Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1441/2022 26.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın ali təhsilini başa vuranadək alimentin tutulmasının davam edilməsi və əlavə xərclər tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2267/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 2(012)-2267/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X3 ali təhsilini başa vurana qədər 170 manat sabit pul məbləğində alimentin tutulmasının davam etdirilməsi və ali təhsil üçün Bakı Avrasiya Universitetinə 4 il olmaqla illik 1700 manat təhsil haqqının yarısının Cavabdeh tərəfindən ödənilməsi qət edilmişdir.(hakim Elman Məmmədov) Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı «uşağın ali təhsilini başa vuranadək alimentin tutulmasının davam edilməsi və əlavə xərclər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü övladları X1 üçün hər ay sabit pul məbləğində 175 manat alimentin tutularaq ona ödənilməsi və övladının davam edən ali təhsili üçün Bakı Avrasiya Universitetinə 4 il olmaqla illik 1700 manat təhsil haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehdən xx.xx.2003-cü il təvəllüdlü övladları X3 ali təhsilini başa vurana qədər alimentin tutulmasının davam edilməsi və ali təhsil üçün Bakı Avrasiya Universitetinə 4 il olmaqla illik 1700 manat təhsil haqqının yarısının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslanırılmışdır ki, iddiaçının Cavabdeh ilə birgə nikah münasibətlərindən xx.xx.2003-cü il tarixdə X7 adlı övladları doğulmuşdur. 026341 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə Cavabdeh qızı Səma Ağalarovanın atası olması təsdiq edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1883/2013 saylı, 13 avqust 2013-cü il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş X2 üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Daha sonra alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1140/2020 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-1883/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Tərəflərin övladları Səma Ağalarovanın xx.xx.2021-ci il tarixdə 18 yaşı tamam olmuş və bu səbəbdən də alimentin verilməsi dayandırılmışdır. Bu onların maddi vəziyyətini olduqca çıxılmaz vəziyyətə salmışdır. Belə ki, övladı hazırda ali təhsil almaqdadır. Səma Ağalarova Bakı Avrasiya Universitetinin “Regionşünaslıq və İqtisadiyyat” fakültəsinin “Biznesin idarə edilməsi” ixtisasında ödənişli əsaslarla təhsil alır və illik təhsil haqqı 1700 manatdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara doğru qiymət verməmiş, düzgün maddi hüquq normalarına istinad etməmiş və bununla da əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair 22 yanvar 2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsinin qərarında da göründüyü kimi valideynlər yalnız yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi halında onları saxlamağa borcludurlar. Lakin birinci instansiya məhkəməsi bu hala düzgün yanaşmayaraq sağlam vəziyyətdə olan uşağa görə aliment tutmuşdur. Bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Bundan başqa iddiaçının saxlanılmasına görə aliment və təhsil xərci tələb edilən şəxs yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxsdir və əsaslı olub olmamasından asılı olmayaraq tələb etmək hüququ özünə məxsusdur. Həmçinin birinci instansiya məhkəməsi təhsil xərclərini cavabdehdən tutmaqla da qanunverciliyin tələblərini pozmuşdur və bununla da, düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh, onun nümayəndəsi və vəkili X8 şikayətin dəlillərini müdafiə edərək, onun məzmununa uyğun izahat verdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Əlavə olaraq bildirdi ki, onların övladları ali təhsil alır, iddia tələbində qeyd olunan hallar əsaslı olduğundan birinci instansiya məhkəməsi düzgün qətnamə qəbul etmişdir. Bu səbəbdən şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AA0455432 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.2003-cü il tarixində anadan olmuşdur. Yenə iş materiallarında olan Binəqədi Rayon Leyla Nikah Evi tərəfindən verilmiş AZ-İ 026341 №- li atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X5 atası hesab edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Bakı Avrasiya Universitetinin 19 fevral 2021-ci il tarixli, M2033-01/20 №-li arayışından görünür ki, X7 həqiqətən də Bakı Avrasiya Universitetində ödənişli əsaslarla təhsil alır və təhsil haqqı məbləği illik 1700 manat təşkil edir. Yenə mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1440/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin məhkəmənin 2(012)-1883/2013 saylı, 13 avqust 2013-cü il tarixli qətnaməsilə müəyyən edilmiş, tərəflərin birgə nikahından doğulmuş övladları X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulmalı alimentin 100 manat məbləği dəyişdirilərək 170 manat müəyyən edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2267/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia ərizəsi təmin olunmamalıdır. Məhkəmə iddianı təmin edərkən hüquqi əsas kimi Ailə Məcəlləsinin 80.1, 81.1, 81.2, 81.3 və 100.2-ci maddələrini hazırkı mübahisəyə tətbiq edərək hesab etmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1140/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması X7 ali təhsilini başa vuranadək davam etməli, eləcə də ali təhsil üçün Bakı Avrasiya Universitetinə 4 il olmaqla illik 1700 manat təhsil haqqının yarısı Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. İşin faktiki hallarından aydın olur ki, tərəflərin birgə nikahından olan övladları X7 artıq yetkinlik yaşına çatmışdır, ali təhsil müəssisəsində oxuyur. İddiaçı öz iddiasının əsası kimi Səma Ağalarovanın ali məktəbə qəbul olmasını və ödənişli əsaslarla təhsil almasına istinad edərək, Səma Ağalarovanın ali təhsilini bitirənədək cavabdehdən onun xeyrinə məhkəmə qətnaməsi ilə nəzərdə tutulan alimentin ödənilməsini, eləcə də ali təhsil üçün Bakı Avrasiya Universitetinə 4 il olmaqla illik 1700 manat təhsil haqqının yarısının Cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir ki, məhkəmə kollegiyası aşağıdakalara əsasən həmin iddianı əsaslı hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Eyni Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Yenə Ailə Məcəlləsinin 81.2-ci maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 yanvar 2015-ci il tarixli qərarına əsasən Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin «əmək qabiliyyəti olmayan» müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinin «və digər hallarda» müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Ailə Məcəlləsinin 81-ci maddəsinin «göstərilən kənar xidmət» müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Konstitusiya Məhkəməsi xüsusilə qeyd etmişdir ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Eləcə də, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Sadalanan maddi hüquq normalarından görünür ki, şərh olunan həmin maddələrdə alimentin tutulma halları və həmin şəxslərin dairəsi (aliment yetkinlik yaşına çatmayan övladlar, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar) konkret olaraq göstərilmişdir. Hazırkı işdə isə alimentin tutulmasının tələb olunduğu şəxs, həm yetkinlik yaşına çatmışdır, həm də ki, yuxarıda qeyd olunan maddi hüquq normalarında nəzərdə tutulan şəxslər kateqoriyasına aid deyildir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını hazırkı işə tətbiq edərkən onları düzgün tövsif etməmiş, təfsirində səhvə yol vermişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi bu hallara düzgün yanaşmayaraq sağlam vəziyyətdə olan yetkinlik yaşına çatmış şəxsə görə aliment tutmuş, cavabdehin heç bir əsas olmadan əlavə xərclərə cəlb etmişdir. Həmçinin aliment və təhsil xərci tələb edilən şəxs yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxsdir və əsaslı olub olmamasından asılı olmayaraq tələb etmək hüququ özünə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayəti üzrə dəlillərini sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2267/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi ödənilmiş 29 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2267/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunmasın. İddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin, apellyasiya şikayətinin verilməsi ödənilmiş 29 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1441/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1441/2022
26.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver