Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2385/2020 17.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ərazisində yerləşən sahəsi 97,1 kv.m bağ evi, eləcə də bağ evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinə görə Cavabdeh verdiyi 35778 manat məbləğində pulun, hərracın keçirilməsi üçün “X5 Mərkəzi” MMC-nə tərəfindən ödənilmiş 1000 manat məbləğində pulun, məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın, həmçinin mənəvi ziyanın kompensiyası kimi 20000 manatın, ümumilikdə 56808 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh keçmiş yoldaşı tərəfindən cavabdehə ödənilməli olan aliment öhdəliyi ilə əlaqədar borclu X2 (Cavabdeh keçmiş yoldaşı) mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən bağ evinin açıq hərrac vasitəsi ilə satılmaqla tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Bundan sonra Abşeron rayon İcra Şöbəsinin xx/xx-4712/15-1 saylı, xx.xx.2015-ci il tarixli sifariş məktubu əsasında xx xxxxxxx 2015-ci il tarixdə “X6 Mərkəzi” MMC tərəfindən X2 və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən bağ evinin satılması üzrə hərrac keçirilmişdir. Sözügedən hərracın qalibi İddiaçı olmuşdur və iddiaçı tərəfindən bağ evinin alınması üçün 20.000 (iyirmi min) manat məbləğində pul ödənilmişdir. Həmçinin iddiaçı bağ evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinə görə Cavabdeh əlavə olaraq 20.000 (iyirmi min) manat məbləğində pul ödəmişdir. Bundan sonra ünvan 1i ərazisində yerləşən sahəsi 97,1 kv.m bağ evi, eləcə də bağ evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinə dair mülkiyyət hüququ DƏDRX-də xx.xx.2015-ci il tarixdə qeydiyyata alınaraq iddiaçıya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarış verilmişdir. Lakin bir neçə il sonra X7 tərəfindən məhkəməyə müraciət edilərək, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi xahiş edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, ünvan 1i ərazisində yerləşən 528 saylı bağ evinin satılması ilə əlaqədar xx.xx.2015-ci il tarixli, № Y-315 Protokolun etibarsız hesab edilməsi, İddiaçı Şahədət oğlunun adına verilmiş Azərbaycan Respublikası DƏDRX-nin seriya RX N20777367 saylı 21 11.2015-ci il tarixli “Çıxarış”ın və buna dair aparılan reyestr qeydinin ləğv edilməsi, iş üzrə tərəflərin hər birinin əqd üzrə aldıqlarını digər tərəfə qaytarılmasını təmin etmələri qət edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin MK-da baxılmış və Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamışdır. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Sözügedən mülki işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli Novxanı bağları ərazisindəki 528 saylı bağ sahəsində inşa edilmiş üç otaqlı fərdi yaşayış evinin öz payına düşən hissəsini xx xxxx 2007-ci ildə keçmiş yoldaşı Şəhini X1, həmin payına münasibətdə X4 qeyd edilən evə 2015-ci il tarixə hər hansı hüququ qalmamış və xx xxxx 2007-ci il tarixdə alğı-satqı müqaviləsi rəsmiləşdirilməklə daşınmaz əmlak Şəhini X9 tam mülkiyyətinə verilmişdir. Göründüyü kimi Cavabdeh müvafiq hərrac keçirilərkən ünvan 1i ərazisində yerləşən sahəsi 97,1 kv.m bağ evinin bütövlükdə keçmiş yoldaşı X2 mülkiyyətində olmasını bilə-bilə gizlətməklə, qeyd olunan hərracın keçirilməsinə nail olmuşdur. Abşeron rayon İcra və Probasiya Şöbəsinin vəkil sorğusuna verdiyi xx xxxx 2020-ci il tarixli cavab məktubundan, eləcə də məktuba əlavə edilmiş müvafiq sənədlərdən də göründüyü kimi, ünvan 1i ərazisində yerləşən 528 saylı bağ evinin alınması üçün iddiaçının ödədiyi 20.000 (iyirmi min) manatın 15778 (on beş min yeddi yüz yetmiş səkkiz) manatı bilavasitə Cavabdeh verilmişdir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, onun keçmiş həyat yoldaşı X7 ilə aralarında olan nikah məhkəmə tərəfindən pozulmuş və onların birgə nikahından dünyaya gələn övladlarının saxlanılması üçün aliment tutulması qət edilmişdir. Lakin keçmiş yoldaşı aliment ödəməmişdir. Bundan sonra keçmiş yoldaşının mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən bağ evi hərracda İddiaçı satılmışdır. Hərracdan əldə olunan puldan icra orqanı tərəfindən onun bank hesabına pul köçürülmüş və aybaay ödənilmişdir Ona əlbəəl pul verilməmişdir. Həmçinin o, icranın onun hesabına nə qədər pul köçürdüyünü bilmir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydə alınmış RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan bağ evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə İddiaçı mülkiyyətinə qeydə alınmışdır. İş materiallarında olan “X5 Mərkəzi” MMC tərəfindən verilmiş hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin ksero surətindən görünür ki, xx xxxxxxx 2015-ci il tarixdə keçirilmiş hərrac nəticəsində X2 və X8 paylı mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən bağ evi İddiaçı satılmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-1952/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ksero surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 528 saylı bağ evinin satılması ilə əlaqədar xx.xx.2015-ci il tarixli, №Y-315 protolokun etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş Azərbaycan Respublikası DƏDRX-nin seriya RX № ******* saylı xx.xx.2015-ci il tarixli “Çıxarış” və buna dair aparılan reyestr qeydinin ləğv edilməsi və iş üzrə tərəflərin hər birinin əqd üzrə aldıqlarının digər tərəfə qaytarılmasının təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli vəkil sorğusuna verilmiş cavab məktubunun ksero surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 528 saylı bağ evinin alınması üçün İddiaçı ödədiyi 20.000 (iyirmi min) manatın 15778 (on beş min yeddi yüz yetmiş səkkiz) manatı bilavasitə Cavabdeh verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən təqdim olunmuş yazılı sübutlar AR MPM-in 89.3-cü maddəsinin tələblərinə uyğun olmadığından, yəni təqdim olunmuş RX seriyalı, ******* №-li çıxarışın surətindən başqa, digər bütün sübutlar kserosurətdən ibarət olduğundan sübutların mahiyyəti üzrə qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə lazımi sübutların AR MPM-in 89-cu maddəsinin tələblərinə uyğun təqdim olunması təklif olunmuş, lakin nümayəndə iş materiallarında olan sübutlar əsasında işə baxılmasını xahiş etdiyindən məhkəmə yuxarıda qeyd etdiyi kimi kserosurət sənədlər əsasında sübutları qiymətləndirə bilmədiyindən, iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: ünvan 1i ərazisində yerləşən sahəsi 97,1 kv.m bağ evi, eləcə də bağ evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinə görə Cavabdeh verdiyi 35778 manat məbləğində pulun, hərracın keçirilməsi üçün “X5 Mərkəzi” MMC-nə tərəfindən ödənilmiş 1000 manat məbləğində pulun, məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın, həmçinin mənəvi ziyanın kompensiyası kimi 20000 manatın, ümumilikdə 56808 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2385/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2385/2020
17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver