Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2514/2022 30.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Əhmədağa oğluna qarşı cavabdeh tərəfindən zəbt edilmiş 50 kv. metr həyətyanı torpaq sahəsinin sahibliyinə qaytarılması, həyətinə açılmış pəncərələrin tutulması, su çəninin həyətindən götürülməsi və ayaqyolunun sökülməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)235/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(073)235/2022 saylı qərardadı (hakim E.Əmirəliyev) ilə, Cəlilabad Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(073)235/2022 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 şikayət vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(073)235/2022 saylı qərardadı ilə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Cəlilabad Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(073)235/2022 saylı qərardadından verdiyi şikayətinin təmin edilməməsi və şikayət mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Cəlilabad Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(073)235/2022 saylı qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması üçün 30 dekabr 2022-ci il tarixə təyin edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə apellyasiya şikayətinin qəbul edilməməsini apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilməməsi ilə əlaqələndirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 vermiş olduğu şikayətində Cəlilabad Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(073)235/2022 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəçinin şikayəti əsasında mülki iş materiallarını tədqiq edərək, işin faktiki halından aşağıdakıları müəyyən edir ki, İddiaçı Cavabdeh Əhmədağa oğluna qarşı cavabdeh tərəfindən zəbt edilmiş 50 kv.metr həyətyanı torpaq sahəsinin sahibliyinə qaytarılması, həyətinə açılmış pəncərələrin tutulması, su çəninin həyətindən götürülməsi və ayaqyolunun sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(073)235/2022 saylı qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixində, **********66-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 0,1002 ha həyətyanı torpaq sahəsinin 20 kv.metr hissəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş su çəni və ayaqyolu cavabdehin hesabına sökülməsi, cavabdehin həyətinə açılmış 2 ədəd nəfəslik bağlanması və torpaq sahəsinin zəbt edilmiş hissəsi cavabdehdən alınıb iddiaçının sahibliyinə qaytarılması, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh Əhmədağa oğlundan 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********. müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməsi, işdə olan "xxxx"> MMC tərəfindən verilmiş ekspert rəyinə görə ekpertiza tədqiqatının dəyəri olan 250 manat vəsait cavabdehdən alınaraq tərəfindən «<Uniprice>> MMC-nin hesabına ödənilməsi, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə apellyasiya şikayətinin qəbul edilməməsini apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə Kollegiyası məhkəmənin bu mövqeyi razılaşmır. Çünki verilmiş apellyasiya şikayəti prosessual məcəllənin tələblərinə uyğun olmuşdur. Belə ki, Məhkəmə kollegiyası ilkin olaraq prossesual qanunvericiliyin tələblərinə istinad olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;] 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Məhkəmə kollegiyası mübahisə olunan qərardadı qanunvericiliyin tələbləri həddində yoxlayaraq müəyyən edir ki, birinci instansiya məhkəməsi mübahisə edilən nəticəyə gələrkən yalnız prossesual qanunvericiliyin hədlərini sadalamaqla kifayətlənmiş, gəlinmiş nəticə üçün əsas olan hallara istinad etməmiş və gəlinmiş nəticəsini əsaslandırmamışdır. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticədə qanunvericiliyin müddəalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş materiallarında olan, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən təqdim edilmiş apellyasiya şikayətinin MPM-nin imperativ norma və məzmuna uyğunluğu diqqətlə tədqiq edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarının prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tədqiq etməsi əsasında qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən apellyasiya şikayəti ilə müraciət olunarkən prossesual qanunvericiliyin tələbləri gözlənilmiş və qanunvericilikdə nəzərədə tutulmuş forma və məzmuna uyğun olmuşdur. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(073)235/2022 saylı qərardadı ləğv edilməli, Cəlilabad Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(073)235/2022 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 357-364cü maddələrinin tələblərinə uyğun verilmiş hesab edilməlidir. Azərbaycan Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(073)235/2022 saylı qərardadı ləğv edilsin. Cəlilabad Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(073)235/2022 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 357-364-cü maddələrinin tələblərinə uyğun verilmiş hesab edilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2514/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2514/2022
30.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver