Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2664/2021 16.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 noyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı Subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, «Hyundai HD» markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 4644 manat pulun və ödənilmiş dövlət rüsumu üçün 30 manatın Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hundai İ30 CW” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 04.10.2019-cu il tarixdən 04.10.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh 24,10 2019cu il tarixdə saat 17; radələrində idarə etdiyi “Hundai İ30 CW” markalı, **-DP-*** d.n.q.n. avtomobillə Novxanı qəsəbəsi H.Əliyev küçəsi ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək “Hundai HD” markalı **-JK-*** d.n.q.n. avtomobillə toqquşmuş, nəticədə avtomobilin sahibi "xxxx" MMC-yə maddi ziyan dəymişdir. Hadisə ilə bağlı cavabdeh barəsində AR İXM-nin 332.4-cü maddəsi ilə AP ******* №-li, 25.10.2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, TP ******* nğmrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.“Hundai HD” markalı **-JK-*** d.n.q.n. avtomobil "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin kompleks sığortası ilə sığortalandığına görə həmin avtomobilə vurulmuş zərər 7025 manat məbləğində pul avtomobilin sahibinə ödənilmişdir. Bundan sonra, "xxxx" ASC-nin tələbi ilə "xxxx" ASC avtomobilə görə ödənilmiş məbləğdən 4644 manatı "xxxx" ASC-nin bank hesabına köçürmüşdür. Sürücülük hüquq olmadan avtomobili idarə edib, yol-nəqliyyat hadisəsi törədərək, üçüncü şəxsin əmlakına (avtomobilinə) maddi ziyanın vurulması və həmin ziyanın "xxxx" ASC tərəfindən ödənilməsi, ASC-yə həmin pulun cavabdehdən subqroqasiya qaydasında pulu tələb etmək hüququnu verir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, iştirakları olmadan iddia ərizəsinə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AD seriyalı 631326 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Hyundai İ30" markalı, **-DP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. Mülki iş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X6 məxsus “Hyundai İ30" markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 04.10.2019-cu il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1 il müddətinə əmlaka vurulan zərərə görə 5000 manat, bir şəxs üçün sağlamlığa vurulan zərərə görə 5000 manat və bir hadisə üzrə sağlamlığa vurulan zərərə görə 50000 manat sığorta məbləğində icbari sığorta növü üzrə sığortalanmışdır. Mülki işin materiallarında olan BDAM polis mayoru X3 25.10.2019-cu il tarixli, AP ******* №-li inzibati xəta haqqında protokolunun və həmin tarixli TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, 24.10.2019-cu il tarixdə saat 15:00 radələrində “Hyundai İ30" markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edən Soltanov X2 H.Əliyev küçəsində yola daxil olarkən yol ayrıcını keçmə qaydasını pozaraq baş yolla hərəkətdə olan.“Hundai HD” markalı **- JK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək onunla toqquşmuşdur. Zərbədən yük maşını daş hasara çırpılmışdır. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. Mülki işin materiallarında olan Abşeron DYPŞ-nin 24.10.2019-cu il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, 24.10.2019-cu il tarixdə saat 15:00 radələrində yol-nəqliyyat hadisəsi - toqquşma baş vermişdir. Təqsiri olan şəxs “Hyundai İ30" markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdehdur. Sürücü Cavabdeh avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərər çəkən “Hundai HD” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qabaq kuzası və sağ hissəsi əzilmişdir. Mülki işin materiallarında olan 28.02.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, AZTRADE MMC tərəfindən "xxxx" ASC-yə 5341 (beş min üç yüz qırx bir) manat sığorta ödənişi həyata keçirilmişdir. Mülki iş materiallarında olan 18.02.2020-ci il tarixli Qüsur aktından müəyyən edilir ki, “Hundai HD” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilib və müəyyən olunmuşdur ki, onun yararsız hala düşmüş hissələri cəmi 7025 manat təşkil edir. Mülki işin materiallarında olan "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 15.03.2020-ci il tarixli 082749 saylı sığorta aktından müəyyən edilir ki, "xxxx" MMC-yə məxsus “Hundai HD” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitələrinin sığortası” növündə sığortalandığından "xxxx" MMC-yə zərərə uğramış “Hundai HD” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7025 (yeddi min iyirmi beş) manat zərər dəymişdir. Zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 500 (beş yüz) manat azadolma məbləği 19.02.2020-ci il tarixdə "xxxx" SŞ ASC-yə ödənildiyindən sığorta ödənişi 7025 (yeddi min iyirmi beş) manat servisin hesabına köçürülmüşdür. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 25.08.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərər ödənişi olaraq "xxxx" ASC-yə 4644 (dörd min altı yüz qırx dörd) manat sığorta ödənişi həyata keçirilmişdir. Mülki iş materiallarında olan "xxxx" SŞ ASC tərəfindən 19.03.2020-ci il tarixdə "xxxx" ASC-yə ünvanlanmış məktubdan görünür ki, icbari sığorta haqqında qanunvericiliyin tələblərini rəhbər tutaraq 5000 (beş min) manat məbləği 7 gün müddətində onun bank hesabına köçürülməsinə göstəriş verilməsi xahiş edilmişdir. Mülki iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 31.05.2020-ci il tarixli CML-1207/2020-AKT1565 nömrəli Sığorta Aktından görünür ki, “Hundai İ30 CW” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 04.10.2019-cu il tarixdən 04.10.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. 24.10.2019-cu il tarixdə Abşeron rayonunda Aztrade MMC-yə məxsus “Hundai HD” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7025 (yeddi min iyirmi beş) manat zərər məbləğindən 4644 (dörd min altı yüz qırx dörd) manat sığorta ödənişi "xxxx" SŞ ASC-nin bank hesabına köçürülmüşdür. Mülki işin materiallarında olan 21.11.2020-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2021-ci il tarixli, 9/5991 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Fiziki X1 VÖEN:**********” tərəfindən tərtib edilmiş 18.02.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı, “Hyundai HD 35” markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 4755,00 manat: Dəyişilməli hissələrin qiyməti - 2495,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 2260,00 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 4605,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 2345,00 manat; Təmir- bərpa işlərinin qiyməti – 2260,00 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh idarə etdiyi “Hyundai İ30" markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Hundai HD” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 4644 manat məbləğində sığorta ödənişi edilmişdir. Göründüyü kimi, dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında cavabdehdən həmin məbləğdə pul tələb edir. Məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza rəyinə əsasən isə “Hyundai HD 35” markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 4755,00 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 4605,00 manat müəyyən edilmişdir. Ekspertiza rəyini təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iş üzrə təyin edilmiş ekspertiza rəyinə əsasən “Hyundai HD 35” markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşınma dərəcəsi nəzərə alınmaqla cəmisi 4605 manat təşkil edir ki,həmin məbləğdən 500 manat franşiza -azadolma məbləği çıxılarsa, nəticədə 4105 manat ziyan müəyyən edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 4105 manat məbləğində ziyana görə pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, həmin məbləğin 50 manatı cavabdehə, 50 manatı isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 4105 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 50 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 50manat məbləğindəpul məhkəmə ekspertizası xərci olaraq tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Cəmilə Səfiyeva