Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-181/2025 31.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh Abşeron Rayonu Novxanı Bələdiyyəsinin nümayəndəsi X25, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X15 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron Rayonu Novxanı Bələdiyyəsi, “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi, AR ƏMDK yanında DƏDRX, X27, X21, X28 və X12 qarşı «satış protokolunun etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 05 may 2022-ci il tarixli iclasının 94/1 saylı protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Abşeron Rayonu Novxanı Bələdiyyəsi, “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına və maraqlı şəxslər AR ƏMDX Abşeron Ərazi Şöbəsi, AR ƏMDK yanında DƏDRX, X27, X21, X28 və X12 qarşı satış protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Abşeron Rayonu Novxanı Bələdiyyəsi, “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına və üçüncü şəxslər AR ƏMDX Abşeron Ərazi Şöbəsi, AR ƏMDK yanında DƏDRX, X27, X21, X28 və X12 qarşı satış protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Abşeron Rayonu Novxanı Bələdiyyəsi, “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi, AR ƏMDK yanında DƏDRX, X27, X21, X28 və X12 qarşı satış protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı həyat yoldaşı X39 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarı ilə Novxanı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,10 ha torpaq sahəsi X4. İddiaçının mərhum həyat yoldaşı X39 tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciətlərin edilməməsi onun mülkiyyət hüquqlarının pozulması və ya həmin hüquqlardan məhrum edilməsinin əsası ola bilməz. İddiaçının həyat yoldaşı X39 vəfat etdikdən sonra Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha sahəsi olan torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur. Daha sonra iddiaçı övladı X19 göstərişi ilə Bakı şəhərində yerləşən 26 saylı notariat ofisinə gedərək iddiaçının istifadəsində olan Abşeron rayon Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclasının 2/1 qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etmədiyi barədə ərizə yazmışdır. Lakin iddiaçı sonradan öyrənmişdir ki, X10 bələdiyyəsi ilə əvvəlcədən razılaşaraq ona bu formada ərizəni notariat ofisində yazdırmışdır. Bundan sonra 05 may 2022-ci il tarixdə Novxanı bələdiyyəsinin sifarişi ilə “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən hərrac təşkil edilmiş və sözügedən torpaq sahəsi 4350 manata X1. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 makler işləyir və X29 həmin torpaq sahəsini sonradan X2 satmışdır. Sonralar İddiaçı məlum olmuşdur ki, övladı X36 Bələdiyyəsi ilə məsləhətləşmiş və onu aldatmışdır. Notariat kontorunda iddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli razılığı elə həmin notariat kontorunda iddiaçı tərəfindən ləğv edilmişdir. Belə olan halda Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasının 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına dair 12 saylı iclas qərarı ləğv olunmalı idi. Novxanı bələdiyyəsi sözügedən torpaq sahəsini iddiaçının məhrum həyat yoldaşının mülkiyyətində olmasına baxmayaraq qanunsuz öz mülkiyyəti kimi hərraca çıxarılması barədə qərar qəbul etmişdir və həmin torpaq sahəsi hərrac vasitəsi ilə 0,1 ha-ı 435 manata satılmışdır. Bununla bağlı iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-872/2023 saylı qərarı ilə Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarı ləğv edilmiş, qarşı tərəfin apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və həmin qərar qüvvəyə minmişdir. Belə olan halda da “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 05 may 2022-ci il tarixli, 94/1 saylı protokolu etibarsız hesab edilməlidir. Bildirir ki, yuxarıda qeyd etdikləri qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-872/2023 saylı qərarında yer almışdır. İddiaçıya məxsus olmuş Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsini hərracdan X27 əldə etmiş və sonradan X3. Sonuncu isə həmin torpaq sahəsini 11 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-844 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Rzayeva X6. Qeyd edilən torpaq sahəsinin sonuncu mülkiyyətçisi X13r və həmin torpaq sahəsində hazırda tikinti mövcuddur. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Abşeron Rayonu Novxanı Bələdiyyəsinin nümayəndəsi X37 izahatında bildirdi ki, İddiaçı onlara qarşı qaldırdığı iddia tələbi əsassızdır. Belə ki, iddiaçı şəxsən torpaq sahəsi ilə bağlı hərracın keçirilməsinə razılıq vermişdir. Sözügedən torpaq sahəsi vaxtilə İddiaçı mərhum həyat yoldaşı X30 istifadəsinə verilmişdir və iddiaçının həyat yoldaşı həmin torpaq sahəsi üzərində bağ evi inşa etdirmişdir. X39 dəmir yolu idarəsində işləmiş və idarə tərəfindən ona torpaq sahəsi verilmişdir. Daha sonra X39 2010-cu ildə Abşeron Rayonu Novxanı Bələdiyyəsinə müraciət etmiş, X39 ilə bələdiyyə arasında həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin X5 torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışı yoxdur, belə ki, X8 sözügedən torpaq sahəsinə görə çıxarış almaq üçün onunla bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsini reyestr xidmətinə təqdim edərək müraciət etməmişdir. Bələdiyyə ilə fiziki şəxslər arasında alqı-satqı müqaviləsinin bağlanması qaydalarına 2018-ci ildə dəyişikliklər edilmiş, yeni qaydalara əsasən bələdiyyə ilə bağlanmış alqı-satqı müqavilələrinin notarial qaydada təsdiq edilməli olduğu müəyyən edilmişdir. İddiaçı mərhum həyat yoldaşı ilə bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün notariusa müraciət etmiş, lakin notariusda iddiaçıya sözügedən alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirə bilməyəcəklərini bildirmişdirlər. İddiaçı sözügedən torpaq sahəsi ilə bağlı çıxarış ala bilməyəcəyini görüb həmin torpaq sahəsini satmaq qərarına gəlmiş, bu səbəbdən bələdiyyəyə müraciət etmişdir. Lakin bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ancaq hərrac vasitəsilə satıla biləcəyi bildirilmişdir. İddiaçı bu təkliflə razılaşaraq torpaq sahəsinin hərraca çıxarılmasına etiraz etmədiyi barədə ərizə yazmışdır. Bundan əlavə torpaq sahəsinin yerləşdiyi ərazi mühafizə zonasına düşür. Dəmiryolu İdarəsi tərəfindən verilmiş sərəncam və ya qərar əsasında torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən qeydiyyata alınmamışdır. Onların həmin torpaq sahəsinə dair çıxarışları olmuşdur, belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanı ilə edilən dəyişikliklərdən sonra onlar bu torpaq sahəsini əldə etmişdirlər. Daha sonra torpaq sahəsi 2010-cu ildə müsabiqə yolu ilə X4. Qeyd edir ki, iddiaçı ilə qızı arasında torpaq sahəsi ilə bağlı anlaşılmazlıq olduğundan bələdiyyə ortada qalmışdır. Əgər qarşı tərəf onlara müraciət etməsə idi, onlar bələdiyyə olaraq bu işə daxil olmazdılar. Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarında da qeyd edilmişdir ki, bələdiyyə tərəfindən torpaq sahəsinin sənədləşmə işləri yanlış aparılmışdır. Bildirir ki, sözügedən torpaq sahəsi qanunauyğun şəkildə istifadəçisinin razılığı ilə hərraca çıxarılmışdır. Hətta bir dəfə hərrac baş tutmamış, həmin müsahibədə iddiaçı özü də təklif vermiş, lakin kənar müdaxilələrə görə təklifini geri götürmüşdür. İddiaçı bağ yerini özü satmış və onlara şəxsən özü müraciət etmişdir. Onlar torpaq sahəsini təkcə iddiaçının deyil, iddiaçının iki qızının da razılığı ilə hərraca çıxarılmışdır. Hətta iddiaçının torpaq sahəsi ilə bağlı bəzi sənədləri hələ də onlardadır. Hazırkı mübahisə iddiaçı ilə qızı arasında olan anlaşılmazlıq səbəbindən yaranmışdır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X15 vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, ilkin olaraq İddiaçı 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etmədiyi barədə ərizə verdiyi zaman iradə ifadəsinin nədən ibarət olduğu müəyyənləşdirilməlidir. İddiaçı özü də etiraf edir ki, o, qızı ilə torpaq sahəsi barədə söhbət etmiş və razılıq vermişdir, lakin sonradan onlar arasında pul ilə bağlı mübahisə yaranmışdır. Nümayəndəsi və vəkili olduğu müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X21 vicdanlı şəkildə torpaq sahəsini almış və digər üçüncü şəxs Xalidə Rzayevaya satmışdırlar. Hesab edirlər ki, protokolun ləğv edilməsinə zərurət yoxdur, belə ki, iddiaçının iradə ifadəsi də torpaq sahəsinin satılmasına yönəlmişdir. Yuxarı instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarda qeyd edilmişdir ki, hazırkı vəziyyətdə bələdiyyə orqanı hüquq pozuntusuna yol vermiş ola bilər. Lakin reyestr prezumpsiyası anlayışı vardır, X27 dövlət qurumunun təşkil etdiyi hərracda iştirak etmiş və qalib olmuşdur. İddiaçı özü də bildirmişdir ki, qızı onu aldatmışdır. Bələdiyyənin hüquq pozuntusuna yol verməsi faktı inzibati məhkəmə tərəfindən təsbit edilmişdir. Bildirir ki, “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 05 may 2022-ci il tarixli iclasının 94/1 saylı protokolunun etibarsız hesab edilməsi halında sonralar həmin protokol əsasında verilmiş çıxarışın da ləğv edilməsi ilə bağlı mübahisə yaranacaqdır. Hesab edir ki, hazırkı mübahisənin həll edilməsi zamanı üçüncü şəxslərin də hüquqları da qorunmalıdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyası, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi, AR ƏMDK yanında DƏDRX-nin nümayəndələri, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X28 və X17 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan İ-ЖГ № 373948 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X39 və İddiaçı xx.xx.1976-cı il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1047 № ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayonu Novxanı bələdiyyəsinin 19 iyul 2010-cu il tarixli, 09 saylı iclasının qərarından çıxarışın surətindən görünür ki, Novxanı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,10 heklar torpaq sahəsinin məqsədli təyinatlı ərazinin yer quruluşu - təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən həmin torpaq sahəsinin yaşayış evi tikmək məqsədilə X7 üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması, mülkiyyət hüququ ilə verilməsi nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlayaraq torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə bələdiyyəyə təqdim edilməsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsindən xahiş edilməsi və bələdiyyənin satmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsindən xahiş edilməsi və qərarın icrasının müvafiq komissiyaya tapşırılması qərara alınmışdır. İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 050779 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.2019-cu ildə Bakı şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2114 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən notarial qaydada təsdiq edilmiş İddiaçı xx.xx.2021-ci il tarixli, 9704 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, İddiaçı onun istifadəsində olan Abşeron rayonu, Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il, 12 saylı iclasının 2/1 qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etmir və razıdır. İş materiallarında olan Abşeron rayon Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclasının qərarının surətindən görünür ki, Novxanı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,10 hektar torpaq sahəsini yaşayış evi tikmək məqsədilə müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığının nəzərə alınması, Novxanı Bələdiyyəsinin alqı-satqı predmeti olan 0,10 hektar torpaq sahəsinin yaşayış evi tikmək məqsədilə hər bir sotu 435 manat olmaqla satılması üçün Hərracların təşkili üzrə X26 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət olunması və qərarın icrasının müvafiq komissiyaya tapşırılması qərara alınmışdır. İş materiallarında olan “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 05 may 2022-ci il tarixli iclasının 94/1 saylı protokolunun surətindən görünür ki, 05 may 2022-ci il tarixdə Novxanı bələdiyyəsinin sifarişi ilə “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən hərrac təşkil edilmiş və Abşeron rayonu, Novxanı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,10 ha torpaq sahəsi 4350 manata X1. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-872/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, iddia təmin edilmiş, Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-629/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(118)-872/2023 nömrəli qərarının dəyişdirilməsi, iddianın təmin edilməsi, Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının etibarsız hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 321332/2-16925/221 nömrəli məktubun surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Abşeron rayonu Novxanı bələdiyyəsi adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə **********76 reyestr nömrəsi ilə qeydiyyata (Novxanı bələdiyyəsinin 19 iyul 2010-cu il tarixli 09 saylı qərardan çıxarış, DTXK-nın xx.xx.2010-cu il tarixli 1712 saylı torpaq sahəsinin plan ölçü sənədinə əsasən) alınmışdır. Daha sonra Sumqayıt şəhər 4 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-1017 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X23 özgəninkiləşdirilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi üzərində X16 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********99 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin Bakı şəhər 11 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-428 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X18 özgəninkiləşdirilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi üzərində X15 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə **********99 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhər 11 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-844 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X12 özgəninkiləşdirilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi üzərində X11 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə **********99 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmədə işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarı ilə Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı mərhum həyat yoldaşı X9, həmin torpaq sahəsi üzərində Adil Yaqubovun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamış və iddiaçının həyat yoldaşı X39 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçının həyat yoldaşı X39 vəfat etdikdən sonra Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha olan torpaq sahəsi iddiaçının istifadəsində olmuş, iddiaçı övladı X19 göstərişi ilə Bakı şəhərində yerləşən 26 saylı notariat ofisinə gedərək iddiaçının istifadəsində olan Abşeron rayon Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclasının 2/1 qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etmədiyi barədə ərizə yazmış, bundan sonra 05 may 2022-ci il tarixdə Novxanı bələdiyyəsinin sifarişi ilə “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən hərrac təşkil edilmiş və sözügedən torpaq sahəsi 4350 manata X1. Sonradan İddiaçı övladı Samirə Mirzəyeva tərəfindən aldadıldığını guman etdiyi üçün Notariat kontorunda iddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli razılığı elə həmin notariat kontorunda ləğv etdirmişdir. Belə olan halda Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasının 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına dair 12 saylı iclas qərarı ləğv olunmalı olduğu halda Novxanı bələdiyyəsi sözügedən torpaq sahəsini iddiaçının məhrum həyat yoldaşının mülkiyyətində olmasına baxmayaraq Bələdiyyə öz mülkiyyəti kimi hərraca çıxarılması barədə qərar qəbul edərək torpaq sahəsini hərrac vasitəsi ilə satdığından iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının ləğv edilməsini xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-872/2023 saylı qərarı ilə Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarı ləğv edilmiş, qarşı tərəfin apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və həmin qərar qüvvəyə minmişdir. Beləliklə hazırki iddia tələbində göstərdiyi xüsusatlara və digər hallara, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-872/2023 saylı qərarı qərarı ilə qiymət verilmiş və dəlil gətirilən həmin faktlarla bağlı artıq qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur ki, bu da AR MPM-in 82.3-cü maddəsinin tələbinə görə həmin faktların yenidən mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı məhkəmə üçün məcburi olmaqla yanaşı, həmin qətnamədə müəyyən edilmiş faktlar yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Belə olan halda da məhkəmə hesab edir ki,hərracın keçirlməsi qanunvericiliyə uyğun olmadığından “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 05 may 2022-ci il tarixli, 94/1 saylı protokolu etibarsız hesab edilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Abşeron Rayonu Novxanı Bələdiyyəsi, “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi, AR ƏMDK yanında DƏDRX, X27, X21, X28 və X12 qarşı torpaq müsabiqə və hərracının nəticələri barədə protokolunun etibarsız hesab edilməsi barədə iddiası təmin edilsin. “X24” publik hüquqi şəxsinin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 05 may 2022-ci il tarixli iclasının 94/1 saylı protokolu etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-181/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-181/2025
31.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver