Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-272/2022 01.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı Hüseyn qızının vəkili-nümayəndəsi Vəkil, cavabdehlər X5 və X3 qəyyumu və cavabdeh olaraq Maraqlı şəxs, iş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümatəndəsi X1 iştirakları ilə İddiaçı Hüseyn qızının cavabdehlər Cavabdeh, Maraqlı şəxs, X12 və X6 qarşı(onların qəyyumu Maraqlı şəxs) (iş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) fərdi yaşayış evində payının naturada ayrılması, bu mümkün olmadıqda ona payına uyğun kompensasiya ödənilməsi və ya fərdi yaşayış evinin hərracda satılaraq satışdan əldə olunan gəlirin paylı mülkiyyətdə olan payların həcminə mütənasib olaraq mülkiyyətçilər arasında bölünməsi tələbinə dair mülki işə 01 mart 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Hüseyn qızı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, X5 və X3 qəyyumu Maraqlı şəxs cəlb edilməklə) paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, X5 və X3 qəyyumu Maraqlı şəxs ilə paylı mülkiyyətlərində olan Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi, ev 1 ünvanında yerləşən, sahəsi 195,50 kvadrat metr təşkil edən fərdi həyət evinin mülkiyyətçilərin paylarına mütənasib şəkildə naturada ayrılması (bölünməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 195,50 kvadrat metr təşkil edən fərdi həyət evinin mülkiyyətçilərin paylarına mütənasib şəkildə naturada ayrılmasına (bölünməsinə), bu mümkün olmadıqda isə əmlakın hərracda satılaraq satışdan əldə edilən gəlirin paylı mülkiyyətdə olan payların həcminə mütənasib olaraq mülkiyyətçilər arasında bğlünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, ünvan 1 ünvanında yerləşən, sahəsi 195,50 kvadrat metr təşkil edən fərdi həyət evində onun 7/32 payının naturada aynlmasına, bu mümkün olınadıqda isə cavabdehlər tərəfindən həmin payın alınması təklifinin qəbul edilmədiyini nəzərə alaraq həmin fərdi həyət evinin hərracda satılaraq satışdan əldə edilən gəlirin paylı mülkiyyətdə olan payların həcminə mütənasib olaraq mülkiyyətçilər arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 195,50 kvadrat metr olan fərdi həyət evi 7/32 hissədə iddiaçının mülkiyyətindədir. Fərdi həyət evinin 4/32 hissəsi cavabdehin mülkiyyətindədir. Eyni zamanda, evin 7/32 hissəsi X5, 7/32 hissəsi X3 və 7/32 hissəsi Maraqlı şəxs mülkiyyətindədir. Paylı mülkiyyətlərində olan bu əmlakdan cavabdehlə birgə istifadələri mümkünsüzdür. Buna görə də, onun naturada bölünməsi zərurəti yaranmışdır. Belə ki, cavabdeh onun mərhum qızı Nərmin Ağalarovanm həyat yoldaşı olmuşdur. Abşeron rayon məhkəməsinin 1(012)-334/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli hökmü ilə Nərmin Ağalarovanın məhz cavabdehin ona qarşı nalayiq, alçaldıcı hərəkətləri, cavabdeh tərəfindən mütəmadi alçaldılması, döyülməsi və təhqir olunması nəticəsində intihara əl atması təsdiq edilmiş, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutlmuş əməli törətməkdə təqsirli bilinərək 6 il, 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 1(105)-74/2019 saylı Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı Abşeron rayon məhkəməsinin hökmündən cavabdehin verdiyi şikayətlər təmin edilməmiş, hökm qüvvəsində saxlanılmış və qüvvəyə minmişdir. Qızının ölümünə səbəb olmuş şəxslə paylı mülkiyyətlərində olan əmlakdan cavabdeh ilə hər hansı şəkildə birgə istifadələri mümkünsüzdür. Bundan əlavə, paylı mülkiyyətdə olan əmlak kiçik torpaq sahəsində yerləşməklə onun naturada bölünməsi mümkün deyildir və deməli, onun birgə istifadəsi də mümkün deyildir. Cavabdeh qohumları vasitəsi ilə onun və həyat yoladışının payına düşən hissəni bazar dəyərinə uyğun qaydada almasını da təklif etsələr də, cavabdeh tərəfindən hazırda cəzaçəkmə müəssisəsində olduğu və əmlakı almaq üçün maddi imkanının olmadığı da bildirilmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı Hüseyn qızının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, təmin edilməsini xahiş etdi. Eyni zamanda ərizə təqdim edərək bildirdi ki, iddiaçının sifarişi əsasında ölkədə tanınmış qiymətləniricilərdən olan “REC-İNVEST MMC tərəfindən birgə mülkiyyətdə olan, yuxarıda göstərilən fərdi həyət evinə baxış keçirilmiş və ünvan 1 ünvanında yerləşən, sahəsi 195,50 kvadrat metr olan fərdi həyət evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə bazar dəyərinin 95 000 manat olduğu müəyyən edilmişdir. Mübahisəli evin naturada bölünməsi mümkün olmadığından, müvafiq olaraq qiymətləndiricinin rəyi alınmış, iddiaçı ərizə ilə məhkəçəyə müraciət edərək Cavabdeh paya uyğun kompensasiyanı ya iddiaçının ona və yaxud cavabdehin ona ödəməsi təklif olunub, lakin göründüyü kimi bu mümükün olmayıb, ona görə də əmlakın hərracda satılması və paylara uyğun bölünməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmək üçün qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2018-ci uildə ailəsində baş vermiş faciə nəticəsində həyat yoldaşı X8 intihar etmişdir. Bu səbəbdən onun barəsində AR CM-nin 125-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsində cinayət işi olmuş və 6 il 6 ay müdddətə azadlıqdan məhrum edilmişdir. Bundan sonra övladları X12 və X11 müvəqqəti olaraq Maraqlı şəxs himayəsinə verilmişdir. Həmin vaxtdan bugünə qədər bir ata olaraq, öz valideynlərinin dəfələrlə etdiyi marciətlərə baxmayaraq uşaqlarla ünsiyyətdə ola bilməmişdir. Artıq 2018-ci ildən uşaqlarının talelərindən məlumatsızdır. Bir valideyn, ata olaraq onun, övladlarının hüquqları pozulmuşdur. Odur ki, övladları 11.10.2009-cu il təvəllüdlü X12 və 02.10.2015-ci il təvəllüdlü X11 ilə görüşməyi və taleləri ilə maraqlanmasına qanunla tənzimlənən qaydada şərait yaradılmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, uşaqların hazırda ona düşmən münasibətində olan Maraqlı şəxs himayəsində olmasını nəzərə alaraq məhkəmə prosesində uşaqların şəxsi fikrinin öyrənilməsi zərurəti yaranarsa, təzyiqlərə qalması yoxlanılması məqsədi ilə dövlət tərəfindən psixoloqun cəlb edilməsini, övladları ilə 4 ildən sonra baş tutacaq görüşün dəmir barmaqlıqlar arxasından reallaşacağını nəzərə alaraq, bu vəziyyətin uşaqlarda neqativ psixoloji təsir buraxmaması üçün məhkəmə prosesini onun iştirakı olmadan , lakin mütləq şəkildə psixoloqun iştirakı ilə keçirilməsini xahiş edir. Sonradan o, ərizə ilə müraciət edərək bildirmişdir ki, tam mülkiyyətçisi olduğu və iki azyaşlı övladının qeydiyyatda oladuğu ünvan 2 ünvanında yerləşən üç mərtəbə təqribən 194 kv.m yaşayış sahəsinə malik daşınmaz əmlakla bağlı hər hansı bir məhkəmə prosesinin keçirilməsni və qərar qəbul edilərək öpzünə və övladlarına məxsus əmlakın satışının təşkil edilməsini qəti şəkildə məqsədəuyğun hesab etmir. Çünki, o hələ də həbsdədir və bu mübahisəli məsələyə iki il yeddi aydan sonra həbsdən azad olunduqdan sonra baxılmasını düzgün hesab edir. Hal-hazırki durumda iddiaçıların onun üzərində müvəqqəti olaraq – yəni həbsdən azad olunanadək qəyyumluq hüququna malik olma prioritetlərindən istifadə edərək, mülkiyyəti satıb mənimsəməyə çalışırlar. Məhkəmə iclasında cavabdehlər X5 və X3 qəyyumu və iş üzrə cavabdeh olaraq iştirak edən Maraqlı şəxs iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, mərhum qızı Nərminin övladlarının qəyyumudur. Qızından qalan avtomobili sataraq 6000 (altı min) dollar məbləğində pulu Ağalarova Röyanın bilavasitə iştirakı ilə hələ 2018-ci il iyul ayında onun adına "xxxx" ASC-nin Xırdalan filialında depozitə qoymuşdur. Cavabdehə məxsus avtomobili isə onun atası sataraq mənimsəmişdir. Hadisə olan gündən bu günə kimi nə nənə- baba, nə bibisi və heç bir şəxs uşaqlarla maraqlanmamışdır. ünvan 2 ünvanında yerləşən mənzil məhkəmədə mübahisələndirilən zaman Cavabdeh 1 dəfə Abşeron rayon Məhkəməsinə, 2 dəfə Sumqayıt Apellyasiya Məhkəməsinə gətirilmiş çıxış etmişdir, ləyaqətsiz vərəsə elan olunaraq vərəsəlikdən məhrum edilmişdir. Hazırda qərar qanuni qüvvəsini almışdır. Cavabdeh məhkəməyə hörmətsizlik edir. Belə ki, yalan danışaraq mənzilin onun mülkiyyətində olduğunu bildirir. Cavabdeh tüfeyli olub, heç bir yerdə işləməyib, ikinci dəfə ailə həyatı qurub. Ondan uşaqlarına xoş gələcək quran olmaz, o buna qadir deyildir. Uşaqların gələcəyi üçün xoş gələcək qurmaq onun və həyat yoldaşının ən vacib məsələsidir. Əslində Röya və Zəhra üçün ev almaq niyyətindədirlər. Onu da qeyd edir ki, bunu uşaqlar özləri istəyir, həmin evə getmək istəmirlər, belə bir fikirləri də yoxdur. Uşaqlar onun himayəsində, ona məxsus Xırdalan şəhərində yerləşən evində yaşayırlar. İddiaçı onun arvadıdır. Cavabdeh nə öz payının onlara satılmasına, nə də iddiaçıya paya uyğun kompensasiya vermək istəmir, Cavabdeh kompensasiya ilə razılaşdığı halda, kompensasiya məsələsini özləri iddiaçı ilə həll edə bilər. Ona görə də, evin hərracda satılmasını məhkəmədən xahiş edir. İş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümatəndəsi X9 məhkəmə iclasında bildirdi ki, hazırda babaları Maraqlı şəxs qəyyumluğunda olan X12 və X11 ilə ayrılıqda görüşmüş, onları dindirmişdir. Həmin vaxt onlar babası və nənəsi ilə qalmaq istədiklərini bildirmişlər. Uşaqlar baba və nənəsi ilə bilrikdə ünvan 4 ünvanında yerləşən mənzildə yaşayırlar. Onların yaşayış şəraiti normaldır. Maraqlı şəxs öz qəyyumluq vəzifələrini layiqincə yerinə yetirir, uşaqlara qayğı göstərir və təhsili ilə məşğul olur. Mübahisəli mənzildə hazırda heç kim yaşamır. Həmin ünvanda uşaqların payına düşən hissələrin satışından əldə edilən vəsaitin uşaqların mənafeyinə xərclənməsinə etiraz etmirlər. O, eyni zamanda X5 ünvan 5 ünvanın satılmasına etiraz etməməyi ilə bağlı izahatını məhkəməyə təqdim etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 195.50 kv.m olan fərdi yaşayış evinin 4/32 hissəsi Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə, 7/32 hissəsi İddiaçı Hüseyn qızının, 7/32 hissəsi Maraqlı şəxs, 7/32 hissəsi X3, 7/32 hissəsi X5 29.06.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 195.50 kv.m olan fərdi yaşayış evinin 4/32 hissəsi Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə, 7/32 hissəsi İddiaçı Hüseyn qızının adına ********** qeydiyyat nömrəsi ilə , 7/32 hissəsi Maraqlı şəxs, 7/32 hissəsi X3, 7/32 hissəsi X5 29.06.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-334/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli hökmünün surətindən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh rəsmi nikahda olub birlikdə yaşadığı, ondan maddi cəhətdən asılı olan arvadı X4 qarşı mütəmadi olaraq amansız rəftar etməklə onu döymüş, həmçinin ləyaqətini alçaltmaqla və hədə-qorxu gəlməklə zərərçəkmiş şəxsi özünü öldürmə həddinə çatdırmışdır. Mülki işin materiallarında olan Abşeron RİHB-nını Xırdalan şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25.01.2022-ci il tarixli arayışdan görünür ki, Kərimov X13 rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsi 1 ünvanında ailə üzvləri: X12 və X11 ilə birlikdə yaşayır. Mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyətinin 31.05.2018-ci il tarixli Sərəncamının surətindən görünür ki, 11.10.2009-cu il təvəllüdlü X10 və 02.10.2015-ci il təvəllüdlü X7 xx.xx.1962-ci il təvəllüdlü Maraqlı şəxs qəyyumluğuna (himayəsinə) verilmişdir. Mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanlanmış 14.02.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Hüseyn qızının Cavabdeh qarşı digər tələbinə dair 22.07.2021-ci il tarixli, 2 (012) 4580/2021 nömrəli mülki işlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası bildiririk ki, RlH-in sərəncamı ilə 2009-cu il təvəllüdlü X12 və bacısı 2015-ci il təvəllüdlü X11 babaları Maraqlı şəxs himayəsinə verilmişdir. Hazırda hər iki azyaşlı babaları ilə birlikdə Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsi ev 1 ünvanında yaşayırlar. Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri hər iki azyaşlının yaşayış şəraiti ilə mütəmadi maraqlanır. Onlar normal şəraitdə yaşayır və təhsil alırlar. Maraqlı şəxs həyat yoldaşı İddiaçı Hüseyn qızı ilə birgə öz qəyyumluq vəzifəsini layiqincə yerinə yetirir, vicdanla uşaqlara yanaşır və onların təhsil almasında bütün şəraitləri yaradır. Əlavə olaraq qeyd edilmişdir ki, Xırdalan şəhəri, Fikrət Əhməd küçəsi, ev 1A ünvanında yerləşən mübahisəli mənzildə heç kim yaşamır. Qeyd edilən ünvanda yerləşən mənzilin uşaqların payına düşən hissələrinin satışından əldə edilən vəsaitin uşaqların mənafeyinə uyğun xərclənməsi şərti ilə hərraca çıxarılmasına Qəyyumluq və Himayəçilik Komissiyası heç bir etiraz etmir. Mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi tərəfindən təqdim olunan X5 izahatından görünür ki, o, ünvan 5 ünvanın satılmasına etiraz etmir. Mülki iş materiallarına əlavə olunan İddiaçı Hüseyn qızı tərəfindən Cavabdeh təklif olunmuş birgə mülkiyyətdə olan əmlakdakı payın satın alınmasına dair bildirişdən görünür ki, onun sifarişi əsasında ölkədə tanınmış qiymətləndiricilərdən olan “REC-İNVEST MMC tərəfindən birgə mülkiyyətdə olan, yuxarıda göstərilən fərdi həyət evinə baxış keçirilmiş və ünvan 1 ünvanında yerləşən, sahəsi 195,50 kvadrat metr olan fərdi həyət evinin yerləşdiyi toıpaq sahəsi ilə birlikdə bazar dəyərinin 95 000 manat olduğu müəyyən edilmişdir. Həmin fərdi həyət evində 7/32 payının dəyəri olan 21 000 (iyirmi bir min) manat müqabilində payına uyğun iş üzrə Cavabdeh tərəfindən satın alınmasını təklif edir, eyni zamanda, cavabdehin öz payını satmaq istədiyi təqdirdə onun payının dəyərini ona ödəməyə hazır olduğunu bildirmişdir. Müvafiq müddət ərzində payın alınması üçün zəruri hərəkətlər etmədiyi təqdirdə məsələnin məhkəmə qydasında həlli üçün zəruri addımlar atılacaqdır. Mülki iş materiallarında olan qəbzlərin surətindən görünür ki, "xxxx" ASC-yə X5 adına Maraqlı şəxs tərəfindən tərəfindən 6000 ABŞ dolları məbləğində pul vəsaiti depozitə qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 10/4957 saylı rəyindən müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı Hüseyn qızının 7/32 hissədə payının faktiki olaraq naturada təcrid şəkildə ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9. bəndlərinin tələblərinə Məhkəmə Tikinti-X2 Metodlarının göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən verilən 22.10.2021-ci il tarixli, 353/R-10-21/M-005 №-li mütəxəssis rəyindən müəyyən edilir ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin 22.10.2021-ci il tarixinə bazar dəyəri 95000 (doxsan beş min) manat təşkil edir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən, sahəsi 195,50 kvadrat metr olan fərdi həyət evi 7/32 hissədə iddiaçının, 4/32 hissəsi cavabdeh Cavabdeh Məsud oğlunun, 7/32 hissəsi X5, 7/32 hissəsi X3 və 7/32 hissəsi Maraqlı şəxs mülkiyyətindədir. İddiaçı iddia edir ki, paylı mülkiyyətlərində olan bu əmlakdan cavabdehlə birgə istifadələri mümkünsüzdür, həmin evin naturada bölünməsi mümkün deyildir, paya uyğun kompensasiya ödənilməsinə Cavabdeh razı deyildir. O halda, mübahisəli evin açıq hərracda satılması paya uyğun tərəflər arasında bölünməlidir. İddiaçı tələbini həm də onunla əsaslandırır ki, cavabdeh Rüfət Ağalarov onun mərhum qızı Nərmin Ağalarovanın əri olmuşdur. Abşeron rayon məhkəməsinin 1(012)- 334/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli hökmü ilə Nərmin Ağalarovanın məhz cavabdehin ona qarşı nalayiq, alçaldıcı hərəkətləri, cavabdeh tərəfindən mütəmadi alçaldılması, döyülməsi və təhqir olunması nəticəsində intihara əl atması təsdiq edilmiş, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutlmuş əməli törətməkdə təqsirli bilinərək 6 il, 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İşin məhkəmə baxışında iddianın dəlilləri tam təsdiqini tapmışdır. Habelə, iş materiallarından göründüyü kimi məhkəmə iclasında cavabdehlər X5 və X3 qəyyumu və iş üzrə cavabdeh olaraq iştirak edən Maraqlı şəxs iddianı qismən qəbul edərək mübahisəli evin hərracda satılması, əldə edilən pulun paya uyğun tərəflərin arasında bölünməsini məhkəmədən xahiş etmişdir. Bunu isə onunla əsaslandırmışdır ki, uşaqlar üçün xoş gələcək qurmaq onun və həyat yoldaşının, yəni iddiaçının ən vacib vəzifələridir, əslində Röya və Zəhra üçün ev almaq niyyətindədirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsiə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 36.1. maddəsinə görə Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 36.3. Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 noyabr 2021-ci il tarixli 10/4957 saylı rəyindən də göründüyü kimi ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı Hüseyn qızının 7/32 hissədə payının faktiki olaraq naturada təcrid şəkildə ayrılması texniki cəhətdən mümkün olmadığı müəyyən edildiyindən, iddiaçı tərəfindən iddiaçının payının əvəzinə iddiaçıya onun payına uyğun kompensasiya ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası isə evin qəyyumluqda olan uşaqların payına düşən hissələrinin satışından əldə edilən vəsaitin uşaqların mənafeyinə uyğun xərclənməsi şərti ilə hərraca çıxarılmasına heç bir etiraz etmədiyi nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddia tələi fərdi yaşayış evinin açıq hərracdan satılması hissəsində təmin edilməli, ünvan 5 ünvanında 0,0255 ha. torpaq sahəsinin üzərində yerləşən, sahəsi 195,50 kvadrat metr təşkil edən fərdi həyət evi açıq hərracda satılmalı və satışdan əldə edilmiş pulun 7/32 hissəsi İddiaçı Hüseyn qızına, 4/32 hissəsi Cavabdeh, 7/32 hissəsi X5 və 7/32 hissəsi X3 paylarına və 7/32 hissəsi Maraqlı şəxs verilməli, habelə 7/32 hissəsi X5 və 7/32 hissəsi X3 paylarına uyğun həmin azyaşlıların qəyyumu olaraq Maraqlı şəxs verilmiş pul məbləğləri üzərində sərəncam verməzdən əvvəl Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının razılığının alınması vəzifəsi Maraqlı şəxs üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə iddiaçının ödədiyi 20 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, 10 manat hissəsinin 5 manatı Cavabdeh, 5 manatı isə Maraqlı şəxs alınaraq İddiaçı Hüseyn qızına verilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır, iddia qismən təmin edildiyindən həmin məbləğin 30 manatı iddiaçıdan, 70 manatı isə bərabər qaydada cavabdehlər Cavabdeh və Maraqlı şəxs alınaraq Ekspertiza mərkəzinin hesabın keçiirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. ünvan 5 ünvanında 0,0255 ha. torpaq sahəsinin üzərində yerləşən, sahəsi 195,50 kvadrat metr təşkil edən fərdi həyət evi açıq hərracda satılsın. Satışdan əldə edilmiş pulun 7/32 hissəsi İddiaçı Hüseyn qızına, 4/32 hissəsi Cavabdeh, 7/32 hissəsi X5 və 7/32 hissəsi X3 paylarına uyğun və 7/32 hissəsi Maraqlı şəxs verilsin. Satışdan əldə edilən 7/32 hissəsi X5 və 7/32 hissəsi X3 paylarına uyğun həmin azyaşlıların qəyyumu olaraq Maraqlı şəxs verilmiş pul məbləğləri üzərində sərəncam verməzdən əvvəl Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının razılığının alınması vəzifəsi Maraqlı şəxs üzərinə qoyulsun. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə iddiaçının ödədiyi 20 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilsin, qalan 10 manatın 5 manatı Cavabdeh, 5 manatı isə Maraqlı şəxs alınaraq İddiaçı Hüseyn qızına verilsin. İş üzrə 100 manat məhkəmə ekspertizası xərcinin 30 manatı İddiaçı Hüseyn qızından, 35 manatı Cavabdeh və 35 manatı isə Maraqlı şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ41NABZ******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-272/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-272/2022
01.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver