestrində 2 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində 08.04.2010-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. - Cavabdeh ünvanlanmış 09.12.2020-ci il tarixli məktubun surətindən görünür ki, ona 1 ay ərzində qeyri-yaşayış sahəsinin 4/5 hissəsinin onun payının müəyyən olunması barədə aralarında razılaşma əldə olunmasını təklif etmişdir. Əks təqdirdə əmlakın naturada bölgüsünə dair iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. -İstanbul Sabançı Universitetinin 31.05.2017-ci il və 02.10.2017-ci il tarixli öğrenci belgesindən görünür ki, 07.10.1998-ci il təvəllüdlü Hüseyn Əliyev həmin Universitetin 03.08.2015-ci ildən Sanat və Sosial Bilimler Fakültəsi öğrencisidir. İşin araşdırılan hallarından müəyyən oldu ki, İddiaçı və Cavabdeh arasında 02 dekabr 1997-ci ildə Gəncə Şəhəri Nizami Rayon Vətəndaşlıq Vəziyyəti X1 nikah qeydə alınmışdır. Birgə nikahlarından 3 uşaq - 08 oktyabr 1998-ci il təvəllüdlü X5, 14 mart 2006cı il təvəllüdlü X6, 23 aprel 2008-ci il təvəllüdlü X7 anadan olmuşdur. X6 və X7 isə orta məktəb şagirdləridir. Maddi ehtiyaclarının təmin olunması ilə bağlı yaşadıqları sıxıntılar birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsünü zəruri etmişdir. Ona görə də iddiaçı Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən, 0,14 ha sahəsi olan 1621 saylı bağ sahəsi və orada yerləşən 169,1 kv.m sahəsi olan bağ evi birgə nikah dövründə əldə olunduğundan sözügedən əmlakın naturada bölünməsi zərurəti yaranmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edirr ki, işin araşdırılan hallarından və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 02.12.1997-ci il tarixdə rəsmi nikah bağlanmış və nikah münasibətləri davam edir. Birgə nikahdan üç uşağı olmuşdur. Uşaqlardan biri yetkinlik yaşına çatmış digər ikisi isə orta məktəb şagirdləridir. MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən Bağ evi və sahəsi 0.14 ha torpaq sahəsi dövlət reyestrində 2 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində 08.04.2010-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və həmin əmlak tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Tərəflərin nikah münasibətləri davam edir. Hazırda isə iddiaçı uşaqların mənafeyi nəzərə alınmaqla birgə nikah dövründə əldə edilmiş əmlakın 4/5 hissəsinin onun payının müəyyən edilməsini xahiş edir. İddiaçı hazırkı əmlakın bölünməsi tələbində haqlıdır və qanunvericiliyin tələblərinə uyğundur. Lakin əmlakın uşaqların mənafeyləri nəzərə alınmaqla 4/5 pay nisbətində bölünməsi qanunun tələblərinə uyğun deyildir. Belə ki, tərəflərin uşaqları X5 yetkinlik yaşına çatmış tam fəaliyyət qabliyyətli şəxsdir. Ona görə də məhkəmə digər uşaqların, yetkinlik yaşına çatmayan X6 və X3 mənafeyi baxımından iddia tələbini əsaslı hesab edir və tərəflər arasında payların bölünməsində uşaqların mənafeyini nəzərə alaraq İddiaçı əmlaka dair payının ¾ hissədə müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Beləliklə Məhkəmə, tədqiq edilmiş sübutları məcmu halında qiymət verib, qanununvericiliyin qeyd edilən tələblərini rəhbər tutub hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən, 0,14 ha sahəsi olan 1621 saylı bağ sahəsi və orada yerləşən 169,1 kv.m. sahəsi olan bağ evi tərəflərin ümumi birgə mülkiyyəti olduğundan əmlak üzərində İddiaçı ¾ və və Cavabdeh ¼ hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumu iddia ərizəsində tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən, 0,14 ha sahəsi olan 1621 saylı bağ sahəsi və orada yerləşən 169,1 kv.m. sahəsi olan bağ evinə İddiaçı ¾ və və Cavabdeh ¼ hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnаmədən, qətnаmə işdə iştirаk еdən şəхslərə rəsmi qаydаdа vеrildiyi gündən 1 (bir) аy müddətində Abşeron Rаyоn Məhkəməsi vаsitəsi ilə Sumqayıt Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnаmədən şikаyət vеrilməmişdirsə, qəbul еdildiyi gündən 1 (bir) аy kеçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar