Məhkəmə qərarları › İş №2(012)-1594/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1594/2022

07.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1594/2022 07.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının cavabdehin hesabına çıxarılması» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının cavabdehin hesabına çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən 39 adda olan cehiz əşyalarının ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, ev 194/2-dən cavabdehin hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən «cehiz əşyalarının cavabdehin hesabına çıxarılması» barədə tələb AR MPM-in 39-cu maddənin təsiri altına düşdüyündən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki,iddiaçının çıxarılmasını tələb etdiyi iddia ərizəsində göstərilən 39 adda olan cehiz əşyalarının yerləşdiyi Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, ev 194/2 saylı ev Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşir və iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi hüquqi mövqe nümayiş etdirərək 2(010)-3679/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsində İddiaçı adına olan Bakı şəhər Suraxanı rayonu Bülbülə Bələdiyyəsi tərəfindən tərəfindən tərtib edilmiş ********* saylı, 19.12.2019-cu il tarixli fərdi yaşayış evinin vergi ödəyicisinin (vergi ödəyicisinin kodu 19011xxxxxxx) uçot kitabçasına əsasən sözügedən fərdi yaşayış evinin İddiaçı sahibliyində olması kimi qiymətləndirmişdir. AR MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə yuxarıda qeyd olunanlara əssən hesab edir ki, hazırki iddia ərizəsinə ərazi aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının cavabdehin hesabına çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar