Məhkəmə qərarları › İş №2(012)-278/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-278/2024

13.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-278/2024 13.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı paylı mülkiyyədə olan əmlakın real bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı paylı mülkiyyətdə olan əmlakın real bölgüsü tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.0679 ha və 0.4457 ha torpaq sahələrinin hər birindən ayrı-ayrılıqda iddiaçının 3/12 payının naturada alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.0679 ha və 0.4457 ha torpaq sahələrinin iddiaçının payına düşən 3/12 payının naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4457 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/12 hissəsi və Abşeron rayonu, Saray qəsəbəsində 1.0679 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/12 hissəsi qanun üzrə vərəsəlik qaydasında İddiaçı keçmişdir. Miras qalan 0,4457 ha torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ 16 yanvar 2014-ci il tarixində **********60 reyestr və ********** qeydiyyat nömrəsi ilə və 1.0679 ha torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ 13 may 2015-ci il tarixində **********38 reyestr və ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində onun adına rəsmiləşdirilib mütənasib olaraq RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Miras qalan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.0679 ha və 0, 4457 ha torpaq sahələrindən qanun üzrə vərəsəlik qaydasında payı nəzərə alınmaqla onun həmin torpaq sahələrindəki payı hər iki torpaq sahəsinə münasibətdə 3/12 hissə, X6 payı 2/12 hissə, Cavabdeh2 payı 1/12 hissə, Cavabdeh3 payı 1/12 hissə, Cavabdeh4 payı 1/12 hissə, Cavabdeh5 payı 1/12 hissə, Cavabdeh6 payı 1/12 hissə, Cavabdeh7 payı 1/12 hissə, Cavabdeh8 payı 1/12 hissədə müəyyən edilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna Dair JN-1847 KOD 30800086 olan xx.xx.1998-ci il tarixli Dövlət Aktından görünür ki, X9 və ailə üzvləri X8, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, X13, Cavabdeh8, Cavabdeh6, Cavabdeh4, İddiaçı, X10, Cavabdeh1 Abşeron rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 10 may tarixli 16 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində 1.60 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. -xx.xx.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci ildə vəfat etmiş X3 qanun üzrə vərəsəsi İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna Dair JN-1847 KOD 30800086 olan Dövlət Aktına əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.6036 ha torpaq sahəsində mərhumun payına düşən 1/12 hissə torpaq sahəsindən ibarətdir. -xx.xx.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu ildə vəfat etmiş X2 qanun üzrə vərəsəsi İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna Dair JN-1847 KOD 30800086 olan Dövlət Aktına əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.6036 ha torpaq sahəsində mərhumun payına düşən 1/12 hissə torpaq sahəsindən ibarətdir. -xx.xx.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003-cü ildə vəfat etmiş X4 qanun üzrə vərəsəsi İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna Dair JN-1847 KOD 30800086 olan Dövlət Aktına əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.6036 ha torpaq sahəsində mərhumun payına düşən 1/12 hissə torpaq sahəsindən ibarətdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, AA 009196 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4457 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tərtib edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4457 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/12 hissəsi İddiaçı adına, 2/12 hissəsi X6 adına, 1/12 hissəsi Cavabdeh2 adına, 1/12 hissəsi Cavabdeh3 adına, 1/12 hissəsi Cavabdeh4 adına, 1/12 hissəsi Cavabdeh5 adına, 1/12 hissəsi Cavabdeh6 adına, 1/12 hissəsi Cavabdeh7 adına, 1/12 hissəsi Cavabdeh8 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********60 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hüququ rəsmiləşdirilən şəxs kimi İddiaçı adı qeyd edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, AA 038516 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.0679 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tərtib edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.0679 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/12 hissəsi X6 adına, 1/12 hissəsi Cavabdeh2 adına, 1/12 hissəsi Cavabdeh3 adına, 1/12 hissəsi Cavabdeh4 adına, 1/12 hissəsi Cavabdeh5 adına, 1/12 hissəsi Cavabdeh6 adına, 1/12 hissəsi Cavabdeh7 adına, 1/12 hissəsi Cavabdeh8 adına, 3/12 hissəsi İddiaçı adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********38 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hüququ rəsmiləşdirilən şəxs kimi İddiaçı adı qeyd edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, AA 009195 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.1579 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.1579 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/12 hissəsi İddiaçı adına, 2/12 hissəsi X6 adına, 1/12 hissəsi Cavabdeh2 adına, 1/12 hissəsi Cavabdeh3 adına, 1/12 hissəsi Cavabdeh4 adına, 1/12 hissəsi Cavabdeh5 adına, 1/12 hissəsi Cavabdeh6 adına, 1/12 hissəsi Cavabdeh7 adına, 1/12 hissəsi Cavabdeh8 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********61 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hüququ rəsmiləşdirilən şəxs kimi İddiaçı adı qeyd edilmişdir. - Satıcılar İddiaçı oğlu, X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 ilə alıcı X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 1.1579 ha olan torpaq sahəsini alıcıya 4500 manata satmışdırlar. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, AA 031246 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.0979 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.0979 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/12 hissəsi X6 adına, 1/12 hissəsi Cavabdeh2 adına, 1/12 hissəsi Cavabdeh3 adına, 1/12 hissəsi Cavabdeh4 adına, 1/12 hissəsi Cavabdeh5 adına, 1/12 hissəsi Cavabdeh6 adına, 1/12 hissəsi Cavabdeh7 adına, 1/12 hissəsi Cavabdeh8 adına, 3/12 hissəsi İddiaçı adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********61 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hüququ rəsmiləşdirilən şəxs kimi İddiaçı adı qeyd edilmişdir. - X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, İddiaçı oğlu ilə alıcı X18 arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 1.0979 ha olan torpaq sahəsinin X7 məxsus 2/12 hissəsini, Cavabdeh2 məxsus 1/12 hissəni, Cavabdeh3 məxsus 1/12 hissəni, Cavabdeh4 məxsus 1/12 hissəni, Cavabdeh5 məxsus 1/12 hissəni, Cavabdeh6 məxsus 1/12 hissəni, Cavabdeh7 məxsus 1/12 hissəni, Cavabdeh8 məxsus 1/12 hissəni, İddiaçı oğluna məxsus 3/12 hissəni alıcıya 6000 manata satmışdırlar. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/855 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi sahəsi 0.4457 ha, xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi sahəsi 1.0679 ha torpaq sahələrinin sənəd üzrə 3/12 hissədə İddiaçı payına uyğun bölünməsi texniki cəhətdən mümkündür. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə adlanacaq) 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada bölünməsini məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin aşağıda göstərilən maddələrinə əsasən: 213.1. maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4457 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/12 hissəsi İddiaçı adına, 2/12 hissəsi X6 adına, 1/12 hissəsi Cavabdeh2 adına, 1/12 hissəsi Cavabdeh3 adına, 1/12 hissəsi Cavabdeh4 adına, 1/12 hissəsi Cavabdeh5 adına, 1/12 hissəsi Cavabdeh6 adına, 1/12 hissəsi Cavabdeh7 adına, 1/12 hissəsi Cavabdeh8 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.0679 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/12 hissəsi X6 adına, 1/12 hissəsi Cavabdeh2 adına, 1/12 hissəsi Cavabdeh3 adına, 1/12 hissəsi Cavabdeh4 adına, 1/12 hissəsi Cavabdeh5 adına, 1/12 hissəsi Cavabdeh6 adına, 1/12 hissəsi Cavabdeh7 adına, 1/12 hissəsi Cavabdeh8 adına, 3/12 hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. Hazırda, iddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.0679 ha və 0.4457 ha torpaq sahələrinin hər birindən ayrı-ayrılıqda iddiaçının 3/12 payının naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən, məhkəmənin təyin etdiyi ekspertiza əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/855 saylı rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi sahəsi 0.4457 ha, xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi sahəsi 1.0679 ha torpaq sahələrinin sənəd üzrə 3/12 hissədə İddiaçı payına uyğun bölünməsi texniki cəhətdən mümkün olduğu müəyyən edildiyindən məhkəmə ekspert rəyini Mülki prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq digər sübutlarla yanaşı qiymətləndirib və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əsas tutub hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4457 ha və 1.0679 ha torpaq sahələrilərinin iddiaçının 3/12 hissədə payına uyğun naturada bölgüsü aparılmalıdır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Eyni zamanda Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat bərabər hissələrdə cavabdehlərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi sahəsi 0.4457 ha və xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi sahəsi 1.0679 ha torpaq sahələrinin İddiaçı payına düşən 3/12 hissədə naturada bölünsün. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar