Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-188/2025 02.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon 1 saylı notariat ofisi, Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «bağışlanma və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğvi və fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh1 tərəfindən Cavabdeh2 Abşeron rayon 1 saylı notariat ofisində 14 iyul 2023-cü il tarixli, 4Ə-1537 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, bunun əsasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh1 tərəfindən Cavabdeh2 Abşeron rayon 1 saylı notariat ofisində 14 iyul 2023-cü il tarixli, 40-1537 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-617 reyestr nömrəli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********91-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 ilə onun mərhum anası X3 20 may 1988-ci il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşdurlar. Onların birgə nikahından xx.xx.1988-ci il tarixdə X4, xx.xx.1991-ci ildə Cavabdeh2 və o, yəni İddiaçı adlı üç övladları anadan olmuşdur. X6 xx.xx.2022-ci il tarixdə qəflətən vəfat etmişdir. Sözügedən yaşayış evi xx.xx.2018-ci il tarixdə Ə-1125 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə hər iki valideyni tərəfindən alınıb atası Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bu o deməkdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən həmin ev paylar bərabər olmaqla valideynlərinin ümumi birgə mülkiyyətidir. xx.xx.2023-cü il tarixdə, yəni X6nın qəflətən ölümündən 6 ay sonra Abşeron rayon 1 saylı xüsusi notariusu onun anasının qanun üzrə vərəsəsi olmasını qeydiyyata almışdır. Onlara vərəsəlik şəhadətnaməsi veriləndən sonra mübahisəli ev paylı ümumi mülkiyyət olmalı idi. Anasının ölümünə görə dayısının və nənəsinin şikayəti ilə prokurorluqda atası ilə bağlı araşdırma aparıldığı zaman atası ilə münasibəti tam pozulmuş və gərgin hal yaşamışdırlar. Atası onu anasının mirasından məhrum etmək üçün taktika işlədib, evi satmamışdan əvvəl onun bacısı Cavabdeh2 bağışlayaraq, Cavabdeh3 ilə alqı-satqını bacısının adından aparmışdır. Cavabdeh3 atasının yaxın adamıdır, yəni alqı-satqı müqaviləsi formaldır, məqsəd ondan yaxa qurtarmaq, bu yolla izi azdırmaq olmuşdur. O, 2023-cü ilin iyun ayında Cavabdeh1 qarşı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mərhum anası X2 qanun üzrə vərəsəsi kimi mərhum anasının Cavabdeh1 ilə birgə nikah dövründə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə, ünvan 1 ünvanında yerləşən mənzilə, Daşkəsən rayonu, Bayan kəndində 0,14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,7 kv.m olan fərdi yaşayış evinə, Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən ümumi sahəsi 0,20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə və Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinə mərhum anası X2 qanun üzrə vərəsəsi kimi tanınmasına, payları müəyyən olunaraq mülkiyyət hüququ əldə etməsinə və əmlakların naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3490/2023 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 20 ünvanında 82 saylı mənzil, Daşkəsən rayonu, Bayan kəndində 0,14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,7 kv.m olan fərdi yaşayış evi, Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən 0,2 ha torpaq sahəsi və Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlaklara münasibətdə mərhum X1 miras qalmış daşınmaz əmlaklara iddiaçı olaraq onun ½ hissədə payı müəyyən edilmişdir. Bildirir ki, Cavabdeh1 qeyd olunan mülki iş üzrə məhkəmə prosesi gedən zaman bilərəkdən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 bağışlanmış və adına çıxarış verilmişdir. Məlum edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3490/2023 saylı qətnaməsi icra olunması üçün hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinə yönəlmiş və ona bildirilmişdir ki, qətnamənin icra olunması mümkün deyildir. O, bu barədə 07 mart 2024-cü il tarixdə rəsmi olaraq vəkil sorğusu ilə Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndində yerləşən Cavabdeh1 adına olmuş mülkün nə vaxtdan hansı əsasa kimin mülkiyyətində olmasına dair arxiv arayışın verilməsinə dair müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Abşeron rayon 1 saylı notariat ofisinin 14 iyul 2023-cü il tarixli, 4Ə-1537 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 03 avqust 2023-cü il tarixli, **********91-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş və fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş(K/M № RBSB7245; xx.xx.2024-cü il tarixli; Kredit limitinin məbləği: 100000 manat) və sonradan ipotekadan azad edilmişdir. Məlum edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 3490/2023 saylı qətnaməsi icraya yönəldikdən 3 ay sonra üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfində mübahisəli mülkə dair ətraflı araşdırma aparılmadan Cavabdeh2 ilə 100000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Onu da qeyd edir ki, Cavabdeh1 qanuna zidd olan və qərəzli şəkildə tərəfindən görülən proseslərdən onun xəbəri olmamış və Cavabdeh2 mübahisə predmeti olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evini satdığı Cavabdeh3 ilə əlaqə saxlamış, qeyd edilən daşınmaz əmlaklar üzərində pay hüququnun olduğunu bildirmiş, lakin Cavabdeh3 ona hədə-qorxu gəlmişdir. Cavabdeh3 sözügedən evi aldığı zaman onun atası - Cavabdeh1 ona evi satdığını bildirmiş, o da buna etiraz etmişdir. O, cavabdehlərdən sözügedən əmlak üzərində payların qanunauyğun olaraq bölünməsini tələb edir. Bildirir ki, ev 2017-ci ildə 115000 manata alqı-satqı edilmiş və Cavabdeh3 evin alqı-satqısına görə 150000 manata yaxın pul verdiyi bildirilmişdir. Qarşı tərəf ona pay hüququ olan digər əmlaklardan imtina etməsini təklif etmişdir. Cavabdeh2 əmlakı sataraq həmin əmlak üzərində vərəsəlik hüququ üzrə ona çatası payı gizlətmək istəmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evi üzərində oğlu - İddiaçı düşən payı verməyə razıdır, həmçinin X1 miras qalmış başqa əmlaklardan da iddiaçıya düşən pay ona veriləcəkdir. Lakin İddiaçı izahatında qeyd etdiklərinin əksinə olaraq bildirir ki, iddiaçı vaxtilə sözügedən evin Cavabdeh3 satılmasına razılıq vermişdir. Onlar sözügedən ev ilə bağlı iddiaçıya 20000 manat məbləğində pul təklif etsələr də iddiaçı bu təklif ilə razı olmamışdır. Cavabdeh2 iddia ərizəsinə etiraz ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbində qeyd olunan məsələlərin təmin olunması qanunsuzdur. Belə ki, o, bağışlanma müqaviləsi əsasında evi Cavabdeh3 satmış və aralarında alqı-satqı müqaviləsi imzalanmışdır. Sözügedən ev sonuncunun adına tam mülkiyyət hüququ verilməklə sənədləşdirilmişdir. Onlar dəfələrlə qardaşı – İddiaçı satılmış evdən ona düşən payı, hətta ondan daha artıq miqdarı təklif etsələr də iddiaçı bunu qəbul etməmişdir. Bu isə öz-özlüyündə qərəzli və qeyri-adekvat hərəkət olaraq qiymətləndirilməlidir. Həmçinin qardaşının evdə yaşamaq hüququnun bərpa olunması üçün ona Daşkəsən rayonu, Bayan kəndində yerləşən evlərini təklif etsələr də iddiaçı bu evi də istəmədiyini bildirmişdir. Bu da ailə daxilində müəyyən konfliktlərin yaranması və vicdanlı alıcı olan digər Cavabdeh3 maraqlarına birbaşa və ya dolayı yolla toxunması və hüquqlarının pozulmasına gətirib çıxarır. Qeyd edir ki, mübahisəli əmlak ilə bağlı bağışlanma müqaviləsi Abşeron Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilməzdən əvvəl olmuşdur. Onun qardaşı - İddiaçı həyat yoldaşı evdə söz-söhbət yaratmış, həmin vaxtlar anası X3 vəfat etmişdir. İddiaçı anasının ölümündə atası Cavabdeh1 günahkar bilsə də bunu təkzib edən səs yazısı vardır. Belə ki, anası atasının günahı olmadan özü yıxılaraq vəfat etmişdir. Onunla Cavabdeh1 arasında Abşeron rayon 1 saylı notariat ofisində Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi bağlanmışdır. O, həmin evi ipotekaya qoyaraq bankdan pul götürmüş, daha sonra borcunu bağlamışdır. Həmin vaxtdan bir ay keçdikdən sonra o, evi 60000 manata Cavabdeh3 satmışdır. Bir daha qeyd edir ki, İddiaçı əvvəlcə bu mülkdən ona düşən paydan imtina etmiş, hətta bu evi Cavabdeh3 satarkən onlarla razılaşmış, lakin daha sonra razılığı pozmuşdur. Bu səbəbdən onlar evin alqı-satqısına iddiaçının razılıq verməsi ilə bağlı iddiaçının adından notarial qaydada sənəd ala bilməmişdirlər. Halbuki o, vaxtilə sözügedən mübahisəli evi iddiaçının adına keçirmək istəmiş, lakin iddiaçı buna razı olmamışdır. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada ona xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, Cavabdeh2 aldığı ümumi sahəsi 192 kv.m olan fərdi yaşayış evinin alqısatqısı zamanı həmin əmlakın paylı mülkiyyətdə olmasından məlumatı olmadığını bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon 1 saylı notariat ofisi və Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə digər Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Daşkəsən rayonu Qabaqtəpə kənd XDS tərəfindən verilmiş İV-ЖГ № 310741 saylı nikahın bağlanması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X5 xx.xx.1988-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada «İsmayılova» soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evi xx.xx.2018-ci il qeydiyyat tarixi ilə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 310828 saylı ölüm haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişdir. İş materiallarında olan Abşeron rayon 1 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-1537 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evi hədiyyə alan Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3490/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi (xx.xx.2019-cu il tarixli, **********80 reyestr, ********** qeydiyyat nömrəli), Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 20 saylı evin, 82 saylı mənzili (xx.xx.2019-cu il tarixli, **********27-05301-093068 reyestr, ********** qeydiyyat nömrəli), Daşkəsən rayonu, Bayan kəndində yerləşən ümumi sahəsi 77.7 kv.m olan fərdi yaşayış evi (xx.xx.2018-ci il tarixli, **********26-10301 reyestr, ********** qeydiyyat nömrəli), Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən 0.2 ha torpaq sahəsi (xx.xx.2018-ci il tarixli, **********23 reyestr, ********** qeydiyyat nömrəli), Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.16 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evi (xx.xx.2018ci il tarixli, **********91-10301 reyestr, ********* qeydiyyat nömrəli) daşınmaz əmlaklara münasibətdə mərhum X2 ½ hissədə payı müəyyən edilməklə X1 miras qalmış daşınmaz əmlaklara İddiaçı ¼ hissədə payının müəyyən edilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Notariat ofisində satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-l № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh2 mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evini 60000 manat müqabilində alıcı Cavabdeh3 satmışdır. İş materiallarında olan Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 7767/2024 nömrəli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-617 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 öz mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.16 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evini Cavabdeh3 satmışdır. Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən (Yeni qaydalarla : AZ 2531, Göygöl rayonu, Yeni Qızılca kəndi, İsrafil Məmmədov küçəsi, giriş 33) 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh3 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********91-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı rixli, ********** haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı mərhum anası X3 20 may 1988-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikah dövründə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evi xx.xx.2018-ci il qeydiyyat tarixi ilə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Daha sonra X3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, iddiaçı X6nın qanun üzrə vərəsəsi kimi tanınmaqla, anası ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 20 saylı evin, 82 saylı mənzili, Daşkəsən rayonu, Bayan kəndində yerləşən 0,14 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 77,7 kv.m olan fərdi yaşayış evi, Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən ümumi sahəsi 0,2 ha torpaq sahəsi və Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinə payların müəyyən olunaraq mülkiyyət hüququnun əldə edilməsi və əmlakların naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3490/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi (xx.xx.2019-cu il tarixli, **********80 reyestr, ********** qeydiyyat nömrəli), Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 20 saylı evin, 82 saylı mənzili (xx.xx.2019-cu il tarixli, **********27-05301-093068 reyestr, ********** qeydiyyat nömrəli), Daşkəsən rayonu, Bayan kəndində yerləşən ümumi sahəsi 77.7 kv.m olan fərdi yaşayış evi (xx.xx.2018-ci il tarixli, **********26-10301 reyestr, ********** qeydiyyat nömrəli), Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən 0.2 ha torpaq sahəsi (xx.xx.2018-ci il tarixli, **********23 reyestr, ********** qeydiyyat nömrəli), Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.16 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evi (xx.xx.2018-ci il tarixli, **********91-10301 reyestr, ********* qeydiyyat nömrəli) daşınmaz əmlaklara münasibətdə mərhum X2 ½ hissədə payı müəyyən edilməklə X1 miras qalmış daşınmaz əmlaklara İddiaçı ¼ hissədə payının müəyyən edilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Beləliklə, işin hallarından göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-3490/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı mərhum anası X2 vərəsəsi kimi tanınmış və Dilbər İsmayılovadan miras qalmış daşınmaz əmlaklar üzərində iddiaçının vərəsə kimi pay hüququ tanınmışdır. Bununla da məhkəmə hesab edir ki, İddiaçı dəlil gətirdiyi faktlarla bağlı artıq qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur və AR MPM-in 82.3-cü maddəsinin tələbinə görə həmin faktların yenidən mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmədə müəyyən edilir ki,iddiaçının mərhum anasından miras qalmış əmlaka qanun üzrə vərəsə olduğunu cavabdehlər bildiyi halda, mübahisəli əmlak əvvəlcə bağışlanma,sonra isə alğı-satqı müqaviləsi əsasında qanunvericiliyə zidd olaraq özgəninkiləşdirilmişdir. Bütün bu göstərilənlər onu sübut edir ki, cavabdehlər miras qalmış əmlakı tələm-tələsik özgəninkiləşdirməkdə tam maraqlı olmuş və iddiaçını mülkiyyət hüququndan məhrum etmişlər. Bundan başqa məhkəmə hesab edir ki,xx.xx.2024-cü il tarixli, AN-l № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında mübahisə predmeti olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evini əldə etmiş Cavabdeh3 vicdanlı alıcı hesab edilə bilməz.Belə ki,məhkəmədə işin faktiki hallarından görünür ki,mübahisə predmeti olan əmlakın alqı-satqısından əvvəl Cavabdeh3 həmin əmlakla bağlı mübahisənin olduğunu bilmişdir.Belə ki,bu hal iddiaçının izahatı ilə yanaşı,cavabdehlərin izahatı ilə də tam təstiq olunur,cavabdehlər iddiaçının razılığı ilə həmin əmlakın Anara satıldığını bildirsələr də,bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.Halbuki qanunvericiliyin tələbinə görə əmlakı başqa şəxsdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadığı,əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı halda,o vicdanlı alıcı qismində qəbul olunur ki,bu halı da Cavabdeh3 işin faktiki halları ilə aid etmək mümkün deyil və əksinə olaraq sonuncunun vicdanlı alıcı olması işin halları ilə tam təkzib olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İşin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, 29-cu maddəsinin Vİİ bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.1ci, 337.1-ci, 337.2-ci, 337.4-cü, 337.5-ci,152.1-ci və 157.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinə dair Abşeron rayon 1 saylı notariat ofisində bağlanmış 14 iyul 2023-cü il tarixli, 4Ə-1537 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-617 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli,bu müqavilələr etibarsız hesab olunduğundan heç bir hüquqi nəticə yaratmadığından,həmin müqavilələr əsasında verilmiş çıxarışlar da ləğv edilməlidir, fərdi yaşayış evi əvvəlki vəziyyətinə qaytarılmalı və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə əsasən Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-617 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin dəyəri olan 60000 manat Cavabdeh2 tutularaq Cavabdeh3 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinə dair Abşeron rayon 1 saylı notariat ofisində bağlanmış 14 iyul 2023-cü il tarixli, 4Ə-1537 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilsin. Cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-617 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilsin, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********91-10301 reyestr nömrəli çıxarış ləğv edilsin və Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evi əvvəlki vəziyyətinə qaytarılsın. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-617 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin dəyəri olan 60000 manat Cavabdeh2 tutularaq Cavabdeh3 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-188/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-188/2025
02.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver