Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-191/2025 07.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və digər iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar Qanuni nümayəndə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «payların naturada bölünməsi» tələbinə dair mülki işə 07 noyabr 2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı və digər iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********49 və **********48 reyestr nömrəli çıxarışlara əsasən onların paylı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,873636 ha və 0,036387 ha torpaq sahələrinin onun payına düşən 9/28 ha hissəsinin, İddiaçı1 payına düşən 1/28 hissəsinin və İddiaçı2 payına düşən 1/28 hissəsinin naturada ayrılaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin birinci səhifəsində iddiaçıların qanuni nümayəndəsi kimi texniki səhvə yol verilib qeyd etdiyi “İddiaçı1 qızı”nın “İddiaçı1” kimi oxunmasını xahiş etmişdir. İddiaçı və digər iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun və qanuni nümayəndəsi olduğu şəxslərin pay hüquqlarına uyğun olaraq həmin payların naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,873636 ha və 0,036387 ha torpaq sahələri xx.xx.2023-cü il tarixli, **********49 reyestr nömrəli və xx.xx.2023-cü tarixli, **********48 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun (9/28 hissəsi), İddiaçı1 (1/28 hissəsi) və İddiaçı2 (1/28 hissəsi) mülkiyyətindədir. O, rəsmi olaraq İddiaçı1 və İddiaçı2 qəyyumu hesab edilmişdir. Bildirir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,873636 ha və 0,036387 ha torpaq sahələrinin naturada bölünməsini dəfələrlə cavabdehlərə bildirsə də onlar bundan yayınmışdır. Torpaq sahəsinə dair bölgü sxeminin tərtib edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də ərizəsinin icrasından 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən şifahi və rəsmi olaraq imtina edilmişdir. İmtina üçün əsas kimi torpaq sahəsinə dair bölgü sxeminin tərtib edilməsi üçün texniki baxışa şərait yaradılmadığı qeyd edilmişdir. Yuxarıda qeyd edilmiş səbəblərdən də o, mülkiyyət hüquqlarını məhkəmədə müdafiə etmək məcburiyyətində qalmışdır və hesab edir ki, mülkiyyətçisi olduğu Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahələrinin naturada ayrılması barədə qətnamə qəbul edilməlidir. Torpaq sahəsinə baxış keçirilməsi üçün cavabdehlər tərəfindən şərait yaradılmamışdır. Onun qarşı tərəfə məhkəmə iclası barədə məlumat verməsinə baxmayaraq qarşı tərəf məhkəməyə gəlməmişdir. Onun böyük bacısı sözügedən ərazidə ev tiksə də o, torpaq sahəsinin öz payına düşən hissəsində sahiblik edə bilmir. Qarşı tərəfi hazırkı mübahisə ilə bağlı razılaşmaya çağırsa da qarşı tərəf bu təklif ilə razılaşmır. O, özünün və qanuni nümayəndəsi olduğu şəxslərin payına münasibətdə ayrıca çıxarış almaq istəyir. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və digər iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsində qeyd etdiyi ərazidə hazırda dürüstləşmə işləri həyat keçirilir. Dürüstləşmə işlərindən əvvəl Qanuni nümayəndə olan çıxarışa əsasən sözügedən torpaq sahəsi tikililərin üzərinə düşmüş, lakin dürüstləşmə-uçot işlərindən sonra Qanuni nümayəndə iştirakı və istəyi ilə onlar bölgü eskiz sənədi tərtib etmişdirlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların qanuni nümayəndəsi Qanuni nümayəndə payına düşən torpaq sahələrinin yeri müəyyənləşdirilmişdir. İlk çıxarış əsasında iddiaçıların hər birinə 12,12 kv.m, iddiaçının nümayəndəsinə isə 163 kv.m torpaq sahəsi düşür. Əvvəllər torpaq sahələrinin ayrılması ilə bağlı rəsmi sxemlər mövcud olmamışdır. İkinci çıxarış əsasında 312 kv.m torpaq sahəsi iddiaçılarda, təqribən 28 sot torpaq sahəsi isə iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə olan torpaq sahəsidir. Hər iki çıxarışı topladıqda isə iddiaçılara ayrı-ayrılıqda sahəsi 325 kv.m olan torpaq sahəsi düşür. Təqribən 29 sot isə iddiaçıların qanuni nümayəndəsində olan torpaq sahəsidir. Hazırda onun tərəfindən qeyd edilən rəqəmlər bölgü sxemində dəqiq şəkildə əks olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında 0,873636 ha torpaq sahəsi üzərində 4/28 hissədə pay Cavabdeh1 adına, 4/28 hissədə pay Cavabdeh2 adına, 4/28 hissədə Cavabdeh3 adına, 4/28 hissədə pay Cavabdeh4 adına, 1/28 hissədə pay İddiaçı1 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə, 1/28 hissədə pay İddiaçı2 adına, 9/28 hissədə pay Qanuni nümayəndə adına ********** qeydiyyat nömrəsi, xx.xx.2023-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmış və qeyd edilən torpaq sahəsi 1/28 hissədə açıq saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında 0,036387 ha torpaq sahəsi üzərində 4/28 hissədə pay Cavabdeh1 adına xx.xx.2022-ci il qeydiyyat tarixi ilə, 4/28 hissədə pay Cavabdeh2 adına xx.xx.2022-ci il qeydiyyat tarixi ilə, 4/28 hissədə Cavabdeh3 adına xx.xx.2022-ci il qeydiyyat tarixi ilə, 4/28 hissədə pay Cavabdeh4 adına xx.xx.2022-ci il qeydiyyat tarixi ilə, 1/28 hissədə pay İddiaçı1 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə, 1/28 hissədə pay İddiaçı2 adına xx.xx.2022-ci il qeydiyyat tarixi ilə, 9/28 hissədə pay Qanuni nümayəndə adına ********** qeydiyyat nömrəsi, xx.xx.2023-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmış və qeyd edilən torpaq sahəsi 1/28 hissədə açıq saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-10843/2025 nömrəli mütəxəssis rəyinin qoşması olaraq təqdim edilmiş bölgü sxemindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********49 və **********48 reyestr nömrəli çıxarışlara əsasən paylı mülkiyyətdə olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,873636 ha və 0,036387 ha torpaq sahələri üzərində paylarına uyğun olaraq İddiaçı1 0,0325 ha, İddiaçı2 0,0325 ha, Qanuni nümayəndə isə 0,2925 ha torpaq sahəsi düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 10/4463 №-li ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 32/2-10843/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, bununla əlaqədar olaraq bildirirlər ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılmışdır. Mülkiyyətçilər tərəfindən müraciət olunmadığı üçün plan ölçü sənədinə düzəliş olunmamışdır, lakin Necas elektron məlumat bazasına əsasən **********48, **********49 reyestr nömrəli çıxarışlarla Qanuni nümayəndə, İddiaçı2, İddiaçı1 və digərlərinin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin elektron məlumat bazasına əsasən yerləşməsinin bir hissəsi ilə tikili üst-üstə düşür, həmin tikilinin iddiaçı tərəfindən onlara (ailə üzvlərinə aid olmasını bildirdi) məxsus olmasını bildirdi. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin elektron məlumat bazasına əsasən **********48 (0.873636 ha), **********49 (0.036387 ha) reyestr nömrəli torpaq sahəsinin bölgü eskizi Qanuni nümayəndə iştirakı ilə (digər payçıların iştirakı təmin edilməmişdir) aparılaraq (sənəd üzrə hansı hissəsindən ayrılması vətəndaş tərəfindən bildirildi) sənəd üzrə tərtib edilmişdir, həmin sxemdə göstərilmiş bölgü eskizi **********49 reyestr nömrəli çıxarışın (0.036387 ha) pay hissələri (İddiaçı1 0.0012995 ha, İddiaçı2 0.0012995 ha, Qanuni nümayəndə 0.011695 ha) **********48 reyestr nömrəli çıxarışdan çıxaraq ortofoto təqdim edilir. Digər payçıların paylarının ayrılmasına dair hər hansı bir məlumat olmadığından digər payçıların sənəd üzrə hansı hissədə bölünməsinə dair məlumat qeyd etmək mümkün olmamışdır. Məhkəmə iddiaçıların qanuni nümayəndəsinin və mütəxəssisin izahatını dinləyib, mütəxəssis rəyini və işin digər materiallarını araşdırıb və bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,873636 ha və 0,036387 ha torpaq sahələri xx.xx.2023-cü il tarixli, **********49 reyestr nömrəli və xx.xx.2023-cü tarixli, **********48 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar İddiaçı1 (1/28 hissəsi), İddiaçı2 (1/28 hissəsi) və iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə (9/28 hissəsi) mülkiyyətindədir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 10/4463 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin elektron məlumat bazasına əsasən **********48 (0.873636 ha), **********49 (0.036387 ha) reyestr nömrəli torpaq sahəsinin bölgü eskizinin Qanuni nümayəndə iştirakı ilə (digər payçıların iştirakı təmin edilməmişdir) aparılaraq (sənəd üzrə hansı hissəsindən ayrılması vətəndaş tərəfindən bildirildi) sənəd üzrə tərtib edildiyi, həmin sxemdə göstərilmiş bölgü eskizinin **********49 reyestr nömrəli çıxarışın (0.036387 ha) pay hissələrinin (İddiaçı1 0.0012995 ha, İddiaçı2 0.0012995 ha, Qanuni nümayəndə 0.011695 ha) **********48 reyestr nömrəli çıxarışdan çıxarılaraq ortofoto təqdim edildiyi, digər payçıların paylarının ayrılmasına dair hər hansı bir məlumat olmadığından digər payçıların sənəd üzrə hansı hissədə bölünməsinə dair məlumat qeyd edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-10843/2025 nömrəli mütəxəssis rəyinin qoşması olaraq təqdim edilmiş bölgü sxemindən göründüyü kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********49 və **********48 reyestr nömrəli çıxarışlara əsasən paylı mülkiyyətdə olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,873636 ha və 0,036387 ha torpaq sahələri üzərində paylarına uyğun olaraq İddiaçı1 0,0325 ha, İddiaçı2 0,0325 ha, Qanuni nümayəndə isə 0,2925 ha torpaq sahəsi düşdüyü müəyyən edilmişdir. Beləliklə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,873636 ha və 0,036387 ha torpaq sahələrinin xx.xx.2023-cü il tarixli, **********49 reyestr nömrəli və xx.xx.2023-cü tarixli, **********48 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı1, İddiaçı2 və Qanuni nümayəndə paylarına uyğun naturada bölünməsinin mümkünlüyü iş materiallarını təşkil edən sənədlərlə, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-32/2-10843/2025 nömrəli mütəxəssis rəyinin qoşması olaraq təqdim edilmiş bölgü sxemi və onun əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 10/4463 saylı ekspert rəyi ilə tam təsdiq olunur. Bundan əlavə cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddia tələbinə etirazlarını bildirməmiş və iddia tələbinin əsassız olduğunu sübut edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli, **********49 reyestr nömrəli və xx.xx.2023-cü tarixli, **********48 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən paylı mülkiyyətdə olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,873636 ha və 0,036387 ha torpaq sahələrindən paylara mütənasib olaraq 0,0325 ha hissəsi İddiaçı1, 0,0325 ha hissəsi İddiaçı2, 0,2925 ha hissəsi Qanuni nümayəndə naturada ayrılmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 04 avqust 2025-ci il tarixli, 10/4463 saylı saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, **********49 reyestr nömrəli və xx.xx.2023-cü tarixli, **********48 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən paylı mülkiyyətdə olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,873636 ha və 0,036387 ha torpaq sahələrindən paylara mütənasib olaraq 0,0325 ha hissəsi İddiaçı1, 0,0325 ha hissəsi İddiaçı2, 0,2925 ha hissəsi Qanuni nümayəndə naturada ayrılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 04 avqust 2025-ci il tarixli, 10/4463 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-191/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-191/2025
07.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver