Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2424/2025 29.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı torpaq sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı torpaq sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onların və çavabdehin ümumi paylı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,68 ha olan torpaq sahəsinin paylara uyğun olaraq naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi və iddiaçı Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0.68 kv.m olan torpaq sahəsinə AR ƏMDK DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr tərəfindən çıxarış verilmişdir. Həmin çixarışda onların X1 8/15 hissə, İddiaçı1 3/15 hissə və cavabdeh-Cavabdeh 3/15 hissə pay hissəsi müəyyən olunmuşdur. Qeyd edir ki, onlara məxsus olan torpaq sahəsinin paylı mülkiyyətdə olması istifadəyə maneələr yaradır. Bu səbəbdən də hesab edir ki, həmin torpağa paylara uyğun naturada bölünməli, bu mümkün olmadıqda isə cavabdehin payına uyğun olaraq kompensasiya ödənilməklə onun ümumi əmlaka paya hüququ itirilməlidir. Lakin cavabdeh irəli sürülən təkliflə razılaşmadığından, hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, o, ekspert rəyinə etiraz edir. Belə ki, rəydə göstərilən sxemdə onun payı iddiaçıların paylarının arasına salınmışdır. Halbuki o, payının kənarda yəni, hazırda İddiaçı1 aid hissədə olan payla əvəz edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətində Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,68 ha olan torpaq sahəsi **********45 reyestr nömrəsi ilə İddiaçı1 adına 3/15 hissədə, Nümayəndə adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə 8/15 hissədə, Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə 3/15 hissədə, 1/15 hissədə açıq pay olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/4322/2025 saylı rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sahəsi 0,68 ha olan torpaq sahəsinin paylara uyğun (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən, **********45 reyestr nömrəli ilə 3/15 hissədə İddiaçı1, xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi, **********45 reyestr nömrəli ilə 8/15 hissədə Nümayəndə, xx.xx.2023-cü ildə ********** qeydiyyat nömrəsi, **********45 reyestr nömrəli ilə 3/15 hissədə Cavabdeh payları müəyyən edilmişdir) naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olundu. Mümkün bölgü variantı rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Torpaq sahəsinin üç hissəyə ayrılması sxemi rəyə əlavə edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə adlanacaq) 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin aşağıda göstərilən maddələrinə əsasən: 213.1. maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışa əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,68 ha olan torpaq sahəsi **********45 reyestr nömrəsi ilə İddiaçı1 adına 3/15 hissədə, Nümayəndə adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə 8/15 hissədə, Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə 3/15 hissədə, 1/15 hissədə açıq pay olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. İddia ərizəsindən görünür ki, iddiaçılara məxsus olan torpaq sahəsinin paylı mülkiyyətdə olması istifadəyə maneələr yaradır. Bu səbəbdən də hesab edir ki, həmin torpağa paylara uyğun naturada bölünməli, bu mümkün olmadıqda isə cavabdehin payına uyğun olaraq kompensasiya ödənilməklə onun ümumi əmlaka paya hüququ itirilməlidir. Lakin cavabdeh irəli sürülən təklifiylə razılaşmamışdır. Ona görə də iddiaçılar hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və çavabdehin ümumi paylı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,68 ha olan torpaq sahəsinin paylara uyğun olaraq naturada bölünməsini xahiş etmişlər. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən, məhkəmənin təyin etdiyi ekspertiza əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/4322/2025 saylı rəyindən göründüyü kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sahəsi 0,68 ha olan torpaq sahəsinin paylara uyğun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən, **********45 reyestr nömrəli ilə 3/15 hissədə İddiaçı1, xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi, **********45 reyestr nömrəli ilə 8/15 hissədə Nümayəndə, xx.xx.2023-cü ildə ********** qeydiyyat nömrəsi, **********45 reyestr nömrəli ilə 3/15 hissədə Cavabdeh payları müəyyən edilmişdir naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olundu. Mümkün bölgü variantı rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Ona görə də məhkəmə ekspert rəyini Mülki prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq digər sübutlarla yanaşı qiymətləndirib və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əsas tutub hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2- 10/4322/2025 saylı rəyinə əlavə edilmiş fotosxemə uyğun olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,68 ha olan torpaq sahəsinin açıq paydan sol tərəfdə Nümayəndə adına 8/15 pay olmaqla 0,3626 ha hissədə, açıq paydan sağ tərəfdə Cavabdeh adına 3/15 pay olmaqla 0,1360 ha hissədə, Cavabdeh aid hissədən sağ tərəfdə isə İddiaçı1 adına 3/15 pay olmaqla 0,1360 ha hissədə naturada bölgüsü aparılmalıdır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunu tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/4322/2025 saylı rəyinə əlavə edilmiş fotosxemə uyğun olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,68 ha olan torpaq sahəsinin sxemdə açıq paydan sol tərəfdə Nümayəndə adına 8/15 pay olmaqla 0,3626 ha hissədə, açıq paydan sağ tərəfdə Cavabdeh adına 3/15 pay olmaqla 0,1360 ha hissədə, Cavabdeh aid hissədən sağ tərəfdə isə İddiaçı1 adına 3/15 pay olmaqla 0,1360 ha hissədə naturada bölgüsü aparılsın. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat məbləğində pul Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE**********00********) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov