Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-170/2022 31.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən bankın xeyrinə 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 101121,17 manat əsas, 12948,90 manat faiz, ümumilikdə 114070,07 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, evin satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativi tərəfindən ümumi qaydada icra edilməsi, tutma evə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 həmin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin əmlakları ilə birgə evdən çıxarılmaları, cavabdehlər evdən çıxmadıqda məcburi qaydada çıxarılmaları, evin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" ASC iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən "xxxx" ASC-nin xeyrinə 26.12.2017-ci il tarixli, 1-26-12-2017-BX-S1 nömrəli kredit müqaviləsi üzrə 101121,17 manat əsas borc, 20926,24 manat faiz borcu olmaqla, cəmi 122047,41 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, evin satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativi tərəfindən ümumi qaydada icra edilməsi, tutma evə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 həmin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin əmlakları ilə birgə evdən çıxarılmaları, cavabdehlər evdən çıxmadıqda məcburi qaydada çıxarılmaları, evin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X2” ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 142 ay müddətinə illik 10% dərəcəsi ilə 112120 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativi ilə 26 dekabr 2017-ci il tarixli zaminlik müqavilələri bağlamış və müqavilələrin şərtlərinə görə zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 saylı mənzil 26 dekabr 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Müqavilənin şərtlərində, habelə onun ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlində kredit borcunun faizləri ilə birlikdə hansı müddətdə və qaydada ödənilməsi göstərilmişdir. Lakin Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında mövcud olan öhdəliklər lazımınca icra edilmədiyindən, onun 09 aprel 2021-ci il tarixə iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı bank tərəfindən Cavabdeh2 xəbərdarlıq məktubları ilə müraciət olunsa da, cavabdeh tərəfindən bu xəbərdarlıqlara məhəl qoyulmadığından bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 26 dekabr 2017-ci il tarixli 1-26-12-2017-BX-S1 nömrəli kredit müqaviləsinə əsasən hesablanmış faiz borcunun şişirdildiyini bildirdi. Digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 dekabr 2017-ci il tarixli 1-26-12-2017-BX-S1 №-li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Sumqayıt filialı – “Bank”, Cavabdeh2 – “borcalan” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən sonuncuya 142 ay müddətinə, illik 10% dərəcəsi ilə 112120 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 26.12.2017-ci il tarixli, 1-26-12-2017-BX-S1 saylı zaminlik müqavilələrindən müəyyən edilir ki, Cavabdeh2 "xxxx" ASC ilə bağladığı 26.12.2017-ci il tarixli, 1-26-12-2017-BX-S1 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativi bank qarşısında öz üzərinə öhdəlik götürmüşlər. İş materiallarında olan 16.11.2018-ci il tarixli, 74/18 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" ASC və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış həmin müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzil ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında 26.12.2017-ci il tarixli, 1-26-12-2017-BX-S1 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 119000 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 09 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 101121,17 manat əsas borc, 12948,90 manat faiz borcu – cəmi 114070,07 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin 21 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 101121,17 manat əsas borc, 20926,24 manat faiz borcu – cəmi 122047,41 manat məbləğində borcu vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi, həmin müqavilənin icrasını təmin etmək məqsədilə ilə zaminlik müqavilələri və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanıb. Bu müqavilələr Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh2 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək "xxxx" ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia tələbini cavabdeh zaminlərə münasibətdə də qanuni və əsaslı hesab edir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Borc məbləğinin dəqiq müəyyən edilməsi ilə bağlı məhkəmənin 23 iyun 2021-ci il tarixli, 2(012)-3129/2021 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2021-ci il tarixli, 9/6942 saylı müvafiq rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh2 iddiaçı "xxxx" ASCyə maliyyə arayışında borcun hesablandığı tarixə olan borcu - əsas borc üzrə 101188,41 manat, faiz borcu üzrə 12929,38 manat olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Cavabdeh2 "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə iddianın ona münasibətdə təmin edilməsi üçün əsaslar mövcud olduğundan və hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə hesablanmış borc məbləği ekspert rəyinə əsasən müəyyən edilmiş borc məbləği ilə uyğunluq təşkil etdiyindən iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş cavabdeh zaminlər Cavabdeh3 və Cavabdeh5 Mənzil Təmir-Tikinti Kooperativi Cavabdeh2 ilə birlikdə iddiaçı "xxxx" ASC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada 26 dekabr 2017-ci il tarixli 1- 26-12-2017-BX-S1 saylı kredit müqaviləsi üzrə 101121,17 manat məbləğində əsas borc, 20926,24 manat məbləğində faiz borcu olmaqla, cəmi 122047,41 manat məbləğində borc pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Eyni zamanda məhkəmə iddianın "tələbin ipoteka predmetinə yönəldilməsinə dair" hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 16 noyabr 2018-ci il tarixli 74/18 №-li İpoteka Müqaviləsi ilə "xxxx" Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2017-ci il tarixli Kredit müqaviləsinə əsasən kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3-cü və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə Abşeron Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadına əsasən qiymətləndirmə ekspertizası təyin edilmişdir. “X4 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 08 dekabr 2021-ci il tarixli, 180 nömrəli mütəxəssis rəyində ipoteka predmeti olan əmlakın likvid dəyərinin 87300 manat olduğu göstərilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzil 16.11.2018-ci il tarixli 74/18 №-li İpoteka Müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilməsi müvafiq qaydada rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildiriş müvafiq qaydada rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeyd olunan iş materiallarından da görünür ki, iddiaçı ipoteka predmeti olan evə tutma yönəldilməsi barədə ipoteka qoyana bildiriş vermiş və həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl etmişdir. Ona görə də məhkəmə işin faktiki hallarından, ipoteka müqaviləsindən və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun qaytarılması tələbinin qanuni əsasları vardır və buna görə də həmin tələb də təmin olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti 87300 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30,40 manat, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydyyatına alınmasına görə 41,42 manat ödənilmişdir. Həmçinin iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsinə 350 manat, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə 100 manat vəsait sərf edilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada 101121,17 manat məbləğində əsas, 20926,24 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 122047,41 manat, dövlət rüsumu üçün ödənilmiş 30,40 manat və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməli, tutma Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 87300 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənilməsinə yönəldilməli, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutulmalı, əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan bir ay sonra Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 həmin fərdi yaşayış evindən istifadə hüquqları itirilməklə onlar əmlakları ilə birgə həmin evdən çıxarılmalı və həmin əmlak boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməli, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 350 manat məbləğində pul vəsaiti Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq “X4 Mərkəzi” MMC-nin hesabına və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada 101121,17 manat məbləğində əsas, 20926,24 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 122047,41 manat, dövlət rüsumu üçün ödənilmiş 30,40 manat və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Tutma Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 87300 manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənilməsinə yönəldilsin. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutulsun. Əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan bir ay sonra Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 həmin fərdi yaşayış evindən istifadə hüquqları itirilməklə onlar əmlakları ilə birgə həmin evdən çıxarılsınlar və həmin əmlak boşaldılaraq "xxxx" ASC-yə təhvil verilsin. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 350 manat məbləğində pul vəsaiti Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq “X4 Mərkəzi” MMC-nin hesabına (VÖEN: **********, Hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, "xxxx" ASC, Bakı şəhəri, (AZ 1005) Y.Məmmədəliyev küçəsi 15, Tel: 4965000, Faks: 4965010, Kod: 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) köçürülsün. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-170/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-170/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver