Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3130/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1, İlkin və qarşılıqlı iddia üzrə Cavabdeh3 MTK-nın nümayəndəsi X3 iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddiası, Cavabdeh1 "xxxx" ASC-yə və Cavabdeh3 MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan "xxxx" ASC-nin xeyrinə 21.10.2015-ci il tarixli, 23-21-10-2015- RO-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 64627,59 manat əsas borc, 413,23 manat faiz borcu olmaqla, cəmi borcu 65040,82 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ 23.12.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 1 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan "xxxx" ASC-nin xeyrinə 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 63956,15 manat əsas borc, 505,65 manat faiz borcu olmaqla, cəmi borcu 64462,80 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ 23.12.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 1 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan "xxxx" ASC-nin xeyrinə 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 63956,15 manat əsas borc, 549,15 manat faiz borcu olmaqla, cəmi borcu 64505,30 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ 23.12.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 1 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Beynəlxalq Bank ASC” və “Kristal Abşeron MTK”-dan onun sağlamlıqlarına vurduqları ziyan və zərərin əvəzi olaraq 200000 manatın, onun işgüzar nüfuzuna vurduqları ziyana görə 1000 manatın, ona qarşı etdiyi qanunsuzluqlar nəticəsində mənəvi zərərin əvəzi olaraq, 100000 manatın və ödənilmiş 30,40 manatın alınıb, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Beynəlxalq Bankının “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 240 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 69067 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank Cavabdeh2 və Cavabdeh3 MTK ilə 21.10.2015-ci il tarixli, 23-21- 10-2015-RO-X3 nömrəli zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə bank arasında 23.12.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli İpoteka müqaviləsi bağlanmış və cavabdehin mülkiyyətində olan ünvan 1 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 Cavabdeh1 indiyənə qədər 45291 manat ödəmişdir. İpoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7, 34 saylı mənzilin qiyməti ipoteka müqaviləsində 76000 manat olmuş, daha sonra ola bilsin ki, evin qiyməti aşağı düşmüşdür. Odur ki, o, "xxxx" MMC-nin 31.07.2021-ci il tarixli, 312/E №-li ekspert rəyində evin 46500 manat qiymətləndirilməsi ilə razıdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 məhkəmədə izahatında bildirdi ki, hazırki qarşılıqlı iddiası üzrə cavabdehlər onunla bağlanılmış 21.10.2015-ci il tarixli müqavilə şərtlərini kobudcasına pozmuşlar və qanunvericiliyin tələblərini və müqavilə öhdəliklərini kobudcasına pozaraq, zorakılıqlar edirlər. Belə ki, "xxxx" ASC-yə və Cavabdeh3 MTK onun ödənişlərini, istədikləri kimi hesablayaraq, ödənilmiş məbləğləri azaldıb, cəriməyə silib, əsas məbləği və faiz məbləği şişirdirlər və evin dəyərində də öz xeyirlərinə ola biləcək formada manupilyasiya edirlər. O, hər ay ödəniş edir və son bir ildə hər ay 650 manat ödəniş etmişdir. Həmçinin o, övladlarına təkbaşına baxır. Onun hər ay 2300 manat ödəniş etməyə maddi imkanı çatmır. Hər ay aylıq ödənişdən əlavə gecikmə ilə bağlı ödəniş edə bilər. O, "xxxx" ASC-yə müraciət etsə də, bank ona yeni qrafik açmamışdır. Onun müqavilə üzrə 2300 manat gecikməsi vardır və o, gecikmə məbləğini ödəməyə hazırdır. Ona məxsus ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7, 34 saylı mənzilin ümumi sahəsi 60 kvadratmetrdir və mənzilin kvadratı 960 manat təşkil edir. Kristal Abşeron” MTK isə ipotek predmeti olan evi ona baha qiymətə satmışdır. O, indiyənə kimi "xxxx" ASCyə 54000 manat ödəniş etmişdir. Odur ki, o, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. İlkin və qarşılıqlı iddia üzrə Cavabdeh3 MTK-nın nümayəndəsi X5 məhkəmədə izahatında bildirdi ki, əgər Cavabdeh1 ödənişləri etsə borcu bağlanacaq və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7, 34 saylı mənzil Cavabdeh1 qaytarılacaqdır. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi isə əsassızdır və qeyd edilən faktları təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən o, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankının “Səbail” filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 240 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 69067 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh3 MTK bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan 23.12.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə "xxxx" ASC arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 mülkiyyətində olan ünvan 1 "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli, 9/5994 №-li ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 29.06.2021-ci il tarixinədək banka olan əsas borcu 64642,57 manat, faiz borcu 143,65 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 31.07.2021-ci il tarixli, 312/E №-li ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin bazar dəyəri 54000 (əlli dörd min)manat, bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 45600 (qırx beş min altı yüz) manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında kredit müqaviləsi, zaminlik müqavilələri və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-3130/2021 saylı, 29.06.2021-ci il tarixli qərardadları ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli, 9/5994 №-li ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 29.06.2021-ci il tarixinədək banka olan əsas borcu 64642,57 manat, faiz borcu 143,65 manat təşkil edir. "xxxx" MMC-nin 31.07.2021-ci il tarixli, 312/E №-li ekspert rəyindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin bazar dəyəri 54000 (əlli dörd min) manat, bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 45600 (qırx beş min altı yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh1 21.10.2015-ci il tarixli, 23-21- 10-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli, 9/5994 №-li ekspert rəyini nəzərə alaraq belə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə 63956,15 manat əsas borc və 143,65 manat faiz borcu olmaqla, cəmi 64099,80 məbləğində borc tutulmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli kredit müqaviləsindan irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" ASC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 MTK-dan öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7, 34 saylı mənzilə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7, 34 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməli, Cavabdeh1 həmin mənzili ən geci 1 ay ərzində əşyaları ilə birlikdə tərk etməli, Cavabdeh1 həmin mənzildən çıxmadıqda evdən məcburi qaydada çıxarılmalı, həmin ev boşaldılmalı və Banka təhvil verilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan başqa iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 23.12.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7, 34 saylı mənzil 76742 manat qiymətləndirilmişdir. Lakin məhkəmə "xxxx" MMC-nin 31.07.2021-ci il tarixli, 312/E №-li ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyəri 54000 (əlli dörd min), bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 45600 (qırx beş min altı yüz) manat müəyyən edilməlidir. İlkin iddia tələbinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsi dəqiq və konkret olmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Bundan əlavə qarşılıqlı iddia tələbi Cavabdeh1 "xxxx" ASC-yə və Cavabdeh3 MTK-ya qarşı onun sağlamlığına vurduqları ziyan və zərərin əvəzi olaraq 200000 manatın, onun işgüzar nüfuzuna vurduqları ziyana görə 1000 manatın, ona qarşı etdiyi qanunsuzluqlar nəticəsində mənəvi zərərin əvəzi olaraq, 100000 manatın və ödənilmiş 30,40 manatın alınıb ona ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli, 9/5994 №-li mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan "xxxx" ASC-nin xeyrinə 21.10.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 63956,15 manat əsas borc, 143,65 manat faiz borcu olmaqla, cəmi 64099,80 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaiti tutulsun. 23.12.2015-ci il tarixli, 23-21-10-2015-RO-X3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 nömrəli mənzil açıq hərracdan satılsın, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyəri 54000 (əlli dörd min) manat, bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 45600 (qırx beş min altı yüz) manat müəyyən edilsin, hərracdan əldə olunacaq vəsait hesabına "xxxx" ASC-yə olan borc ödənilsin, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilsin, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etsin, Cavabdeh1 ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, Cavabdeh1 evdən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq Banka təhvil verilsin. İlkin iddia tələbi satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli, 9/5994 №-li mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qarşılıqlı iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3130/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3130/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver