Məhkəmə qərarları › İş №2(012)-2678/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2678/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2678/2021 08.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı Azsığorta Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azsığorta Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı maddi ziyan tələbi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin sahibliyində olan mənzildən suyun axıdılması nəticəsində Azsığorta ASC tərəfindən RAZ********** №-li Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə sığortalanmış ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə vurulmuş maddi ziyana görə ödənilmiş 450 manat və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq Azsığorta ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azsığorta ASC tərəfindən RAZ ********** №-li Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə 06.01.2020-ci il tarixdən 05.01.2021ci il tarixədək sığortalanmış Abşeron rayonu Xırdalan şəhəri 29-cu məhəllə 15 saylı evin 64 saylı mənzili 19.03.2020-ci il tarixdə yuxarı mərtəbədə yerləşən Cavabdeh sahibliyində olan Abşeron rayonu Xırdalan şəhəri 29-cu məhəllə 15 saylı evin 67 saylı mənzilindən su axıdılmış, nəticədə, həmin yaşayış sahəsinə maddi ziyan vurulmuşdur. Su basma hadisəsi Abşeron rayonu Xırdalan şəhəri, MKTB-nin 1 saylı MKİS-in tərtib etdiyi 04.06.2020-ci il tarixli aktla qeydə alınmışdır. Azsığorta ASC-nin əməkdaşları tərəfindən icbari sığorta ilə sığortalanmış həmin mənzilə yerli baxış keçirilərək hesabat tərtib edilmiş və müəyyən edilmişdir ki, su basma nəticəsində vurulmuş ziyan 600 manat olmuşdur. Həmin zərərdən 150 manat azaldılma məbləği çıxılaraq Azsığorta ASC mənzilə vurulmuş ziyana görə mənzilin sahibinə 450 manat məbləğində sığorta ödənişini etmişdir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən siğortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Cavabdehin sahibliyində olan Abşeron rayonu Xırdalan şəhəri 29-cu məhəllə 15 saylı evin 67 saylı mənzilin lazımi qaydada saxlanmasına, mənzilində olan sanitar qovşağının və digər kommunal məqsədləri üçün istifadə olunan cihazların saz vəziyyətdə saxlanılmasına cavabdehdir. Cavabdeh mənzilindən səhlənkarlığı nəticəsində aşağıda yerləşən RAZ********** nömrəli Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə sığortalanmış əmlaka maddi ziyan vurulmuşdur. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 18.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən 09.12.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 67 saylı mənzilində qeydiyyatdadır. -Azsığorta ASC-nin 13.11.2020-ci il tarixli, 3420/20/CFİ-0074/2020 saylı Sığorta aktından görünür ki, sığortalı X7 06.01.2020-ci il tarixdən 05.01.2021-ci il tarixədək Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 64 saylı mənzili azadolma məbləği 150 manat olmaqla 15000 manat dəyərində sığortalanmış, 19.03.2020-ci il tarixində Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 64 saylı mənzilinə su basma nəticəsində 600 manat dəyərində ziyan dəymiş, həmin məbləğdən 150 manat azadolma məbləği çıxılmaqla qalan 450 manat sığorta ödənişinin zərərçəkənin bank hesabına köçürülməsi müəyyən olunmuşdur. -10.03.2005-ci il tarixli AZE 02491185 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 63 saylı mənzilində qeydiyyatdadır. -20.03.2020-ci il tarixli BB seriyalı 064601 saylı Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, X1 olan Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 63 saylı mənzili azadolma məbləği 150 manat, sığorta haqqı 30 manat olmaqla 06.01.2020-ci il tarixdən 05.01.2021-ci il tarixədək 15000 manat dəyərində sığortalanmışdır. -X5 Azsığorta ASC-yə ünvanladığı 31.03.2020-ci il tarixli ərizədən görünür ki, 19.03.2020-ci il tarixində Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 64 saylı mənzilində yaşayış binasının 4-cü mərtəbəsində yerləşən yaşayış evindən 3-cü mərtəbədə yerləşən yaşayış evinə su axıdılmış, nəticədə dəymiş ziyanın ödənilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. -1 saylı Mənzil İstismar Sahəsinin rəisi Ş.R.Əbilov və mühəndisi V.S.Qədirov tərəfindən tərtib olunmuş aktdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 64 saylı mənzilində yaşayan X4 müraciətinə əsasən mənzilə baxış keçirilmiş, məlum olmuşdur ki, 2020-ci ilin aprel ayının ilk həftəsində üst mərtəbədə yəni 28-ci məhəllə 15 saylı evin 67 saylı mənzilində qeydiyyatda olan Cavabdeh mənzilində yaşayan kirayəçilər tərəfindən qismən su axıdılmış, aktın doğruluğu onu tərtib edənlərin imzaları ilə təsdiq olunmuşdur. -Əmlak üzrə ekspert X3 tərəfindən tərtib olunmuş 06.11.2020-ci il tarixli hesabatdan görünür ki, 07.04.2020-ci il tarixinə Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 64 saylı mənzilinə dəymiş ziyanın məbləği 600 manat müəyyən edilmişdir. -12.11.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 3420/20 saylı sığorta aktına əsasən Azsığorta ASC tərəfindən X4 hesabına 450 manat ödəniş edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən Azsığorta ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə 31.01.2020-ci il tarixdə qeydə alınmış və **********271200 nömrə ilə çıxarış verilmişdir. -26.12.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin araşdırılan hallarından hallarından və tədqiq edilən sübutlardan müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 67 saylı mənzilindən Azsığorta ASC-də azadolma məbləği 150 manat olmaqla 600 manat dəyərində sığortalanmış sığortalı X4 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 64 saylı mənzilinə su axıdılması nəticəsində əmlaka 600 manat dəyərində maddi ziyan dəymiş, əmlaka dəymiş 450 manat sıığorta ödənişi sığorta şirkəti tərəfindən sığortalıya ödənilmişdir. Məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış mənzilin sahibinə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edildiyindən qanunun qeyd edilən tələbinə əsasən 20 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilərək Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 64 saylı mənzilinə dəymiş zərərə görə 450 manat pul vəsaiti və 20 manat dövlət rüsumu olmaqla cəmi 470 manat iddiaçı Azsığorta Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 64 saylı mənzilinə dəymiş zərərə görə 450 (dörd yüz əlli) manat pul vəsaiti və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 470 (dörd yüz yetmiş) manat pul vəsaiti tutularaq, Azsığorta Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar