Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1763/2021 28.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Mənzil Tikinti Koorperativinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Koorperativinin Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 19.04.2016-ciil tarixdə verilmiş X2 və Texniki Pasportun ləğvi tələbinə dair mülki işə 28 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Koorperativi Cavabdeh qarşı mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun ləğvi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzilə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 19.04.2016-cı il tarixdə verilmiş Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Tikinti Koorperativi ilə Cavabdeh arasında bağlanmış 15 mart 2016-cı il tarixli ********* saylı müqaviləyə əsasən Cavabdeh Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzil satılmışdır. Həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Texniki Pasport alınmışdır. Həmin mənzil İddiaçı Mənzil Tikinti Koorperativinin mülkiyyəti olmuşdur. Cavabdeh 02 noyabr 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə ilə İddiaçı xxxx-ya müraciət edərək Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzilə pay hüququndan imtina etməklə, həmin mənzilin xxxx-ya qaytarılmasına və digər şəxsə satılmasını xahiş etmişdir. Ona görə də, alqı-satqı müqaviləsi payçının mənzildən imtina etdiyi üçün müqavilədə nəzərdə tutulan qaydada ləğv edilmişdir. Cavabdeh Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzilə olan mülkiyyət hüququnun itirməsi nəzərə alınaraq İddiaçı xxxx arasında bağlanmış “Payçı” Müqaviləsinin Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun ləğv edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı Mənzil Tikinti Koorperativinin nümayəndəsi X6 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi.İzahatında bildirdi ki, cavabdehlə “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında imzalanmış kredit müqaviləsi üzrə borcunu icra etməmişdir.Zamin olaraq onların Bank qarşısında öhdəliyi yaranmışdır. Ona görə də, cavabdeh könüllü olaraq mənzili iddiaçıya təhvil vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmişdir.3-cü şəxslərin nümayəndəsi də məhkəmədə iştirak etmədi.Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki işin materiallarında olan 15 mart 2016-cı il tarixli “payçı müqavilə”sindən müəyyən edilir ki, İddiaçı Mənzil Tikinti Koorperativi tərəfindən Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzil Cavabdeh satılmışdır. Həmin müqavilənin 4.2. 7 maddəsinə görə payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “xxxx” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər.Bu halda “xxxx” Azərbaycan Beynəlxalq Bankı ASC və Payçı arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn Payçının öhdəliyini yerinə yetirməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan aydın olur ki, Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində 97 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 19.04.2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İşin materiallarından görünür ki, Cavabdeh mülkiyyət hüquqları Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Mülki işin materiallarında olan 02 noyabr 2020-ci il tarixli ərizələrdən müəyyən edilir ki, Cavabdeh və onun əri Həsənov Kamrak Arif oğlu Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzildən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarının satılmasına, İddiaçı xxxx-ya geri qaytarılmasına və digər şəxsin adına keçirilməsinə (dəyişdirilməsinə) etirazı yoxdur, razıdır. Gələcəkdə göstərilən mənzil və ödədiyi pullara dair İddiaçı xxxx-ya qarşı heç bir iddiası olmayacaq. Mənzilin Çıxarışının ləğv edilməsini səlahiyyətli orqanlardan xahiş edir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, 15 mart 2016cı il tarixli “payçı müqavilə”sinə əsasənİddiaçı Mənzil Tikinti Koorperativi tərəfindən Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzil Cavabdeh satılmışdır. Həmin müqavilənin 4.2. 7 maddəsinə görə payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “xxxx” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər.Bu halda “xxxx” Azərbaycan Beynəlxalq Bankı ASC və Payçı arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn Payçının öhdəliyini yerinə yetirməlidir. Cavabdeh bank qarşısında öhdəliyini yerinə yetirmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.Mülki işin materiallarında olan ərizələrdən müəyyən edilir ki, Cavabdeh və onun əri Həsənov Kamrak Arif oğlu Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzildən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarının satılmasına, İddiaçı xxxx-ya geri qaytarılmasına və digər şəxsin adına keçirilməsinə (dəyişdirilməsinə) etirazı yoxdur, razıdır. Gələcəkdə göstərilən mənzil və ödədiyi pullara dair İddiaçı xxxx-ya qarşı heç bir iddiası olmayacaq. Mənzilin Çıxarışının ləğv edilməsini səlahiyyətli orqanlardan xahiş edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, koorperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər koorperativin verdiyi mənzil, bağ, qaraj və ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququ əldə edirlər. Koorperativin üzvü tərəfindən koorperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən koorperativ üzvünün koorperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə koorperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Koorperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər koorperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və koorperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər qeydiyyat əsassız olaraq çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatı ilə əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə hesab edir ki, Cavabdeh Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzilə dair pay hüququndan imtina etdiyindən, tərəflər arasında bağlanan 15 mart 2016-cı il tarixli “payçı müqavilə”sinin 4.2. 7 maddəsinə görə iddia tələbi əsaslı olmaqla təmin edilməli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzilə dair 19.04.2016-cı il tarixdə verilmiş **********54-05307-093174 reyestr nömrəli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış və texniki pasport ləğv edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə xərci – 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Mənzil Tikinti Koorperativinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzilə dair 19.04.2016-cı il tarixdə verilmiş **********54-05307-093174 reyestr nömrəli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış və həmin mənzilə dair texniki pasport ləğv edilsin. İddia təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Mənzil Tikinti Koorperativinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1763/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1763/2021
28.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver