Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1595/2021 04.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, üçüncü şəxslər X22 və X48 qarşı zamnışad˝ əmlaka mülkiyyət hüququnun bərpası tələbinə dair˝ iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, üçüncü şəxslər X22 və X48 qarşı zamnışad˝ əmlaka mülkiyyət hüququnun bərpası tələbinə dair˝ iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 4, 0,06476 ha ümumi torpaq hissələrinin satıcıları X61 03.04.2019-ci il tarixində alıcı Cavabdeh1, satıcı X31 alıcı Cavabdeh1 01.06.2019-cu ildə torpaq hissələrinin alğı-satqısını etmiş, o, mülkiyyətçi İddiaçı ümumi göstərilən ünvanda 1848m2 torpaq hissəsinin alıcısı Cavabdeh1 arasında heç bir alğı-satqı müqaviləsi olmadan Abşeron rayonu DƏDRX-i tərəfindən qanunsuz özgəninkiləşdirilərək ona təqdim edilmiş müvafiq çıxarışın ləğv edilərək, 1848m2 torpaq hissəsi üzərində mülkiyyət hüquqununu bərpasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Əbdül Mürsəlov küçəsi ev 2A-da olan 150.1m2 daşınmaz əmlakı alıcı Cavabdeh1 satarkən alğı-satqı müqaviləsini Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X39 tərəfindən AH-1N ******* müqavilə ilə 28.12.2018-ci il tarixində təsdiq edilmişdir. Bildirmişdir ki, 28.09.2018-ci il tarixində DƏDRX-i tərəfindən ona məxsus №1387591 saylı çıxarışda 150.1m2 daşınmaz əmlak və 0,03696 ha torpaq hissəsi (ümumi birgə) qeyd olunmuşdur. O, satıcı İddiaçı torpaq hissəsini alğı-satqı etmədiyi halda ona məxsus torpaq hissəsini Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Belə ki, təqdim edilmiş (**********720 m) ərizə ilə seriya №1467817, **********02-10301 reyestr nömrəli Cavabdeh1 məxsus çıxarışdan adının çıxarılmadını xahiş etmişdir. Qeyd edir ki, seriya №1467817, **********02-10301 reyestr nömrəli çıxarış ona təqdim olunmayıb. Lakin iş materiallarında notarius tərəfindən ona təqdim olunmuş ərizədə etibarından istifadə edib ona qarşı saxtakarlıq edən notarius mülkiyyətində olan 1848m2 torpaq hissəsinin alğısatısını etməmişdir. Belə ki, alıcı Cavabdeh1 notarial qaydada tərtib edilmiş ərizədə 1848m2 torpaq hissəsini heç bir alğı-satqı müqaviləsi olmadan özgəninkiləşdirməyə nail olunmuşdur. Göründüyü kimi aralrında olan alğı-satqı sənədlərinə əsasən Daşınmaz əmlakın reyestri xidmətinin verdiyi çıxarışda №1467817, 04.02.2019-cu ildə Cavabdeh1 adına 150.1m2 yaşadığı ev sənədləşdirilmişdir. İş materiallarından göründüyü kimi alıcı Cavabdeh1 adına olan müqavilədə yalnız 150.1m2 daşınmaz əmlak göstərilmişdir. Qeyd edilmişdir ki, DƏDRX tərəfindən №1387591 nömrəli ona məxsus çıxarışda torpaq sahəsini naturada bölgüsünü etmədiyinə görə torpaq hissəsini satmamışdır. Həmin saxta ərizədə onun mülkiyyətində olan 1848m2 torpağın alıcı Cavabdeh1 adına satılması öz əksini tapmamışdır. Abşeron rayon Məhkəməsi tərəfindən alınmış sorğuya əsasən Abşeron rayon Daşınmaz Əmlakın Reyestri xidməti tərəfindən verilmiş sənədləri və çıxaırşda (№ 1467817) AH-1№ ******* müqaviləyə əsasən 150.1m2 yaşayış sahəsinin satılmasına dair çıxarış vardır, müqavilədə ona məxsus 1848m2 torpaq hissəsinin alğı-satqısı tərəflər arasında olmadığı halda Abşeron rayonu DƏDRX-i ümumi torpaq sahəsi olan 0,06476 ha qərəzli şəkildə 07.06.2019-cu il tarixli çıxarışla Cavabdeh1 xeyrinnə özgəninkiləşdirilməsinə nail olunmuşdur. Bildirilmişdir ki, cavabdeh Nabatov 03.04.2019-cu ildə X61 ilə AN-İ №0769608 müqavilədə 1848m2 torpaq, 69,74 m2 ev alğı-satqısı, X31 ilə AN-İ №0781082 müqavilədə 01.06.2019-cu il tarixində 278m2 torpaq hissəsinin alğısatqısı olmasına abxmayaraq, ona məxsus 1848m2 torpaq sahəsi heç bir sənədləşdirmə olmadan Cavabdeh1 DƏDRX tərəfindən daşınmaz əmlakı qərəzli şəkildə cavabdehin xeyrinə özgəninkiləşdirməyə nail olmuşdur. Belə ki, X61 və X31 həmin müştərək, ümumi mülkiyyətində olan torpaq hissələrinin alğı-satqısı alıcı Cavabdeh1 ilə 1 saylı notariat ofisinin notariusu X39 tərəfindən həyata keçirilmişdir. Belə olduğu halda hansı əsaslarla notarius və Abşeron DƏDRX-i ona məxsus mülkiyyətində 1848m2 torpaq sahıəsini hansı sənəd və ya alğı-satqıya əsasən cavabdehin mülkiyyətinə verilməsi barədə **********02- 10301 reyestr nömrəli, ******* saylı çıxarış verməklə dövlət əmlakı 183 reyestri kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından göründüyü kimi cavabdehrlə saxtakarlıq edərək ərizədə, alğı-satqı müqaviləsi olmadan satılmış daşınmaz əmlakın növünün göstərilməməsi açıq şəkildə etibardan sui-istifadəyə xidmət etməkdədir. Məhkəmə prosesi zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanaraq, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, məhkəmədən RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X39 tərəfindən təsdiq edilmiş 06.02.2019cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi, ümumi birgə mülkiyyət hüququ ilə 20.02.2019-cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur tərəfindən 03.04.2019-ci il tarixli, 4Ə-660 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 03.04.2019-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, X31 ilə Cavabdeh1 arasında bağlanmış 01.06.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli, alğı-satqı müqaviləsinin, 8İ-5307 reyestr nömrəli, **********307 saylı, 01.06.2019-cu il tarixli ərizəsinin etibarsız hesab edilməsi, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsini və 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, məhkəmədən onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, o, qanuni alğı-satqı yolu ilə torpağı və evi almışdır. Sonradan çıxarışda iddiaçının adı olduğundan müvafiq ərizəni notarial qaydada ona vermiş və o, torpağa dair çıxarış almışdır. Cavabdeh1 həmçinin göstərmişdir ki, torpaq sahəsini ona iddiaçının qardaşı satmışdır. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X32 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 434-cü sərəncama əsasən əvvəldən texniki pasport olan evlərdə həmin şəxsin adına sənədləşmə - çıxarış verilməsi üçün əsasdır. İş materiallarından görünür ki, texniki pasport iddiaçının nənəsinin adına olub, nənəsi əmlakı iddiaçının atasına verib, sonuncudan isə vərəsəlik yolu ilə İddiaçı keçib. Nüşabə xanımın adının çıxarışdan çıxarılmasına əsas onun notarial qaydada verdiyi ərizəsi olub, hərçənd ki, həmin ərizə mülkiyyət hüquqlarından məhrum etməyə əsas vermir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs X31 izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddia tələbində göstərilmiş alqı-satqı müqavilələri və çıxarışlar qanunidir. Bu səbəbdən də iddia tələbinin tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Abşeron rayon 1 saylı notariat ofisi məhkəmə iclaslarına gəlməmiş, məhkəmə proseslərinin iştirakları olmadan keçirilməsini xahiş etməmişlər. Eyni zamanda məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər X61 və X31 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəblərlə bağlı olması barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 47.1-ci və 185-ci maddələrinin tələblərinə əsasən işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin və prosesin digər iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi R.Axundov küçəsi ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 76,3m2, köməkçi sahəsi 57,6m2 olan 2 nömrəli fərdi fonda aid evi X7 adına 29.01.1988-ci il tarixdə reyestr kitabında 813 saylı qeydiyyata alınmışdır. -Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun surətindən görünür ki, X14 məxsus Abşeron rayonu Xırdalan qəsəbəsi R.Axundov küçəsi 2 saylı evə dair 1991-ci ilin dekabr ayında texniki pasport tərtib edilmişdir. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RH №0027498 saylı Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində istifadədə olan 0,0321 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 140,34 m2 yaşayış, 121,6 m2 köməkçi sahədən ibarət 2A nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X37 (5 otaq, 207,74 m2 ümumi, 104,74 m2 yaşayış, 103.0 m2 köməkçi sahə) X8 (payı açıq saxlanılır) adlarına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 186 nömrəli vərəqində 03.04.2009-cu il tarixdə qeydiyyata alınmışdır. -Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun verdiyi 17.03.2009-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 vərəsələri bunlardı: X12 rayonu Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 saylı evin sahəsi 37,4m2, 21.1m2, 5.8m2 və 18.8m2 təşkil edən 4, 5, 6 bə 7 saylı otaqlarına irs almalıdır. X16 həmin evdən düşən irs payı açıq saxlanılır. -Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun verdiyi 06.05.2009-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 08.07.1991-ci il tarixdə vəfat etmiş X15 vərəsələri bunlardı: Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 saylı evdə yaşayan X4 rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 saylı evin yalnız sahəsi 12.1 m2 olan 1 saylı otağına irs almalıdır. -24.07.2008-ci il tarixli, 2(012)-355/2008 saylı icra vərəqəsinin surətindən görünür ki, X37 X16, X17, X28 və X29 qarşı yaşayış sahəsinə hüququn itirilməsi və qeydiyyatdan çıxarılma, miras əmlaka vərəsəlik hüququnun tanınması barədə iddiasına, X8 və X6 X40 qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi barədə qarşılıqlı iddiasına dair mülki işə Abşeron Rayon Məhkəməsində 23.04.2008-ci il tarixdə baxılaraq, X34 iddiasının qismən təmin edilməsi, X8, X9, X23 və X24 Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 saylı evdən istifadə hüququna xitam verilməsi və onların həmin evdən qeydiyyatdan çıxarılması, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 saylı evin sahəsi 37.4 m2, 21.1m2, 5.8m2 və 18.4 m2 təşkil edən 4, 5, 6 bə 7 saylı otaqlarına X37 vərəsəlik hüququnun tanınması, X37 iddiasının qalan hissədə rədd edilməsi, X8 iddiasının qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axudov küçəsində yerləşən 2 saylı evin sahəsi 18,1 m2 təşkil edən 1 saylı otağına X8 vərəsəlik hüququnun tanınması, X8 iddiasının qalan hissədə rədd edilməsi, Vərəsəlik haqqında şəhadətnamələrin verilməsinin Abşeron rayon 1 saylı Dövlət nitariat kontoruna həvalə edilməsi, X6 iddiasının rədd edilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. -Abşeron Rayon Məhkəməsinin 27.10.2008-ci il tarixli, 2(012)-355/2008 saylı qərardadının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-355/2008 saylı, 23.06.2008-ci il tarixli qətnaməsində düzəliş edilməsi və həmin qətnamənin 2-ci səhifəsinin 1-ci abzasının 7-ci sətrində, 2-ci abzasının 6-cı sətrində, 4-cü səhifəsinin 9-cu abzasının 3cü sətrində, 10-cu abzasının 4-cü sətrində, 5-ci səhifəsinin 5-ci abzasının 4-cü sətrində, 6cı səhifəsinin 6-cı abzaslarının 2-ci sətrində ˝1,81˝ rəqəminin ˝1,21˝ rəqəmi ilə əvəz edilməsi qərara alınmışdır. -Abşeron Rayon Məhkəməsinin 08.10.2008-ci il tarixli, 2(012)-883/2008 saylı qətnaməsinin surətindən görünür ki, X37 iddiası təmin edilmiş və Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 saylı evin sahəsi 0,03 ha təşkil edən hissəsində inşa edilmiş sahəsi 4.48 m2, 8.0 m2, 8.56 m2, 11.52 m2, 12,67 m2, 14.4 m2, 10.4 m2, 21.0 m2, 26.04 m2, 4.41 m2, 7.03 m2, 18.43 m2 təşkil edən otaqlara X37 mülkiyyət hüququ üzrə sahiblik, istifadə və sərəncam hüquqlarınn tanınması faktı müəyyən edilmişdir. -X56 ilə İddiaçı arasında bağlanmış fərdi yaşayış evinin bağışlanmasına dair 03.09.2009-cu il tarixli müqavilənin notarial təsdiq edilmiş surətindən görünür ki, X56 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Abşeron Ərazi idarəsinin 03.04.2009-cu il tarixli, **********54-10301 Reyestr nömrəli, ********** Qeydiyyat nömrəli çıxarışına və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Abşeron ərazi idarəsinin 21.08.2009-cu il tarixli 1902 №-li arayışına əsasən özünə məxsus olan Abşeron rayon, Xırdalan şəhəri, R.Axundov küçəsində istifadəsində olan 0,0321 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 7 otaqlı, 140.34m2 yaşayış, 121.6 m2 köməkçi sahəsindən ibarət olan 2A nömrəli fərdi yaşayış evinin X40 məxsus olan 5 yaşayış otağından, 207.74 m2 ümumi, 104.74 m2 yaşayış, 103.0 m2 köməkçi sahədən ibarət hissəsindən yaşayış sahəsi 67.56 m2 olan 4 otaqdan ibarət 8, 7, 9, 12-ci yaşayış hissələrini və 70.44 m2 köməkçi sahəsindən ibarət olan 5, 11, 10, 13, 14 və 15-ci köməkçi hissələrini qızı İddiaçı bağışlamışdır. Müqavilə reyestrdə 4Ə-04-667 nömrə ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya MA, №0008035, reyestr nömrəsi **********54-10301 olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2, yaşayış sahəsi 140.34 m2, yardımçı sahə 121.6 m2, yaşayış otaqlarının sayı 7 olan fərdi yaşayış evinin 4 otaq, 138.0 m2 ümumi, 67.56 m2 yaşayış, 70.44 m2 köməkçi sahəyə münasibətdə İddiaçı adına 09.10.2009-cu il tarixdə, **********5 nömrəsilə, 1 otaq 69.74 m2 ümumi, 37.18 m2 yaşayış, 32.56 m2 köməkçi sahəyə münasibətdə X37 adına 22.10.2009-cu il tarixdə, ********** nömrəsilə xüsusi, paylı mülkiyyət hüququ kimi dövlət qeydiyyatından keçmiş, X18 payı açıq saxlanılmış payı isə ********** nömrəsi ilə 17.06.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Həmçinin çıxarışdan görünür ki, 0,0321 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla vətəndaşların istifadəsindədir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in verdiyi daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, reyestr nömrəsi **********54-10301 olan ünvan 2 ünvanında yerləşən evin A2 №li payı X40, A1 №li payı İddiaçı məxsusdur, X10 payı isə açıq saxlanılmışdır. -Abşeron Rayon Məhkəməsinin 11.08.2011-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı X19 cavabdehlər İddiaçı və Xırdalan bələdiyyəsinə qarşı ninəgzö˝ sahibliyində olan sahədən zəruri yol və keçid verilməsinə tələbinə dair˝ iddiası üzrə mülki işlə bağlı iddiaçı X33 və cavabdeh İddiaçı qız arasında bağlanmış barışıq sazişinin aşağıdakı məzmunda təsdiq edilməsi qərar alınmışdır: 1. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, sahəsi 12 m2 olan mənzil sahəsini notariat kontorunda bağışlama müqaviləsi bağlamaq yolu ilə cavabdehin mülkiyyətinə keçirir və 1(bir) ay müddətində həmin mənzildəki pasport qeydiyyatından çıxır. 2. Cavabdeh xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsini notariat kontorunda bağışlama müqaviləsi bağlamaq yolu ilə iddiaçının mülkiyyətinə keçirir. 3. Tərəflər bu barışıq müqaviləsini imzalamaqla öz aralarında olan mübahisənin bitməsini və gələcəkdə bu məsələ ilə bağlı bir-birilərinə qarşı hər hansı iddialarının olmayacağını qəbul edirlər. 4. Bu saziş mülki işə baxan məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. İddiaçı X19 cavabdehlər İddiaçı və Xırdalan bələdiyyəsinə qarşı ninəgzö˝ sahibliyində olan sahədən zəruri yol və keçir verilməsi tələbinə dair˝ mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. -X33 ilə İddiaçı arasında bağlanılmış, reyestrdə 4Ə/90 nömrəsi ilə qeydiyyata alınmış 16.10.2011-ci il tarixli evlə torpaq sahəsinin dəyişmə müqaviləsinin notarial təsdiq edilmiş surətindən görünür ki, X4 rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən 1 otaqlı 2A nömrəli fərdi yaşayış evini İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi ilə əvəzsiz olaraq dəyişmişlər. -X37 (hədiyyə verən) adından etibarnamə əsasında çıxış edən İddiaçı Fərəc qızı və X61 (hədiyyə alan) arasında bağlanılmış 29.12.2013-cü il tarixli ev bağışlama müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsi tərəfindən 27.12.2013-cü il tarixdə verilmiş 13722№-li arayışa və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Abşeron rayon Ərazi İdarəsi tərəfindən 26.01.2013-cü il tarixli Reyetsr nömrəsi **********54-10301, Qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən 2A nömrəli fərdi yaşayış evin yalnız onun payına düşən yaşayış sahəsi 37.18 m2, köməkçi sahəsi 32.56m2 ümumi sahəsi 69.74 m2 olan 1 otaqdan olan hissəsini hədiyyə alanın mülkiyyətinə vermiş, hədiyyə alan isə fərdi yaşayış evi xüsusi mülkiyyətinə qəbul etmişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya RX, №1387591, reyestr nömrəsi **********02-10301 olan çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2 fərdi yaşayış evinin 5 otaq, 150.1 m2 ümumi, 79.66 m2 yaşayış, 70.44 m2 köməkçi sahəsi İddiaçı adına, 1 otaq, 69.74 m2 ümumi, 37.18 m2 yaşayış, 32.56 m2 köməkçi sahəsi ilə X41 adına xüsusi mülkiyyət hüququ, 0,03696 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş, 42.1 m2 pay isə açıq saxlanılmışdır. -X37 Abşeron rayon 1 saylı notariat ofisində tərtib edilmiş 20.08.2013-cü il tarixli vəsiyyətnaməsinin surətindən görünür ki, vəsiyyət edən ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün daşınar və daşınmaz əmlaklarını İddiaçı vəsiyyət etmişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinin verdiyi invertar nömrəsi 4746 olan texniki pasportun surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən reyestr nömrəsi **********02-10301 olan fərdi yaşayış evinin 150.1m2 İddiaçı, 69.74m2 X48 məxsusdur, torpaq sahəsi ümumi birgə mülkiyyətdədir, 42.1m2 fərdi yaşayış evinə pay açıq saxlanılmışdır. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya MA, №0296204, reyestr nömrəsi **********54-10301 olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2 fərdi yaşayış evinin 5 otaq, 150.1 m2 ümumi, 79.66 m2 yaşayış, 70.44 m2 köməkçi sahəsi İddiaçı adına, 1 otaq, 69.74 m2 ümumi, 37.18 m2 yaşayış, 32.56 m2 köməkçi sahəsi ilə X41 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş, 42.1 m2 pay isə açıq saxlanılmışdır. 0,0321 ha torpaq sahəsi isə bələdiyyə torpağı olmaqla, vətəndaşların istifadəsindədir. -İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanılmış daşınmaz əmlakın alğı-satqısına dair 28.12.2018-ci il tarixli, AN-İ №0751663 saylı müqavilənin surətindən görünür ki, satıcı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2 olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə verir: Satıcı İddiaçı 150m2 – Alıcı Cavabdeh1 (müqavilənin 1-ci bəndi). Həmin müqavilənin 13-cü bəndinə görə satıcı İddiaçı 27.01.2019-cu il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya RX, №1467817, reyestr nömrəsi **********02-10301 olan çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2 fərdi yaşayış evinin 5 otaq, 150.1 m2 ümumi, 79.66 m2 yaşayış, 70.44 m2 köməkçi sahəsi Cavabdeh1 adına, 1 otaq, 69.74 m2 ümumi, 37.18 m2 yaşayış, 32.56 m2 köməkçi sahəsi ilə X41 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş, 42.1 m2 pay isə açıq saxlanılmışdır. 0,03696 ha torpaq sahəsi isə İddiaçı və X41 ümumi birgə mülkiyyətindədir. -İddiaçı səlahiyyətli orqanlara ünvanlanmış ünvan 7lə qeydiyyata alınmış **********720 saylı ərizəsinin surətindən görünür ki, İddiaçı Seriya RX, №146817, **********02-10301 reyestr nömrəli, Cavabdeh1 məxsus çıxarışdan adının çıxarılmasını xahiş etmişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya RX, №1500780, reyestr nömrəsi **********02-10301 olan çıxarışın surətindən görünür ki, ünvan 4 (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2 fərdi yaşayış evinin 5 otaq, 150.1 m2 ümumi, 79.66 m2 yaşayış, 70.44 m2 köməkçi sahəsi Cavabdeh1 adına, 1 otaq, 69.74 m2 ümumi, 37.18 m2 yaşayış, 32.56 m2 köməkçi sahəsi ilə X41 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş, 42.1 m2 pay isə açıq saxlanılmışdır. 0,03696 ha torpaq sahəsi isə Cavabdeh1 və X41 ümumi birgə mülkiyyətindədir. -X61 (satıcı) ilə Cavabdeh1 (alıcı) oğlu arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanılmış 03.04.2019-cu il tarixli, AN-İ №0769608 saylı daşınmaz əmlakın alğısatqısına dair müqavilənin surətindən görünür ki, satıcı ünvan 4 (yeni qaydalarla ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 69.74m2 olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 69.74m2 hissəsini alıcının mülkiyyətinə vermişdir. Həmçinin müqavilənin 1-ci bəndinin b yarımbəndinə görə satıcı ünvan 4 (yeni qaydalarla ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 0.01848 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 0.01848 ha hissəsini alıcının mülkiyyətinə vermişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi reyestr nömrəsi **********02-10301 çıxarışın surətindən görünür ki, ünvan 4 (yeni qaydalarla ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 261.9m2, FYE 219.84m2 və 0.03696 ha torpaq sahəsi Cavabdeh1 adına ********** nömrəsi ilə qeydiyyatdan keçmiş, 42.1 m2 pay açıq saxlanılmışdır. -Seriya RX, №0810986, reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0276 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X20 mülkiyyətindədir. -Torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, X22 məxsus Abşeron rayonu, Xırdalan şəhərindən yerləşən 0,0276 ha torpaq sahəsinə dair 21.01.2016-cı il tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, ünvan 10 ünvanında yaşayan X22 məxsus, Abşeron rayon Xirdalan bələdiyyəsinin 23.07.2013-cü il tarixli 03 saylı qərarı fərdi yaşayış evi tikmək üçün ayrılmış 278m2 torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək, Dövlət Torpaq kadastrı kitabında 26.11.2013-cü il tarixdə 22359 nömrə ilə uçotu aparılmışdır. -Abşeron rayon Xırdalan bələdiyyəsinin 23.07.2013-cü il tarixli 03 saylı qərarından çıxarışdan görünür ki, əyyidələB˝ torpaqlarının idarə edilməsi haqqında˝ Azərbaycan Respubliaksı Qanunu qüvvəyə minənədək fərdi yaşayış evi tikmək üçün istifadə olunmuş bələdiyyənin mülkiyyətində olan (Çıxarış N0055155, Reyestr N**********16, qeydiyyat N**********, qeydiyyat tarixi 18.03.2010) 278 m2 torpaq sahəsinin X11 geri alınmasının qeyri-mümkünlüyü qeyd edilmiş, Bələdiyyə fondunun alğı-satqı predmeti olan torpaq sahəsindən X3 hissəsində yerləşən uzun illər istifadə etdiyi üzərində fərdi yaşayış evi tikilmiş 278 m2 torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu – təsərrüfat ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə və ya icarəsinə verilmədiyindən əyyidələB˝ torpaqlarının ayrılmasına dair˝ Əsasnamənin 10-cu bəndinə uyğun olaraq bilavasitə ona satılmış, Mülkiyyətinə satılmış torpaq sahəsinə və tikililərə dair vergilərin vaxtlı-vaxtında ödənilməsi İ.B.Abbasova taprılmışdır. -Torpaqların alğı-satqısına dair Abşeron rayon Xırdalan bələdiyyəsinin sədri X35, torpaq alan X20 və Abşeron rayon Torpaq şöbəsinin müdiri X25 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, X5 rayon Xırdalan bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanın iclasında baxılmış, Xırdalan bələdiyyə ərazisində 278m2 torpaq sahəsinin satılması barədə 23.07.2013-cü il tarixli iclasının 03 saylı qərarından çıxarış verilmiş, bunun müqabilində X31 tərəfindən knaB˝ Technique˝ ASC-nin Abşeron filialının ******************** saylı hesabına 975 manat haqq ödənilmişdir. X67 və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində 03.10.2013-cü il tarixdə 1828/13 nömrə ilə qeydiyyata alınmışdır. -Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 19.07.2013-cü il tarixli Rəyinin surətindən görünür ki, Xırdalan bələdiyyəsinin 347 №-li 17.07.2013-cü il tarixli müraciətinə əsasən o cümlədən X22 Xırdalan şəhəri ərazisində istifadəsində olan üzərində fərdi yaşayış evinin tikintisi məqsədilə 278m2 torpaq sahəsinin satılması məsələsinə Memarlıq və Tikinti şöbəsində baxılmış və müsbət rəy verilmişdir. -Abşeron rayonu Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışın surətindən görünür ki, X2 278m2 torpaq sahəsinin coğrafi yerləşmə planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdiri və Xırdalan bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmişdir. -Abşeron Rayon Məhkəməsinin 06.08.2015-ci il tarixli, 2(012)-3496/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X20 cavabdehlər X48 və İddiaçı qarşı iddiası təmin edilmiş və X61 və İddiaçı tərəfindən iddianın etiraf edilməsinin təsdiq edilməsi, Abşeron rayon Xırdalan bələdiyyəsinin 23.07.2013-cü il tarixli 03 saylı qərarı və Torpaqların alğı-satqısına dair Akta əsasən iddiaçıya məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki 278m2 torpaq sahəsinin qonşuluğunda yerləşən, 24.02.2015ci il tarixli **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X48 və İddiaçı paylı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin və onun həyatyanı torpaq sahəsinin koordinatlarına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində düzəliş edilərək torpaq sahələrinin naturada yerləşmə vəziyyətinə uyğun olaraq dəyişdirilməsi, Xırdalan bələdiyyəsi tərəfindən X2 278m2 torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması qət edilmişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi reyestr nömrəsi **********36-10301 çıxarışın surətindən görünür ki, ünvan 4 (yeni qaydalarla ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 261.9m2 olan FYE 219.64 m2 və torpaq sahəsinin 0.03696 ha sahəsi Cavabdeh1, FYE 42.1 m2 və torpaq sahəsinin 0.0278 ha hissəsi isə X20 adına dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir. -X31 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanılmış 17.05.2019-cu il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsinin ləğvi barədə müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 27.04.2019-cu il tarixdə verilmiş reyestr nömrəsi **********3, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Abşeron rayon Xırdalan şəhəri ərazisində yerləşən 0.0278 ha torpaq sahəsinə dair Abşeron 1 saylı notariat kontorunda 27.04.2019-cu il tarixdə 4Ə-868 reyestr nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanmışdır. Tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən 0.0278 ha torpaq sahəsinə bağlanmış alğı-satqı müqaviləsi ləğv edilmiş, alğı-satqı zamanı satıcıya ödənilmiş 15000 manat nağd şəkildə alıcıya notariusun depozit hesabı vasitəsilə qaytarmağı satıcı öz öhdəsinə götürmüş, müqavilə 17.05.2019cu il tarixində tərəflərin rəsmi müraciətləri əsasında ləğv olunmuş hesab edilmiş və rəsmi qeydiyyat aparmaq üçün AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə məlumat göndərilmişdir. -X31 (satıcı) ilə Cavabdeh1 (alıcı) oğlu arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanılmış 01.06.2019-cu il tarixli, AN-İ №0781082 saylı daşınmaz əmlakın alğısatqısına dair müqavilənin surətindən görünür ki, satıcı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 261.9m2 olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 42.1m2 hissəsini alıcının mülkiyyətinə vermişdir. Həmçinin müqavilənin 1-ci bəndinin b yarımbəndinə görə satıcı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.06476 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 0.0278 ha hissəsini alıcının mülkiyyətinə vermişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi reyestr nömrəsi **********38-10301 çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.06476 ha torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ ilə ********** saylı nömrə ilə Cavabdeh1 adına 07.06.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. -04.06.2019-cu il tarixli torpaq sahəsini plan və ölçüsündən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən, Cavabdeh1 adına reyestr nömrəsi **********38-10301 olan 0.06476 ha torpaq sahəsinə A№ 373961 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. -Abşeron rayon 1 saylı notariat ofisində tərtib edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yönəlmiş Cavabdeh1 01.06.2019-cu il tarixli **********307 saylı, 8İ- 5307 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 261.9mü olan evin sökülməsi səbəbindən qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir. -X41 notariat kontoruna ünvanladığı və ünvan 13 reyestrdə 8İ-1133№ ilə qeydiyyata alınmış ərizənin surətindən görünür ki, X21 rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 2A ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına, bağışlanmasına və ipoteka (girov) qoyulmasına etiraz etmir. -X41 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı və ünvan 13 reyestrdə 8İ-1137№ ilə qeydiyyata alınmış ərizənin surətindən görünür ki, o, ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsində yerləşən torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. -İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış, ünvan 15mrə ilə qeydiyyata alınmış 31.07.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin X48 məxsus hissəsində yerləşən torpaq sahəsinin X41 adına özəlləşdirilməsinə etiraz etməmişdir. -Abşeron Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2(012)-3371/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı lup˝ tələbinə dair˝ iddiası təmin edilməmişdir. -Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/39551 saylı arayışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu Xırdalan şəhərində yerləşən, sahəsi 0.036 ha torpaq sahəsinin 10.02.2020-ci il tarixinə bazar dəyəri 18000 (on səkkiz min) manat təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3 (yeni qaydada Əbdürrəhim bəy Haqverdiyev küçəsi ev2A) ümumi sahəsi 261.9 m2 fərdi yaşayış evi X37 xüsusi mülkiyyətində olmuş, 0.03696 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olmaqla, sonuncunun istifadəsində olmuşdur. 03.09.2009-cu tarixdə X56 ilə İddiaçı arasında notarial qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən fərdi yaşayış evinin H.Abbasova məxsus bir hissəsi – 4 yaşayış otağı və bir köməkçi sahə İddiaçı xüsusi mülkiyyətinə keçmişdir. 29.12.2013-cü il tarixdə X37 adından etibarnamə əsasında çıxış edən Abbasova X43 Faiq Həbib oğlu ilə notarial qaydada ev bağışlama müqaviləsi bağlamış, müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən 2A nömrəli fərdi yaşayış evinin H.Abbasovun mülkiyyətində olan yalnız yaşayış sahəsi 37.18 m2, köməkçi sahəsi 32.56m2 ümumi sahəsi 69.74 m2 olan 1 otaqdan olan hissəsi F.Abbasovun mülkiyyətinə keçmişdir. İş materiallarından görünür ki, bundan sonra 2018-ci ildə İddiaçı ilkin olaraq bələdiyyənin mülkiyyətində, onun isə istifadəsində olan torpaq sahəsini özəlləşdirərək, öz adına xüsusi mülkiyyət hüququ kimi dövlət reyestrində qeydə aldırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin İİ bəndinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, torpaq sahəsini özəlləşdirilməsini İddiaçı aparmasına baxmayaraq, hər hansı hüquqi əsas olmadan torpaq sahəsi digər mülkiyyətçi F.Abbasov ilə ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Məhkəmə hesab edir ki, 0.03696 ha torpaq sahəsinin F.Abbasovun ümumi mülkiyyətinə keçməsi və sonuncunun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün hüququ əsas olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsində görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, göstərilən torpaq sahəsi üzərində F.Abbasovun mülkiyyət hüququnun yaranması üçün Mülki Məcəllənin 139.1-1-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə ünvan 1 ünvanında yerləşən 0.03696 torpaq sahəsinin F.Abbasovun ümumi mülkiyyətinə keçməsi üçün əsasların olmadığını müəyyən etdiyindən və RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi tələbini təmin etdiyindən, hesab edir ki, iddia tələbi Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur tərəfindən 03.04.2019-ci il tarixli, 4Ə-660 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, sözügedən müqavilənin mahiyyətindən görünür ki, F.Abbasov özünə məxsus olan və yuxarıda göstərilən ünvanda yerləşən fərdi yaşayış evini və 0,01848 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Lakin məhkəmə araşdırması zamanı F.Abbasovun göstərilən ünvanda yerləşən 0,01848 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmadığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, şəxs özünün mülkiyyətində olmayan hər hansı daşınmaz əmlakı başqa şəxsin mülkiyyətinə verə bilməzdi. Məhkəmə iddia tələbinin noreşbA˝ rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X39 tərəfindən təsdiq edilmiş 06.02.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi˝, imumü˝ birgə mülkiyyət hüququ ilə 20.02.2019cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi˝ və ıçaiddİ˝ 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası˝ hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin; 139.1-1-ci və 139-1.1.3-cü maddələrinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İş materiallarında olan İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanılmış daşınmaz əmlakın alğı-satqısına dair 28.12.2018-ci il tarixli, AN-İ №0751663 saylı müqavilənin surətindən görünür ki, satıcı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2 olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə verir: Satıcı İddiaçı 150m2 – Alıcı Cavabdeh1 (müqavilənin 1-ci bəndi). Həmin müqavilənin 13-cü bəndinə görə satıcı İddiaçı 27.01.2019-cu il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı özünün xüsusi mülkiyyətində olan 150.0m2 fərdi yaşayış evini notarial qaydada bağlanılmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətinə vermişdir. Lakin bundan sonra Abşeron rayonu 1 saylı notariat ofisində İddiaçı ,nəM˝ İddiaçı Seriya RX, №146817, **********02-10301 reyestr nömrəli, Cavabdeh1 məxsus çıxarışdan adımın çıxarılmasını xahiş edirəm. Yazılanları imzamla təsdiq edirəm˝ məzmunlu 06.02.2019-cu il tarixli, **********720 saylı ərizə alınmış və həmin ərizə əsasında İddiaçı mülkiyyətində olan 0.03696 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə keçmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 139.1-1.3-cü, 144.1-ci və 144.2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində sərəncam hüququnun keçməsi üçün əsaslardan biri müqavilədir, 139.1-1.3-cü maddədə notarial ərizə əsasından şəxsin xüsusi mülkiyyətində olan daşınmaz əmlakın başqa şəxsin xüsusi mülkiyyətinə keçməsi imkanı və əsası nəzərdə tutulmamışdır. Həmçinin zamnışaD˝ əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sırasında da əsaslardan biri kimi müqavilələr nəzərdə tutulmuş, bu barədə notarial ərizənin verilməsi isə əsaslar sırasında göstərilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.3-2-ci maddəsinə görə bu Məcəllənin 218.4.5-ci maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan torpaq sahələri vergitutma obyektidir. Həmin Məcəllənin 218.4-cü və 218.4.5-ci maddələrinə görə mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin Məcəllənin 218-1.1-ci maddəsinə görə vergidən azaddır: 218-1.1.5. mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi üzrə aşağıdakı təqdim edilmə halları: 218-1.1.5.1. fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi; Sadalanan normanın tələbindən göründüyü kimi İddiaçı özünə məxsus olan 0.03696 ha torpaq sahəsinin alğı-satıqını həyata keçirmiş olsaydı, o zaman torpaq sahəsinin alğə-satqısından əldə edilmiş gəlir qanunun tələbinə əsasən onun mülkiyyətidə olan torpaq sahəsi vergi tutma obyekti hesab edildiyindən, o, müvafiq məbləğdə vergi ödəməliydi. Lakin iş materiallarından göründüyü kimi İddiaçı həmin müqavilə üzrə torpaq sahəsinin alğı-satqısını həyata keçirməsi halı üçün vergi ödəməli olmasına dair müqavilədə hər hansı qeyd mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı məxsus 0.03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Cavabdeh1 keçməsi üçün qanunla nəzərdə tutulmuş əsas olmadığıdan və bu hüququn keçirilməsi zamanı maddi hüquq normalarının tələbləri pozulduğundan iddia tələbi Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X39 tərəfindən təsdiq edilmiş 06.02.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi və ümumi birgə mülkiyyət hüququ ilə 20.02.2019-cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi hissəsində də təmin edilməli və İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov küçəsi 2A (yeni qaydalarla Əbdülrəhim bəy Haqverdiyev küçəsi 2A) ünvanında yerləşən 0.03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməlidir. Məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi ilə əlaqədar, özündə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun Cavabdeh1 məxsus olmasını əks etdirən çıxarışların - 03.04.2019-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarışın, ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarışın, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışın və ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissəsində təmin edilməli, göstərilən çıxarışlar ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının maraqlarına toxunduğundan və təmin edilmiş iddia tələbləri ilə bağlı olduğundan N.X1 ilə Cavabdeh1 arasında bağlanmış 01.06.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli, alğı-satqı müqaviləsinin və 8İ-5307 reyestr nömrəli, **********307 saylı, 01.06.2019-cu il tarixli ərizəsinin etibarsız hesab edilməsi hissəsində də iddia tələbi təmin edilməlidir. Mülki Məcəllənin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı nаsnİ˝ Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа˝ Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi presedentlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 30 mаrt 2006-cı il tаrixli qərаrındа göstərilir ki, Аzərbаycаn Respublikаsı nаsnİ˝ Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа˝ Аvrоpа Kоnvensiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа etmiş dövlət kimi 2002-ci il аprel аyının 15dən Kоnvensiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Respublikаsı Kоnvensiyаnı rаtifikаsiyа etdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvensiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin etməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvensiyаnı rаtifikаsiyа etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X36 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. nasnİ˝ hüquqlarının və X36 haqqında˝ Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin; 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 10 (on) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində dövlət rüsumu tələb edilmədiyindən rüsum ödənişi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. nacyabrəzA˝ Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 18.03.2019-cu il tarixli Qərarında deyilir ki, ...˝ Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir˝. Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 Xəyyam oğlu ilə X61 arasında bağlanılmış 03.04.2019-ci il tarixli, 4Ə- 660 reyestr nömrəli və X31 ilə Cavabdeh1 arasında bağlanmış 01.06.2019-cu il tarixli, 4Ə- 1197 reyestr nömrəli alğı-satqı müqavilələri, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X39 tərəfindən təsdiq edilmiş İddiaçı 06.02.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizəsi və Cavabdeh1 01.06.2019-cu il tarixli, **********307 saylı, 8İ- 5307 reyestr nömrəli ərizəsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi İddiaçı və X41 adına olan qeydiyyatdan keçmiş RX seriyalı, ******* saylı, **********02-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 və X41 adına qeydiyyatdan keçmiş Seriya RX, №1500780, **********02-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 adına qeydiyyatdan keçmiş 03.04.2019-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 və X20 adına qeydiyyatdan keçmiş ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 adına 07.06.2019-cu il tarixdə qeydiyyatdan keçmiş ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışlar ləğv edilsin. İddiaçı ünvan 1 (yeni qaydalarla Əbdülrəhim bəy Haqverdiyev küçəsi 2A) ünvanında yerləşən 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1595/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1595/2021
04.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver