Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1620/2025 08.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı miras əmlakın bərabər paylara bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı miras əmlakın bərabər paylara bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ataları X1 miras qalmış ünvan 1 ünvanındakı mənzilin onlar və cavabdeh arasında bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hazırki iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə zərurət yarandığından, işin baxılmamış saxlanılaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyib, iddiaçının ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, hazırki mülki işin geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı miras əmlakın bərabər paylara bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı2 tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov