Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2267/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın ali təhsilini başa vuranadək alimentin tutulmasının davam edilməsi və əlavə xərclər» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 aprel 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «uşağın ali təhsilini başa vuranadək alimentin tutulmasının davam edilməsi və əlavə xərclər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.01.2003-cü il təvəllüdlü övladları X1 üçün hər ay sabit pul məbləğində 175 manat alimentin tutularaq ona ödənilməsi və övladının davam edən ali təhsili üçün Bakı Avrasiya Universitetinə 4 il olmaqla illik 1700 manat təhsil haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehdən 17.01.2003-cü il təvəllüdlü övladları X3 ali təhsilini başa vurana qədər alimentin tutulmasının davam edilməsi və ali təhsil üçün Bakı Avrasiya Universitetinə 4 il olmaqla illik 1700 manat təhsil haqqının yarısının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə birgə nikah münasibətlərindən 17.01.2003-cü il tarixdə X5 adlı övladları doğulmuşdur. 026341 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə Cavabdeh qızı Səma Ağalarovanın atası olması təsdiq edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1883/2013 saylı, 13 avqust 2013-cü il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş X2 üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Daha sonra alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 04.03.2020-ci il tarixli, 2(012)-1140/2020 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-1883/2013 saylı, 13.08.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 17.01.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. X6 17.01.2021-ci il tarixdə 18 yaşı tamam olmuş və bu səbəbdən də alimentin verilməsi dayandırılmışdır. Lakin bu onların maddi vəziyyətini olduqca çıxılmaz vəziyyətə salmaqdadır. Belə ki, övladı hazırda ali təhsil almaqdadır. Səma Ağalarova Bakı Avrasiya Universitetinin “Regionşünaslıq və İqtisadiyyat” fakültəsinin “Biznesin idarə edilməsi” ixtisasında ödənişli əsaslarla təhsil alır və illik təhsil haqqı 1700 manatdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, onun 1500 manatdan çox aliment borcu vardır. Uşağın 18 yaşı tamam olmuşdur. O, hal-hazırda işsizdir. İmkanı dairəsində kömək edəcəkdir. İş materiallarında olan Binəqədi Rayon Leyla Nikah Evi tərəfindən verilmiş AZ-İ 026341 №li atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh qızı X4 atası hesab edilmişdir. İş materiallarında olan AA0455432 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X5 17.01.2003-cü il tarixində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Avrasiya Universitetinin 19 fevral 2021-ci il tarixli, M2033-01/20 №-li arayışından görünür ki, X5 həqiqətən də Bakı Avrasiya Universitetində ödənişli əsaslarla təhsil alır və təhsil haqqı məbləği illik 1700 manat təşkil edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmədə aydın oldu ki, tərəflərin birgə nikahlarından dünyaya gəlmiş 17.01.2003-cü il təvəllüdlü X5 hal-hazırda X5 Bakı Avrasiya Universitetində ödənişli əsaslarla təhsil alır və təhsil haqqı məbləği illik 1700 manat təşkil edir. Məhkəmə 17.01.2003-cü il təvəllüdlü X3 Bakı Avrasiya Universitetində ödənişli əsaslarla təhsil aldığını nəzərə alaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən hesab edir ki, X5 Universiteti oxuyub qurtarana qədər bir valideyn kimi atası Cavabdeh əlavə xərclərin ödənilməsinə cəlb edilməli və X3 ali təhsili üçün Bakı Avrasiya Universitetinə 4 il olmaqla illik 1700 manat təhsil haqqının yarısı Cavabdeh tərəfindən ödənilməlidir. Həmçinin AR Ailə Məcəlləsinin 80.1-ci maddəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 04.03.2020-ci il tarixli, 2(012)-1140/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması X3 ali təhsilini başa vuranadək davam edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1-ci maddəsinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşma çatmış övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-ci maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17.01.2003-cü il təvəllüdlü X3 ali təhsilini başa vurana qədər 170 manat sabit pul məbləğində alimentin tutulması davam edilsin və ali təhsil üçün Bakı Avrasiya Universitetinə 4 il olmaqla illik 1700 manat təhsil haqqının yarısı Cavabdeh tərəfindən ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2267/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2267/2021
07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver