Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-172/2025 12.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı4 vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər-X20, X11, X21, X26, Abşeron Rayon İcra Hakimiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı zərərin əvəzi əvvəlcədən ödənilməklə, kanalizasiya xəttinin çəkilməsinə maneçiliyin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X7, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdehlər X8 və X22 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- X20, X11, X21, X26, Abşeron Rayon İcra Hakimiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı zərərin əvəzi əvvəlcədən ödənilməklə, kanalizasiya xəttinin çəkilməsinə maneçiliyin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X8 zərərin əvəzi iddiaçılardan əvvəlcədən 1000 manat tutularaq cavabdehə ödənilməsi şərti ilə cavabdeh X5 mülkiyyətində olan torpaq sahəsindən kanalizasiya xəttinin çəkilərək növbəti kanalizasiya xəttinə qoşulması üçün qazıntı işlərinin aparılmasına cavabdeh X12 və ailə üzvləri üçüncü şəxslər X20, X11, X21, X26 tərəfindən maneçilik törədilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1, X18, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı5 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, zərərin əvəzi olaraq 1500 manat iddiaçılardan əvvəlcədən tutularaq cavabdehlər X23 və X8 ödənilməsi şərti ilə cavabdehlər X23 və X5 mülkiyyətində olan torpaq sahəsindən kanalizasiya xəttinin çəkilərək növbəti kanalizasiya xəttinə qoşulması üçün qazıntı işlərinin aparılmasına cavabdehlər X23, X12 və ailə üzvləri üçüncü şəxslər- X20, X11, X21, X13 maneçilik törətməsi qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı5 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq və tikili sahələrindən kanalizasiya boru xəttinin keçən hissəsinin iddiaçıların xeyrinə servitutla yüklü edilməsi, servitutun Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydə alınması, qabaqcadan iddiaçılardan Cavabdeh1 2475 manat, Cavabdeh2 4290 manat ödənilməsi və kanalizasiya boru xəttinin növbəti kanalizasiya boru xəttinə qoşulmasına maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı3 məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə ünvanlayaraq, qeyd olunan ünvanda yaşamadığından onun iddiaçı qismində işdən çıxarılmağını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı5 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq və tikili sahələrindən kanalizasiya boru xəttinin keçən hissəsinin iddiaçıların xeyrinə servitutla yüklü edilməsi, servitutun Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydə alınması, qabaqcadan iddiaçılardan Cavabdeh1 2475 manat, Cavabdeh2 4290 manat ödənilməsi və kanalizasiya boru xəttinin növbəti kanalizasiya boru xəttinə qoşulmasına maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə gedişatında İddiaçı5 nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixində məhkəməyə vəsatət ünvanlayaraq, cavabdeh X5 Cavabdeh2 ilə əvz edilməsini xahiş etmiş, məhkəmə cavabdehi əsll cavabdeh ilə əvəz etmişdir. Məhkəmə iclasında İddiaçı5 izahatında bildirmişdir ki, onlar iddia ərizəsində göstərdikləri ünvanlarda mülkiyyətlərində, qanuni istifadələrində və sahibliklərində olan evlərində 1990cı illərdən ailə üzvləriylə birlikdə yaşayırlar. Abşeron rayonu, Xırdalan şəhəri ərazisində kanalizasiya xəttinin çəkilməsinə dair Dövlət proqramı əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanmış və həmin layihə əsasında şəhərin bütün ərazisində kanalizasiya xəttinin çəkilişi başa çatmışdır. Lakin cavabdehlərin təqsirindən onların yaşadıqları ünvanlara kanalizasiya xətləri qoşulmamışdır. Belə ki, müxtəlif orqanlara o cümlədən Abşeron rayon İcra Hakimiyyətinə yazdıqları şikayətlər cavabsız qalmışdır. "xxxx" ASC-nin layihə rəhbəri onların kanalizasiya xəttinin cavabdehin istifadəsində olan torpaq sahəsindən keçirilməklə növbəti kanalizasiya quyusuna qoşulmasına icazə verilməsi üçün cavabdehə dəfələrlə müraciət etmiş, lakin cavabdeh və ailə üzvləri "xxxx" ASC-nin əməkdaşlarını torpaq sahəsinə buraxmamış, nəticədə onların evlərə kanalizasiya xətti çəkilməsi və mərkəzi kanalizasiya xəttinə qoşulması mümkün olmamışdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin yaşadığı ev onun mülkiyyətində, torpaq sahəsi istifadəsindədir, kanalizasiya xətti keçən 26 kv.m torpaq sahəsi isə zəbt olunmuş torpaq sahəsidir. Həmin sahə texniki pasportda öz əksini tapmamışdır. Artıq 30 il ərzində onların hər birinin həyətlərdə qazdıqları quyular (şambo) çirkab sularının yığılması nəticəsində dolub-daşaraq həyətlərə tökülür. Bunun nəticəsində antisanitar vəziyyət yaranır və yolxucu xəstəliklər mənbəyinə çevrilir. Eyni zamanda yeraltı sulara qarşaraq yaxınlıqda yerləşən “Ceyranbatan su anbarına” axır. Abşeron rayon məhkəməsinin 2(012)- 177/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Abşeron rayon məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçıların kanalizasiya xəttinin çəkilməsini tələb etdikləri torpaq sahəsi cavabdehin faktiki istifadəsində olub, yalnız bu məqsədlə səlahiyyətli icra orqanları tərəfindən həmin torpaq sahəsindən kanalizasiya xətti qanunla müəyyən edilmiş qaydalar üzrə çəkilə bilər. Həmin qətnamədən verdikləri apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-235/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilərək, qətnamə ləğv edilmiş, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası qətnaməsini aşağıdakılarla əsaslandırmışdır: 1. Araşdırılan işin faktiki hallarından müəyyən olunur ki, 4 saylı Ərazi İdarəsinin 3-21-3-32/2- 7646/2023 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi onun adına olan ünvan 3 ünvana aid texniki pasportda göstərilən cizgi ilə üst-üstə düşür, texniki pasportda göstərilən sahənin 535 kv.m. olduğu, faktiki istifadəsində olan torpaq sahəsinin naturada 0,0561 ha təşkil edir. 2. Mütəxəssis rəyinə əsasən cavabdehə məxsus ünvanda giriş-çıxış darvazasına qədər yolun eninin 3,43 metr təşkil etdiyi, kanalizasiya quyusunun isə giriş-çıxış darvazasından 3,17 metr ara məsafəsində yerləşməsi müəyyən edilmişdir. 3. Cavabdehin adına olan qeydiyyat vəsiqəsi və texniki pasportdan müəyyən olunur ki, həmin fərdi yaşayış evi reyestr kitabında qeydə alınmışdır. 4. İddiaçıların kanalizasiya xəttini çəkmək istədikləri hissədə cavabdehə məxsus tikili mövcuddur ki, həmin tikili də texniki pasportda öz əksini tapmışdır. 5. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya işin tam və obyektiv həlli məqsədilə aidiyyatı orqanlara sorğu vermiş və sorğu əsasında əldə olunmuş AR "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunun məzmunundan müəyyən edilmişdir ki, Xırdalan şəhəri, Quşçuluq massivi, 11-ci küçə ünvanında cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsindən başqa, şikayətçi vətəndaşların kanalizasiya xəttinin qoşulması üçün mümkün ikinci variant yoxdur. 6. Kollegiya qeyd edir ki, iddianın hüquqi əsası kimi Mülki Məcəllənin mülkiyyət hüququna dair normaları ilə yanaşı, həm də həmin Məcəllənin 169cu maddəsi də (mülkiyyət hüququnun məhdudlaşdırılması) nəzərdən keçirilə bilər. 7. Mülki Məcəllənin 169.1-ci maddəsi-Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 8. 169.2-hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. 9. 169.3-Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqaladə hallar əsas verirsə, o tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın. 10. 169.4- Əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər. 11. Həmin maddənin dispozitiv şərtinə görə Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər və məhdudlaşdırmanın mülkiyyətin hansı növünə tətbiq edilməsi fərqləndirilməmişdir. Deməli, belə məhdudiyyət mülkiyyətin bütün növlərinə şamil edilir və bu hallara aşağıdakılar daxildir: 1) mülkiyyət hüququnun məhdudlaşdırılması yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla bilər; 2) Məcəllənin 169.2-ci maddəsi fərdi maraqlar naminə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasını torpaq sahəsində quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi işlərinin görülməsi ilə əlaqələndirilmişdir; 3) Başqasının torpaq sahəsindən istifadə edilmədən fərdi işlərin yerinə yetirilməsinin mümkün olmaması və yaxud hədsiz yüksək məsrəflər hesabına mümkün olması; 4) Başqasının torpaq sahəsində fərdi işlərin görülməsi ilə əlaqədar zərərin əvəzinin əvvəlcədən ödənilməsi. 12. Göründüyü kimi qanunvericilik mülkiyyətçinin üzərinə bu hallara dözmək vəzifəsi qoymuşdur ki, yuxarıda göstərilən hallarda və şərtlər daxilində torpaq sahəsindən kənar şəxslərin istifadəsinə versin. Əks halda maraqlı şəxs bununla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Bu halda xüsusi qeyd edilməlidir ki, mülkiyyətçinin yalnız sahiblik və istifadə hüququ məhdudlaşdırıla bilər. 13. Baxılan işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar cavabdehdən yaradılan maneənin aradan qaldırılmasını tələb etsələr də, MM-nin 169.2-ci maddəsinin tələbi baxımından sonuncuya bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə irəli sürməmiş, iddia tələbində buna münasibət bildirilməmişdir. İşə baxmış birinci instansiya məhkəməsi də bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. 14. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan kollegiya belə qənaətə gəlir ki, iddia tələbi heç də birinci instansiya məhkəməsinin qeyd etdiyi əsaslarla (səlahiyyətli icra orqanları tərəfindən həmin torpaq sahəsindən kanalizasiya xətti qanunla müəyyən edilmiş qaydalar üzrə çəkilə bilər) deyil, MM-in 169.2-ci maddəsinin tələbləri çərçivəsində həll edilə bilər. Həmçinin o da vurğulanmalıdır ki, yuxarıda göstərilən hallarda və şərtlər daxilində torpaq sahəsindən kənar şəxslərin istifadəsinə icazə vermiş mülkiyyətçi həmin pozuntuya dözməlidir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən yuxarıda göstərilən halların nəticəsi olaraq, biz iddiaçılar əvvəlcədən zərərin əvəzini ödəməklə hazırkı iddianı qaldırmağa məcbur olmuşlar. Baxmayaraq ki, əksəriyyətləri ailələrini təsadüfi işlərdən aldıqları gəlir hesabına dolandırırlar, maddi vəziyyətləri pisdir. Göstərilənlərə əsasən hesab edirlər ki, kanalizasiya xəttinin cavabdehə məxsus torpaq sahəsindən keçirilməklə növbəti kanalizasiya quyusuna qoşulması zamanı cavbdehə dəyə biləcək zərərin məbləği 1500 manata civarında ola bilər. Ona görə də cavabdehə əvəlcədən ödəniləcək zərərin əvəzi olaraq məbləği 1500 manat qiymətləndirirlər və əvvəlcədən zərərin əvəzini ödəməyə razıdırlar. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Digər iddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı8 İddiaçı5 izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasınad İddiaçı4 vəkili və nümayəndəsi Vəkil2 iddiaçıların izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı1 və digərlərinin iddia tələbini qəbul edir və heç bir etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul edir və təmin edilməsinə heç bir etirazı yoxdur. Cavabdeh2 məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı1 və digərlərinin iddia tələbini qəbul edir və heç bir etirazı yoxdur. Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında **********78-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixində 1/3 pay X14, 1/3 pay X32, 1/3 pay X24 adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X6, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, “Quşçuluq y/m” 6-cı küçəsində 2-ci döngə, 35 saylı yaşayış sahəsi 38,6 m2, köməkçi sahəsi 15,6 m2, 3 otaqdan ibarət yaşayış evi Abşeron Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 66 saylı Sərəncamı əsasında reyestr kitabında 37891 nömrə ilə, 5808 inventar nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron Rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı X2 rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 11-ci küçə, 71 saylı fərdi yaşayış evini alıcı Cavabdeh2 satmışdır. -Azərbaycan Dövlət Su X10 Su Meliorasiya Xidməti X45 Abşeron Su X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, vətəndaş X16 barədə Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-172/2025 saylı iş üzrə “Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəm küçəsində yerləşən bir qrup yaşayış evlərinin tullantı su şəbəkəsinə qoşulmaları üçün mümkün mühəndis-texniki tədbirlərin görülməsi haqqında” 1620/24 nömrəli, 15 oktyabr 2024-cü il tarixli məktuba, Abşeron Su X3 idarəsində (d.o.171 nömrəli,xx.xx.2024-cü il tarixli) müvafiq qaydada baxılmışdır. Sorğunuza cavab olaraq bildirmək istəyirik ki, sözügedən ərazidə quyu inşa olunaraq tullantı sularının nasos vasitəsilə mövcud şəbəkə xəttinə ötürülməsi mümkündür. -X19 tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx.xx.2025-ci il tarixli 217 nömrəli rəyindən görünür ki, Aparılmış tədqiqatlar nəticəsində, nəzərdə tutulmuş yeni kanalizasiya xəttinin bir hissəsinin cavabdehlərə məxsus torpaq sahəsindən keçirməklə ümumi kanalizasiya xəttinə birləşdirilməsi mümkündür. Marşrut üzrə 1-2 və 2-3 istiqamətlərində cavabdehlərin ərazisində mövcud olan köməkçi tikililər və torpaq sahəsinin hasarının bir hissəsi kanalizasiya xəttinin çəkilişi üçün sökülməlidir. Söküləcək və ya zədələnəcək tikililər, materiallar və ya yaşıllıqlar ziyanın məbləğinin hesablanmasına birbaşa təsir edən amillər kimi qiymətləndirilmişdir. Bu sahələrdə xəttin çəkilməsi üçün qazıntı işlərinin aparılması, boruların döşənməsi və torpaq örtüyünün bərpası zəruridir. Beləliklə, cavabdeh X1 qaydasında və ziyan üzrə kompensasiya məbləği - 4290 (3510 kompensasiya + 780 dəymiş ziyan) manat, Cavabdeh1 servitut qaydasında və ziyan üzrə kompensasiya məbləği – 2475 manat (2025 kompensasiya + 450 dəymiş ziyan) manat olaraq müəyyən edilmişdir. 2-ci sual üzrə: araşdırmalar nəticəsində, mövcud şəraitdə sözügedən ərazidə şambonun qazılmasının, normativ tələblərə cavab vermədiyi və qəbuledilməz hesab olunduğu müəyyən edilmişdir. Qanunvericiliyə görə, ən optimal və normativə uyğun həll - bütün evlərin mövcud və ya çəkiləcək ümumi kanalizasiya xəttinə qoşulmasıdır. Bununla yanaşı, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Xırdalan şəhəri, Quşçuluq massivi, 11-ci küçə ünvanında cavabdehlərin istifadə etdiyi torpaq sahəsindən başqa, şikayətçi vətəndaşların kanalizasiya xəttinə qoşulması üçün mümkün ikinci variantın olmadığı qeyd olunmuşdur. 3-cü və 4-cü sual üzrə: tədqiqat nəticəsində müəyyən edilmişdir ki, iddiaçıların kanalizasiya xəttinin ümumi kanalizasiya şəbəkəsinə birləşdirilməsi üçün alternativ həll cavabdehlərin istifadəsində olan torpaq sahələrindən keçməklə mümkündür. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən servitut hüququnun tətbiqi hesab olunur və servitut təsis edilərkən cavabdehlərə dəymiş ziyan kompensasiya şəklində ödənilməlidir. Maliyyə xərcləri, ümumi kanalizasiya xəttinə qoşulma, həm də alternativ variant olduğundan əraziyə uyğun kanalizasiya xəttinin düzgün layihəsi işləndikdən sonra smeta tərtib olunaraq müəyyən olunur. Bu da, müvafiq səlahiyyətli qurumlar tərəfindən təsdiq olunmuş layihə smeta sənədləri əsasında həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar iddia ərizəsində göstərdikləri ünvanlarda mülkiyyətlərində, qanuni istifadələrində və sahibliklərində olan evlərində ailə üzvləriylə birlikdə yaşayırlar. Abşeron rayonu, Xırdalan şəhəri ərazisində kanalizasiya xəttinin çəkilməsinə dair Dövlət proqramı əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanmış və həmin layihə əsasında şəhərin bütün ərazisində kanalizasiya xəttinin çəkilişi başa çatmışdır. Lakin cavabdehlərin təqsirindən onların yaşadıqları ünvanlara kanalizasiya xətləri qoşulmamışdır. Ona görə də hazırda iddiaçılar məhkəməyə müraciət edərək, zərərin əvəzi olaraq 1500 manat iddiaçılardan əvvəlcədən tutularaq cavabdehlərə ödənilməsi şərti ilə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən kanalizasiya xəttinin çəkilərək növbəti kanalizasiya xəttinə qoşulması üçün qazıntı işlərinin aparılmasına cavabdehlər və üçüncü şəxslərin maneçilik törətməsi qadağan edilməsini xahiş etmişlər. Mübahisə üzrə düzgün hüquqi nəticəyə gəlinməsinin təmin olunması üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və X19 tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx.xx.2025-ci il tarixli 217 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" X45i 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-14220/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********97-06301 reyestr nömrəli çıxarışa əsasən, X4 üzrə mülkiyyətində olan texniki pasportda göstərilən torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Cavabdeh X9 faktiki istifadəsində olan torpaq sahəsi və köməkçi tikilişi **********97-06301 reyestr nömrəli çıxarışla X4 üzrə mülkiyyətinə verilmiş texniki pasportda göstərilən cizgilər ilə üst-üstə düşür. Qeyd: Digər şəxslərin faktiki istifadəsində olan tikililərin bir hissəsi **********97-06301 reyestr nömrəli çıxarışla X4 üzrə mülkiyyətinə verilmiş texniki pasportda göstərilən cizgilər ilə üst-üstə düşür. Rəyə əlavə olunmuş sxemdə də, cavabdeh tərəfindən tikilmiş tikililərin iddiaçıya məxsus torpaq daxilinə düşməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.1.3. maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır. 255.1. maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. maddəsnə əsasən, Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.3. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. 255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd edir ki, ekspertizanın təyin edilməsi barədə məhkəmə qərardadında “iddiaçıların yaşadığı ərazinin hansı hissəsində çirkab sularının axıdılması üçün hansı hissədə quyu qazılması mümkündür və həmin quyuya iddiaçıların çirkab sularının axıdılması mümkündürmü? Quyunun inşası, çirkab suların ümumi kanalizasiya xəttinə ötürlməsi üçün nasosun alınıb quraşdırılması, yüksək təzyiqə davam gətirən çirkab suların axıdılması üçün nəzərdə tutulan borularının alınması, xətlərin çəkilməsi üçün nəçə manat məbləğində vəsait tələb olunur? İddiaçıların kanalizasiya xəttinin cavabdehlərin istifadəsində olan torpaq sahəsindən keçməklə ümumi kanalizasiya xəttinə birləşdirilməsi və yaxud quyunun inşası, çirkab suların ümumi kanalizasiya xəttinə ötürlməsi üçün nasosun alınıb quraşdırılması, yüksək təzyiqə davam gətirən çirkab suların axıdılması üçün nəzərdə tutulan borularının alınması, xətlərin çəkilməsi işlərinin hansıları maliyyə xərcləri baxımından qənaətli və səmərəlidir.” kimi suallar qoyulmuş və ekspert rəyindən də göründüyü kimi iddiaçıların kanalizasiya xəttinin ümumi kanalizasiya şəbəkəsinə birləşdirilməsi üçün alternativ həll cavabdehlərin istifadəsində olan torpaq sahələrindən keçməklə mümkündür. Həmçinin Azərbaycan Dövlət Su X10 Su Meliorasiya Xidməti X45 Abşeron Su X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundana müəyyən olunur ki, sözügedən ərazidə quyu inşa olunaraq tullantı sularının nasos vasitəsilə mövcud şəbəkə xəttinə ötürülməsi mümkündür. Odur ki, məhkəmə, cavabdehlərin razılığını, ekspert rəyini və sorğuya cavab məktubunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, savabdeh Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq və tikili sahələrindən kanalizasiya boru xəttinin keçən hissəsi iddiaçıların xeyrinə servitutla yüklü edilməli, servitut Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydə alınmalı, qabaqcadan iddiaçılardan Cavabdeh1 2475 manat, Cavabdeh2 4290 manat ödənilməli və kanalizasiya boru xəttinin növbəti kanalizasiya boru xəttinə qoşulmasına maneçilik törədilməsi cavabdehlərə qadağan edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq və tikili sahələrindən kanalizasiya boru xəttinin keçən hissəsi iddiaçıların xeyrinə servitutla yüklü edilsin, servitut Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydə alınsın, qabaqcadan iddiaçılardan Cavabdeh1 2475 (iki min dörd yüz yetmiş beş) manat, Cavabdeh2 4290 (dörd min iki yüz doxsan) manat ödənilsin və kanalizasiya boru xəttinin növbəti kanalizasiya boru xəttinə qoşulmasına maneçilik törədilməsi cavabdehlərə qadağan edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov