Məhkəmə qərarları › İş №2(012)-1704/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1704/2025

21.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1704/2025 21.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdeh Abşeron rayon İcra İHB X2 Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyasına qarşı rəyin ləğv edilməsi və yeni rəyin verilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh Abşeron rayon İcra İHB X2 Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyasına qarşı rəyin ləğv edilməsi və yeni rəyin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, o, Abşeron Rayon Məhkəməsinin 2(012)-3926/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindəki müvafiq orqanın rəyinin düzgün verilməməsi barədədir. Belə ki, hazırki iddianın predmetini təşkil edən rəy İddiaçı cavabdeh X1 qarşı uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Rüqəyya adlı uşağın atası ilə ünsiyyətdə olmasının mümkünlüyü barədə olmuşdur. Bu qətnamədən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, iddiaçının öz uşağı ilə hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir və hazırda icra mərhələsindədir. İşdən görünür ki, iddiaçı artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qeyd edilmiş və Abşeron rayon İcra İHB X2 Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyası tərəfindən verilmiş rəyi mübahisələndirir, halbuki mövcud prosessual qanunvericiliyə görə bu cür rəylər məhkəmə qaydasında mübahisələndirilə bilməz. İddiaçı qətnamə ilə müəyyən edilmiş uşaqla görüş vaxtından narazı qaldığı təqdirdə, rəyi deyil, həmin qətnaməni mübahisələndirmək hüququna malikdir. İddiaçı hazırki iddia ərizəsindən isə görünür ki, o, Komissiyanın mülki iş üzrə vermiş olduğu rəyin ləğv edilməsi və yeni rəyin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda, İddiaçı Komissiyanın düzgün rəy verməməsinə istinad etməklə məhkəmədə onun yenidən verilməsi barədə iddianı qaldırması qüvvədə olan qanunvericiliyə görə yolverilməzdir və məhkəmə hesab edir ki, bu iddia ərizəsi məhkəmədə baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh Abşeron rayon İcra İHB X2 Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyasına qarşı rəyin ləğv edilməsi və yeni rəyin verilməsi tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar