Məhkəmə qərarları › İş №2(012)-20/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-20/2024

06.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-20/2024 06.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 ASC-yə qarşı torpağın qanunsuz sahiblikdən alınması və tikililərin sökülməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 ASC-yə qarşı (üçüncü şəxslər: Cavabdeh3, Abşeron rayonu Məmmədli Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi göstərməklə) torpağın qanunsuz sahiblikdən alınması və tikililərin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC tərəfindən zəbt olunmuş torpaq sahələrinin tam boşaldılması, inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, inşaat tullantılarından ərazinin təmizlənməsi, torpaq sahəsinin münbit qatının bərpa olunmaqla əvvəlki vəziyyətə gətirilməsi, sökülmüş 120 kv.metr hasarın bərpa olunması, bu mümkün olmadıqda isə hər birinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hazırki bazar dəyəri olan 48000 manat olmaqla, cəmi 96000 manat pul vəsaitinin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışlara əsasən Abşeron rayonu, Məmmədli kəndində İddiaçı1 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışlara əsasən Abşeron rayon Məmmədli kəndində İddiaçı2 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunan bir-birinə bitişik olan qonşu torpaq sahələri hər tərəfdən 1 metr hündürlüyündə mişar daşı ilə əhatəyə alınmışdır. Sonradan torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, ümumi istifadədə olan yol sahəsi və mülkiyyətdəki torpaq sahəsinin hasarı sökülərək bir hissəsi hazırki iş üzrə Cavabdeh1 ASC tərəfindən zəbt olunmuş və həmin hissədə yarımstansiya inşa edilmişdir. Eyni zamanda, ümumi istifadədə olan yol sahəsinin yeri dəyişdirilərək onların torpaq sahəsinə salınmışdır. Məsələyə aydınlıq gətirmək üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cavabdeh1 ASC-yə məktubla müraciət etmişlər. Cavabdeh1 ASC xx.xx.2021-ci il tarixli 02-05-H-8/67 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə Abşeron Rayon İH tərəfindən torpaq sahələri əvəzləşdirilmişdir. Əslində onlara nə heç bir torpaq sahəsi verilmiş, nə dəki əvəzində bazar dəyəri ödənilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahələrindən hər birinin ayrı-ayrılıqda 156 kv.metr olmaqla cəmi 312,0 kv.metr hissəsində yarımstansiya inşa edilmiş, hər birinin torpaq sahələrinin ayrı-ayrılıqda 122 kv.metr hissə olmaqla, cəmi 244,0 kv.metr hissəsindən isə yol çəkilmişdir. Ümumilikdə isə cavabdeh tərəfindən 556 kv.metr torpaq sahəsi zəbt edilmişdir. Torpaq sahəsinin həmin hissəsində inşa edilmiş hasarın ümumi sahəsi 120 kv.metr təşkil edir. Torpaq sahəsinin yarı hissəssi cavabdeh tərəfindən zəbt edildiyi üçün yerdə qalan torpaq sahəsi də fərdi yaşayış evinin tikintisi üçün tam yararsız vəziyyətə düşmüşdür. Ona görə də torpaq sahələri cavabdeh tərəfindən tam boşaldılmalı, inşa edilmiş tikililər cavabdehin vəsaiti hesabına sökülməli, inşaat tullantılarından ərazi təmizlənməli, torpaq sahəsinin münbit qatı bərpa olunmaqla əvvəlki vəziyyətinə gətirilməli, sökülmüş hasar bərpa olunmalı, bu mümkün olmadıqda isə hər birinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hazırki bazar dəyəri olan 48000 manat pul vəsaiti olaqla, cəmi 96000 manat cavabdehdən tutularaq onlara ödənilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh1 ASC-nin vəkili və nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirak etdikləri məhkəmə iclasında iddiaya etiraz etdilər və onun rədd olunmasını xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 nümayəndəsi Nümayəndə4 da iştirak etdiyi məhkəmə iclasında iddianın təmin edilməməsini xahiş etdi. Digər üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə3 isə iştirak etdiyi məhkəmə iclasında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Məmmədli Bələdiyyəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə nümayəndəsini göndərməmişdir. Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışlardan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində İddiaçı1 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Onun adına AA 005324 saylı xx.xx.2007-ci il tarixli və AA 005330 saylı xx.xx.2007-ci il tarixli torpaq sahəsinin plan və ölçüləri tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışlardan görünür ki, Abşeron rayon Məmmədli kəndində İddiaçı2 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Onun adına AA 005329 saylı xx.xx.2007-ci il tarixli və AA 005324 saylı xx.xx.2007-ci il tarixli torpaq sahəsinin plan və ölçüləri tərtib edilmişdir. İşdə olan Cavabdeh1 ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Zabrat 220” kV-luq yarımstansiyasının tikintisi üçün ‘Azərenerji” ASC-yə Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı ilə kəndin örüş sahəsindən 5,15 ha torpaq sahəsi ayrılmış və 21 oktyabr 2004-cü il tarixdə torpaq sahəsinə dair JN 716 nömrəli dövlət aktı alınmışdır. ‘Azərenerji” ASC-yə torpaq sahəsinin örüş sahəsindən ayrılmasına baxmayaraq, sonradan yarımstansiyanın ətrafındakı ərazidən Məmmədli Bələdiyyəsi tərəfindən vətəndaşlara torpaq sahələri ayrılmışdır. ‘Azərenerji” ASC, yarımstansiyanın perimetrində fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələrinin ayrılmasının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarına əsasən qanunsuz olması barədə dəfələrlə aidiyyəti qurumlara müraciətlər etmiş və ərazinin zəbt olunmasının qarşısının alınması məqsədilə ayrılmış torpaq sahəsinin yerdə koordinatları dövlət aktı əsasında müəyyən edilərək, yarımstansiyanın ərazisi hasara alınmış və yarımstansiya tikilərək, 30 mart 2013-cü il tarixdə istismara verilmişdir. Yarımstansiyanın yerləşdiyi torpaq sahəsinin xx.xx.2015-ci il tarixinə, faktiki vəziyyəti üzrə (0,06 ha az torpaq sahəsi olmaqla) 5,0921,3 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən ‘‘Azərenerji” ASC-nin Abşeron REŞ” MMC- nin adına texniki pasport verilmişdir. Bundan əlavə, Məmmədli Bələdiyyəsi tərəfindən mövcud ərazidə torpaqların ayrılması düzgün aparılmadığına görə yarımstansiyanın torpaq sahəsi ilə üst-üstə düşən şəxslərin həyətyanı torpaq sahələrinin əvəzləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tərəfindən Abşeron rayon İH-tinə tapşırılmış və torpaq sahələri, o cümlədən iddiaçıların torpaq sahələri əvəzləşdirilmişdir. İşdə olan "xxxx" MMC-nin 14 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2007-ci il tarixli, MH ******* saylı, **********88 reyestr nömrəli və xx.xx.2007-ci il tarixli, MH ******* saylı, **********82 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin 156 kv.metr hissəsi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilmiş yarımstansiyanın ərazisi ilə, 119 kv.metr hissəsi isə ümumi istifadədə olan yol sahəsi ilə üst-üstə düşür. xx.xx.2007-ci il tarixli, MH ******* saylı, **********87 reyestr nömrəli və xx.xx.2007-ci il tarixli, MH ******* saylı, **********81 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı1 mülkiyyətində olan torpaq sahələrinin 155 kv.metr hissəsi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilmiş yarımstansiyanın ərazisi ilə 119 kv.metr hissəsi isə ümumi istifadədə olan yol sahəsi ilə üst-üstə düşür. Aparılmış araşdırma ilə Abşeron rayonu Məmmədli kəndində göstərilən göstərilən ərazidə yerləşən yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 1,0 sotunun dəyəri təqribən 8000 manat təşkil edir. İşdə olan 21 oktyabr 2004-cü il tarixli JN 716 nömrəli dövlət aktından görünür ki, “Bakı İİİ” yarımstansiyasının tikintisi üçün ‘Azərenerji” ASC-yə Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı ilə kəndin örüş sahəsindən 5,15 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarından görünür ki, 220 kv-lıq “Bakı İİİ” yarımstansiyasının tikintisi üçün ‘Azərenerji” ASC-yə Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı ilə kəndin örüş sahəsindən 5,15 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan “X2 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YDQ 154 saylı rəyindən görünür ki, İddiaçı1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən (AR ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 005323 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarış) 0.03 ha torpaq sahəsinin bazar dəyəri 23100 manat, İddiaçı1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən (AR ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007- ci il tarixli 005329 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarış) 0.03 ha torpaq sahəsinin bazar dəyəri 23100 manat, X1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən (AR ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007- ci il tarixli 005324 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarış) 0.03 ha torpaq sahəsinin bazar dəyəri 23100 manat, X1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən (AR ƏMDK yanında DƏDRXnin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007- ci il tarixli ******* №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarış) 0.03 ha torpaq sahəsinin bazar dəyəri 23100 manat müəyyən edilir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2498 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli 005330 №-li və xx.xx.2007-ci il tarixli 005323 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı1 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində "Azərenerji” ASC tərəfindən həmin torpaq sahəsinin cənub hissəsində 0.0141 ha sahəsinin daş hasara alınaraq və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli 005324 №-li və xx.xx.2007ci il tarixli 005329 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı2 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində Cavabdeh1 ASC tərəfindən həmin torpaq sahəsinin cənub hissəsində 0.0141 ha sahəsininin daş hasara alaraq faktiki istifadə edildiyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli 005330 №-li və xx.xx.2007ci il tarixli 005323 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı1 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli 005324 №-li və xx.xx.2007-ci il tarixli 005329 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı2 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada (yerində) müəyyən edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********48 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005330 №-li və xx.xx.2007- ci il tarixli AA 005323 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı1 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsi, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005324 №-li və xx.xx.2007-ci il tarixli AA 005329 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı2 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada (yerində) müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir). Lakin elektron məlumat bazasına əsasən JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh1 ASC-yə məxsus 5,15 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından naturada öz yerində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Elektron məlumat bazasına əsasən JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh1 ASC-yə məxsus 5,15 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 saylı mütəxəssis rəyinə əsasən, JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh1 ASC-yə məxsus 5,15 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından iddiaçılara məxsus qeyd edilən torpaq sahələri ilə kəsişib-kəsişməməsini müəyyən etmək mümkün deyildir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/502 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005330 №-li və xx.xx.2007- ci il tarixli AA 005323 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı1 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsi, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005324 №-li və xx.xx.2007-ci il tarixli AA 005329 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı2 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada (yerində) müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir). Lakin elektron məlumat bazasına əsasən JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh1 ASC-yə məxsus 5,15 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından naturada öz yerində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Elektron məlumat bazasına əsasən JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh1 ASC-yə məxsus 5,15 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 saylı mütəxəssis rəyinə əsasən, JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh1 ASC-yə məxsus 5,15 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından iddiaçılara məxsus qeyd edilən torpaq sahələri ilə kəsişib-kəsişməməsini müəyyən etmək mümkün deyildir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-12142/2023 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005330 №-li və xx.xx.2007- ci il tarixli AA 005323 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı1 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005324 №-li və xx.xx.2007-ci il tarixli AA 005329 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı2 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsi JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh1 ASC-yə məxsus torpaq sahəsi ilə kəsişir və sxemdə göstərilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/8660 saylı rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-12142/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005330 №-li və xx.xx.2007- ci il tarixli AA 005323 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı1 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005324 №-li və xx.xx.2007-ci il tarixli AA 005329 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı2 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsi JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh1 ASC-yə məxsus torpaq sahəsi ilə kəsişir və sxemdə göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışlarla Abşeron rayonu, Məmmədli kəndində İddiaçı1 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Onun adına AA 005324 saylı xx.xx.2007-ci il tarixli və AA 005330 saylı xx.xx.2007-ci il tarixli torpaq sahəsinin plan və ölçüləri tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışlarla Abşeron rayon Məmmədli kəndində İddiaçı2 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Onun adına AA 005329 saylı xx.xx.2007-ci il tarixli və AA 005324 saylı xx.xx.2007-ci il tarixli torpaq sahəsinin plan və ölçüləri tərtib edilmişdir. Hazırda İddiaçı1 və İddiaçı2 Cavabdeh1 ASC-yə qarşı torpağın qanunsuz sahiblikdən alınması və tikililərin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC tərəfindən zəbt olunmuş torpaq sahələrinin tam boşaldılması, inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, inşaat tullantılarından ərazinin təmizlənməsi, torpaq sahəsinin münbit qatının bərpa olunmaqla əvvəlki vəziyyətə gətirilməsi, sökülmüş 120 kv.metr hasarın bərpa olunması, bu mümkün olmadıqda isə hər birinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hazırki bazar dəyəri olan 48000 manat olmaqla, cəmi 96000 manat pul vəsaitinin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Onlar iddianı qaldırarkən buna istinad etmilər ki, cavabdeh tərəfindən Məmmədli qəsəbəsində yarımstansiya inşa edilərkən onların mülkiyyətində olan torpaq sahəsinin 556 kv.metr hissəsi zəbt edilmişdir. Torpaq sahəsinin həmin hissəsində inşa edilmiş hasarın ümumi sahəsi 120 kv.metr təşkil edir. Torpaq sahəsinin yarı hissəssi cavabdeh tərəfindən zəbt edildiyi üçün yerdə qalan torpaq sahəsi də fərdi yaşayış evinin tikintisi üçün tam yararsız vəziyyətə düşmüşdür. Ona görə də torpaq sahələri cavabdeh tərəfindən tam boşaldılmalı, inşa edilmiş tikililər cavabdehin vəsaiti hesabına sökülməli, inşaat tullantılarından ərazi təmizlənməli, torpaq sahəsinin münbit qatı bərpa olunmaqla əvvəlki vəziyyətinə gətirilməli, sökülmüş hasar bərpa olunmalı, bu mümkün olmadıqda isə hər birinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hazırki bazar dəyəri olan 48000 manat pul vəsaiti olmaqla, cəmi 96000 manat pul cavabdehdən tutularaq onlara ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı ilə 220 kv-lıq “Bakı İİİ” yarımstansiyasının tikintisi üçün kəndin örüş sahəsindən cavabdehə 5,15 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra isə cavabdehin adına 21 oktyabr 2004-cü il tarixli JN 716 nömrəli dövlət aktı tərtib edilmişdir. Hazırda bu qərar və dövlət aktı qüvvədədir və hər hansı qaydada ləğv edilməmişdir. Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Cavabdeh1 ASC-nin Məmmədli kəndində yarımstansiya tikintisi üçün ayrılmış torpaq sahəsinə hüququ Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı əsasında yaranmış və bu hüquq 21 oktyabr 2004-cü il tarixli JN 716 nömrəli dövlət aktı ilə qeydə alınmışdır. Bələdiyyə qərarı və dövlət aktı hazırda qüvvədə olduğundan məhkəmə hazırki iddianın təmin edilməməsi nəticəsinə gəlir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi, qanunverici torpaq sahəsi üzərində hüquqların (o cümlədən icarə hüququnun) yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin qərarın 6-cı bəndində göstərilir ki, Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair şəhadətnamə, torpağın müvəqqəti istifadəsi haqqında şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Daha öncə qeyd olunduğu kimi, Cavabdeh1 ASC mübahisəli əraziyə mükiyyət hüququnu bələdiyyənin müvafiq qərarı ilə əldə etdiyindən və bu hüquq dövlət aktı ilə qeydə alındığından, eləcə də həmin sənədlər mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan hazırki iddanın təmin edilməsindən söhbət gedə bilməz. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları hazırki mərhələdə sübut edə bilməmişlər. Ona görə də məhkəmə iddianın əsasını formal mülahizələr kimi qəbul edir. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 ASC-yə qarşı torpağın qanunsuz sahiblikdən alınması və tikililərin sökülməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Aparılmış mütəxəssis tədqiqatları üçün İddiaçı1 tərəfindən ödənilmiş rüsumlar onun özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatına görə 150 (50+50+50) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar