Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2079/2022 16.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı MTK-nın cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı alqısatqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı MTK cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın xüsusi mülkiyyətində olmuş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindəki 1,0 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində 04.02,2017-ci il tarixdə, **********491 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə aparılmış qeydiyyat, Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq olunmuş 14.02.2017-ci il tarixli, 4Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında 21.02.2017-ci il tarixdə X2 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və həmin tarixli **********91 (qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən verilmiş çıxarış, həmçinin Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq olunmuş 06.11.2020-ci il tarixli, 4Ə-1283 reyestr nömrəli alqısatqı müqaviləsi və həmin müqavilə əsasında 13.11.202-ci il tarixdə X1 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və həmin tarixli **********91 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin hüquqi ünvanı Sumqayıt şəhəri, Koroğlu prospekti, 270 ünvanıdır. Göründüyü kimi, mülki iş üzrə cavabdehin ünvanı Abşeron rayonu ərazisində olmadığından mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Mülki-Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MTK-nın cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı alqısatqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2079/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2079/2022
16.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver