Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1935/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı Azsığorta Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azsığorta Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Kia Rio markalı, ** VH *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 271 manat sığorta ödənişi məbləği və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq Azsığorta asc-YƏ ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tofaş Şahin **-MX-*** qeydiyyat nişanlı avtomobil Azsığorta Açıq Səhmdar Cəmiyyətində AB 805895 nömrəli şəhadətnamə ilə 28.10.2013cü il tarixdən 27.10.2014-cü il tarixədək Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. Cavabdeh 27.12.2013-cü il tarixdə idarə etdiyi Tofaş Şahin **-MX-*** qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək X4 məxsus olan Kia Rio markalı, ** VH *** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə törədərək hadisə yerindən yayınmışdır. Hadisə RPİ tərəfindən qeydə alınmış, İXM-nin 151.3-cü maddəsi ilə BYP 609832 nömrəli 06.01.2014-cü il tarixli X12 protokol tərtib edilmişdir. Kia Rio markalı, ** VH *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək vurulmuş ziyan 271 manat müəyyən edilmiş, Azsığorta Açıq Səhmdar Cəmiyyəti həmin məbləğdə sığorta ödənişi kimi avtomobilin sahibinə ödəmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı cavabdeh hadisə yerindən yayındığı üçün üçüncü şəxsin əmlakına, avtomobilə zərərə görə Kia Rio markalı, ** VH *** qeydiyyat nişanlı avtomobilin sahibinə 271 manat edilmiş sığorta ödənişi sığorta həcmində, Azsığorta Açıq Səhmdar Cəmiyyətinin cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 11.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 15.02.2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən 02.09.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Abbasov X5 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 6 saylı evin 24 saylı mənzilində qeydiyyatdadır. -Azsığorta ASC-nin 19.02.2014-cü il tarixli, 0617/CML-0298/2014 saylı Sığorta aktından görünür ki, Sığortalı X10 28.10.2013-cü il tarixdən 27.10.2014-cü il tarixədək Tofaş Şahin markalı ** MX *** qeydiyyat nişanlı avtomobili 5000 manat məbləğində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalamış, 27.12.2013-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində baş vermiş toqquşma nəticəsində X4 məxsus Kia Rio markalı ** VH *** qeydiyyat nişanlı avtomobilə 271.10 manat məbləğində zərər dəymiş, dəymiş zərərin əvəzi köçürmə yolu ilə Avto Fiks MMC-nin hesabına köçürülmüşdür. -AB seriyalı 805895 nömrəli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, X6 məxsus Tofaş markalı ** MX *** qeydiyyat nişanlı avotomobil 28.10.2013-cü il tarixdən 27.10.2014-cü il tarixədək sığortalanmışdır. -17.02.2013-cü il tarixli ƏN-İ 348053 nömrəli etibarnamənin surətindən görünür ki, X9 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və digər səlahiyyətləri 17.02.2023-cü il tarixədək X7 etibar etmişdir. -Avto-Fiks MMC-nin 14.02.2014-cü il tarixli 783071 saylı ödəniş qəbzindən görünür ki, Avtosığorta ASC Kia Rio markalı ** VH *** qeydiyyat nişanlı avtomobilin təmir xərclərinə görə 271.40 manat ödəniş etmişdir. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən 30.01.2014-cü il tarixli 1478 saylı arayışdan görünür ki, X2 məxsus hadisə baş verən zaman Cavabdeh tərəfindən idarə olunan Tofaşh Şahin markalı ** MX *** qeydiyyat nişanlı avtomobil 27.12.2014-cü il tarixdə saat 01.30 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 məxsus Kia Rio markalı ** VH *** qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. -Cavabdeh 07.01.2014-cü il tarixdə Abşeron rayon P.Ş-də verdiyi izahatdan görünür ki, 27.12.2013-cü il tarixdə saat 01.30 radələrində idarə etdiyi Tofash markalı ** MX *** qeydiyyat nişanlı avtomaşınla Xırdalan şəhəri H.Əliyev prosketində hadisə zamanı Mersedes Benz markalı ** DL *** qeydiyyat nişanlı avtomobili vurmuş, sonra idarəetməni itirmiş, Kia-Rio markalı ** VX *** qeydiyyat nişanlı avtomobilə dəymişdir. Maşınında ağır xəstə olduğundan hadisə yerindən getmiş, lakin növbəti gün maşınının sənədləri ilə Rayon Polis şöbəsinə müraciət etmişdir. -X12 BYP 609832 saylı protokolun surətindən görünür ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 151.3-cü maddəsinin tələbini pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş,80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 27.10.2013-cü il tarixli ƏN-İİ 937390 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X1 Heydər Fərhad oğluna Tofash Şahin minik markalı ** MX *** qeydiyyat nişanlı avtomobili 01.03.2022-ci il tarixədək etibar etmişdir. -19.02.2014-cü il tarixli 1123 saylı ödəniş tapşırığından görünür ki, 14.02.2014-cü il tarixli HF 49 QF BƏT/1 783071 0617/CML-0298/2014 aktına əsasən zərər ödənişi olaraq Avto Fiks MMC-nin hesabına 271.40 manat ödəniş etmişdir. İşin araşdırılan hallarından hallarından və tədqiq edilən sübutlardan müəyyən olunur ki, X2 məxsus hadisə baş verən zaman Cavabdeh tərəfindən idarə olunan Tofaşh Şahin markalı ** MX *** qeydiyyat nişanlı avtomobil 27.12.2014-cü il tarixdə saat 01.30 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 məxsus Kia Rio markalı ** VH *** qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. 19.02.2014-cü il tarixli 1123 saylı ödəniş tapşırığına əsasən 14.02.2014-cü il tarixli HF 49 QF BƏT/1 783071 0617/CML-0298/2014 aktına əsasən zərər ödənişi olaraq Avto Fiks MMC-nin hesabına 271 manat ödəniş etmişdir. Hadisədən sonra Cavabdeh hadisə yerindən yayınmışdır. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmasına əsas verir. Göstərilənlərə əsasən tədqiq edilmiş sübutlara əsasən məhkəmə iddia tələbini əsaslı və qanunauyğun hesab edərək təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə ərizə verərkən 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edildiyindən qanunun qeyd edilən tələbinə əsasən 20 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh Kia Rio markalı, ** VH *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 271 manat pul vəsaiti və 20 manat dövlət rüsumu, cəmi 291 manat iddiaçı Azsığorta Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh Kia Rio markalı, ** VH *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 271 (iki yüz yetmiş bir) manat pul vəsaiti və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 291 (iki yüz doxsan bir) manat pul vəsaiti tutularaq, Azsığorta Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-1935/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1935/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver