Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2289/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-nin təsisçisi Cavabdeh qarşı müəyyən hərəkətlərin edilməsinin "xxxx" MMC-nin təsisçisindən tələb edilməsi iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nin təsisçisi Cavabdeh qarşı müəyyən hərəkətlərin edilməsinin "xxxx" MMC-nin təsisçisindən tələb edilməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru vəzifəsindən azad edilməyi barədə təsisçi qərarının qəbul edilməsinin, dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsinin "xxxx" MMC-nin 100 % payla təsisçisi olan Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, xxxxxxx000100 nömrəli müqavilə əsasında, əmək haqqı 250,0 manat olmaqla "xxxx" MMC-də usta vəzifəsində işləyir. Lakin sonradan "xxxx" MMC-nin yeganə təsisçisi Cavabdeh tərəfindən qəbul edilmiş təsisçi qərarına əsasən 29 noyabr 2019-cu il tarixdə formal olaraq "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Belə ki, 23 dekabr 2020-ci il tarixli müraciətinə cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsindən cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin (VÖEN **********) 29 noyabr 2019-cu il tarixli təsisçisi qərarına əsasən İddiaçı direktor vəzifəsinə təyin edilmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən 28 dekabr 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh 100 % payla "xxxx" MMC-nin yeganə təsisçisi, X2 əvvəlki qanuni təmsilçisidir. Həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən 28 dekabr 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, o, "xxxx" MMC-nin hazırkı qanuni təmsilçisidir. Buna baxmayaraq onun "xxxx" MMC-yə direktor vəzifəsinə təyin edilməyinə baxmayaraq, bu günədək həmin vəzifəni 1 gün belə olsun icra etməmişdir və hazırda da, "xxxx" MMC-də usta vəzifəsində işini davam etdirir. Bunu hazırda internet saytından çıxarış edilmiş Sosial arayışdan görmək mümkündür. Tərəfindən 15 yanvar 2021-ci il tarixli ərizə ilə "xxxx" MMC-nin təsisçisi Cavabdeh müraciət olunaraq onun müddət gözləmədən "xxxx" MMCnin direktoru vəzifəsindən azad edilməyi xahiş edilmişdir. Bununla yanaşı tərəfindən 18 yanvar 2021-ci il tarixdə Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə elektron qaydada müraciət olunaraq "xxxx" MMC-də usta vəzifəsində işləməyinə baxmayaraq təsisçi Cavabdeh tərəfindən qanunsuz olaraq direktor vəzifəsində saxlanılmağı və çox saylı müraciətlərinə baxmayaraq həmin vəzifədən azad edilməyi üçün qanunsuz olaraq təsisçi qərarının qəbul edilmədiyi barədə məlumat verilmişdir. Bundan başqa tərəfindən "xxxx" MMC-nin 100 % payla təsisçisi olan Cavabdeh və digər aidiyyəti orqanlara 22 yanvar 2021-ci tarixdə yazılı və şifahi müraciətlər olunaraq, onun "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəsindən azad edilməyi barədə təsisçi qərarının qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda tərəfindən 22 yanvar 2021-ci tarixdə Əmək Müfəttişliyinə ərizə ilə müraciət olunaraq dəfələrlə Cavabdeh müraciətlər etməyinə baxmayaraq MMC-nin direktoru vəzifəsindən azad edilmədiyi barədə məlumat verilmişdir Lakin, Cavabdeh tərəfindən bu günədək müraciətlərinə hər hansı cavab verilməmiş və "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməmişdir. "xxxx" MMC-nin 100 % payla təsisçisi olan Cavabdeh çox saylı müraciətlərinə baxmayaraq, "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi qərarının qəbul edilməməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur və bu hüquq pozuntusu bu gün də davam etməkdədir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin təsisçisi Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəlləsi) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Sosial arayışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 18.12.2020-ci il tarixdən qüvvədə olan xxxxxxx000100 nömrəli müqavilə əsasında usta vəzifəsində işləyir, əmək haqqı 250 manat təşkil edir. -23.12.2020-ci il tarixli İddiaçı ünvanlanmış kiçik vergi xidməti müşavirinin məktubuna əsasən "xxxx" MMC-nin (VÖEN **********) 29.11.2019-cu il tarixli təsisçi qərarına əsasən İddiaçı direktor vəzifəsinə təyin edilməsi və bununla bağlı sənədlərin müraciət müəllifinə təqdim edilməsi göstərilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən çıxarışa əsasən "xxxx" MMC VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə 16.04.2009-cu il tarixdə qeydə alınmış və 28.12.2019-cu il tarixli, **********985800 nömrə ilə hüquqi şəxsə çıxarış verilmiş, hüquqi şəxsin əvvəlki qanuni təmsilçisi X2, hazırki qanuni təmsilçisi isə İddiaçıdur. -İddiaçı tərəfindən "xxxx" MMC-nin təsisçisi Cavabdeh ünvanlanmış 15.01.2021-ci il tarixli ərizədən görünür ki, müddət gözləmədən "xxxx" MMC-nin rəhbəri vəzifəsindən azad edilməsini xahiş etmişdir. -İddiaçı tərəfindən Vergilər Nazirliyi Bakı şəhəri X4 üzrə Baş İdarəsinə 18.01.2021-ci il tarixdə ünvanlanmış ərizəsindən görünür ki, onun vəzifədən azad olunması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 16.02.2021-ci il tarixdə İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək İdarəyə təqdim edilməli olduğu bildirilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı 18.12.2020-ci il tarixdən qüvvədə olan xxxxxxx000100 nömrəli müqavilə əsasında, əmək haqqı 250,0 manat olmaqla "xxxx" MMC-də usta vəzifəsində işləyir. Lakin sonradan "xxxx" MMC-nin yeganə təsisçisi Cavabdeh tərəfindən qəbul edilmiş təsisçi qərarına əsasən 29 noyabr 2019-cu il tarixdə formal olaraq "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Belə ki, 23 dekabr 2020-ci il tarixli müraciətinə cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsindən cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin (VÖEN **********) 29 noyabr 2019-cu il tarixli təsisçisi qərarına əsasən İddiaçı direktor vəzifəsinə təyin edilmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən 28 dekabr 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh 100 % payla "xxxx" MMC-nin yeganə təsisçisi, X2 əvvəlki qanuni təmsilçisidir. Həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən 28 dekabr 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, hazırki iş üzrə İddiaçı "xxxx" MMC-nin hazırkı qanuni təmsilçisidir. Buna baxmayaraq onun "xxxx" MMC-yə direktor vəzifəsinə təyin edilməyinə baxmayaraq, bu günədək həmin vəzifəni 1 gün belə olsun icra etməmişdir və hazırda da, "xxxx" MMC-də usta vəzifəsində işini davam etdirir. Onun "xxxx" MMC-nin 100 % payla təsisçisi olan Cavabdeh çox saylı müraciətlərinə baxmayaraq, "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi qərarının qəbul edilməməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur və bu hüquq pozuntusu bu gün də davam etməkdədir. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru vəzifəsindən azad edilməyi barədə təsisçi qərarının qəbul edilməsinin, dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsinin "xxxx" MMC-nin 100 % payla təsisçisi olan Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. 91.1-7. Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi dedikdə nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər başa düşülür. Həmin qanunun 9-1.3-cü maddəsinə əsasən qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-2-ci bəndinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Qanunvericiliyin tələblərindən müəyyən edildiyi kimi hüquqi şəxsin formalarından biri olan məhdud məsuliyyətli cəmiyyətin ali idarəetmə orqanı ümumi yığıncağı olduğu, lakin təsisçi yeganə şəxs olduqda isə təkbaşına təsisçi olan şəxs ümumi yığıncağın səlahiyyətlərini icra etmək hüququna malikdir. Hazırki mübahisəli halda "xxxx" MMC-nin 100 % payla təsisçisi olan Cavabdeh təkbaşına təsisçi kimi İddiaçı şəxsin razılığı olmadan cəmiyyətin təmsilçisi təyin edilməsinə dair qərar qəbul etmiş və bunun əsasında cəmiyyətin hazırki qanuni təmsilçisi qismində şəxs qeydiyyata alınmışdır. İddiaçı həmin cəmiyyətdə usta vəzifəsində işləməsinə baxmayaraq şəxsin özünün də xəbəri olmadan onun hansı əsaslarla MMC-nə məhz qanuni təmsilçi təyin edilməsinə dair sübutlar müəyyən edilməmişdir. Belə ki, sonradan həmin vəzifənin icraçısı olduğundan xəbər tutan iddiaçı özü də onun təyin edildiyi direktor vəzifəsindən azad edilməsinə dair təsisçiyə müraciət etməsinə baxmayaraq iddiaçıya bununla bağlı qanunamüvafiq qaydada cavab verilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı "xxxx" MMC-də əmək müqaviləsi əsasında icra etdiyi iş usta funksiyasının icrasından ibarətdir və onun üzərinə iradəsi ziddinə qanuni təmsilçidirektor kimi məsul funksiyanın da həvalə edilməsi tamamilə qanuna ziddir. Bu baxımdan iddiaçının pozulmuş hüquqları bərpa edilməli və onun "xxxx" MMC-nin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi qərarının qəbul edilməsi təsisçiyə həvalə edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, dövlətimizin ali qanunu-Konstitusiyanın 35- maddəsinin müddəaların əsasən heç kəs zorla işlədilə bilməz,əmək müqavilələri sərbəst bağlanılır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə araşdırması zamanı iş üzrə iddiaçının hüquqlarının pozulması və bu pozuntunun baş verməsində cavabdehin hüquqi şəxsin yeganə təsisçisi olması müəyyən edildiyi üçün iddia tələbi əsaslı olduğundan təmin edilməli və bu pozuntunun aradan qaldırılması vəzifəsi hüquqi şəxsin təsisçisinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" MMC-nin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru vəzifəsindən azad edilməyi barədə təsisçi qərarının qəbul edilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsi "xxxx" MMC-nin 100 % payla təsisçisi olan Cavabdeh həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2289/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2289/2021
05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver