Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-10/2026 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılov Cavidan Arif oğlunun cavabdehlər İsmayılov Arif Oruc oğlu, İsmayılova Nailə Arif qızı və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: bağışlanma və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X6 və X7 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı Cavidan Arif oğlu İsmayılovun, Cavabdehlər Arif Oruc oğlu İsmayılov, Nailə Arif qızı İsmayılova və Anar Aydın oğlu Əsgərovun, Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı İsmayılov Cavidan Arif oğlunun cavabdehlər İsmayılov Arif Oruc oğluna, İsmayılova Nailə Arif qızına və cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon * saylı notariat ofisi, Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Gəncə Ərazi İdarəsinə qarşı «bağışlanma və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğvi və fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 Aydin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İsmayılov Cavidan Arif oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinə dair cavabdeh İsmayılov Arif Oruc oğlu tərəfindən cavabdeh İsmayılova Nailə Arif qızına Abşeron rayon * saylı notariat ofisində ## #### 2023-cü il tarixli, 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İsmayılova Nailə Arif qızının adına verilmiş çıxarışın ləğv edilməsi, bunun əsasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı İsmayılov Cavidan Arif oğlu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinə dair cavabdeh İsmayılov Arif Oruc oğlu tərəfindən cavabdeh İsmayılova Nailə Arif qızına Abşeron rayon * saylı notariat ofisində ## #### 2023-cü il tarixli, 40-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İsmayılova Nailə Arif qızının adına verilmiş çıxarışın ləğv edilməsi, İsmayılova Nailə Arif qızı ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh cavabdeh1 adına verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, 508013009591-***** reyestr nömrəli çıxarışın ləğv edilməsi və fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh İsmayılov Arif Oruc oğlu ilə onun mərhum anası İsmayılova Dilbər Qara qızı ## ### 1988-ci il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşdurlar. Onların birgə nikahından ##.##.1988-ci il tarixdə İsmayılova Təranə Arif qızı, ##.##.1991-ci ildə İsmayılova Nailə Arif qızı və o, yəni İsmayılov Cavidan Arif oğlu adlı üç övladları anadan olmuşdur. Anası Dilbər İsmayılova ##.##.2022-ci il tarixdə qəflətən vəfat etmişdir. Sözügedən yaşayış evi ##.##.2018-ci il tarixdə Ə1125 reyestr nömrəli alqısatqı müqaviləsi ilə hər iki valideyni tərəfindən alınıb atası Arif İsmayılovun adına rəsmiləşdirilmişdir. Bu o deməkdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən həmin ev paylar bərabər olmaqla valideynlərinin ümumi birgə mülkiyyətidir. ##.##.2023-cü il tarixdə, yəni anası Dilbər İsmayılovanın qəflətən ölümündən 6 ay sonra Abşeron rayon * saylı xüsusi notariusu onun anasının qanun üzrə vərəsəsi olmasını qeydiyyata almışdır. Onlara vərəsəlik şəhadətnaməsi veriləndən sonra mübahisəli ev paylı ümumi mülkiyyət olmalı idi. Anasının ölümünə görə dayısının və nənəsinin şikayəti ilə prokurorluqda atası ilə bağlı araşdırma aparıldığı zaman atası ilə münasibəti tam pozulmuş və gərgin hal yaşamışdırlar. Atası onu anasının mirasından məhrum etmək üçün taktika işlədib, evi satmamışdan əvvəl onun bacısı Nailə İsmayılovaya bağışlayaraq, cavabdeh1 ilə alqı-satqını bacısının adından aparmışdır. cavabdeh1 atasının yaxın adamıdır, yəni alqı-satqı müqaviləsi formaldır, məqsəd ondan yaxa qurtarmaq, bu yolla izi azdırmaq olmuşdur. O, 2023-cü ilin iyun ayında cavabdeh İsmayılov Arif Oruc oğluna qarşı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mərhum anası İsmayılova Dilbər Qara qızının qanun üzrə vərəsəsi kimi mərhum anasının cavabdeh İsmayılov Arif Oruc oğlu ilə birgə nikah dövründə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə, ünvan 1 ünvanında yerləşən mənzilə, Daşkəsən rayonu, Bayan kəndində 0,14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,7 kv.m olan fərdi yaşayış evinə, Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən ümumi sahəsi 0,20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə və Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinə mərhum anası İsmayılova Dilbər Qara qızının qanun üzrə vərəsəsi kimi tanınmasına, payları müəyyən olunaraq mülkiyyət hüququ əldə etməsinə və əmlakların naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 20 ünvanında ** saylı mənzil, Daşkəsən rayonu, Bayan kəndində 0,14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,7 kv.m olan fərdi yaşayış evi, Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən 0,2 ha torpaq sahəsi və Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlaklara münasibətdə mərhum İsmayılova Dilbər Qara qızından miras qalmış daşınmaz əmlaklara iddiaçı olaraq onun ½ hissədə payı müəyyən edilmişdir. Bildirir ki, cavabdeh İsmayılov Arif Oruc oğlu qeyd olunan mülki iş üzrə məhkəmə prosesi gedən zaman bilərəkdən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evini cavabdeh İsmayılova Nailə Arif qızına bağışlanmış və adına çıxarış verilmişdir. Məlum edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi icra olunması üçün hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinə yönəlmiş və ona bildirilmişdir ki, qətnamənin icra olunması mümkün deyildir. O, bu barədə ## #### 2024-cü il tarixdə rəsmi olaraq vəkil sorğusu ilə Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndində yerləşən İsmayılov Arif Oruc oğlunun adına olmuş mülkün nə vaxtdan hansı əsasa kimin mülkiyyətində olmasına dair arxiv arayışın verilməsinə dair müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Abşeron rayon * saylı notariat ofisinin ## #### 2023-cü il tarixli, 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi İsmayılov Arif Oruc oğlu tərəfindən İsmayılova Nailə Arif qızına bağışlanmış, həmin müqaviləyə əsasən İsmayılova Nailə Arif qızına ## ###### 2023-cü il tarixli, 508013009591-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş və fərdi yaşayış evi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş(K/M № RBSB****; ##.##.2024-cü il tarixli; Kredit limitinin məbləği: 100000 manat) və sonradan ipotekadan azad edilmişdir. Məlum edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi icraya yönəldikdən 3 ay sonra üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Açıq Səhmdar Cəmiyyəti tərəfində mübahisəli mülkə dair ətraflı araşdırma aparılmadan cavabdeh İsmayılova Nailə Arif qızı ilə 100000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Onu da qeyd edir ki, cavabdeh İsmayılov Arif Oruc oğlunun qanuna zidd olan və qərəzli şəkildə tərəfindən görülən proseslərdən onun xəbəri olmamış və cavabdeh İsmayılova Nailə Arif qızının mübahisə predmeti olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evini satdığı cavabdeh1 ilə əlaqə saxlamış, qeyd edilən daşınmaz əmlaklar üzərində pay hüququnun olduğunu bildirmiş, lakin cavabdeh1 ona hədə-qorxu gəlmişdir. Cavabdeh cavabdeh1 sözügedən evi aldığı zaman onun atası - cavabdeh İsmayılov Arif Oruc oğlu ona evi satdığını bildirmiş, o da buna etiraz etmişdir. O, cavabdehlərdən sözügedən əmlak üzərində payların qanunauyğun olaraq bölünməsini tələb edir. Bildirir ki, ev 2017-ci ildə 115000 manata alqı-satqı edilmiş və cavabdeh cavabdeh1 evin alqısatqısına görə 150000 manata yaxın pul verdiyi bildirilmişdir. Qarşı tərəf ona pay hüququ olan digər əmlaklardan imtina etməsini təklif etmişdir. Cavabdeh İsmayılova Nailə Arif qızı əmlakı sataraq həmin əmlak üzərində vərəsəlik hüququ üzrə ona çatası payı gizlətmək istəmişdir.
4. Cavabdeh İsmayılova Nailə Arif qızı iddia ərizəsinə etiraz ərizəsində bildirmişdir ki, iddia tələbində qeyd olunan məsələlərin təmin olunması qanunsuzdur. Belə ki, o, bağışlanma müqaviləsi əsasında evi cavabdeh cavabdeh1 satmış və aralarında alqısatqı müqaviləsi imzalanmışdır. Sözügedən ev sonuncunun adına tam mülkiyyət hüququ verilməklə sənədləşdirilmişdir. Onlar dəfələrlə qardaşı – iddiaçı Cavidan İsmayılova satılmış evdən ona düşən payı, hətta ondan daha artıq miqdarı təklif etsələr də iddiaçı bunu qəbul etməmişdir. Bu isə öz-özlüyündə qərəzli və qeyri-adekvat hərəkət olaraq qiymətləndirilməlidir. Həmçinin qardaşının evdə yaşamaq hüququnun bərpa olunması üçün ona Daşkəsən rayonu, Bayan kəndində yerləşən evlərini təklif etsələr də iddiaçı bu evi də istəmədiyini bildirmişdir. Bu da ailə daxilində müəyyən konfliktlərin yaranması və vicdanlı alıcı olan digər cavabdeh cavabdeh1 maraqlarına birbaşa və ya dolayı yolla toxunması və hüquqlarının pozulmasına gətirib çıxarır. Qeyd edir ki, mübahisəli əmlak ilə bağlı bağışlanma müqaviləsi Abşeron Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilməzdən əvvəl olmuşdur. Onun qardaşı - iddiaçı Cavidan İsmayılovun həyat yoldaşı evdə söz-söhbət yaratmış, həmin vaxtlar anası İsmayılova Dilbər Qara qızı vəfat etmişdir. İddiaçı anasının ölümündə atası İsmayılov Arif Oruc oğlunu günahkar bilsə də bunu təkzib edən səs yazısı vardır. Belə ki, anası atasının günahı olmadan özü yıxılaraq vəfat etmişdir. Onunla cavabdeh İsmayılov Arif Oruc oğlu arasında Abşeron rayon * saylı notariat ofisində Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi bağlanmışdır. O, həmin evi ipotekaya qoyaraq bankdan pul götürmüş, daha sonra borcunu bağlamışdır. Həmin vaxtdan bir ay keçdikdən sonra o, evi 60000 manata cavabdeh cavabdeh1 satmışdır. Bir daha qeyd edir ki, iddiaçı Cavidan İsmayılov əvvəlcə bu mülkdən ona düşən paydan imtina etmiş, hətta bu evi cavabdeh cavabdeh1 satarkən onlarla razılaşmış, lakin daha sonra razılığı pozmuşdur. Bu səbəbdən onlar evin alqı-satqısına iddiaçının razılıq verməsi ilə bağlı iddiaçının adından notarial qaydada sənəd ala bilməmişdirlər. Halbuki o, vaxtilə sözügedən mübahisəli evi iddiaçının adına keçirmək istəmiş, lakin iddiaçı buna razı olmamışdır.
5. Daşkəsən rayonu Qabaqtəpə kənd XDS tərəfindən verilmiş IV-JQ № ****** saylı nikahın bağlanması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İsmayılov Arif Oruc oğlu ilə X1 ##.##.1988-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada «İsmayılova» soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evi ##.##.2018ci il qeydiyyat
6. tarixi ilə, 1518008001 qeydiyyat nömrəsi ilə İsmayılov Arif Oruc oğlunun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
7. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-II № ****** saylı ölüm haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İsmayılova Dilbər Qara qızı ##.##.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişdir.
8. Abşeron rayon * saylı notariat ofisində bağlanmış ##.##.2023-cü il tarixli, 4Ə- **** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən İsmayılov X2 rayonu, Yeni Qızılca kəndində yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evi hədiyyə alan İsmayılova Nailə Arif qızına bağışlamışdır.
9. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi (##.##.2019-cu il tarixli, 002013005380 reyestr, ********** qeydiyyat nömrəli), Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ** saylı evin, ** saylı mənzili (##.##.2019-cu il tarixli, 308013107627-05301-093068 reyestr, ********** qeydiyyat nömrəli), Daşkəsən rayonu, Bayan kəndində yerləşən ümumi sahəsi 77.7 kv.m olan fərdi yaşayış evi (##.##.2018-ci il tarixli, 506013016126-***** reyestr, ********** qeydiyyat nömrəli), Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən 0.2 ha torpaq sahəsi (##.##.2018-ci il tarixli, 508013046723 reyestr, ********** qeydiyyat nömrəli), Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.16 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evi (##.##.2018ci il tarixli, 508013009591-***** reyestr, ********* qeydiyyat nömrəli) daşınmaz əmlaklara münasibətdə mərhum İsmayılova Dilbər Qara qızının ½ hissədə payı müəyyən edilməklə İsmayılova Dilbər Qara qızından miras qalmış daşınmaz əmlaklara iddiaçı İsmayılov Cavidan Arif oğlunun ¼ hissədə payının müəyyən edilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. * saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Notariat ofisində satıcı İsmayılova Nailə Arif qızı ilə alıcı cavabdeh1 arasında bağlanmış ##.##.2024- cü il tarixli, AN-l № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İsmayılova Nailə Arif qızı mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evini 60000 manat müqabilində alıcı cavabdeh1 satmışdır.
11. Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli, 3-21-3-33/2- ****/**** nömrəli məktubdan görünür ki, * saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İsmayılova Nailə Arif qızı öz mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.16 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evini cavabdeh1 satmışdır. Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən (Yeni qaydalarla : AZ 2531, Göygöl rayonu, Yeni Qızılca kəndi, İsrafil Məmmədov küçəsi, giriş 33) 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evinə dair cavabdeh1 adına ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, 508013009591-***** reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı rixli, ********** haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın təmin edilməsi, cavabdehlər İsmayılov Arif Oruc oğlu ilə İsmayılova Nailə Arif qızı arasında Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinə dair Abşeron rayon * saylı notariat ofisində bağlanmış ## #### 2023-cü il tarixli, 4Ə**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh İsmayılova Nailə Arif qızının adına verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlər İsmayılova Nailə Arif qızı ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh cavabdeh1 adına verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, 508013009591-***** reyestr nömrəli çıxarışın ləğv edilməsi və Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılması, İsmayılova Nailə Arif qızı ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin dəyəri olan 60000 manatın İsmayılova Nailə Arif qızından tutularaq cavabdeh1 verilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 182.1, 337.1, 337.2, 337.4, 337.5, 152.1 və 157.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, 29-cu maddəsinin VII bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 217.3, 217.4, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Cavabdeh cavabdeh1 Aydin oğlu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuz və əsassızdır. Abşeron Rayon Məhkəməsi işdə kifayət qədər sübutlar olmasına və məhkəməyə kifayət qədər sübutlar təqdim etməsinə baxmayaraq, əsassız olan iddianın təmin edilməsi barədə qətnamə qət etməklə kobud maddi hüqüq normalarının pozulmasına səbəb olmuşdur. Həmin qətnamədən o, narazıdır. Abşeron Rayon Məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində göstərir ki, guya ki, o, cavabdeh1 vicdanlı alıcı deyil, vicdanlı əldə edən deyil və güya onun iddiaçının hissəvi mülkiyyət hüqüqundan məlumatı olmuş və o, guya digər adi pərdələmək üçün alqı-satqı müqaviləsində tərəf olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə tamamilə şəxsi mülahizədir və sənədlərə, işdə ola sübutlara tərs mütanəasibdir. O, vicdanlı alıcı kimi pulunu tam şəkildə ödəyib heç bir qanunsuz hərəkətə yol vermədən daşınmaz əmlak əldə edib mülkiyyətçi olmuşdur. Ona aid müqavilənin və çıxarışın ləğv edilməsi onun mülkiyyət hüqüqlarının pozulmasıdır və qanunsuz şəkildə mülkiyyətindən məhrum etmədir. Yuxarıda göstərdiyi kimi Abşeron Rayon Məhkəməsi *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnamə qət edərək iddianın təmin edilməsi barədə, hüquqi və qanuni əsası olmayan qətnamə qət etməklə kobud maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş olmuşdur. İlk öncə iddiaçı iddia ərizəsində bir neçə iddia tələbini birləşdirməkdə haqlı olmamış və vicdanlı alıcıya münasibətdə olan alqı-satqı müaviləsinin ləğvini tələb etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi bu cür iddianı təmin etməklə mülkiyyət hüqüqunun toxunulmazlığını aradan qaldırmış olmuş və konstitusion hüqüqlarının əlindən alınmasına səbəbkar olmuşdur. Abşeron Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə istinad etsə də, həmin maddəni bu iş üzrə düzgün tövsüf və tətbiq etməmişdir. Həmin madddənin tələbindən görünür ki, vicdanlıq faktı əşya verilinə qədər mövcud olmalıdır. O da həmin daşınmaz əmlakı aldıqda heç bir mübahisə yox idi və mübahisənin olmasına dair, ona aşkar sənəd, qətnamə və ya hər hansısa akt olmamışdır. Yəni o, həmin daşınmaz əmlakı pul ödəyib alqı-satqı yolu ilə əldə etdikdə ona həmin əmlakı satan iradə ifadəsi tam şəkildə olmuş və heç bir şəxsin və ya natoriat orqanının, DƏDRX-nin pretenziyası olmamışdır, əmlak üzərində hər hansı nəzarət və həmçinin həbs də olmamışdır. İddianı təmin etməklə birinci instansiya məhkəməsi onun məhkəmə müdafiəsi hüqüqlarını pozmuş və məhkəmə tərəfindən onun vicdanlı alıcı hüqüqları nəzərə alınmamışdır. Birmənalı şəkildə tərəfindən sübuta yetirilmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmənin işi baxılmamış saxlaması adından da göründüyü kimi işin baxılmamış saxlanılması iddia müddəti axılını dayandırır və belə hallarda bu cür işlərə iddia müddəti tətbiq oluna bilməz. O, məhkəmənin göstərdiyi bu arqumentlə razı deyil. Abşeron Rayon Məhkəməsi göstərir ki, onun tərəfindən hər hansı qanunvericilik aktına və Mülki Məcəlləsinin hər hansı maddi hüquq normalarına izahatında əsaslanlanmamışdır. Göründüyü kimi Abşeron Rayon Məhkəməsi sırf şəxsi mülahizəsinə əsaslanmış və ümumiyyətlə iddianı təmin edərkən də heç bir aidiyyatı və tətbiq edilməli maddi hüquq normasına əsaslanmadan qətnamə çıxarmaqla, maddi hüquq normaları tətbiqində, təfsirində və tövsifində kobud pozuntulara yol vermiş olmuşdur. Abşeron Rayon Məhkəməsi iş üzrə qətnaməni əvvəlcədən artıq hazılamışdır. Yəni artıq nəticə verilənədək hakim bilirdi ki, iddianı təmin edəcəkdir. Bu göstərdiyi dəlillər və faktlar təsdiq edir ki, Abşeron Rayon Məhkəməsi işin digər tərəfinin xeyrinə həll edilməsini artıq iclasdan öncə öz şəxsi mülahizəsinə əsasən müəyyən etmişdir. Abşeron rayon Məhkəməsi iş üzrə Ali Məhkəmənin Plenumunun tələblərinə istisnad etsə də həm Plenumun qərarlarının tələblərini və həm də AzərbaycanRespublikası Mülki Məcəlləsinin vicdanlı alıcılarla bağlı imperativ normalarının tələblərini pozmaqla kobud prosessual pozuntuya yol vermişdir. Həmçinin Abşeron Rayon Məhkəməsi iş üzrə təqdim edilən sübutları qiymətləndirmədən və məhkəmənin qətnaməsində istinad və təfsir etmədən nəticə verməklə prosessual pozuntuya yol vermişdir. Digər tərəfdən təqdim etdiyi sübutları sənədləri nəzərə almadan, işi araşdırmadan məhkəmə qətnaməni qəbul etmiş olmuşdur və bu da digər kobud prosessual pozuntudur, prosessual pozuntulara görə apellyasiya instansiyası məhkəməsi yəqin ki, qanuni araşdırma aparacaq və ədalətli qərar qəbul edərək qanunsuz qətnaməni ləğv etmiş olacaqdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
bı Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
19. Digər cavabdehlər Arif Oruc oğlu İsmayılov və Nailə Arif qızı İsmayılova apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.
20. İddiaçı Cavidan Arif oğlu İsmayılov apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
21. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon * saylı Notariat Ofisinin və Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Gəncə Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh1 verdiyi apellyasiya şikayətində Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, apellyator ona qarşı tələbin təmin olunmasını mübahisələndirir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
26. Məhkəmə kollegiyasının qənatincə birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, cavabdeh İsmayılov Arif Oruc oğlu ilə iddiaçı İsmayılov Cavidan Arif oğlunun mərhum anası İsmayılova Dilbər Qara qızı ## ### 1988-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikah dövründə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evi ##.##.2018-ci il qeydiyyat tarixi ilə, 1518008001 qeydiyyat nömrəsi ilə İsmayılov Arif Oruc oğlunun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Daha sonra İsmayılova Dilbər Qara qızı ##.##.2022-ci il tarixdə vəfat etmiş, iddiaçı anası Dilbər İsmayılovanın qanun üzrə vərəsəsi kimi tanınmaqla, anası ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ** saylı evin, ** saylı mənzili, Daşkəsən rayonu, Bayan kəndində yerləşən 0,14 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 77,7 kv.m olan fərdi yaşayış evi, Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən ümumi sahəsi 0,2 ha torpaq sahəsi və Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evinə payların müəyyən olunaraq mülkiyyət hüququnun əldə edilməsi və əmlakların naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi (##.##.2019-cu il tarixli, 002013005380 reyestr, ********** qeydiyyat nömrəli), Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ** saylı evin, ** saylı mənzili (##.##.2019-cu il tarixli, 308013107627-05301-093068 reyestr, ********** qeydiyyat nömrəli), Daşkəsən rayonu, Bayan kəndində yerləşən ümumi sahəsi 77.7 kv.m olan fərdi yaşayış evi (##.##.2018-ci il tarixli, 506013016126-***** reyestr, ********** qeydiyyat nömrəli), Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən 0.2 ha torpaq sahəsi (##.##.2018-ci il tarixli, 508013046723 reyestr, ********** qeydiyyat nömrəli), Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.16 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evi (##.##.2018-ci il tarixli, 508013009591-***** reyestr, ********* qeydiyyat nömrəli) daşınmaz əmlaklara münasibətdə mərhum İsmayılova Dilbər Qara qızının ½ hissədə payı müəyyən edilməklə İsmayılova Dilbər Qara qızından miras qalmış daşınmaz əmlaklara iddiaçı İsmayılov Cavidan Arif oğlunun ¼ hissədə payının müəyyən edilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
28. Göründüyü kimi İsmayılov Arif Oruc oğlu tərəfindən mübahisə predmeti olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evi İsmayılova Nailə Arif qızına bağışlamışdır. Daha sonra cavabdeh İsmayılova Nailə Arif qızı həmin torpaq sahəsini üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə cavabdeh1 salqısatqı müqaviləsi əsasında satmışdır. Hazırda əmlakın mülkiyyətçisi cavabdeh1dur.
29. İddiaçı həmin əmlak üzərində vərəsəlik hüququnun olduğunu, bu baxımdan əmlakın özgəninkiləşdirilməsinin qanunsuz olduğunu iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
30. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 12/.
31. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı İsmayılov Cavidan Arif oğlu mərhum anası İsmayılova Dilbər Qara qızının vərəsəsi kimi tanınmış və Dilbər İsmayılovadan miras qalmış daşınmaz əmlaklar üzərində iddiaçının vərəsə kimi pay hüququ tanınmışdır. Bununla da məhkəmə hesab etmişdir ki, iddiaçı İsmayılov Cavidan Arif oğlunun dəlil gətirdiyi faktlarla bağlı artıq qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur və AR MPM-in 82.3-cü maddəsinin tələbinə görə həmin faktların yenidən mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçının mərhum anasından miras qalmış əmlaka qanun üzrə vərəsə olduğunu cavabdehlər bildiyi halda, mübahisəli əmlak əvvəlcə bağışlanma,sonra isə alğı-satqı müqaviləsi əsasında qanunvericiliyə zidd olaraq özgəninkiləşdirilmişdir. Bütün bu göstərilənlər onu sübut edir ki, cavabdehlər miras qalmış əmlakı tələm-tələsik özgəninkiləşdirməkdə tam maraqlı olmuş və iddiaçını mülkiyyət hüququndan məhrum etmişlər.
34. Bundan başqa məhkəmə hesab etmişdir ki, ##.##.2024-cü il tarixli, AN-l № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında mübahisə predmeti olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 192,1 kv.m olan fərdi yaşayış evini əldə etmiş cavabdeh1 vicdanlı alıcı hesab edilə bilməz. Belə ki, məhkəmədə işin faktiki hallarından görünür ki,mübahisə predmeti olan əmlakın alqı-satqısından əvvəl cavabdeh1 həmin əmlakla bağlı mübahisənin olduğunu bilmişdir.Belə ki,bu hal iddiaçının izahatı ilə yanaşı, cavabdehlərin izahatı ilə də tam təstiq olunur, cavabdehlər iddiaçının razılığı ilə həmin əmlakın Anara satıldığını bildirsələr də,bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə əmlakı başqa şəxsdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadığı, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı halda, o vicdanlı alıcı qismində qəbul olunur ki, bu halı da cavabdeh1 işin faktiki halları ilə aid etmək mümkün deyil və əksinə olaraq sonuncunun vicdanlı alıcı olması işin halları ilə tam təkzib olunur.
35. Cavabdeh cavabdeh1 Aydin oğlu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı qanuni qətnamə qəbul edilmişdir.
37. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
38. Belə ki, göründüyü kimi apellyator şikayətin dəlili olaraq mübahisə predmeti olan əmlaka münasibətdə vicdanlı əldə edən olduğun mübahisələndirmişdir.
39. İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh cavabdeh1 tərəflərin qohumu olmaqla onların arasında əmlak mübahisəsinin olduğunu bilmişdir. Hətta cavabdeh1 məhkəmə iclasında dindirilərək mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanılmamışdan əvvəl Cavidanla bu barədə danışdığını, Cavidanın razılıq verdiyini bildirmişdir.
40. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir.
41. İşin faktiki hallarından göründüyü kimi cavabdeh1 yaxın qohum olmaqla, tərəflər arasında əmlakla bağlı mübahisə olduğunu bilmişdir. Onun bu barədə bilməməsi ağlabatan deyildir. Belə olan halda cavabdeh1 viçdanlı alıcı olmasından söhbət gedə bilməz.
42. Məhkəmə kollegyası şərh olunan xüsusatlara istinadən hesab edir ki, apellyatorun mübahisəli fərdi yaşayış evini satın alarkən vicdanlı alıcı olması və buna görə də ona qarşı yönəlmiş tələbin rədd olunması barədə şikayətdə göstərdikləri dəlilləri əsassızdır.
43. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh cavabdeh1 Aydin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübaisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.