Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1865/2024 09.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 Saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Paşabank ASC”) icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 Saylı Dövlət Notariat Nontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Paşabank ASC”) icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron Rayon 1 Saylı Dövlət Notariat Ofisinin Xüsusi notariusu X1 tərəfindən qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli 8İ-17564 reystr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2023-cü il tarixli, e-2(102)- 5045/2023 saylı qərarının (anoloji işlə bağlı) 20-ci bəndində göstərilir ki, tərəflərin hər ikisi kommersiya hüquqi şəxsidir, mübahisənin predmeti onların arasında bağlanmış müqavilənin icra edilməsi məqsədilə verilmiş icra qeydi ilə bağlıdır, hüquq münasibətlərinin xarakteri isə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında da (§15) bu məsələyə dair izah verilmiş və bildirilmişdir ki, hər iki tərəf kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmur. İddia ərizəsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında DCL00297772-02 nömrəli müqavilə bağlanmışdır, tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, işdən görünür ki, iddiaçı Azel Group» MMC hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü il tarixdə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. İşdən görünür ki, iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs vergi ödəyicisi olmaqla VÖEN-ə malikdirlər və iddia tələbi də sahibkarlıq fəaliyyəti ilə birbaşa bağlıdır. Göründüyü kimi, hazırki mülki işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 Saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Paşabank ASC”) icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı MMCyə (VÖEN: **********) qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-1865/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1865/2024
09.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver