Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-168/2021 05.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X4 Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, həmçinin cavabdeh X4 Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçi) Cavabdeh4 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər X4 Məsuliyyətli Cəmiyyətinə, X4 Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçi) Cavabdeh4, X4 Məsuliyyətli Cəmiyyətinin iştirakçıları Cavabdeh3 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 Məsuliyyətli Cəmiyyətinə, X4 Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçi) Cavabdeh4, X4 Məsuliyyətli Cəmiyyətinin iştirakçıları Cavabdeh3 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 Məsuliyyətli Cəmiyyətinin üzərində Magna Trans MMC-nin maliyyə hesabatının audit yoxlanışının həyata keçirilməsi üçün 2010-2019-cu illər üzrə illik maliyyə hesabatlarının və Audit yoxlamasının aparılması üçün bütün zəruri sənədlərin onun tərəfindən seçilmiş sərbəst X1 təqdim edilməsi və X4 Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı 33,3%-lik iştirak payına uyğun olaraq, 2010-2019-cu illər üçün ona mənfəətdən dividendin ödənilməsinin təmin edilməsi vəzifəsinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək, sözügedən mülki iş üzrə Cavabdeh1ndən əlavə Cavabdeh1 direktoru (qanuni təmsilçi) Cavabdeh4 (Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5, mənzil 2), Cavabdeh1 iştirakçısı Cavabdeh3 (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 21, mənzil 6) və Cavabdeh1 iştirakçısı Cavabdeh2 (Ünvan: Göyçay şəhəri, Nizami küçəsi, D 4, ev 1) cavabdeh qismində cəlb edilməsini və iddia tələbinin təmin edilərək cavabdehlərdən müştərək qaydada (7.310.488,00 + 876.268,80) cəmi 8.186.756,80 manat məbləğində dividendin, Cavabdeh1nə 2010-2019-cu illər üzrə İddiaçı tərəfindən qoyulmuş 452.436,00 ABŞ dolları məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, nəqliyyat vasitələrinin satışındən əldə edilmiş 2.600.500,00 manat vəsaitin "xxxx" MMCnin hesablaşma hesabına ödənilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki işin aidiyyatı üzrə başqa məhkəməyə göndərilməsi zərurəti müəyyən edildiyindən, hazırkı mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil2 hazırki mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X4 Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, həmçinin cavabdeh X4 Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçi) Cavabdeh4 vəkili Vəkil1 hazırki mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehlər X4 Məsuliyyətli Cəmiyyətinin iştirakçıları Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, mülki iş materiallarında olan: -E-taxes.gov.az saytından çıxarılmış məlumatdan görünür ki, VÖEN ********** olan İddiaçı vergi ödəyicisi kimi AZ1108 ünvan 1 ünvanında qeydiyyata alınmışdır. -E-taxes.gov.az saytından çıxarılmış məlumatdan görünür ki, VÖEN ********** olan X4 Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi kimi 06.10.2010-cu il tarixdə AZ0100 ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Mülki Prosessual Məcəllənin: 1.1. maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki iş materiallarından göründüyü kimi, cavabdeh Magna Trans MMC-nin üç təsisçilərindən biri olmuş, hazırki iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmiş, hazırki iş üzrə cavabdeh Magna Trans MMC isə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olduğundan, həmçinin, iddia tələbi ilə sahibkarlıq fəaliyyəti arasında bağlılıq olduğundan, hazırki mülki iş kommersiya mübahisələrinə aiddir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 4 nömrəli Qərarına əsasən, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Qərarın 22-ci bəndinə əsasən, bu baxımdan məhkəmələrə izah edilir ki, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Qərarın 25-ci bəndinə əsasən, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədləri, qanunvericiliyin tələblərini və Ali Məhkəmənin Plenum Qərarlarını nəzərə alıb hesab edir ki, hazırki mülki iş subyektiv tərkibinə görə tərəflər vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçdiyindən, tərəflər arasında olan münasibətlər onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olduğundan mülki işə ümumi icraat qaydasında deyil, kommersiya məhkəməsində baxılmalı olduğundan hazırki mülki iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər X4 Məsuliyyətli Cəmiyyətinə, X4 Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçi) Cavabdeh4, X4 Məsuliyyətli Cəmiyyətinin iştirakçıları Cavabdeh3 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-168/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-168/2021
05.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver