Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2329/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyaların mənzildən çıxarılması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 14-cü mərtəbəsindəki ümumi sahəsi 82 kv.m olan 140 nömrəli mənzildən cehiz əşyalarının çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 14-cü mərtəbəsi ümumi sahəsi 82 kv.m olan 140 nömrəli mənzili xx.xx.2019-cu il tarixli müqavilə əsasında "xxxx" MMC-dən mənzilin dəyəri olan 46576 (qırx altı min beş yüz yetmiş altı) manat məbləğində pulu tam şəkildə ödəməklə almışdır. 2020-ci ildə sözügedən mənzili 3 otağa düzəldərək öz hesabına tam təmir etdirmişdir. Hal-hazırki iş üzrə cavabdeh olan qızı Cavabdeh gəlin köçməmişdən öncə, onun üçün alınmış cehiz əşyaları sözügedən mənzilə yerləşdirilmişdir. Cavabdeh ailəlidir, hal-hazırda cavabdeh Gəncə şəhərində ailəsi ilə birlikdə yaşayır. Dəfələrlə cavabdehə özünə məxsus cehiz əşyalarının mənzildən çıxırılmasını xahiş etsə də cavabdeh onun sözünə məhəl qoymamış, bu gün ki, günə qədər ona məxsus cehiz əşyaları onun mənzilində qalmaqdadır. Həyat yoldaşı ilə münasibətləri pozulduğundan aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Həyat yoldaşından 05 ildir ki, ayrılmış, qızı anasının sözünə qulaq asmaqla onu öz mənzilinə buraxmır. Hazırda ona məxsus olan mənzilin açarları cavabdehdə olması səbəbinə görə kirayələrdə yaşayır. Mənzilin giriş qapısının açarları və onunla “Abşeron LTD 2013’’ MMC-ilə aralarında bağlanmış müqavilənin əsli qızındadır. Bu səbəbdən müqavilənin əslini məhkəməyə təqdim edə bilmir. O hal-hazırda yaşayış yeri olmadığı üçün kirayələrdə yaşayır. Bu yaxınlarda cavabdehdən mənzili boşaltmaqlarını tələb etsə də onlar ona mənzili boşaltmayacağını ona bildirmişlər. Cavabdeh ona öz şəxsi mülkündən rahatlıqla istifadə etmək imkanı vermir, buda onun dövlət tərəfindən qanunla qorunan hüquqlarının pozulması deməkdir. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçının qızıdır və mübahisəli mənzil iddiaçı ilə arvadının birgə nikahı dövründə alınmışdır. Tərəflər arasında rəsmi boşanma olmasa da, nikahın pozulması barədə iddiaçının həyat yoldaşı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehin cehiz əşyaları həqiqətən də həmin evdədir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəməməsinin səbəbləri barəsinə məhkəməyə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı 27 aprel 2019-cu il tarixində şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1, ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasından 2 Blok, 14-ci mərtəbəsində yerləşən, 140 saylı, ümümi sahəsi 82mk, 2 otağlı mənzili satın almışdır. Hal hazırda həmin mənzil ona məxsusdur. İşdə olan maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətindən ümümi sahəsi 82mk, 2 otağlı mənzili almış və 46576 (qırx altı min beş yüz yetmiş altı) manat məbləğində pul ödəmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçı 27 aprel 2019-cu il tarixində "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1, ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasından 2 Blok, 14-ci mərtəbəsində yerləşən, 140 saylı, ümümi sahəsi 82 kv.metr, 2 otaqlı mənzili alqı-satqı müqaviləsi əsasında satın almışdır. Cavabdeh olan iddiaçının qızı Cavabdeh gəlin köçməmişdən öncə onun üçün alınmış cehiz əşyaları sözügedən mənzilə yerləşdirilmişdir. Cavabdeh hal-hazırda Gəncə şəhərində ailəsi ilə birlikdə yaşayır. Buna baxmayaraq, ona məxsus əşyalar mübahisəli evdə qalmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin cehiz əşyalarının hal-hazırda da həmin evdə qalması öz təsdiqini tapır. Beləliklə, işdəki mötəbər sənədlərlə müəyyən olunur ki, mübahisəli ev hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmasa da, onun faktiki sahibi hazırda İddiaçıdur. Sahiblik hüququ isə mülkiyyət hüququnun bir elementi kimi kənar qəsdlərdən qanunla qorunur. Hazırda isə qızı Cavabdeh cehiz əşyalarının onun sahibliyində və istifadəsində olan evdə qalması bu evdən sərbəst istifadə və sahiblik hüququnu məhdudlaşdırır. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qanunla nəzərdə tutulan hüquqlarından sərbəst istifadə etməsi üçün cavabdehə məxsus əmlaklar iddiaçının sahibliyindəki evdən çıxarılmalıdır. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Beləliklə, işin hallarına əsasən Cavabdeh öz cehiz əşyalarını İddiaçı sahibliyində olan evdən çıxarmaması nəticəsində sonuncunun davamlı şəkildə yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərini əsas tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh məxsus cehiz əşyaları İddiaçı sahibliyində və istifadəsində olan ünvan 2 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 14-cü mərtəbəsindəki ümumi sahəsi 82 kv.m olan 140 nömrəli mənzildən çıxarılmalı, eyni zamanda həmin mənzil İddiaçı təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 14-cü mərtəbəsindəki ümumi sahəsi 82 kv.m olan 140 nömrəli mənzildən çıxarılsın. ünvan 2 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 14-cü mərtəbəsindəki ümumi sahəsi 82 kv.m olan 140 nömrəli mənzil İddiaçı təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2329/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2329/2025
30.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver