Məhkəmə qərarları › İş №2(012)-1625/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1625/2021

04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1625/2021 04.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Tağıyev Sabir Paşa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi Şöbəsinə qarşı “inzibati tənbehvermə qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə 04 fevral 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Tağıyev Sabir Paşa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi Şöbəsinə qarşı “inzibati tənbehvermə qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. iddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki,iddia ərizəsi MPM –nin 152 1.1 maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi Şöbəsinin 14.06. 2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə barədə qərarlarının etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərardadlar mülki mühakimə icraatı qaydasında mübahisələndirilə bilməz, yəni həmin qərarların etibarsızlığı barədə iddia qaldırıla bilməz. Qeyd edilən qərarlardan məhkəməyə şikayət vermək olar. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı qeyd edilən qərarlardan məhkəməyə şikayət verə bilər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Tağıyev Sabir Paşa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi Şöbəsinə qarşı “inzibati tənbehvermə qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. İddiaçı qeyd edilən qərarlardan məhkəməyə şikayət verə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar