Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1777/2021 10.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə 10 sentyabr 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi ziyana görə 7.000 (yeddi min) manat və mənəvi zərərə görə 3.000 (üç min) manat ümumilikdə 10.000 (on min) manat pul alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh İddiaçı aldadaraq iddiaçıdan 7000 (yeddi min) manat pul almış və bugünədək qaytarmamışdır. İddiaçıdan almış olduğu 7000 (yeddi min) manat pula görə aiddiyyəti dövlət orqanlarına iddiaçı tərəfindən verilən şikayətə əsasən araşdırma aparılmışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai araşdırma zamanı cavabdeh iddiaçıdan almış olduğu 7000 (yeddi min) manat pulu tam etiraf etmişdir. Həmin cinayət işinin araşdırması aparılarkən cavabdeh tərəfindən iddiaçıdan 7000 (yeddi min) manat pulun alınması faktı tam sübuta yetirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Kəmran Əliyevin 27 noyabr 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilməsi haqqında qərarında iddiaçının cavabdehə qarşı iddiası mülki mübahisə olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması göstərilmişdir. Cavabdeh tərəfindən vurulmuş maddi ziyan nəticəsində iddiaçı mənəvi sarsıntılar keçirmişdir. Bu cinayət hadisəsi nəticəsində iddiaçı dəfələrlə ibtidai istintaq orqanına gedib gəlmişdir. Hər dəfə cavabdehin barəsində aparılan istintaq hərəkətləri zamanı iddiaçı iştirak etməyinə görə məşğul olduğu əmək fəaliyyətini dayandırdığı üçün qazancından məhrum olmuşdur. İddiaçıya maddi və mənəvi ziyana görə 3.000 (üç min) manat, ümumilikdə 10.000 (on min) manat maddi ziyan dəymişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın məbləği 10.000 (on min) manat təşkil edir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin İŞ tərəfindən verilmiş 27 noyabr 2019-cu tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış HK-1/2265 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh izahatında bildirmişdir ki, təxminən iki il bundan öncə o, kirayə götürərək vinil sexi kimi işlətdiyi sexə Rancrover markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Sonradan adının Sevil olduğunu bilmişdir. O, Sevilin avtomobilində öz istəyi ilə müəyyən işləri görmüşdür. Sonradan onunla həmin Sevilin arasında münasibətlər yaranmışdır. Sonralar onlar mütəmadi olaraq görüşüb bir yerdə vaxtlarını keçirmişlər. Tanış olduqdan təxminən 3-4 ay sonra o, özünə məxsus olan Vosvagen markalı avtomobilini sataraq Ləndrover markalı avtomobil almaq qərarına gəldiyini və həmin avtomobili almaq üçün 5.000 manat pulunun çatmadığını Sevilə bildirmişdir. Sevil ona 5.000 manat pul verərək gələcəkdə pulu olarsa qaytar, olmazsa təzə maşının üçün pay verdiyini demişdir. Bundan sonra o, həmin avtomobili almışdır. Sonralar onların münasibətləri öz xətti ilə davam etmişdir. Pula ehtiyacı olması üçün lombarda iki min manat dəyərində qızıl girov qoymuşdur. Həmin qızılları götürmək üçün pulunun olmadığını bildikdə Sevil borc olaraq ona iki min manat pul vermişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan Binəqədi RPİ-nin İŞ tərəfindən verilmiş 27 noyabr 2019cu tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh İddiaçı almış olduğu ümumilikdə 7000 (yeddi min) manat pulu tam etiraf etmişdir. İddiaçı cavabdehə 7000 manat pul verməsi barədə iddia ərizəsində göstərilən hallar iddaçının nümayəndəsinin izahtı ilə yanaşı, 27 noyabr 2019cu tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardakı cavabdehin izahatı ilə tam təstiqini tapdığından və həmin halları təkzib edən sübutlar müəyəyn edilmədiyindən iddia ərizəsinin Cavabdeh maddi ziyana görə 7.000 (yeddi min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddia tələbinin dəymiş mənəvi zərərlə bağlı 3.000 (üç min) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi hissəsi ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 7.000 (yeddi min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh mənəvi zərərə görə 3.000 (üç min) manat alınaraq İddiaçı ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1777/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1777/2021
10.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver