Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-148/2021 22.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın paylara uyğun bölünməsi və payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın paylara uyğun bölünməsi və payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1ində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 03.12.2015-ci il tarixli **********05 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.0205 ha torpaq sahəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 13.02.2016-cı il tarixli **********87 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən isə 0.004 ha torpaq sahəsinin paylara uyğun bölünməsi və payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onların atası X1 20.04.2014-cü il tarixdə vəfat etmiş, onun ölümündən sonra ünvan 1i ünvanında yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş 03.12.2015-ci il tarixli **********05 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.0205 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş 13.02.2016-cı il tarixli **********87 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən isə 0.004 ha torpaq sahəsi miras əmlak kimi vərəsələrinə qalmışdır. 19.11.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atasının ölümündən sonra onun vərəsələri olaraq o və digər iddiaçılar İddiaçı1, İddiaçı3 və atasının arvadı Cavabdeh olmuşdur. Cavabdeh onların mərhum atalarının ikinci arvadı olmuşdur. Atasının ölümündən sonra atasından miras əmlak olaraq qalmış mülkiyyətdə olan yuxarıda qeyd edilən torpaq sahələri qanun üzrə vərəsəlik qaydasında onun və digər iddiaçıların, həmçinin, cavabdehin mülkiyyətinə keçmişdir. Hal-hazırda da qeyd olunan torpaq sahələri onların paylı mülkiyyətindədir və torpaq sahələrindən istifadə ilə bağlı onlar aralarında mübahisələr mövcuddur. Belə ki, cavabdeh bütün torpaq sahələrindən özü istifadə edir və onları torpaq sahəsinə belə yaxın buraxmır. Ona görə də o və digər iddiaçılar torpaq sahəsindən öz paylarının ayrılmasını istəyir. Belə ki, miras əmlak olaraq qalmış torpaq sahəsindən istifadə ilə bağlı mübahisə olduğundan və həmin əmlakın naturada bölgüsü zərurət təşkil etdiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş 18.06.2021-ci il tarixli 10/860 saylı rəyi ilə o, razı deyildir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş 02.12.2015-ci il tarixli A № 034705 saylı torpaq sahəsinin plan və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1ində yerləşən 0.0205 ha torpaq sahəsinə dair həmin sənədin tərtib olunmasına əsas 078 nömrəli 26.11.2015-ci il tarixli 4ə-1908 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 03.12.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1ində yerləşən 0.0205 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında Cavabdeh, İddiaçı1, İddiaçı3 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 822 saylı reyestr kitabının 94 saylı vərəqində **********05 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş 12.02.2016-cı il tarixli № 042321 saylı torpaq sahəsinin plan və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1ində yerləşən 0.004 ha torpaq sahəsinə dair həmin sənədin tərtib olunmasına əsas 078 nömrəli 10.02.2016-cı il tarixli 4ə-178 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 13.02.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1ində yerləşən 0.004 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında Cavabdeh, İddiaçı1, İddiaçı3 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 839 saylı reyestr kitabının 16 saylı vərəqində **********87 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.06.2021-ci il tarixli 10/860 saylı rəyindən müəyyən olunur ki, RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı çıxarışa əsasən tərəflərin ümumi birgə mülkiyyətlərinə verilmiş 0.0205 ha və 0.004 ha torpaq sahələri üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən yol ilə əhatə olunduğuna, torpaq sahələrinin üzərində tikililər inşa olunduğuna, eləcə də həmin torpaq sahələrinin texniki cəhətdən mülkiyyətçilər arasında dörd bərabər hissəyə bölünəcəyi təqdirdə həmin torpaq sahələrinin məqsədli təyinatı üzrə istifadə üçün yararsız hala düşəcəyinə görə, ünvan 2i ünvanında yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 03.12.2015-ci il tarixli **********05 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.0205 ha torpaq sahəsinin və ünvan 2i ünvanında yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 13.02.2016-cı il tarixli **********87 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.004 ha torpaq sahəsinin mülkiyyətçilər arasında naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə adlanacaq) 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin aşağıda göstərilən maddələrinə əsasən; 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, paylı mülkiyyət hüququ əsasında mənsub olan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 03.12.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 1ində yerləşən 0.0205 ha torpaq sahəsi, 13.02.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən isə ünvan 1ində yerləşən 0.004 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında Cavabdeh, İddiaçı1, İddiaçı3 və İddiaçı2 adına dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahələrindən istifadə ilə bağlı tərəflər arasında mübahisə olduğundan iddiaçılar torpaq sahələrinin paylara uyğun naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki Prosessual Məcəllənin; 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən kspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.06.2021-ci il tarixli 10/860 saylı rəyinə əsasən, RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı çıxarışa əsasən tərəflərin ümumi birgə mülkiyyətlərinə verilmiş 0.0205 ha və 0.004 ha torpaq sahələri üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən yol ilə əhatə olunduğuna, torpaq sahələrinin üzərində tikililər inşa olunduğuna, eləcə də həmin torpaq sahələrinin texniki cəhətdən mülkiyyətçilər arasında dörd bərabər hissəyə bölünəcəyi təqdirdə həmin torpaq sahələrinin məqsədli təyinatı üzrə istifadə üçün yararsız hala düşəcəyinə görə həmin torpaq sahələrinin mülkiyyətçilər arasında naturada ayrılması texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88 maddəsinə əsasən ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirib sübut kimi nəzərə alaraq hesab edir ki, RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı çıxarışlara əsasən tərəflərin ümumi birgə mülkiyyətlərinə verilmiş 0.0205 ha və 0.004 ha torpaq sahələrinin paylara uyğun bölünməsi mümkün olmadığından iddia tələbi təmin edilə bilməz və iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin; 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 107 –ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat iddiaçıların özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın paylara uyğun bölünməsi və payın naturada ayrılması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-148/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-148/2021
22.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver