Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2660/2021 17.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş maddi və mənəvi ziyana görə 9050 manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25.07.2019-cu il tarixində 2007-ci il buraxılışlı 99N0865 nömrəli “Opel Corsa” markalı avtomaşınını X1 şahidliyi ilə Cavabdeh (Pasprot AZE ********) aylıq ödənişi 750 manat olmaqla 20 aylıq “əlbəəl” krediti ilə (ümumi 15.000 manata) satmışdır. Üçünün iştirakı ilə bu hadisə ilə bağlı video çəkmişlər. Aralarında kredit müqaviləsi hazırlayıb, Nərimanın şahidliyi ilə hər ikisi qol çəkmişdirlər. Nizami metrosundan 100 m aşağıda yerləşən notariatda Ceyhuna sürməyə etibarnamə vermiş və cavabdeh ona ilkin ödəniş olaraq 750 manat ödəmişdir. Sonra hər ay vaxtlı-vaxtında ödənişlər etməyə başlamışdır. Ceyhunla münasibətləri yaxın idi deyə, əlbəəl kreditlə maşını ona satmağa razı olmuşdur. Bir neçə aydan sonra Ceyhun təzə işi ilə əlaqədar daha böyük maşına ehtiyacı olduğunu və ona olan kredit borcunu olduğu kimi saxlayıb, sona qədər ödəmək şərti ilə maşını dəyişmək istədiyini bildirmişdir. O, əvvəlcə razı olmamış, sonra maşını dəyişməsə, işinin alınmayacağını bir neçə dəfə bildirərək, maşın dəyişməyini xahiş etmişdir. O da sadəlövhlük edib, razılaşmış və etibarnamə vermişdir. O maşını satmış, Mercedes markalı avtomaşın almış və dostluqları davam etmiş, ödənişlərini də vaxtında edirdi. Bir müddət sonra cavabdehin sözünü etdiyi işi alınmadı və o, artıq Mercedesi də satıb Honda markalı avtomaşın aldı. Onu da sürdüyü vaxtda ödənişlərini etdi. Bundan sonra bir neçə maşın da dəyişdi və danışdıqları kimi də kreditini ödəməyə davam edirdi. 05.02.2020-ci il tarixdə növbəti ödənişini etdi və mart ayında ölkədə karantin başladı. Mart ayını ödəyə bilmədi. İşdən çıxdı və işsiz qaldığını əsas gətirərək apreli də verə bilmədi. Karantin rejiminin yaratdığı ümumi çətin vəziyyətini başa düşərək, yenə də ona dost kimi davranmış, səbr etmişdir. Amma o, ödəniş etməyi kəsmiş, 12.06.2020-ci il tarixində Ceyhunla "xxxx"ın Gənclik filialına yaxınlaşmış, onlara borc müqaviləsi hazırlanmışdır. Ceyhun ödəniş etməkdə çətinlik çəkdiyi üçün aylığı azaltmağı xahiş etmiş, buna da razı olmuşdur. Yerdə qalmış 9750 manat məbləği yenə 20 aya bölüb ayda 500 manat ödəməyinə borc müqaviləsi əsasında öhdəlik götürmüş və imzalamışdır. Onun ödənişlər etməsi üçün bank hesabı açıb ona təqdim etmişdir. Sentyabr ayına qədər uzandı və çox əsəbləşdiyini görüb 01.09.2020-ci il tarixində bank hesabına deyil, 700 manat əlbəəl ödəniş etmişdir. Ondan sonra cavabdeh yalanlar danışmağa başlamış və bir gün telefon zənglərinə də cavab verməyi dayandırıb aradan çəkilmişdir. Buzovnadakı evlərinə getdikdə oradan köçdükləri məlum olmuşdur. Xırdalan şəhərindəki qeydiyyat ünvanına getmiş, orada da heç kimin yaşamadığı məlum olmuşdur. Bu cür onun izini itirmişdir. Sonra özü işlə əlaqədar Naxçıvana gedəsi olmuş, iki ay orda yaşayıb, Bakıya qayıtmışdır. Bakıda onu heç yerdə tapa bilməmişdir. Bu cür sentyabr ayından bu günə kimi ödəniş etməmişdir. Hazırda cavabdehin ona 9050 manat borcu qalmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Abşeron RPŞ tərəfindən 23.01.2015-ci il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rəsulov X2 rayon, Xırdalan şəhəri, Quşçuluq Y/M, Tağıyev küçəsi, dalan 11, ev 15 ünvanında qeydiyyatdadır. - ASAN3 tərəfindən 04.05.2015-ci il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - AC № 741295 saylı sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - İddiaçı ilə Cavabdeh arasında 25.07.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı maşını “Opel Corsa minik” ** NO *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007, kreditlə Cavabdeh 20 ay ərzində hər ay 750 manat, cəmi 15000 manat ödəmək şərti ilə satmışdır. - İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 12 iyun 2020-ci il tarixdə bağlanmış 01/20 saylı “Kredit müqaviləsi”ndən görünür ki, borc verən borc alana 9750 (doqquz min yeddi yüz əlli) manat məbləğində pul borc verir, borc alan krediti 20 ay, aylıq 500 (beş yüz) manat olmaq şərti ilə hər ayın 16-sı ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş etmək üçün "xxxx" ASC-nin Gənclik filialında İddiaçı adına hesab açılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 25.07.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsi”nə əsasən İddiaçı maşını (“Opel Corsa minik” ** NO *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007, kreditlə) Cavabdeh 20 ay ərzində hər ay 750 manat, (cəmi 15000 manat) ödəmək şərti ilə satmışdır. Onların arasında 12 iyun 2020-ci il tarixdə bağlanmış 01/20 saylı “Borc müqaviləsi”nə əsasən borc verən borc alana 9750 manat məbləğində pul borc verir, borc alan krediti 20 ay, aylıq 500 manat olmaq şərti ilə hər ayın 16-sı ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə əsasən cavabdeh borcu 12 iyun 2020-ci il tarixindən 20 ay müddətinə borc verənə qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini ona ödəməmişdir. Yalnız 01.09.2020-ci il tarixində 700 manat məbləği iddiaçının bank hesabına deyil, əlbəəl ödəmişdir. Odur ki, iddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının izahatından, iş materiallarında olan sənədlərdən iddiaçının iddia tələbi öz təsdiqini tapır. Belə ki, İddiaçı maşınını (“Opel Corsa minik” ** NO *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007) Cavabdeh 20 ay ərzində hər ay 750 manat ödəmək şərtilə, cəmi 15000 manat müqabilində satması iş materialları ilə sübut edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Qeyd edilənlərlə müəyyən edildi ki, tərəflər arasında olan 12 iyun 2020-ci il tarixdə tarixli müqavilə (əqd) yazılı qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan İddiaçı və Cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Bununla da, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında faktiki olaraq alqı-satqı münasibətləri yaranmışdır. Belə ki, iddiaçı cavabdehə avtomobil satmış, avtomobilin ümumi dəyəri 15000 manat olmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçıya cəmi 5250 manat pul ödənilmişdir. Qalan 9750 manat borcun etirafına dair tərəflər arasında 12 iyun 2020-ci il tarixində müqavilə imzalanmışdır. Qeyd olunan müqavilə borc müqaviləsi adlansa da, adıçəkilən müqavilədə borc müqaviləsinin dispozitiv şərtləri mövcud deyildir. Belə ki, borc müqaviləsi bağlanan zaman iddiaçı tərəfindən cavabdehə 9750 manat pulun verilməsi iş materialları ilə təsdiq edilmir. Ona görə də qeyd edilən müqaviləyə borc müqaviləsi kimi deyil, avtomobilin alqı-satqısı nəticəsində yaranmış qalıq borcun etirafı müqaviləsi kimi qiymət verilməlidir. Beləliklə, borcun etirafına dair müqavilə ilə cavabdehin iddiaçıya 9750 manat borcunun olduğu öz təsdiqini tapdığından və iddiaçı sonradan cavabdeh tərəfindən həmin borcdan ona 700 manat əlbəəl ödəniş edildiyini etiraf etdiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh 9050 manat pul tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 9050 (doqquz min əlli) manat pul tutulub, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2660/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2660/2021
17.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver