Məhkəmə qərarları › İş №2(012)-1634/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1634/2023

12.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1634/2023 12.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X8 kаtibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh Hərrac Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərrac protokolunun etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı hərrac protokolunun etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən borclu X6 mülkiyyətində olan “Geely MK” minik markalı, AZ **-CE-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair xx.xx.2019-cu il tarixli, 30/05 saylı hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “"xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsi”nə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən, Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X15 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Həmin agentliyin cavabdeh X9 qarşı “borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 2(012)-2987/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X5 MMC-nin xeyrinə 6835 ABŞ dolları əsas, 2730.94 ABŞ dolları faiz borcu olmaqla, cəmi 9565.94 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmeti olan “Geely MK” minik markalı, AZ **-CE-*** qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamənin icrasının təmin edilməsi məqsədi ilə borcluya məxsus minik avtomobilinin açıq hərracda satılması üçün Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən Hərrac Mərkəzi "xxxx" MMC hərrac təşkilatına hərracın keçirilməsi üçün sifariş göndərilmiş, MMC tərəfindən borcluya məxsus minik avtomobilinin açıq hərracda satılması üçün hərrac təşkil edilmiş, qanunvericilikdə müəyyən edilmiş qaydada tələbkara hərracın yeri və vaxtı barədə xx.xx.2019-cu il tarixdə 01 saylı və xx.xx.2019-cu il tarixdə 02 saylı bildirişlər göndərilmişdir. Hər iki hərrac alıcı olmadığı üçün baş tutmamışdır. Bu səbəbdən də, MMC tərəfindən xx.xx.2019-cu il tarixdə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni, 4462.5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixli təklif məktubuna müsbət cavab vermiş, bu barədə xx.xx.2019-cu il tarixli, 30/05 saylı protokol imzalanmış və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan X3 İddiaçı QSC qalib alıcı kimi qeydiyyata alınmışdır. Abşeron rayon Məhkəməsinin 2(012)-2987/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən borclu tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1148/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən, X6 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin 2(012)-2987/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi hüquqi qüvvəsini itirmişdir. Bu səbəbdən də, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə yenidən müraciət edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-5917/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X5 cəmi 7290.94 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmeti olan minik avtomobilinin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrasının təmin edilməsi məqsədi ilə Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən “X2 Əmlak Hərrac Mərkəzi” MMC hərrac təşkilatına hərracın keçirilməsi üçün sifariş göndərilmişdir. Həmin MMC-nin hərrac yekunları barədə 236/22 saylı protokoluna əsasən, qalib alıcı müəyyən olunmuşdur. X16 X3 xx.xx.2019-cu il tarixli hərracın yekunu barədə protokola əsasən, qalib alıcı kimi İddiaçı QSC qeyd olunduğundan yeni qalib alıcı ipoteka predmeti olan minik avtomobilini mülkiyyətçi kimi öz adına rəsmiləşdirə bilmir. Bu səbəbdən də, hərracın yekunlarına dair çıxarılmış ilkin protokolun etibarsız hesab edilməsi zəruridir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-yə, üçüncü şəxslər X9 və Abşeron rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, “"xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə vermiş və eyni zamanda, həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etmişdir. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı sərəncamından görünür ki, İddiaçı QSC BOKT-a "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə banka ********** manat, ********** ABŞ dolları, ********* avro, ******* ingilis funt sterlinqi, **********6 Rusiya rublu, 31555036 gürcü larisi məbləğində qiymətləndirilən problemli aktivlərin balans dəyəri ilə bankdan satın alınmasının və bunun müqabilində banka verilməsi üçün 3 il müddətinə illik 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında 3 milyard ABŞ dolları məbləğinədək sadə veksel buraxılmasının təmin etməsi tapşırılmışdır. -Hərrac Təşkilatının “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün” hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 30/05 saylı protokolundan görünür ki, hərracın keçirilməsinə sifariş verən Abşeron rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında hərracın təşkilinə şərait yaradan "xxxx" MMC tərəfindən Abşeron rayon Məhkəməsinin 2(012)-2987/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə borclu X9 məxsus, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, tam dəyəri 4462.5 manat dəyərində müəyyən edilmiş “Geely MK” minik markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobil ilkin satış qiyməti 7000 manat olmaqla “İpoteka haqqında” Qanunun 41, 42 və 43-cü maddələrinə əsasən, hərraca çıxarılmış, təkrar hərracdakı satış qiyməti 5950 manat dəyərində müəyyən edilmiş, Qanunun 43.7-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracı başa çatdırmış, ipoteka predmeti ipoteka saxlayan İddiaçı QSC BOKT tərəfindən 25 faiz aşağı olan qiymətlə 4462.5 manat qiymətlə əldə etmək hüququndan istifadə edilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-5917/2021 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh X5 4559.55 ABŞ dolları əsas, 2730.94 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7290.49 ABŞ dolları (və ya həmin məbləğin ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla) kredit borcu və 30 manat dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan-cavabdeh X6 mülkiyyətində olan “Geely MK” minik markalı, **-CE-*** dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, iddia tələbinin digər hissələrdə rədd edilməsi qət edilmişdir. -“X2” "xxxx" MMC tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə 236/22 saylı protokoldan görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında keçirilmiş və həraca çıxarılmış, ilkin satış qiyməti 700 manat dəyərində qiymətləndirilmiş, X9 məxsus “Geely MK” minik markalı, **-CE-*** dövlət qeydiyyat nömrəli avtomobil qalib alıcı X10 tərəfindən alınmışdır. Əmlakın xx.xx.2022-ci il tarixə təyin olunmuş hərracdakı satış qiyməti 595 manat, alış qiyməti isə 650 manat müəyyən edilmişdir. Hərracın nəticələrinə dair protokol X9 məxsus minik avtomobilinin dövlət qeydiyyat orqanında yeni mülkiyyətçi X4 adına dövlət qeydiyyatına alınması və ipotekaya xitam verilməsi üçün əsas hesab olunur. Bu protokol müqavilə qüvvəsinə malikdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən “X15 edilməsi Agentliyi” MMC - adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair, qanuni təmsilçi X11 olmasına dair xx.xx.2018-ci il tarixli, **********605300 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X12 xx.xx.2007-ci il tarixli Fərmanına əsasən, «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X1 rayonu, Masazır ərazi dairəsi, Masazır kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə X13 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 0485 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 48 ay müddətinə qaytarmaq, illik 18 faiz dərəcəsi ilə kredit vəsaiti verilmiş və həmin borcun ödənilməsinin təminat üsulu olaraq, X13 mülkiyyətində olan “Geely MK” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, "xxxx" ASC banka məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə vermiş və eyni zamanda, həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər X13 tərəfindən icra edilmədiyindən İddiaçı QSC-nin iddia ərizəsi əsasında çıxarılmış Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2987/2018 saylı qətnaməsinə əsasən, borcun tutulması və tələbin minik avtomobilinə yönəldilməsi qət edilmişdir. Sözügedən qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün aidiyyəti icra qurumuna yönəldilmiş və icra qurumunun sifarişi əsasında keçirilmiş hərracın nəticələrinə uyğun olaraq minik avtomobili İddiaçı QSC BOKT tərəfindən satın alınmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2987/2018 saylı qətnaməsi X13 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, ləğv olunaraq iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bu səbəbdən də, iddiaçının məhkəməyə təkrarən müraciəti əsasında çıxarılmış Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-5917/2021 saylı qətnaməsi ilə X5 cəmi 7290.49 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan “Geely MK” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satılması qət edilmişdir. Sözügedən qətnamə əsasında verilmiş icra sənədinin icrasının təmin edilməsi məqsədilə Abşeron rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə keçirilmiş hərrac nəticəsində minik avtomobili yeni alıcı X10 tərəfindən satın alınmışdır. Hazırda, yeni alıcı ipoteka predmeti olan daşınar əmlakı öz adına rəsmiləşdirə bilmədiyi üçün iddiaçı hərracın yekun nəticələrinə dair çıxarılmış ilkin protokolun etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə “İpoteka haqqında” Qanun adlanacaq): 41.1. maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.8. maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2. maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun tələblərindən göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş "xxxx" MMC hərrac təşkilatının xx.xx.2019-cu il tarixli, 30/05 saylı hərracın yekunları barədə protokoluna əsasən, ipoteka predmeti olan minik avtomobilinin İddiaçı QSC BOKT tərəfindən satın alınmasına baxmayaraq, mülki iş üzrə çıxarılmış və qanuni qüvvəsini almış Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-5917/2021 saylı qətnaməsinin icrasının təmin edilməsi istiqamətində icra məmurunun sifarişi əsasında çıxarılmış xx.xx.2022-ci il tarixli, 236/22 saylı “Hərracın yekunları barədə protokol”a əsasən, minik avtomobili yeni alıcı X10 tərəfindən satın alınmış və sözügedən protokol ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi barəsində qeydlərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi üçün əsas olmuşdur. Eyni zamanda, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında Qanun”un 8.0.2. maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə də, qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, minik avtomobilinin hazırki mülkiyyətçisinin X4 olması hazırki mülki işin mübahisəsiz tərəfi olmaqla, qeyd olunan hal İddiaçı QSC BOKT tərəfindən mübahisələndirilmir, əksinə, iddiaçı bununla “razılaşmışdır.” “İpoteka haqqında” Qanunun: 42.1.-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 42.3.-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə protokola əsasən, ipoteka predmeti olan “Geely MK” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil alıcı X10 tərəfindən satın alınmış və iddiaçı könüllü olaraq, ilkin keçirilmiş hərrac nəticəsində onun tərəfindən satın alınması ilə nəticələnmiş xx.xx.2019-cu il tarixli, 30/05 saylı protokolun etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə minik avtomobilinin yeni alıcısı olan X10 tərəfindən avtomobilin onun adına dövlət qeydiyyatına alınmasına dair hüquqlarının həyata keçirilməsinə məhdudiyyət yarandığından iddia tələbini əsaslı hesab etməklə onun təmin edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. X6 mülkiyyətində olan “Geely MK” minik markalı, AZ **-CE-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən qəbul edilmiş “Hərracın yekunları barədə” xx.xx.2019-cu il tarixli, 30/05 saylı potokol etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar