Məhkəmə qərarları › İş №2(012)-1945/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1945/2024

09.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1945/2024 09.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh X7 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı reysterdən çıxarışın etibarsız hesab edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X7 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “reysterdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli reyestr nömrəsi **********10-12301 qeydiyyat nömrəsi ********** olan ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0.40 ha torpaq sahəsində yanacaq doldurma məntəqəsinin inşa olunduğu torpaq sahəsinə görə o, X5 ilə razılaşıb Bakı şəhər Binəqədi rayonu Rəsulzadə qəsəbəsi E.Babayev küçəsi 174 kv.metr sahəsi olan 4 otaqlı yaşayış evi almışdır. Bununla əlaqədar sənədləşməni aparmaq üçün o, R.Rəhimovun razılığı ilə xx.xx.2009-cu il tarixdə Rafiqin qardaşı Vaqif Rəhimova etibarnamə vermiş və alqı-satqının həyata keşirilməsi üçün həyat yoldaşı C.N.Mahmudovanın razılıq ərizəsi də notariusda təsdiq olunmuşdur. Həmin torpaq sahəsində Rafiq Rəhimov tərəfəfndən yanacaqdoldurma məntəqəsi inşa edilmişdir. Sonra isə həmin yanacaqdoldurma məntəqəsi və inşa olunduğu torpaq sahəsinə görə X6 ilə X2 arasında olan razılaşmaya görə o, 22.12 2010-cu il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontoruna ərizə verib, xx.xx.2009-cu il tarixli Vaqif Rəhimova verdiyim həmin baş etibarnaməni ləğv etdirib, sənədləşməni aparmaq üçün, həmin tarixdə X3 adına etibarnamə vermiş və alqı-satqının həyata keşirilməsi üşün həyat yoldaşı C.N.Mahmudovanm razılıq ərizəsi notariusda təsdiq olunmuşdur. Vaqifə verdiyi etibarnamənin ləğv edilməsində Vaqif iştirak etmiş, Vaqifə verdiyi etibarnamənin əslini də Vaqif Rəhimin atası Rafiqə vermişdir Həmin vaxt həmin torpaq sahəsində inşa edilmiş yanacaq doldurma məntəqəsi, göstərdiyi kimi Rafiq Rəhimovgil tərəfindən inşa edilmişdir.Torpaq sahəsinin dövlət aktının əslini o, R.Rəhimova vermiş və əvvəl xx.xx.2009-cu il tarixli Vaqif Rəhimova verdiyi həmin baş etibarnamənin əslini də Vaqif qardaşı Rəhimin atası Rafiqə vermişdir. Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı- Quba şossesinin sağında 0,40 ha torpaq sahəsində yanacaq doldurma məntəqəsinin inşa olunduğu torpaq sahəsinə və yanacaqdoldurma məntəqəsinə görə sənədləşməni aparmağa görə baş etibarnaməni Rəhim Rəhimova vermişdir, Özü həmin yanacaqdoldurma məntəqəsinə görə reyestrdən çıxarış almamışdır. Onun adına olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0,40 ha torpaq sahəsində olan əmlak kompleksi kimi məssisə kimi qeyd edilən.0340367 saylı xx.xx.2012ci il tarixli yanacaq doldurma məntəqəsinin dövlət reyestrindən çıxarışını X4, onun ona heç bir səlahiyyət vermədiyi halda qanunsuz olaraq əldə etmişdir. Eləcə də göstərdiyi kimi Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0,40 ha torpaq sahəsində yanacaq doldurma məntəqəsinin inşa olunduğu torpaq sahəsinin dövlət aktı olmadan. Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0.40 ha torpaq sahəsində olan əmlak kompleksi kimi məssisə kimi qeyd edilən onun adına olan ******* saylı xx.xx.2012-ci il tarixli yanacaq doldurma məntəqəsinin dövlər reyestrindən çıxarışını kimin necə əldə etməsini bilmək üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Abşeron Rayon şöbəsinə müraciət edib cavab almışdır ki, həmin torpaq sahəsinə görə, 22 iyul 2005-ci il tarixdə 8873 say ilə qeydə alınmış dövlət aktının dublikatını Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən hazırlanaraq şöbəyə təqdim olunduqdan sonra alinmışdır. Cavab məktubundan görünür ki, onun adına alınan dövlət reyestrindən çıxarış xx.xx.2012-ci il tarixdə qeyriqanuni alınmışdır. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsinə torpaq sahəsinin kadastrı təqdim edilməli və reyestrdən çıxarış alınmalı idi. O, X1 başqa heç kimə Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin sağında 0,40 ha torpaq sahəsinə görə etibarnamə verməmişdir. 30 iyul 2012-ci il tarixli etibarnamədən, Abşeron rayon polis şöbəsinin xx.xx.2012- ci il tarixli arayışından, həmin torpaq sahəsinin çıxarışını almaq üçün təqdim edilən sənədlərdən görünür ki, onun adından qanunsuz olaraq, saxtakarlıq edib, guya ona məxsus olan torpaq sahəsinin dövlət aktı itmişdir və yenidən dövlət aktını qanusuz əldə etmişlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun şəkildə izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2, iddia tələbinə etiraz etdi. O, bildirdi ki, hazırki mübahisə inzibati müahisədir və mülki icraat qaydasında baxıla bilməz. Məhkəmə proses iştirakçılarını izahatlarını nəzər alıb, işin materiallarını araşdırıb hesab edir ki, hazırki iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə görə işin icraatına xitam verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, tərəflər arasında mübahisə inzibati orqanın hərəkətlərindən irəli gələn mübahisə olduğundan mülki qaydada deyil, inzibati qaydada həll edilən məsələdir, yəni hazırki mübahisəyə məhkəmədə baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iş məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməli, iddiaçıya isə bununla bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə saat 15:36-da ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh X7 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı reysterdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı hazırki mülki iş (2(012)-1945/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar