Məhkəmə qərarları › İş №2(012)-2750/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2750/2020

07.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2750/2020 07.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edlmiş xx.xx.2019-cu il tarixli, 10711 saylı “İnventar AKT” və bunun əsasında tərtib edilmiş “qeyri-qanuni” istifadə nəticəsində itirilmiş su hesabatı” əsassız hesab edilərək göstərilən əsassız sənəd üzrə üzərinə yüklənmiş 2196 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, uzun illərdir ki, Mehdiabad qəsəbəsində yaşayır və maddi imkanımı yaxşılaşdırmaq məqsədi ilə 2016-cı ildə Mehdiabad qəsəbəsi, Xələfli küçəsi, ev 24 ünvanında balaca bir avtoyuma (moyka) yeri açdırmışdır. Qeyd olunan avtoyuma sahəsini bir müddətə kənar şəxsə kirayəyə vermişdir lakin, yaranmış problemlərlə əlaqədər onun avtoyuma sahəsi 2017-ci ildən fəaliyyətini dayandırmışdır və hal-hazırda burada su israfı ilə əlaqədər hər hansı bir iş görülmür. Aprel 2018-ci ildə X4 (Cavabdeh ASC-nin) əməkdaşları fəaliyyətsiz olan avtoyuyucu sahəyə baxış keçirib “sayqacdan kənar xəttin aşkar olunmasına dair” xx.xx.2019-cu il tarixli 10711 saylı İnventar AKTı tərtib etmişlər. Qeyd etdiyi kimi göstərilən avtoyuyucu sahəsi obyekt kimi 2017-ci ildən fəaliyyətini dayandırmışdır və bu faktı ərizəsinə əlavə etdiyi AKT təsdiq edir. Həmin obyektə böyük həcmdə yerləşdirdiyi su toplama çənindən bir xətt yaşayış sahəsinə çəkdirmişdir lakin,bu xəttin istifadəsinə ehtiyac yaranmamışdır. Cavabdeh tərəfin tərtib etdiyi AKT-a əsasən “qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı belə aparılmışdır: xx.xx.2019-cu il tarixdən 0,61 küb.m, 5 saat x 30 gün (ayda) x 12 aya-su 1098 ümumi, (hər küb.m 2.00 azn) olmaqla 2,196 manat borc yaradılmışdır. Göründüyü kimi hesablanmanın əvvəli xx.xx.2019-cu ildən başlanmış hesab olunsada borcun məbləği il üzrə 12 ayı əhatə etmişdir. Göstərilən hal cavabdeh tərəfin bilərəkdən qeyri qanuni onu borcla yükləmək məqsədi daşıdığını sübut edir. Aparılan hesablamanın qanuni əsası yoxdur. Belə ki, qeyd etdiyi avtoyuyucu obyekti 2017-ci ildən fəaliyyətsizdir. O, yuyucu sexinə görə VÖEN açdırmamış və verdgilərdən qeydiyyatdan keçməmişdir. Bir şəxs maykanı 15 gün işlətsə də, sonradan işlədə bilmədiyinə görə sexi bağlamışlar. Abonent kodunda yazılan ünvan ona məxsus deyil. Lakin sayğac onun adınadır. Sayğac Nizami küçəsi ev 1, mənzil 1 ünvanına qoyulmuşdur və ona məxsusdur. İşdə olan inventorlaşdırma aktını da o imzalamamışdır. Cərməni ona yazmış və suyunu dayandırmışlar. Cərimə onun moykaya yazılmışdır, lakin o zaman moyka işləmirdi. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə etiraz ünvalayaraq bildirdi ki, İddiaçı qeyri-əhali kateqoriyasına aid olan ünvan 1 ünvanında “Avtoyuma” obyekti kimi fəaliyyət göstərən müəssisənin sahibi ilə Cavabdeh ASC-nin “Abşeron Sukanal” İdarəsi arasında sonuncu 14/078/138040 saylı, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh müəssisəyə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanununun 49 və 50-ci maddələrinə əsasən təchizatçı müəssisənin səlahiyyətli nümayəndələri su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə baxış keçirmək hüququna malikdirlər. Belə ki, Cavabdeh ASC-nin Müştəri Xidmətləri Departamentinin əməkdaşları tərəfindən iddiaçı ünvan 1 ünvanında “Avtoyuma” obyekti kimi fəaliyyət göstərən müəssisəyə xx.xx.2019-cu il tarixdə baxış keçirilən zaman aşkar olunmuşdur ki, sayğacdan kənar qeyri-qanuni sudan istifadə olunur. Obyektin su təchizatı dayandırılmış, müfaviq olaraq MXD-10711 saylı, 08 aprel -cu il tarixli akt tərtib edilmişdir. Sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləği tərtib edilmiş MXD-10711 saylı inventar aktına əsasən 2.196,00 (iki min bir yüz doxsan altı) at müəyyən edilmişdir. Lakin cavabdeh dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Cavabdeh ASC su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii, inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara ən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi münasibətlər yaratmış olur. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndində göstərilir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, su təhcizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təhcizatı və kanalizasiya sisteminə qoşulma qadağandır. Həmin Qanunun 72-ci maddəsinə əsasən qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisələrinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. “Sudan istifadə Qaydaları" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, xx xxxx 2014-cü il tarixli Qərarının 8.6-cı bəndinə əsasən-su təchizatı inə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin Qərarın 8.7-ci bəndinə əsasən-su təchizatı sisteminə qanunsuz (özbaşına) ima halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 12 müddətinədək hesablanır. Beləliklə, iddiaçının sudan qanunsuz istifadəsi nəticəsində: 061 m3 x 5 saat x 30 gün(ayda) x 12 ay = su 1.098,00 manat çirkab 1098,00 manat. Cavabdeh ASC-yə 2.196,00 (iki min bir yüz doxsan altı) manat məbləğində maddi ziyan dəymişdir. Yaranmış 2.196,00 (iki min bir yüz doxsan altı) manat borc mülki hüquq pozuntusundan irəli gələn borcdur. İddiaçı Qeyri-əhali kateqoriyasına aid Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Xələfli küçəsi, 24 ünvanında “Avtoyuma” obyekti su təchizatı sistemindən suyun buraxılması mətlərinə görə az bir məbləğ ödəsə də, xx.xx.2020-ci il tarixinə Cavabdeh ASC-nin şeron Sukanal” İdarəsinə işlətdikləri su təchizatı xidmətlərinə görə 2.160,00 (iki min yüz altmış) manat borcu qalmışdır. İddiaçı öz iddia ərizəsində, ona məxsus “avtoyuma sahəsinin 2017-ci ildən fəaliyyətini dayandırdığını və halhazırki vaxtadək burada su israfı əlaqədar hər hansı bir işin görülmədiyini qeyd etsə də, lakin faktlar tamamilə əksinədir. Belə ki, “Avtoyuma” obyektinin sahibi İddiaçı sonuncu dəfə su sərfiyyatına görə 2019-cu ildə 50-00 manat pul ödəmişdir. Ötən illər ərzində “Abşeron Sukanal” İdarəsi tərəfindən borcun könüllü ödənilməsi səbəbi ilə cavabdeh “Avtoyuma” obyektinin sahibi İddiaçı müraciətlər edilsə də, borcun tam ödənilməsi təmin edilməmişdir. Cəmi ümumi borcundan 2019-cu ildə 50-00 manat pul ödənişi edilmişdir ki, bundan da cəriməyə yalnız 36,00 manat ödənişi çıxılmışdır. “Su təchizatı və tullantı suları haqqında” xx xxxxxxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdimat təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutlmuş müvafiq tədbirləri görməlidir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 59-cu maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş əmələri götürmək və onların ödənilməsini tələb etmək, qeyd olunan ödənişlərin müəyyəndirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzuifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq hüququna malikdir. İddiaçı-Qeyri-əhali kateqoriyasına aid Abşeron rayonu, Mehdiabad qəs, Xələfli küç, Ev 24 ünvanında “Avtoyuma” obyektinin sahibi İddiaçı Cavabdeh” ASC-ya qarşı “borcun silinməsi” tələbinə dair iddiasını rədd etməklə, onun hesabından su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-nin X2 2.160-00 manat pul borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə X7 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1941 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 4 /2 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, № MXD-10711 saylı inventar aktından görünür ki, Mehdiabad ünvanında yaşayan İddiaçı məxsus alfasu markalı, 50044180 nömrəli, 133401 plomb nömrəli, işlək vəzyyətdə olan, son göstəricisi 33 olan avtoyuyucuya baxış zamanı sayğacdan kənar xətt aşkar edilmiş və su təchizatı dayandırılmışdır İş materiallarında olan xx.xx.2019-cu il tarixli, № MXD-10711 saylı, 138040 nömrəli müqavilə üzrə qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, Bağlar ərazisi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı məxsus avtoyuyucu 1098 m3 miqdarında 2196 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə “xxxxx” ASC-yə ziyan vurmuşdur. Məhkəmə tərəfləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı qeyri-əhali kateqoriyasına aid olan ünvan 1 ünvanında “Avtoyuma” obyekti kimi fəaliyyət göstərən müəssisənin sahibi ilə Cavabdeh ASC-nin “Abşeron Sukanal” İdarəsi arasında sonuncu 14/078/138040 saylı, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh müəssisəyə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanununun 49 və 50-ci maddələrinə əsasən Cavabdeh ASC-nin Müştəri Xidmətləri Departamentinin əməkdaşları tərəfindən iddiaçı ünvan 1 ünvanında “Avtoyuma” obyekti kimi fəaliyyət göstərən müəssisəyə xx.xx.2019-cu il tarixdə baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar qeyri-qanuni sudan istifadə olunması aşkar olunmuş və müfaviq olaraq MXD-10711 saylı, xx xxxxx 2019-cu il tarixli akt tərtib edilmişdir. Sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləği tərtib edilmiş MXD-10711 saylı inventar aktına əsasən 12 ay müddət götürülməklə 2.196,00 (iki min bir yüz doxsan altı) manat müəyyən edilmişdir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən 12 ay müddət götürülməklə itirilmiş suyun həcminin2.196,00 (iki min bir yüz doxsan altı) manat hesablanması işin faktiki halları ilə uyğunluq təşkil etmir.Məhkəmə hesab edir ki, itirilmiş suyun həcmi hesablanmış 2.196,00 (iki min bir yüz doxsan altı) manatın 1 ay müddət götürülməklə hesablanması tərəflərin hüquq və mənafeyinə uyğundur. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndində göstərilir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, su təhcizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təhcizatı və kanalizasiya sisteminə qoşulma qadağandır. Həmin Qanunun 72-ci maddəsinə əsasən qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisələrinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. “Sudan istifadə Qaydaları" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, xx xxxx 2014-cü il tarixli Qərarının 8.6-cı bəndinə əsasən-su təchizatı xəttinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin Qərarın 8.7-ci bəndinə əsasən-su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 12 ay müddətinədək hesablanır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus ünvan 5 ünvanına hesablanmış 21xx xxxxxxxx 2013 manat silinməklə 183 manat saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar