Məhkəmə qərarları › İş №2(012)-1958/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1958/2021

16.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1958/2021 16.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Qobu bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Qobu bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobu Bələdiyyəsinin ona məxsus torpaq sahəsi üçün 377.7 manat məbləğində torpaq vergisinin ödənilməsi barədə qərarın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati orqanın qərarının ləğvi ilə bağlı iddia tələbi iddia icraatı qaydasında yox, inzibati icraat qaydasında baxılmalıdır. Beləliklə, hesab edirəm ki, iş məhkəmə aidiyyatı üzrə inzibati məhkəmədə baxılmalı olduğudan, hazırki iş üzrə iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Qobu bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etməsi izah olunsun. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar