Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2340/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi , İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu»nun nümayəndəsi X1, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu»nun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu» cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh1 qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 11 may 2010-cu il tarixli, KR10/023B saylı kredit müqaviləsi üzrə 29.938,96 (iyirmi doqquz min doqquz yüz otuz səkkiz manat 96 qəpik) manat əsas borc, 7937,75 (yeddi min doqquz yüz otuz yeddi) manat faiz borcu, 13.158,73 (on üç min yüz əlli səkkiz manat yetmiş üç qəpik) cərimə borcu olmaqla, cəmi 51.035,44 (əlli bir min otuz beş manat qırx dörd qəpik) borcun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh1 məxsus girov qoyulmuş Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilməsi, torpağın ilkin satış qiyməti (likvid) müəyyənləşdirilməsi, torpaq sahəsinin açıq hərracdan satılması və bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, tutmanın X5 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və 0,07 ha torpaq sahəsinə yönəldilməsi, torpağın ilkin satış qiymətinin müəyyənləşdirilməsi, torpaq sahəsinin ilkin hərracdan satılması və bankın kredit tələbinin satılmış əmlaklar hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə cavabdeh X3 arasında 11 may 2010-cu il tarixli KR10/023B saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı illik 07% hesablanmaqla 60 aylıq müddətə cavabdehə 50.000 (əlli min) manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borc alan krediti qəbul etməyi, 24 ay güzəşt müddəti bitdikdə sonra müqavilədə göstərilən müddətə qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin 5.3 və 5.4-cü bəndlərinə əsasən kredit vəsaitindən istifadə müddəti 60 ay olmaqla xx.xx.2015-ci il tarixdə bitmişdir. Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən borc alan üzərninə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,1 miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tərəflər arasında xx.xx.2010-cu il tarixli, İP 10/18 saylı və xx.xx.2011-ci il tarixli İP 11/002 saylı ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən X5 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,07 ha torpaq sahələri ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, lakin ödəniş qrafikinə əsasən nəzərdə tutulmuş 1388 manat aylıq ödənişləri, kredit ödənişlərini, kredit borcunu və ona hesablanmış faizləri vaxtında ödəməyərək gecikdirmişdir. Bu səbəbdən də halhazırda Cavabdeh2 iddiaçı banka 29.938, 96 (iyirmi doqquz min doqquz yüz otuz səkkiz manat 96 qəpik) manat əsas, 7937,75 (yeddi min doqquz yüz otuz yeddi) manat faiz, 13.158,73 (on üç min yüz əlli səkkiz manat yetmiş üç qəpik) cərimə olmaqla, cəmi 51.035,44 (əlli bir min otuz beş manat qırx dörd qəpik) borcu vardır. Borcun ödənilməsi ilə bağlı bank tərəfindən cavabdehə dəfələrlə əlavə imkanlar yaradılaraq yeni vaxt verilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəf bu günə qədər banka olan borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Belə olan halda, bank tələbin kreditin təminatı kimi ipotekaya qoyulmuş predmetə yönəltməni tam qanuna uyğun hesab edir. Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-434/2017 saylı qiyabi qətnaməsinə əsasən Cavabdeh2 11 may 2010-cu il tarixli, KR10/023B saylı kredit müqaviləsi üzrə ödənilməmiş 29.938,96 (iyirmi doqquz min doqquz yüz otuz səkkiz manat 96 qəpik) manat əsas, 7937,75 (yeddi min doqquz yüz otuz yeddi) manat faiz, 13.158,73 (on üç min yüz əlli səkkiz manat yetmiş üç qəpik) cərimə borcu olmaqla, cəmi 51.035,44 (əlli bir min otuz beş manat qırx dörd qəpik) manat borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumun əvəzi tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu»na ödənilməsi, borcun ödənilməsi üçün Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və X4 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.07 ha torpaq sahəsinə tutma yönəldilməsi, həmin əmlaklar açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməsi, kredit borcu tam ödənildikdən sonra satışdan qalan məbləğ Cavabdeh2 qaytarılması qət edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-434/2017 saylı qərardadına əsasən Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil ərizəsi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-434/2017 saylı, 26 yanvar 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu»nun cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraatın təzələnməsi, məhkəmə iclasının təyin edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməmiş 29,938.96 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 256.41 manat faiz borcu, 13,158.73 manat cərimə, kredit müqaviləsi bitəndən sonra xx.xx.2023-cü il tarixinə kimi AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11,947.52 manat borcun, cəmi 55,301.62 manat məbləğində borcun, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun hesablanaraq tutulması, tutmanın Cavabdeh1 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və torpaq sahəsinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu»nun nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, cərimə məbləğinin artıq hesablanmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə olunmuş KR 10/023 B saylı, 11 may 2010-cu il tarixli təminatlı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh2 illik 07 faiz ödəmək şərti ilə 60 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. İşdə olan İP 10/08 saylı, xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,1 ha torpaq sahəsi kredit müqaviləsinə əsasən 50.000 (əlli min) məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi İddiaçı ASC-nin Sumqayıt filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********371 saylı reyestrlə qeydə alınmış, xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,01 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olmuş və İddiaçı ASC-nin Sumqayıt filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan İP 11/002 saylı, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən X5 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,07 ha torpaq sahəsi kredit müqaviləsinə əsasən 50.000 (əlli min) məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi İddiaçı ASC-nin Sumqayıt filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. 2.2. İpoteka predmeti: Abşeron rayonu, Masazır kəndində Cavabdeh1 məxsus 0,1 ha və X5 məxsus olan 0,1 ha torpaq sahələri. 3.3. İpoteka ilə yüklü edilmiş əmlak 144000 (yüz qırx dörd min) manat məbləğindən az olmamalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********38 saylı reyestrlə qeydə alınmış, xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,07 ha torpaq sahəsi X4 mülkiyyətində olmuş və İddiaçı ASC-nin Sumqayıt filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu»nun xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 11 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə banka 29.938, 96 (iyirmi doqquz min doqquz yüz otuz səkkiz manat 96 qəpik) manat əsas, 7937,75 (yeddi min doqquz yüz otuz yeddi) manat faiz, 13.158,73 (on üç min yüz əlli səkkiz manat yetmiş üç qəpik) cərimə olmaqla, cəmi 51.035,44 (əlli bir min otuz beş manat qırx dörd qəpik) borcu yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC-nin ünvan 1 ünvanlanaraq, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlanılması barədə məlumat verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınmasına dair 07 noyabr 2012-ci il tarixli, 865 saylı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə müraciət etmiş, bildiriş 17 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən qeydə alınmışdır. İş materiallarında olan, 06 oktyabr 2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 11 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə 03 may 2023-cü il tarixinə 29,938.96 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 256.41 manat faiz borcu, 13,158.73 manat cərimə, kredit müqaviləsi bitəndən sonra xx.xx.2023-cü il tarixinə kimi AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11,947.52 manat borc, cəmi 55,301.62 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.(MM, maddə 386) Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında 11 may 2010-cu il tarixli, KR10/023B saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bank üzərinə düşən öhdəlikləri tam icra edərək, Cavabdeh2 50.000 manat məbləğində pul vəsaitini kredit vermiş, borclu isə öz növbəsində götürdüyü krediti 60 ay müddətində qaytarmağı və kreditdən istifadə ilə bağlı illik 07 faiz ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə üzrə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, KR 10/023 B saylı, 11 may 2010-cu il tarixli təminatlı kredit müqaviləsi üzrə hesablanmış 13158.73 manat cərimənin məbləği azaldılmalı, 130 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, borcun tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən 29,938.96 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 256.41 manat faiz borcu, 130 manat cərimə, kredit müqaviləsi bitəndən sonra xx.xx.2023-cü il tarixinə kimi AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11,947.52 manat borc, cəmi 42.272,89 manat borc tutulmalıdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsindən yaranan öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka qoyanların mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.07 ha və 0.10 ha iki torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak 144000 (yüz qırx dörd min) manat məbləğindən az olmamalıdır. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. (Mülki Məcəllə, maddə 269.1 və 269.7-ci maddələri) Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya, borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməli, həmin torpaq sahəsi açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməli, ipoteka predmetinin bazar dəyəri tərəflərin razılığına əsasən ipoteka müqaviləsində göstərilən məbləğə uyğun olaraq 72 000 (yetmiş iki min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 11 may 2010-cu il tarixli, KR10/023B saylı kredit müqaviləsi üzrə ödənilməmiş 29,938.96 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 256.41 manat faiz borcu, 130 manat cərimə, kredit müqaviləsi bitəndən sonra xx.xx.2023-cü il tarixinə kimi AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11,947.52 manat borc, cəmi 42.272,89 manat borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumun əvəzi tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu»na ödənilsin. Borcun ödənilməsi üçün Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinə tutma yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilsin. Kredit borcu tam ödənildikdən sonra satışdan qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin bazar dəyəri 72 000 (yetmiş iki min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2340/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2340/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver