Məhkəmə qərarları › İş №2(012)-1849/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1849/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1849/2020 05.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququnun təmin edilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X7” Şirkətinə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Toyota Previa” markalı, H 018 361 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 2592,46 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövət rüsumu olmaqla, cəmi 2622,86 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh2.xx.xx.2013-cü il tarixdə idarə etdiyi “VAZ 2101” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi şossesində manevretmə qaydasını pozaraq “X7” Şirkətinə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Toyota Previa” markalı, H 018 361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “VAZ 2101” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan “VAZ 2101” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 3(001)-826/2013 saylı X5 İş üzrə Qərarında öz əksini tapmışdır. Zərərin qiymətləndirilməsinə dair X7” MMM Firmasının təqdim etdiyi xx.xx.2013-cü il tarixli akta uyğun olaraq, “Toyota Previa” markalı, H 018361 dövlət qeydiyyat nişanlı avtomobilə 2592.46 (iki min beş yüz doxsan iki manat 46 qəpik) manat zərər təyin edilmişdir. MİP-120380-U00 saylı sığorta müqaviləsinin 1803/2013 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 2592.46 (iki min beş yüz doxsan iki manat 46 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və İddiaçı Sığorta Şirkəti ASC-nin mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, MİC-120360-U00 nömrəli avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı Sığorta Şirkəti MMC ilə “X7” MMM arasında xx.xx.2012-ci ildə sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 3(001)-826/2013 saylı X5 İş üzrə Qərarından görünür ki, Cavabdeh2 AR İXM-nin 152-2.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və AR İXM-nin 21-ci maddəsinə əsasən, 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli, MİC-1 № 1803/2013 saylı sığorta aktından görünür ki, Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 etibarnamə ilə idarə etdiyi «VAZ 2101» markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə Binəqədi şosesində yol nəqliyyat hadisəsi törədərək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış X2 etibarnamə ilə idarə etdiyi “Toyota Previa” markalı, H 018361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Toyota Previa” markalı, H 018361 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2592,46 manat müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli, 6336 və 6337 nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC “X7” MMM-in bank hesabına ümumilikdə 2592,46 manat məbləğində pul köçürmüşdür. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 etibarnamə ilə idarə etdiyi «VAZ 2101» markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə Binəqədi şosesində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “X7” MMM-nə məxsus X2 etibarnamə ilə idarə etdiyi “Toyota Previa” markalı, H 018361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Toyota Previa” markalı, H 018361 dövlət qeydiyyat nişanlı avtomobillə zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsiri iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 3(001)-826/2013 saylı X5 İş üzrə Qərarı ilə də tam təsdiq olunur. Həmçinin sübutların tədqiqatı zamanı müəyyən edilir ki, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2592,46 manat müəyyən edilmiş və İddiaçı Sığorta Şirkəti ASC tərəfindən köçürülmə yolu ilə «Toyota Previa» markalı, H 018 361 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi “X7” MMM-nə ödənilmişdir. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli, 6336 və 6337 nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC “X7” MMM-in bank hesabına ümumilikdə 2592,46 manat məbləğində pul köçürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı təşkilatın sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2592,46 manat sığorta ödənişinin məbləğini cavadehlərrdən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə subroqasiya hüququnun təmin edilməsiludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “X7” Şirkətinə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Toyota Previa” markalı, H 018 361 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 2592,46 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövət rüsumu olmaqla, cəmi 2622,86 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron rayon məhkəməsinə ərizə verməyə haqlıdır. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar