Məhkəmə qərarları › İş №2(012)-1576/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1576/2025

18.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1576/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildə olan, Cavabdeh məxsus- yataq dəsti, zal mebeli, süd rəngli künc divan dəsti, stol-stul dəsti (1 ədəd stol, 7 ədəd stul), ağ-qara rəngli mətbəx stolu və 4 ədəd stulu, SONY markalı televizor, elektrik ətçəkən maşın, tozsoran,1 ədəd kofe bişirən, toster, elektrik şirəçəkən, Kapsella pərdələr, 2 ədəd zal üçün xalça, 1 ədəd mətbəx üçün xalça, 1 ədəd uşaq otağı üçün xalça, 1 ədəd dəhliz üçün xalça, 1 ədəd taxt üçün örtük, 1 ədəd təknəfərlik çarpayı örtüyü (ədyal), 1 ədəd gecə lampası, 1 ədəd taxt üçün yun döşək, 3 ədəd yun yorğan, 5 ədəd balış, 6 ədəd hamam dəsti, 4 ədəd əl-üz dəsmalı, geyim əşyaları (ayaqqabı, gödəkcə, çanta), qaşlı bəzək qabları, üzəri ağ qaşlı çay dəsti, yemək servisi zərli, boşqab dəsti ağ-qara, böyük meyvə qabı, büllur konfet qabı, büllur güldan, büllur stəkan və nəlbəki, badə, çəngəl-qaşıq dəsti, 1 ədəd elektrik qazan, 2 ədəd süfrə, 2 ədəd tava, sadə konfet qabı, 2 ədəd çaydan, 1 ədəd duxovka, elektrik samovar, tefal çaynik, ütü ibarət cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, oğlu Əli Vəliyev Cavabdeh 09 mart 2015ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 5 yanvar 2016-cı il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Aralarındakı nikah Ucar rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(063)-363/2020 saylı qətnaməsi ilə pozulmuş, Yusif adlı uşaq cavabdehin himayəsində saxlanılmış və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün oğlundan hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh oğlu ilə ailə həyatı qurarkən özünə məxsus cehiz əmlaklarını ona məxsus mənzilinə yığmışdır. Artıq 4 ildən artıq müddətdir ki, həmin əmlaklar evində qalmaqla, mülkiyyət hüquqlarını pozur. Cavabdeh dəfələrlə ona və oğluna qarşı cehiz əmlakı və digər tələblərlə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə iclaslarında iştirak etsə də, cavabdehin özü heç vaxt məhkəmə iclaslarına gəlməmiş, məhkəmə proseslərini qəsdən uzatmış və sonuncu iclasa isə gəlmədiyindən mülki iş baxılmamış saxlanılmışdır.Həmçinin məhkəmə gedişi zamanı Cavabdeh sözügedən cehiz əşyaları ilə bağlı müvəqqəti təminat tədbirinə dair ərizə vermiş və Abşeron Rayon Məhkəməsinin e- 16(012)- 74/2023 saylı qərardadına əsasən onun ərizəsi təmin edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən cavabdehə məxsus cehiz əşyaları siyahıya alınaraq üzərinə həbs qoyulmuş və bu barədə akt tərtib edilmişdir.Cavabdeh özünə məxsus əmlaklarını evindən çıxarmaması nəticəsində evindən sərbəst qaydada istifadə edə bilmir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX serialı № ******* saylı çıxarışından görünür ki, Abşeron rayonu, Masazır kəndi sahəsi 0,09 ha olan torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 2(063)-363/2020 saylı Ucar rayon məhkəməsinin qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş,iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında bağlanmış və 09 mart 2015-ci ildə Ucar rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 51 nömrə ilə qeyd edilmiş nikah pozulmuş,05 yanvar 2016-cı ildə doğulmuş X5 iddiaçı Cavabdeh yanında qalması,cavabdeh X2 31 may 2020-ci ildən başlayaraq 05 yanvar 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçının iddia ərizəsində göstərdiyi cehiz əmlaklarının cavabdehə məxsus olması mübahisə olunmur. Belə ki, iddia ərizəsinin surəti cavabdehə rəsmi qaydada göndərilmiş, cavabdeh özü məhkəmə iclaslarına gəlməsə də, iddia tələbinə dair etiraz verməmiş, qarşılıqlı və ya əlavə tələblə məhkəməyə müraciət etməmişdir. Cavabdeh sözügedən cehiz əşyaları ilə bağlı müvəqqəti təminat tədbirinə dair ərizə vermiş və Abşeron Rayon Məhkəməsinin e- 16(012)-74/2023 saylı qərardadına əsasən onun ərizəsi təmin edilmişdir. Bu hal bir daha təsdiq edir ki, iddia ərizəsində qeyd edilən cehiz əşyaları iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildədir. Məhkəmə araşdırması zamanı həmçinin məlum oldu ki, iş üzrə Cavabdehlər X4 və İddiaçı qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tərəflər məhkəmə iclaslarında iştirak etmədiklərindən Abşeron rayon Məhkəməsinin 2(012)-5680 /2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmışdır. Həmçinin cavabdeh Əliyeva X1 Əli Vəli oğlu ilə rəsmi qaydada boşandıqdan sonra azyaşlı uşağını da götürərək valideynlərinin yanına getmişdir. Onun cehiz əşyalarının ünvan 1ndə İddiaçı evində qalması iddiaçıya əlavə məsuliyyət yaradır. Belə ki, həmin əşyaların istifadə, sınma, yararsız hala düşmə, xarab olma, itmə, oğurlanma və s. səbəblərdən məsuliyyətin iddiaçının üzərində qalması üçün əsas yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus - yataq dəsti, zal mebeli, süd rəngli künc divan dəsti, stol-stul dəsti (1 ədəd stol, 7 ədəd stul), ağ-qara rəngli mətbəx stolu və 4 ədəd stul, SONY markalı televizor, elektrik ətçəkən maşın, tozsoran,1 ədəd kofe bişirən, toster, elektrik şirəçəkən, Kapsella pərdələr, 2 ədəd zal üçün xalça, 1 ədəd mətbəx üçün xalça, 1 ədəd uşaq otağı üçün xalça, 1 ədəd dəhliz üçün xalça, 1 ədəd taxt üçün örtük, 1 ədəd təknəfərlik çarpayı örtüyü (ədyal), 1 ədəd gecə lampası, 1 ədəd taxt üçün yun döşək, 3 ədəd yun yorğan, 5 ədəd balış, 6 ədəd hamam dəsti, 4 ədəd əl-üz dəsmalı, geyim əşyaları (ayaqqabı, gödəkcə, çanta), qaşlı bəzək qabları, üzəri ağ qaşlı çay dəsti, yemək servisi zərli, boşqab dəsti ağ-qara, böyük meyvə qabı, büllur konfet qabı, büllur güldan, büllur stəkan və nəlbəki, badə, çəngəl-qaşıq dəsti, 1 ədəd elektrik qazan, 2 ədəd süfrə, 2 ədəd tava, sadə konfet qabı, 2 ədəd çaydan, 1 ədəd duxovka, elektrik samovarı, tefal çaynik, ütüdən ibarət cehiz əşyaları İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar