Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2259/2022 28.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi, "xxxx" MMC-yə və üçüncü şəxs Cavabdeh3 qarşı «daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması» barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək МÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, 0,05 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Cavabdeh1 tərəfindən İddiaçı müraciətinə imtina ünvanlanmamış, lakin bildirişlə cavab verilmiş və göstərilmişdir ki, aparılan araşdırma zamanı, yeni layihələndirilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlara aid edildiyi, təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözləmədən üzərində fərdi yaşayış evinin inşa edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №-li qərarının 31.1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqandır. Ona görə də məhkəmə hesab edir ki, ərizəyə ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin müvafiq qurumu tərəfindən baxılmalı, baxılmanın nəticəsindən asılı olaraq iddiaçı inzibati qaydada yuxarı orqana və ya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən ərazi vahidi üzrə inzibati məhkəməyə müraciət etməlidir. Azərbayсan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslanmış qərar çıxarır, işə məhkəmə qaydasında baxılmalı deyildirsə iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardad ərizəyə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi, "xxxx" MMC-yə və üçüncü şəxs Cavabdeh3 qarşı «daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması» barədə ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. İddiaçıya ərizə ilə bağlı inzibati qaydada yuxarı orqana və ya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin imtinasından ərazi vahidi üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2259/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2259/2022
28.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver