Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2170/2023 15.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı auditor rəylərinin etibarsız hesab edilməsi, sənədlərin təqdim edilməsi və təkrar auditor yoxlamasının keçirilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı auditor rəylərinin etibarsız hesab edilməsi, sənədlərin təqdim edilməsi və təkrar auditor yoxlamasının keçirilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin direktoru-auditoru Xaləddin Əliyev tərəfindən "xxxx" MMC-də keçirilmiş 12 iyun 2021-ci il tarixdə, 10Gvbghx5q nömrə ilə qeyd edilmiş və 11 fevral 2022-ci il tarixdə, mRcGOeBfKW nömrə ilə qeyd edilmiş auditor rəylərinin etibarsız hesab edilməsi, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən müəssisənin ümumi təsərrüfat fəaliyyəti və maliyyə-mühasibatlıq vəziyyəti barədə tələb olunan bütün sənədlərin hər hansı mübahisə və digər maneələr yaratmadan İddiaçı təqdim edilməsi, "xxxx" MMC və Cavabdeh2 tərəfindən Cəmiyyətin pul vəsaiti hesabına müəssisənin 3 il ərzində ümumi təsərrüfat fəaliyyətinin və maliyyəmühasibatlıq vəziyyətinin hərtərəfli yoxlanılması və yazılı rəy verilməsi üçün İddiaçı nümayəndəsinin birgə iştirakı ilə müstəqil auditor yoxlamasının keçirilməsinin təmin edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehləri "xxxx" MMC və Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşdən görünür ki, hazırki mübahisə tərəflərin "xxxx" MMC-dəki sahibkarlıq fəaliyyəti ilə birbaşa bağlıdır. Göründüyü kimi, hazırki mülki işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə **********32 saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə saat 11:33-də ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı auditor rəylərinin etibarsız hesab edilməsi, sənədlərin təqdim edilməsi və təkrar auditor yoxlamasının keçirilməsi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı hazırki mülki iş (2(012)-2170/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (**********32 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2170/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2170/2023
15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver