Məhkəmə qərarları › İş №2(012)-1536/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1536/2025

30.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1536/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı (üçüncü şəxs Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 22 saylı Mənzil Kommunal İstismar Sahəsi) maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC və Cavabdeh2 qarşı (üçüncü şəxslər Cavabdeh2 və Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 22 saylı Mənzil Kommunal İstismar Sahəsi) maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, X55, Qanlı Göl, M-201 saylı ünvanında yerləşmiş ona məxsus 64 kv.m yaşayış sahəsinin və mərhum atası X12 miras qalaraq ona çatacaq 42 kv.m yaşayış sahəsinin qanunsuz söküntüsü nəticəsində həmin əmlakın əvəzində ona cavabdeh "xxxx" ASC-nin ərazidə inşa etdiyi yaşayış kompleksində hər 100 kv.m.-ə 20 kv.m.əlavə olunmaqla, cəmi 127 kv.m. mənzilin verilməsi və həmin ünvanda mərhum atası ilə fəaliyyət göstərdiyi ferma tikililərindən (tövlələr, toyuq hini, qaraj, ot anbarı) vərəsə olaraq ona çatmalı olan 168,259 kv.m qeyri-yaşayış sahəsinə uyğun 26880 manat kompensasiyanın verilməsi barədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə onunla müqavilə bağlamaq öhdəliyinin qoyulması, qanunsuz söküntü nəticəsində əşyalarımın məhv edilməsi ilə əlaqədar ona vurulmuş maddi ziyana görə 10000 manat, xx.xx.2024-cü ildən onu yaşayış yerindən məhrum edib küçəyə atdıqları üçün evi qanunsuz söküldüyü vaxtdan ev verilənə qədər hər ay kirayə pulu kimi 450 manatın, mənəvi ziyana görə 2000 manat, dağıntı vaxtı servantından oğurlanmış 1032 manat məbləğin, cavabdeh "xxxx" ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atasının və onun Bakı şəhəri, Yasamal rayonu, X26 yolunun kənarında Qanlı göl ərazisindəki sənədsiz yaşayış və qeyri yaşayış sahəsi olmuşdur. Mərhum atası X34 2003-cü ildə ünvan 2 ünvanda yaşayırdı. Onlar orada da ferma təsərrüfatı qurararaq, mal-qara saxlamışlar. 2015-ci ildə o, öz şəxsi vəsaiti hesabına atasına məxsus həyətdə 3 otaqlı 64 kv.m sahəsi olan fərdi yaşayış evi tikərək yaşamağa başlamışdır. Tikdiyi evə kommunal şəbəkəni atasının evindən götürərək istifadə etmişdir. Bu evdən əlavə, həmin torpaq sahəsində ümumi sahəsi 67 kv.m.təşkil edən ot anbarını da atası tikdirib, o, istifadə etmişdir, iribuynuzlu mal-qara saxlamışdır. "xxxx" ASC-nin əməkdaşları hələ xx.xx.2023-cü ildə qanunsuz olaraq həyətinə soxulmuş, ot anbarının bir divarını yarıya qədər sökmüşdülər. Həmin qanunsuzluqlar barədə o, ölkə başçısına, hüquq mühafizə orqanlarına müraciət etmişdir. xx.xx.2022-ci ildə atası vəfat etmişdir. Ölümdən sonra da o, orada özü yaşamışdır. Orada olan ferma təsərrüfatını özü idarə etmişdir. Onun orada yaşamağının canlı şahidləri vardır. Məhkəmədə onların da ifadələrinin alınmasını xahiş edir. 2019-cu ildə hələ atasının sağlığında cavabdeh şirkətin nümayəndələri və 22 saylı MKİS-nin əməkdaşının iştirakı ilə Bakı şəhəri Yasamal rayonu, X26 Yolunun Kənar hissəsində yerləşən 27 ha torpaq sahəsində yerləşən yaşayış evlərinin ölçülməsi ilə bağlı vətəndaş Əliyev Rüstəmə məxsus M-201 saylı ünvanda ölçü işləri aparılmış və bu barədə 239 nömrəli akt tərtib edilmiş, həmin aktı mərhum atası Əliyev Rüstəm, Şirkətin əməkdaşları və MKİS-nin mühəndəsi imza etmişlər. Akta həmin yaşayış sahəsinin görüntülərini əks etdirən şəkillər də əlavə edilmişdir. Belə ki, mərhum atası Rüstəm Əliyevin, nümayəndələr X36 oglu və X17 oglu və 22 saylı MKİS-nin mühəndisi X4 iştirakları ilə 2019-cu ildə tərtib olunmuş akta əsasən, Bakı şəhəri Yasamal rayonu X26 yolunun kənar hissəsində yerləşən 27 ha torpaq sahəsində yerləşən M-201 saylı mənzildə aparılmış ölçülərə görə ölçüsü götürülmüş hissələrinin cəmi 374,95 kv.m.(18 ədəd otaqlar, ümumi sahə 274 kv.m., qeyri-yaşayış sahələri 168 kv.m) təşkil etmişdir. Hətta həmin aktda cavabdeh şirkətin aktı tərtib edən əməkdaşının əlyazması ilə: ’’X7 İddiaçı ilə yaşayır, “3 otaq onun öz adınadır” sözlərini qeyd etmişdir. O, həmin aktın surətini atası dünyasını dəyişəndən sonra "xxxx" ASC-nin direktor müavini Fikrət Məmmədovdan almışdır. xx.xx.2022-ci ildə atasının vəfatından sonra onun yasına başının qarışıq olduğu bir vaxtda böyük qardaşı Cavabdeh2 fürsətdən istifadə edərək vaxtı itirmədən atasına və ona məxsus evləri ələ keçirmək məqsədilə, 18 avqust 2022-ci ildə 3 saylı ASAN xidmət mərkəzindən 433 saylı “Ölüm haqqında şəhadətnamə”ni alan kimi həmin gün 2 nəfərdən ibarət əvvəlcədən razılaşdırmış yalançı şahidlərindən notariat qaydada təsdiq etdirilmiş ərizələrini almışdır. Həmin ərizələrdə yalandan “Guya ki, Cavabdeh2 X34 ilə ölənə qədər onunla birlikdə Bakı şəhəri,Yasamal rayonu, Qanlı gölün Qərb sahili,ev 166 (201) ünvanında qeydiyyatsız yaşadığı qeyd olunmuşdur. ünvan 4əisi M.Salmanov xx.xx.2024-cü ildə vəzifəsindən sui-istifadə etmiş, Cavabdeh2 56 nömrəli saxta arayış verərək bildirmişdir ki, guya ki, Cavabdeh2 Yasamal rayonu Qanlı Göl ərazisində atası X34 ilə birlikdə ölənə qədər qeydiyyatsız yaşamışdır. Halbuki, həmin ünvanda atası dünyasını dəyişəndən sonra o və həyətdə olan kiyayəşinlərdən başqa heç kim yaşamamışdır. Belə ki, Yasamal rayonu X26 yolunun kənar hissəsində yerləşən 27 ha torpaq sahəsində yerləşən M-201 saylı sənədsiz fərdi yaşayış evində Cavabdeh2 nə atasının sağlığında, nə də dünyasını dəyişəndən sonra heç vaxt yaşamamışdır. Daha sonra həmin qardaşı atasının adına olan kommunal sənədləri saxtakarlıq edərək onun və atasının digər vərəsələrinin icazəsi olmadan öz adına dəyişdirmişdir. Belə ki, xx.xx.2022-ci ildə atasının ölümündən 2 həftə sonra Cavabdeh2 vaxtı itirmədən, adı çəkilən mənzildə kommunal hesab olunan qaz, işıq sayğaclarını, su sayğacını isə xx.xx.2022-ci ildə öz adına keçirmişdir. Məqsədi də gələcəkdə ərazi söküləcəyi təqdirdə külli miqdarda pul və ev vəsaitini mənimsəmək olmuşdur. Kommunal xidmət müqavilələrin 2022-ci ilə kimi atasının adına olması işin mübahisə olunmaz halıdır. Bu barədə aidiyyəti qurumlardan vəkil sorğuları ilə rəsmi məlumatlar alınmışdır. Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sənəd təqdim etmiş, özünü M-201 saylı evin tək mülkiyyətçisi kimi təqdim etmişdir. Bunun müqabilində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktor müavini X37 Əliyevlə əlbir olub 17 may 2024-cü il tarixdə 185/2024 saylı razılaşma yolu ilə saxta müqaviləsi imzalanmışdır. Tərəflərin razılığına əsasən M-201 saylı evin tikililərinin əvəzində Cavabdeh2 63,99 kv.m.ölçüdə 2 otaqlı mənzil və 60000 manat pul verilmişdir. "xxxx" ASC müqavilənin tərtibi üçün əsas sənəd kimi aktı qəbul etmiş olsa da, həmin aktda M-201 saylı evin sahibinin tək Rüstəm Əliyevin qeyd edilməsi faktından yan keçmiş, Cavabdeh2 həmin evin tək mülkiyyətçisi kimi qiymətləndirilmişdir. Halbuki, həmin vaxta qədər ASC-nin nümayəndələri hazırkı mübahisəli torpaq sahəsində olmuş, şəxsən onunla danışıqları olmuşdur. Halbuki, bir müddət əvvəl cavabdeh şirkət onunla danışıqlar aparmışdır. 15 mart 2024-cü il tarixdə cavabdeh tikinti şirkətinin əməkdaşları İzzət, Tuqay və Yusif adlı işçiləri atasına məxsus evin və onun 2015-ci ildə öz vəsaiti hesabına tikdirdiyi yaşadığı evin şirkət tərəfindən almaq istədiklərini, bunun üçün mərhumun 5 nəfər övladları olaraq razılaşma əldə etməyin vacibliyi bildirilmiş və bütün vərəsələrin alqı-satqı müqaviləsi bağlanılması üçün şirkətə dəvət olunacağı bildirilmişdir. O, digər qardaşı Əliyev Eldarı çağıraraq atasının və onun evinin almaq istədiklərini bunun üçün vərəsələrin razılaşmalı olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə şirkətin əməkdaşları gələrək qardaşı Eldarın iştirakı ilə atasının evinin və onun evinin ölçüsünü aparmışlar, hətta video yazılarla çəkilişlər etmişlər, ölçü haqqında şirkət tərəfindən arayış veriləcəyi bildirilmişdir. Daha sonra o, şirkətin İzzət adlı əməkdaşı ilə evlərin ölçü sənədinin verilməsi barədə əlaqə saxlasa da, o onu aldadaraq heç bir sənəd verməmişdir. Həmin şəxslə aralarında dəfələrlə mobil telefon vasitəsi ilə danışıqlar aparılmışdır. Bununla yanaşı həmin ünvanda onun adına məxsus olan (012) ***-**-** nömrəli telefon vardır. O, neçə illərdir ki, həmin ünvanda yaşayırdı. Həmin telefon vasitəsilə də mütəmadi olaraq ailəsilə əlaqə saxlamışdır. Axırıncı səs danışığı xx.xx.2024-cü il tarixində olmuşdur. Göründüyü kimi, ’’Kristal Bakı” ’ASC mərhum atasının mümkün varisləri, həmçinin tikililərin digər sahibləri və istifadəçiləri məsələsinə Cavabdeh2 xeyrinə göz yummuş və onunla 17 may 2024-cü il tarixli razılaşma müqaviləsi baglanmışdır.Həmin müqavilə şərtlərinin təhlili isə göstərir ki, söküntüsü aparılmış M-201 saylı evin əvəzinə məqsədli surətdə xeyli dərəcədə aşağı məbləğdə kompensasiya hesablanmışdır ki, bu hesablaşma həm Cavabdeh2 üçün, həm də "xxxx" ASC üçün sərfəli olmuşdur. Belə ki, onda olan məlumata görə, Bakı şəhəri Yasamal rayonu X26 yolunun kənar hissəsində yerləşən 27 ha torpaq sahəsində yerləşən tikililərin söküntüsü əvəzinə vətəndaşlara hər kvadrat metr tikinti sahəsi razılaşma yolu ilə, qeyri-yaşayış sahəsinə minimum ***-**** manat konpensasiya, mənzillərin əvəzinə isə öz tikdikləri binadan hər 100 kv.m-ə 20 kv.m.artıq mənzil verərək, ev verilənədək hər ay vətəndaşa 450 man.kirayə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, həm Cavabdeh2, həm də "xxxx" ’Açıq Səhmdar Cəmiyyətinin qanunsuz fəaliyyətləri nəticəsində onun əmlak hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, ilk növbədə, M-201 saylı evdə ona məxsus olan 3 ədəd otaqların dəyəri Cavabdeh2 tərəfindən özü üçün qəbul edilmişdir. Digər tərəfdən isə "xxxx" ASC Cavabdeh2 məqsədli surətdə aşağı məbləğdə kompensasiya verməklə ona məxsus və dünyasını dəyişmiş atasının ona çatacaq miras payından olan otaqların dəyərinin ödənilməsindən yayınmışdır. Daha bir halda isə, M-201 saylı əmlakın dəyərinə onun vərəsəlik hüququ Cavabdeh2 tərəfindən pozularaq, ona vərəsə olaraq verilməli olan hissə özü tərəfindən mənimsənilmişdir. O, 18 may 2024-cü ildə səhər tezdən evdən çıxıb poliklinikaya getmişdir.’’Kristal Bakı” şirkətinin əməkdaşları onun evdən çıxdığını görüb, evin yiyəsiz olduğunu bilib, dərhal Cavabdeh2lə bilikdə əlbir olub, çöl darvazasının qıfılını sındırmış, şirkətin 20-dən çox əməkdaşını həyətə buraxmış və özlərinin gətirdiyi ag rəngli traktor vasitəsilə həyətə girmiş, dünyasını dəyişmiş atasına məxsus evləri sökməyə başlamışlar. Qonşuluqda olan X43 oglu dərhal onunla əlaqə saxlamış, onun ərazisinin söküldüyünü bildirmişdir. O, X13 ilə birlikdə dərhal əraziyə gəlmişdir. Həyətə daxil olarkən cavabdeh şirkətinin işçilərini və traktor vasitəsilə atasıns məxsus olan 2 mənzilin dağıdıldığına şahid olmuşdur. O, dərhal söküntü işlərinin saxlanılmasını traktoru işlədən sürücüyə bildirmişdir. O, dərhal mühərriki söndürərək, söküntünü saxlamışdır. Şirkətin işçisi tel.nöm. (051)250-05-42 olan İzzət adlı şəxs ona yaxınlaşaraq bildirmişdir ki: “Siz, bizim söküntü işini saxlaya bilməzsiniz. Şirkət bu sahələrin hamısını böyük qardaşın Cavabdeh2, külli miqdarda pul ödəyərək, bütün evləri almışdır. O, isə öz növbəsində bildirmişdir ki, Cavabdeh2 bu ünvanda heç vaxt yaşamamışdır. Onlar ona məxsus əmlakı söküb talayırsınız. Bu qanunsuzluqlar barəsində məhkəməyə, hüquq mühafizə orqanlarına müraciət edəcək. Öz növbəsində bildirmişdir ki, ona məxsus olan həyətini tərk edib getsinlər. İzzət adlı şirkət əməkdaşı özü ilə gətirdiyi “Qoçu” dəstəsilə, xüsusən İzzət,Tuqay, Elnur onu və Əliyeva Sahibəni yaşadığı ünvandan vuraraq küçəyə zorla çıxarmışlar. Öz evinə daxil olmağa icazə verməmişlər. Hadisədən dərhal sonra DİN-nin 102 xidmətinə, 28 saylı polis bölməsinə müraciətləri də nəticəsiz qalmış, əraziyə gələn polis əməkdaşları da şirkətin tərəfinə keçmişlər. Hətta polislər qəsdən onu 28-ci bölməyə apararaq orada məcburi saxlamışlar. Nəticədə şirkətin onun evini maneəsiz sökməyə şərait yaratmışlar. Bölmədən buraxıldıqdan sonra o xəsarətinin dərəcəsini təyin etmək, tibbi ekspertizadan keçmək üçün qəsdən gecikdirilərək buraxılmışdır. Ekspertiza işçilərinin iş vaxtı bitdiyi üçün orada işləyən gözətçi bildirmişdir ki, həftənin 1-ci günü, mayın 20-də işçi heyəti işdə olacaq. Həmin vaxtda gələrsən. Gecə xx.xx.2024-cü il 03-09 dəqiqədə onun hadisə vaxtı aldığı zərbələrdən, əsəb, bədən sarsıntısı nəticəsində keçirdiyi ürək ağrısı, bədəninin müxtəlif yerlərində əzilmələr, yüksək təzyiq nəticəsində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etmişdir. Təcili və təxirsalınmaz tibbi müayinədən keçmiş, müalicə olunmuşdur. 3 ədəd iynə vurulub. Elə həmin günü 04.24.saatlarında evə buraxılmışdır. Həkim heyəti bildirmişdir ki, poliklinika həkiminin nəzarətində olmalıdır. Şirkət onun yaşadığı evin qıfılını qırıb, onun icazəsi olmadan evinə girib əşyaları mebel, paltar, qab-qacaqları küçəyə tullamış, servantında olan 1032 manatı ogurlamışdılar. Qalan əşyaları isə traktor evi uçuran zamanı evin içində qalmış və zədələnib məhv olmuşdur. Şirkət qəsdən tez bir zamanda ərazini söküb dağıtmışdır ki, onun orada yaşamağını təsdiq edən heç bir dəlil, sübut qalmasın. Həmin müddətdə onunla eyni ünvanda yaşamış Nadir adlı kirayəşin var idi. Evlər uçarkən Nadir kişinin əşyaları da söküntü altında qalmışdır. Eyni zamanda onunla eyni ünvanda yaşamış X44 oglu həyat yoldaşı Bikə adlı şəxslə birlikdə yaşamışdılar. Müəyyən səbəblərdən onların əşyaları: qab-qaşıqları,paltarları və sənədləri onun evində qalmışdır. Şirkətin əməkdaşları evləri sökərkən həmin əşyaları da dağıtmış, yarasız vəziyyətə salmışdılar.xx.xx.2024-cü il Rəhimov Əziz onun yaşadığı ünvana gəlmiş, evinin uçulub talan olduğunu görmüş və onu axtarmışdır. Onu tapdıqdan sonra nə baş verdiyini soruşmuşdur. O, isə hadisəni olduğu kimi ona danışmışdır. Bundan sonra Əziz polisin 102 xidmət növünə zəng vurub şikayət etmiş və zədələnən əşyalarının əvəzinin ödənilməsini bildirmişdir. xx.xx.2024-cü ildə səhər saatlarında dağıdılmış ünvana getmişdir. Ona məxsus bəzi əşyalarının bir hissəsini yaşadığı ünvandan 15 metr aralı açıq sahəyə tullanılmışdır. O, oradan məxsus olan bəzi əşyaları: 2 ədəd televizoru, 1 ədəd soyuducu, paltarları götümüşdür. Ona məxsus olan əşyaları: stol-stullar və s.açıq sahəyə tullanılmışdır. Bu mənzərənin video görüntüsü vardır. "xxxx" şirkəti ona məxsus olan və çatacaq əmlakı qanunsuz söküb küçəyə atmışdırlar, onu yaşayış yerindən məhrum etmişdilər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Daha sonra İddiaçı vəkili-nümayəndəsi Vəkil2 ərizə ilə müraciət edərək, üçüncü şəxs Cavabdeh2 cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı dəqiqləşmə ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X55, Qanlı Göl, M-201 saylı ünvanında yerləşən ona və atasına məxsus və cavabdeh "xxxx" ASC tərəfindən sökülmüş ümumilikdə sahəsi 265 kv.m olan əmlakın əvəzinə cavabdehin ərazidə inşa etdiyi yaşayış kompleksindən sahəsi 265 kv.m olan mənzil verilməsi, 93 kv.m qeyri- yaşayış sahəsinin əvəzi olaraq 74400 (yetmiş dörd min dörd yüz) manat məbləğin, qanunsuz söküntü nəticəsində əşyalarının məhv edilməsi ilə əlaqədar ona vurulmuş maddi ziyana görə 10000 (on min) manat məbləğin, söküntü zamanı evində servantından oğurlanmış 1032 (bir min otuz iki) manat məbləğin, xx.xx.2024-cü ildən onu yaşayış yerindən məhrum edib küçəyə atdıqları üçün həmin tarixdən mənzil veriləcək tarixə qədər hər ay 450 (dörd yüz əlli) manat məbləğində kirayə pulunun, mənəvi zərərə görə 2000 (iki min) manat məbləğin, o cümlədən ödənilmiş 1240 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi; Cavabdeh2 cavabdeh "xxxx" ASC-dən əldə etdiyi mərhum ataları X22 məxsus miras əmlakın ona varis kimi düşən hissəsinin Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, mübahisə predmeti olan 3 otaqlı, 64 kv.m ev 2014-cü ildə tikilmiş, 2019-cu ildə MİDA şirkəti tərəfindən həmin evə baxış keçirilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndələri isə ora podratçı kimi 2021-ci ildə gəlmişdir. ASC əməkdaşları tərəfindən ev sökülən zaman onu polis idarəsində axşama qədər tutub saxlamış, söküntü işləri bitdikdən sonra buraxaraq bildirmişdirlər ki, “get, hara istəsən, şikayət et”. Cavabdeh2 qaz, su və işığı öz adına keçirmişdir. Telefon isə iddiaçının adında olmuşdur. Ümumilikdə həyətdə 6 ev olmuş, mərhum atasının həyatda olduğu müddət ərzində yanında sadəcə o yaşamış, digər mənzillərdə isə kirayəçilər yaşamışdır. Atasının vəfatından sonra isə iddiaçı orada tək yaşamış, mal-qara, toyuq-cücə saxlamışdır. Bundan əlavə qeyd etmişdir ki, həmin ev sənəd sənədsiz olaraq iddiaçının istifadəsində olmuşdur. Vərəsəlik üçün müraciət etdikdə isə sənəd gətirməsi tələb olunmuşdur. İddiaçı JEK-də qeydiyyatda olmasına baxmayaraq, müraciəti əsasında ona bununla bağlı arayış verməkdən imtina edərək arayışın qardaşı (cavabdeh) Cavabdeh2 verildiyini bildirmişlər. İlyas adlı şəxs ondan sonrakı qonşudur, aralarında hasar olmuş, lakin aralarında alqı-satqı müqaviləsi mövcud olmamışdır. Sadəcə qonşusu olmuş, ona ev satmamışdır. Həmçinin qeyd etmişdir ki, qeydiyyatda ev Əliyev Rüstəmin adına olmuş, 3 otaq isə onun istifadəsində olmuşdur. Cavabdeh2 atalarının ölümündən sonra dəfndə iştirak etməmiş, lakin sənədləri hazırlamışdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçının xəbəri olmadan evi dağıdılmış, əşyaları məhv edilmişdir. Məsələ ilə bağlı prokurorluğa müraciət etmiş, prokurorluqdan məlumatlar daxil olmuşdur. 239 nömrəli aktı Kristal Abşerondan əldə etmişdir. Həmin aktda Cavabdeh2 orada yaşaması qeyd olunmamışdır. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Mübahisə predmetini təşkil edən evin iddiaçının atasına məxsus olmasına dair sənədlər olmuş, hətta JEK-də də iddiaçının atası qeydiyyata alınmış, atası rəhmətə getdikdən sonra iddiaçının qardaşı Cavabdeh2 məxsus olmuş, həmin şəxsdən (Cavabdeh2) 2 otaqlı mənzil və pul müqabilində həmin evi almışlar. Müqavilə sadəcə Cavabdeh2lə aralarında imzalanmış, iddiaçıdan isə razılıq ərizəsi alınmamışdır. Belə ki, iddiaçı orada deyil, başqa yerdə - özünə məxsus mülkdə yaşayır. Ümumiyyətlə, 3 qardaşdırlar, onlardan ikisi söküntü zamanı iştirak etmiş, heç biri narazılıq etməmiş, iddiaçı isə gəlməmişdir. Həmin ev Cavabdeh2 hesabına tikilmiş, bunu ailə üzvləri də təsdiqləmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2000-ci ildə mübahisəli evi tikməyə başlamışdır. Əvvəl həmin ərazidə yaşıllaşdırma idarəsi olmuşdur. Daha sonra atasının yanına gəlmiş, birlikdə orada yaşamağa başlamışdır. Başqa yerdə qeydiyyatda olaraq həmin evdə qeydiyyatsız yaşamışlar. İddiaçı isə həmin ərazidə qəti şəkildə yaşamamışdır. Onların ərazisindən üst tərəfdə iddiaçının torpağı olmuş və həmin ərazini başqa adama satmışdır. Müstəqil tələb irəli sürməyən İİİ şəxs Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 22 saylı Mənzil Kommunal İstismar Sahəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən İİİ şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, 2021-ci ildən “Kristal Abşeron” X10 birinci evində yaşamışdır. Yoldaşının problemləri olduğuna görə Etibarın atasının evinə köçüb, kirayə yaşamışdır. Təxminən 2 il kirayə qalmışdır. Lakin kirayə müqaviləsi olmayıb, ödənişləri əlbəəl vermişdir. Bununla bağlı sənəd yoxdur. Qaldıqları evi icazəsiz sökdülər və sənədləri söküntü zamanı itirmişlər. Ona görə onlara da ziyan dəyib. Söküntüyə qədər orada yaşamışdır. Etibar məllimi 2021-ci ildən tanıyır. Suraxanıdan onun evinə köçmüşdür. Etibarın atası Eldar Əliyevin evində vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, Nizami və Etibar onun doğma qardaşlarıdır. Mübahisəli ərazidə ilk dəfə 1997-ci ildə Nizami tövlə tikib, sonra atasıgil müəyyən tikililər tikmişdir. Orada atası və Nizami qalıb. Orada olan tikililərin hər birini Nizami tikib. Etibar dediyi kimi olmayıb. Onun tövləsi olub ancaq çoxdan İlyas adlı şəxsə satıb. Ev və tövlə qardaşı Nizaminin və atasının vəsaiti hesabına tikilib. Atasının 60 yaşı var idi, pensiyaner idi. Qanlı göl ətrafında axıra qədər Nizami və atası qalıb. Etibara aid heç nə olmayıb. Rahib Tağıyevdə atasının evi olub. Atası bu evdən Nizaminin yanına köçüb. Kommunallar atasının adına olub. Eldarla Nizami atasını xəstə olduqdan sonra evə gətirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, 2000-ci ildə qanlı göl ərazisinə gəlmişdir. Qaynatası orada heyvan saxlayırdı. Rüstəm kişi qonşuların etirazından sonra köçdü. Qaynatası imkanlı şəxs olub. Etibar 2013-cü ildə orada 3 otaqlı ev tikib. 201 saylı evdə yoldaşının 3 otaqlı evi olub, 21 baş heyvanı olub. Qardaşlar arasında münasibətlər yaxşı olmayıb. Nizami atasının etimadından sui-istifadə edib. 2013-cü ildən 2024-cü ilə qədər Etibar orada yaşayıb. 2013-cü ildə nikah pozulub. Etibarın İlyasa ev satmağından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, Etibar onun qaynıdır. Qaynatası ancaq sement alıb. Qaynatasının elə də pulu yox idi. Qonşular narazı olduqlarına görə köçdülər. Eldarla Nizami evi tikdilər. Etibar orda çəpər çəkmişdi. Eşitmişdirki, Etibar evi İlyas adlı şəxsə satıb. Etibarla yoldaşı bir yerdə yaşayıb. Qaynatası orada yaşayana qədər hamı ora gedib gəlib. Qaynatası xəstələnəndən sonra onların Yasamalda yerləşən evlərinə gələrək orada qalmışdır. O ərəfədə Etibarı görməmişdir. Nizami əvvəl atası ilə qalırdı, sonra gündüz orada olurdu axşam evə gəlirdi. Rüstəm kişi Rahib Tağıyev küçəsi, ev 38 ünvanında dünyasını dəyişib. Həmin evdə 4-5 ay xəsdə yatıb. Etibarın evini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Qardaşların hər ikisi onun qonşularıdır. Nizami, atasının və X48 3 otaqlı evi olub. 2019-cu ildən sinif yoldaşları ilə Etibarın evinə gedirdi. Demək olar hər həftə həmin məhləyə gediblər. Qardaşların münasibətləri yaxşı olub. Bu ailəni uşaq vaxtından tanıyır. Rüstəm kişi mal-qaraya baxırdı. Etibarın evi satmağı barədə məlumatı yoxdur. Ev Rüstəm kişinin pulu hesabına tikilib. Etibar da öz evini öz hesabına tikib. Tikililər tikiləndə o, xaricdə olmuşdur. Etibarı həmişə 3 otaqlı evdə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Yasamalda qanlı göl adlı ərazidə İddiaçı qonşusu olmuşdur. Cavabdeh2 də tanıyır. Qardaşlar arasında münasibət normal olub. Etibar mübahisəli ərazidə yaşayırdı, Nizami də arada gəlib-gedirdi. Etibar heyvan saxlayırdı. Etibarın 3 otaqlı evi var idi. Həmin evi öz hesabına tikmişdir. Ev söküləndə orda olmuş, hətta Etibara bu barədə məlumat vermişdir. Etibar evi heç kəsə satmayıb. İlyas Etibardan qabaq evi təhvil verib getmişdir. İlyas evi yox, torpağı almışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, ailəni uşaqlıqdan tanıyır. Yaxşı ailə olublar. Mal-heyvan saxlamaqla məşğul olublar. Bütün təsərrüfat Rüstəm kişinin idi. Sonra bəzi qonşular heyvanlara görə narazıçılıq etdi. Uşaqlar Rüstəm kişini tək qoymurdular, gəlib-gedirdilər. Son zamanlar etibar orda heyvan saxlayırdı. O, həmin həyətdə 3 otaqlı ev tikmişdir. Ev tikilən zaman o, Etibarla birlikdə sement aparmışdır. Söküntünü sonradan eşitmişdir. Evi satdığından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, Etibarın mübahisəli yerdə evi olub, heyvan saxlayıb. Samirlə ev tikdiyini görmüşdür. Etibar evi atasının evinin yanında tikmişdi. 3 otaqlı evi var idi, lakin həmin evə daxil olmamışdır. Atasının evini görmüşdür. Evin satılmasından xəbəri yoxdur. Nizaminin orda yaşamağını, heyvanı olduğunu bilmir, lakin Nizamini orada görmüşdür. Rüstəm kişi daş evin Etibara aid olduğunu deyib. Kimin vəsaitilə tikildiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, o, Rahib Tağıyevdə yaşamışdır, mübahisəli əraziyə ara-sıra gəlib getmişdir. Qanlı gölə ev tikilən zaman atasına köməyə getmişdir. Atası öz pulu ilə mal-qara alıb, 64 kv/m evi tikib. Atası heyvanları satmış, lakin evi satmamışdır. Əmisi Nizami səhər axşam gəlib gedirdi. Pulu alıb gedirdi. Tövlə Nizaminin pulu ilə tikilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, Yasamalda ailə ilə qonşu olmuşdur. Qanlı Göldə evi olmayıb. Qonşuların narazıçılığına görə oradan köçüblər. Etibar 2014-cü ildə 3 otaqlı ev tikib. Daimi olaraq Etibar orada yaşayıb. Etibar evi satmayıb. Nizaminin evi Rahib Tağıyevdə olub. Rüstəm kişi 90-cı illərdə evi Etibar ilə birgə tikib. İlyasın ev almağından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində bildirmişdir ki, evi atası Əliyev Eldar və əmisi Nizami birlikdə tikmiş, sonra babasının adına keçirmişlər. Nizami və Etibarı tanıyır, onun əmiləridir. 1993-cü il təvəllüdlüdür, ev isə təxminən 1997-ci ildə tikilmişdir. Həmin vaxt uşaq olduğu üçün evin nə vaxt tikildiyini dəqiq xatırlamır. Əvvəl babası Yasamalda yaşamışdır. Babasının təxminən 80 yaşı var idi, əvvəl yaşıllaşdırmada işləyib. İddiaçı evini görməmişdir, sadəcə heyvan saxladığını, mülkünü olduğunu, daha sonra satdığını bilir. Babası rəhmətə getdikdən sonra əmiləri arasında bu söhbət olmuşdur. Babasına məxsus 1 evin olduğunu, həmin evdə əmisi Nizami ilə yaşadığını, Etibarın isə arada gəldiyini bildirmişdir. Həyətdə babasına məxsus 1 tövlə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, Nizami və Etibarı tanıyır. Etibarın ot damının yanında, atasının torpağının yanında olan evi sökülüb. Nizami də ora gəlib gedirdi. Eldar da gəlirdi. Lap əvvəldən tanışdırlar. Belə ki, anası Eldargilin müəlliməsi olub, Nizami də həmin məktəbdə müəllim olub. Atası rəhmətə gedəndən sonra Etibar orada daimi olaraq yaşayıb. Etibarın orda heyvanı olub, ondan heyvan alıb. Həmçinin söküntünün şahidi olmuşdur. Həmin vaxt Etibar orada olmamış, Eldara xəbər eləmişdir ki, Etibarı yığsın. Atası orda olduğuna görə əvvəl orada daimi yaşamayıb. Orada tövlələr, 2 tikili, Etibarın evi olub. Satışla bağlı heçnə eşitməmişdir. Onlar da Kristalla razılaşmışlar. Şəxsən orada yaşamasa da, gedib gəldiyini, tikililərin təxminən 20 ildir ki, orada olduğunu bildirmişdir. Ev Rüstəm əminin vəsaiti ilə tikilib. İlyas tikilini Rüstəm dayıdan alıb. Özünün yeri yox idi və əvvəl orada yaşamayıb. Təxminən 20 il orada yaşadı. Oranı Nizami, Eldar və Etibar tikiblər. Etibarın evi 10-15 il əvvəl tikilib. Tikilililər Rüstəmin adınadır. Etibar əvvəl bələdçi işləyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, Etibar və Nizami onun xalası oğullarıdır. Mülk Rüstəmin olub. Oğulları ilə bir yerdə çalışıblar. Vəsait Rüstəmin hesabına olub. Etibarın 3 otaqlı evi olub. Tikintini o aparıb. Orada alqı-satqı olmayıb. Yasamalda kənarda yaşayıb. Mübahisəli əraziyə Rüstəm və Etibarla gedib. Rüstəm daha çox Yasamaldan köçüb Qanlı göldə qalırdı. Əmlak komitəsinin zaborunu Nizami, Eldar və o tikib. Evi kimin tikməyə başladığı yadında deyil. İlyası bəlkə üzdən tanıyar. Ərazi Rüstəm kişinin olub. Etibarın 3 otaqlı evi olub, öz vəsaiti hesabına tikib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, 1997-ci ildə qardaşı Nizami ilə öz hesablarına təsərrüfat üçün tövlə və otaq tikiblər olub, ataları da kömək edirdi. Orada Etibarın evi olub, sonra satıb. İlyas evi Etibardan alıb. Etibarın 1 otaqlı tikilisi olub. Orada heçnə saxlamır, arada gəlib gedirdi. Atası öz adına qeydiyyata aldırıb. Əsas vəsait Nizaminin olub. Atası pensiya ilə dolanırdı, başqa gəliri yox idi. Nizami ilə atasının təsərrüfatı olub, sonradan artırıb. 8-10 baş heyvanları olub. Bələdiyyənin sahəsi olub, paylayıblar. Atası Nizamiyə bir evi vəsiyyət edib. Evi Nizami ilə ikisi tikib. Etibar kömək etməyib. İsgəndərov Samiri tanıyır, onlara tikintidə kömək etməyib. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X32 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Verilir, ünvan 8 ünvanında yaşayan, vətəndaş İddiaçı ondan ötrü ki, ***-**-** saylı nömrə həmin abunəçinin adınadır və borcu yoxdur. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin 14-2-2-4/2-1818/2024 saylı, 20 noyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 9 ünvanında yaşayan İddiaçı istehlakçı kimi qeydiyyatına dair məlumatın verilməsi haqqında “Azəriqaz” İstehsalat Birliyinə ünvanlanmış müraciətə aidiyyəti üzrə Bakı Regional Qazın Satışı Departamentinə (daxil olma: xx.xx.2024-cü il tarixli 14-2-2-4/1-421/2024) baxılmışdır. Ünvanlanmış məktubda göstərilən (abonent kodu: **********00380, sayğac nömrəsi: 1002AQ**********6) mənzildə quraşdırılan məişət qaz sayğacı X2 Sistemində istehlakçı kimi ilk dəfə xx.xx.2013-cü il tarixdə Rüstəm Əliyevin adına qeydiyyata alınmış və daha sonra xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh2 adına keçirilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X53 Yasamal Rayon Sükanal İdarəsinin müraciətə baxılması barədə xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 11 ünvanına Əliyev Rüstəm adına xx.xx.2005-ci il tarixli, 10072743 nömrəli müqavilə (**********00 nömrəli abonent kodu) bağlanmışdır. Cavabdeh2nün müraciəti əsasında **********00 nömrəli abonent kodu xx.xx.2022-ci il tarixli, 46417652 nömrəli müqavilə ilə adına keçirilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun sürətindən görünür ki, A330739581 nömrəli elektrik sayğacı xx.xx.2006-ci ildə quraşdırılmışdır ( ünvan Qanlı Göl, Qərb sahili mənzil 95) və kompüter məlumat məlumat bazasından xx.xx.2022-ci il tarixdən X21 adından “ASAN Kommunal Xidmət Mərkəzi” tərəfindən Cavabdeh2 adına keçirilmişdir. Hal-hazırda **********00095 abunə kodu kompüter məlumat bazasında Cavabdeh2 adına qeydiyyatdadır. Nəzərinizə çatdırıram ki, ad dəyişmə ASAN Xidmət tərəfindən həyata keçirildiyi üçün əsas olmuş sənədlər (çıxarış vərəqəsi və şəxsiyyət vəsiqəsinin surəti) Yasamal RETSİ-də mövcud deyil. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli TTYŞ xəstə müayinə və müşahidə formasından çıxarışdan görünür ki, İddiaçı M.Ə.Mirqasımov adına R.K.X.-ya baş ağrıları, baş gicəllənmə, sinədə ağrılar, tənginəfəslik şikayətləri ilə müraciət etmiş, xəstəyə R 07.2 İ 10 diaqnozu qoyularaq, poliklinika həkiminin nəzarəti göstərişi qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 185/2024 saylı müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 23 dekabr 2021-ci il tarixli 340 nömrəli Sərəncamı ilə onun istifadəsinə verilmiş Bakı səhəri. Yasamal rayonu. X55un kənarında yerləşən torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisini həyata keçirərək, həmin ərazidə yerləşən və Cavabdeh2 istifadəsində olan şərti nömrəsi “M-166 (201)" və faktiki sahəsi 74.81 kv.metr ev, 272.82 kv.metr (116.91 kv.metr + 80.59 kv.metr + 75.32 kv.metr) ferma kimi fəaliyət göstərmiş asınmış tikilisini qəbul edərək əvəzinə ərazidə inşa olunan yaşayış kompleksində, 13-cü binada, 1-ci blok, 7-ci mərtəbə, 38 saylı, 63.99 kv.metr, 2 otaglı mənzil və 60 000 AZN pul verilir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 187 saylı müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 23 dekabr 2021-ci il tarixli 340 nömrəli Sərəncamı ilə onun istifadəsinə verilmiş Bakı səhəri. Yasamal rayonu. X55un kənarında yerləşən torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisini həyata keçirərək, həmin ərazidə yerləşən və X6 istifadəsində olan şərti nömrəsi “165” və faktiki sahəsi 47.47 kv.metr, 79.82 kv.metr evləri və 78.21 kv.metr anbar tikilisini söküntü üçün qəbul edərək, əvəzində 125 000 AZN pul verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X55, Qanlı Göl, M-201 saylı ünvanında ona məxsus tikili və torpaq sahəsinin olduğunu iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı İddiaçı özünə məxsus tikilinin X1 şahid ifadələrində öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı tərəfindən şahid kimi dəvət olunmuş X20 ifadəsində İlyas adlı şəxsin Rüstəmdən (iddiaçının atası) tikili aldığını qeyd etmişdir. Bundan başqa iddiaçı iddia tələbinin “qanunsuz söküntü nəticəsində əşyalarının məhv edilməsi ilə əlaqədar ona vurulmuş maddi ziyana görə 10000 (on min) manat məbləğin, söküntü zamanı evində servantından oğurlanmış 1032 (bir min otuz iki) manat məbləğin tutulması” hissəsində də heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbinin “mənəvi zərərə görə 2000 (iki min) manat məbləğin tutulması” hissəsində isə məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli TTYŞ xəstə müayinə və müşahidə formasından çıxarış təqdim etsə də, həmin şikayətlərin məhz cavabdehlərin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində baş verməsi və bunun nəticəsində iddiaçıya 2000 manat dəyərində mənəvi zərər vurulması məhkəmə araşdırması zamanı sübuta yetirilə bilinməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin “Cavabdeh2 cavabdeh "xxxx" ASC-dən əldə etdiyi mərhum ataları X22 məxsus miras əmlakın ona varis kimi düşən hissəsinin Cavabdeh2 alınaraq ona verilməsi” hissəsinə münasibətdə məhkəmə ilk öncə qeyd edir ki, mübahisəli tikililərlə bağlı mərhum X21 adına hər hansı hüquqmüəyyənedici sənəd iş materiallarında mövcud deyildir. Başqa sözlə, tikililər Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə miras kütləsinə aid edilə bilməz. Buna görə də iddia tələbi bu hissədə də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X11 haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X11 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia tələbinin əsası kimi tədqiq olunmuş hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İş materiallarında İddiaçı maddi ziyan dəyməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar