Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-279/2024 25.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz müdaxilənin qadağan olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz müdaxilənin qadağan olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavabdeh tərəfindən onun torpaq sahəsinə edilən qanunsuz müdaxilənin qadağan edilməsinə dair işə tam, hərtərəfli, obyektiv baxılaraq, həmçinin pozulmuş hüququnun bərpası üçün çəkilən yüz əlli (150) manat (yüz (100) manat dövlət rüsumu) məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, 0.0316 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********37) tam paylı mülkiyyətçisidir. O özünə məxsus olan həmin torpaq sahəsində hasarlama işlərinin aparılması üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət ünvanlayaraq bu barədə məlumat vermişdir. Cavab məktubunu aldıqdan sonra torpaq sahəsinin hasarlama işlərinə başlanmışdır. Lakin hasarlama işləri tam başa çatmamış, həyətinə darvazanın qoyulması mümkün olmamışdır. Belə ki, qonşusu Cavabdeh həyətinə hasarın çəkilməsinə və darvazanın qoyulmasına maneçilik törədir və öz avtomobilini 7 aydan çoxdur ki, həyətindən çıxarmır, hesab edir ki, avtomobilini saxladığı yer ona məxsusdur. Bu barədə ona öz iradını bildirmiş, dəfələrlə şikayət etmişdir. Lakin bunlar nəticəsiz qalmışdır. Onunla dəfələrlə ortaq dil tapmağa çalışsa da, bu mümkün olmamışdır. Əvəzində özü və oğlu tərəfindən dəfələrlə təhqirə məruz qalmışdır. Bütün olanlardan sonra ərazi üzrə polis bölməsinə bir neçə dəfə müraciət etsə də, onlardan verilən məlumata görə aralarındakı mübahisə yalnız mülki məhkəmə icraatı qaydasında həll olunmalıdır. Hətta mübahisə o həddə çatmışdır ki, Cavabdeh DƏDRX-nə torpaq sahələrinin dəqiq koordinatlarının müəyyən edilməsi üçün müraciət etmişdir. Müraciəti nəticəsində müəyyən olunmuşdur ki, onun evi koordinatlara uyğun olmadan yuxarı sürüşdürülərək tikilmişdir. Məsələnin mahiyyəti bundan ibarətdir ki, qonşusu Cavabdeh evi torpaq sahəsinin planına uyğun olmadan həyətlərə uzanan yolun üzərində tikilmişdir. Sonradan yolun dar olduğunu görmüş və yuxarı qonşulardan 1-2 metr torpaq alaraq yolu genişlətmiş, bilərəkdən həmin yolu yuxarı sürüşdürmüşdür. Cavabdeh evini həmin yolun üzərində tikməsi yan qonşularının sahəsinə olan yolu bağlamışdır. Kadastr xəritəsindən çıxarışa baxdıqda da görünür ki, həmin ev faktiki olaraq torpaq sahəsinin koordinatlarına uyğun olmadan tikilmişdir. Öz səhvi nəticəsində belə mübahisənin yarandığını bildiyi halda bunu qəbullanmamış, əksinə yolun israrla onun sahəsindən keçdiyini və oradan da digər qonşularının həyətinə uzandığını bildirmişdir. Bu səbəbdən 7 aydan çoxdur ki, qonşusu onun torpağına qanunsuz müdaxilə edir, bilərəkdən öz avtomobilini orada saxlayır və yerindən tərpətmir, ona da öz hasarını tamamlamağa imkan vermir. O özü də yaxşı bilir ki, onun həyətinə hasar çəkməyi onun ziyanınadır və bilərəkdən maneçilik törədir və yalnız məhkəmə bu qanunsuzluğun qarşısını ala bilər. Həmçinin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan da dəymişdir. Polis bölməsinə gedərkən çəkilən yol xərcləri, eləcə də məhkəməyə müraciət üçün ödənilən dövlət rüsumu məhz cavabdehin qanunsuz hərəkətlərinin nəticəsidir və cavabdehdən tutularaq ona ödənilməlidir.. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, həmin ərazidə cavabdeh tərəfindən qanunsuz müdaxilə aşkar olunmuşdur. Qonşu da, bələdiyyə də bu məsələnin həllinə yardım edilməmişdir. Mütəxəssis rəyi ilə ilə razı deyildir. O ərazidə sürüşmə yoxdur. 2021-ci ildə ona fərdi yaşayış evinin layihəsi hazırlanmışdır. Sürüşmə olan hissə cavabdehlə olan hissə deyil, digər tərəfdir. Necə sürüşmə ola bilər ki, torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almış, torpaq sahəsinə çıxarış verilmişdir. Həmçinin həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.Məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi cavabdehin əsl cavabdehlə əvəz edilməsini qəbul etməmim işə mahiyyəti üzrə baxılıb qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasına başlanılmışdır. Torpaq sahəsi, həmin torpaq sahəsində tikilən fərdi yaşayış evinin çıxarışı, texniki pasport oğlu X7 adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək yeni sənəd almışdır. Torpaq sahəsi, həmin torpaq sahəsində tikilən fərdi yaşayış evi oğlu X7 adına olsa da, özü orada qeydiyyatdadır və faktiki olaraq istifadə edir. Torpaq sahəsinin kordinatları elektron bazaya yenidən yerləşdirildiyini düşündüyündən yenidən ekspertiza keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 070813 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi X7 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas AR ƏN, Sumqayıt “ASAN” xidmət mərkəzi, notarius Qasımov C.M (şəhadətnamə № 065), xx.xx.2016-cı il tarixli 4ə-1813, 1812 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, X15 küçəsində yerləşən 118.4 kvadrat metrdən ibarət 110 c saylı fərdi yaşayış evi X7 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 205 saylı reyestr kitabının 53 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********20-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Texniki Pasportun surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 110 C X7 adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA № 604722 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0316 ha torpaq sahəsi X1 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 6 saylı “SƏYYAR-ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Əmirəliyev Ə.M, alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi, 4ə-479, xx.xx.2021 olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0316 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-29/2-M-173-071/2023 saylı məktubun surətindən görünür ki, İddiaçı Abşeron Rayon İcra Hakimiyyətinə ünvanlandığı 11 aprel 2023-cü il tarixli müraciəti Memarlıq və tikinti şöbəsində araşdırılmışdır. Daşınmaz ƏmlakınDövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışı ilə Saray qəsəbəsi ərazisində mülkiyyətində olan 0.0316 ha torpaq sahəsinin hasarlanması məlumatlandırma icraatına aid deyil. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 59-3/2-M-3/87/11 saylı məktubundan görünür ki, Nümayəndə Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminə etdiyi müraciəti əsasında X12 araşdırma aparılmışdır. Müraciəti ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyində “Vətəndaş müraciətlərinə baxılması qaydası” haqqında qərarda müraciət Daxili Orqanlarınnın səlahiyyətlərinə aid olmadığı zaman və eləcə də müraciəti aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda müraciət müəllifinə məhkəməyə müraciət etməsi tövsiyə olunur. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-C-0187/10-8/2023 saylı məktubun surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən etibarnamə üzrə nümayəndəsi olduğu X7 mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki yerinin müəyyənləşdirilməsi ilə bağlı yaranmış mübahisəli məsələnin həllinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan İqtisadiyyat Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş müraciətlərinə (daxilolma qeydiyyatı: 3-21/1-C- 2585/5-8/2023, 21.u6.2G23-cü il) aidiyyəti üzrə baxılmışdır. Sözügedən torpaq sahəsinə yoxlama-ölçü işlərinin aparılması məqsədilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərək, fərdi yaşayış evinin yerləşdiyi 0,03 ha torpaq sahəsinin və qonşu torpaq sahələrinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. -Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-29/2-C-48/2-091/2023 saylı məktubunun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinə ünvanladığı 3 iyul 2023-cü il tarixli № 5/C/955 nömrəli müraciət Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) Memarlıq və tikinti şöbəsində araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki. ünvan 3 ünvanda yerləşən X8 mülkiyyətində olan 0.03 ha torpaq sahəsində qonşular arasında torpaq sərhədlərinin mübahisəsi ilə əlaqədar müraciət etmişdir. Müraciətdə əlavə olunmuş, 4 saylı Abşeron rayon Kadastr Xidməti və Əmlak İdarəsi tərəfindən xüsusi cihazlarla ölçü işləri aparılarkən həqiqətən torpaq sərhədlərinin koordinatlar arasında uyğunsuzluq olması barədə xx.xx.2023-cü il №3-21-3/2-0-0187/xx-xx/2023 məktubla rəsmi cavab verilmişdir. Əlavə olaraq müraciəti yerində araşdırılması məqsədi ilə sözü gedən ünvana baxış keçirilmiş, 4 saylı Abşeron rayon Kadastr Xidməti və Əmlak İdarəsində məktubunda qeyd edildiyi kimi torpaq sərhədlərinin koordinatlar arasında uyğunsuzluğun olması müşahidə edilmişdir. Qeyd edilənləri əsas tutaraq məsələnin həlli ilə əlaqədar olaraq aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və yaxud hüquqi müstəvidə məhkəməyə müraciət etməyi tövsiyə olunur. -X6 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Xidməti İdarəsinə yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X3 qəsəbəsi, M.Ə.Sabir küçəsində xx.xx.2015-ci il tarixdə yaşayış məntəqələri üçün nəzərdə tutulmuş ərazidən, xüsusi mülkiyyətdə olan **********64 reyestr nömrəli 0.03 ha torpaq sahəsi almışdır. Bu neçə illər ərzində bu ərazidə dəfələrlə sənədləşmə aparan Abşeron Rayon 4 saylı Daşınmaz Əmlak Reyestr Xidməti İdarəsi, onların torpaq sahələrinin faktiki və sənədlərdə olan koordinatlarının olduğunu bildirmiş, sonradan artırılmış və torpaq sahəsi kimi formalaşan torpağın (reyestr nömrəsi **********) sahibi İddiaçı onun torpağının bir hissəsini zəbt etməsinə şərait yaratmışdır. Məhərrəmovun torpaq sahəsinin kvadrat metrlə həcmi artıqlaması ilə yerində olduğu halda onun torpağını zəbt etməyə çalışır. Bundan başqa, o torpaq sahəsini bütün qonşulardan əvvəl aldığına baxmayaraq, 4 saylı Daşınmaz Əmlak Reyestr Xidməti tərəfindən aparılmış sənədləşmələrdə onun torpaq sahəsinə giriş tamamilə bağlanmışdır və onun həyətyanı sahəsinə giriş yolu tamamilə yoxdur. Yazdıqlarını nəzərə alaraq, onun sənəddə göstərilən 0.03 ha torpaq sahəsinin faktiki və sənəddə olan sərhəd koordinatları arasındakı uyğunsuzluğun aradan qaldırılmasını və onun həyətyanı sahəsinə giriş yolunun təmin edilməsini xahiş etmişdir. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən tərtib edilmiş 2021-ci il tarixli fərdi yaşayış evinin layihəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində İddiaçı məxsus torpaq sahəsində fərdi yaşayış evinin layihəsi hazırlanmışdır. -Fotoşəkillərdən görünür ki, hər iki tərəfin torpaq sahəsi və evləri qonşuluq sərhəddində yerləşir. -Azərbaycan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli, 321332/2-3852/24 saylı məktubun surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, X15 küçəsi, ev 110C ünvanında yerləşən etibarnamə üzrə nümayəndəsi olduğunuz X7 mülkiyyətində olan fərdi yaşayış evinə dair texniki pasport sənədində cari dəyişikliyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli (d/o **********) müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Pubiik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Bununia əlaqədar olaraq bildiririk ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatiarının dürüstləşdirilməsi işləri aparılmışdır. Aparılmış tədbirlərin nəticələrinə uyğun olaraq, mövcud fərdi yaşayış evinin texniki pasportuna uyğun olaraq idarənin xidməti istifadəsində olan proqram təminatında düzəliş olunmuşdur. Odur kı, vətəndaş X2 fərdi yaşayış evinə dair hüquqmüəyyənedid sənədlərlə birlikdə 4 saylı Abşeron Ərazi İdarəsinə rəsmi müraciət olunacağı təqdirdə qanunamüvafiq qaydada tərəfimizdən baxılacaqdır. - Azərbaycan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş Texniki Pasportun surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, X15 küçəsi, ev 110 C X7 mülkiyyətinə verilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2-000025 saylı mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021 - ci il tarixli, ********** qeydiyyat, **********37 Veyestr nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0316 ha torpaq sahəsinin plan və ölçüdə göstərilən torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan ( 3 tərəfi daş hasar digər tərəfi şərti ) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0249 ha təşkil edir. Qeyd: Elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-cı il tarixli, ********** qeydiyyat, **********37 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0316 ha torpaq sahəsinin plan və ölçüdə göstərilən torpaq sahəsinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Həmin ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2316 nömrəli ekspert rəyindən görünür ki, məhkəmənin 2(012)-279/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2-000025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********37 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu. Saray qəsəbəsində yerləşən 0.0316 ha torpaq sahəsinin plan və ölçüdə göstərilən torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan (3 tərəfi daş hasar digər tərəfi şərti) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0249 ha təşkil edir. Qeyd: Elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********37 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu. Saray qəsəbəsində yerləşən 0.0316 ha torpaq sahəsinin plan və ölçüdə göstərilən torpaq sahəsinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Bildirilir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Abşeron rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0316 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz müdaxilə edildiyi üçün qanunsuz müdaxilənin qadağan olunması tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavabdeh tərəfindən onun torpaq sahəsinə edilən qanunsuz müdaxilənin qadağan edilməsinə dair işə tam, hərtərəfli, obyektiv baxılaraq, həmçinin pozulmuş hüququnun bərpası üçün çəkilən yüz əlli (150) manat (yüz (100) manat dövlət rüsumu) məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında həmçinin müəyyən olunmuşdur ki, İddiaçı qanunsuz müdaxilənin qadağan edilməsi barədə iddia tələbini Cavabdeh qarşı irəli sürsə də, qonşuluqdakı torpaq sahəsi, həmin torpaq sahəsində tikilən fərdi yaşayış evinin çıxarışı Cavabdeh oğlu X7 adınadır. Cavabdeh həmin fərdi yaşayış evində qeydiyyatdadır və faktiki olaraq istifadəsindədir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Yaranmış mübahisənin daha obyektiv və ədalətli həll edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyi alınmış və mühəndis texniki ekspertizası təyin edilmiş və aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/2316 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********37 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu. Saray qəsəbəsində yerləşən 0.0316 ha torpaq sahəsinin plan və ölçüdə göstərilən torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan (3 tərəfi daş hasar digər tərəfi şərti) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0249 ha təşkil edir. Elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********37 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu. Saray qəsəbəsində yerləşən 0.0316 ha torpaq sahəsinin plan və ölçüdə göstərilən torpaq sahəsinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. İşdə olan mütəxəssis rəyindən və ekspertiza rəyindən görünür ki, İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0316 ha torpaq sahəsi torpaq islahatına dair kompleks yer quruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması;
5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. İş materiallarından görünür ki, iddiaçının çıxarışında qeyd edilən torpaq sahəsi ilə onun naturada istifadə etdiyi torpaq sahəsi arasında uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Başqa sözlə, torpaq sahələrinin sənədləri ilə onun istifadəsində uyğunsuzluqların mövcud olması iş materiallarındakı mütəxəssis rəyi və ekspert rəyi ilə təsdiq edilir. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı ilk öncə sənəddə qeyd edilən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsindəki uyğunsuzluqları aradan qaldırmalı, bundan sonra isə zəbt etmə halı varsa, bu barədə iddia qaldırmalıdır. Hazırki halda İddiaçı Cavabdeh qarşı qanunsuz müdaxilənin qadağan olunması tələbinin hüquqi əsası yoxdur. Eyni zamanda rəydə, hazırda ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirilib, elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Abşeron rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olunması qeyd edilmişdir, İddiaçı isə mövcud sübutlarla iddia ərizəsinə baxılıb qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının iddia tələbi sübut olunmadığından iddianın təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda məhkəm qeyd edir ki, iddia tələbi üzrə İddiaçı hazırkı iddia tələbini Cavabdeh irəli sürməsi ilə əlaqədar Cavabdehlik daşıması hüququna malik olub-olmamsı araşdırılmışdır. Belə ki, iddia tələbində cavabdehə aid edilmiş torpaq sahəsi X8 mülkiyyətindədir. Cavabdeh isə həmin torpaq sahəsində tikilmiş evdə qeydiyyatda olmaqla yaşayır. Göründüyü kimi iddia tələbi torpağın mülkiyyətçisinə qarşı verilməsi əvəzinə orada yaşayan hazırkı cavabdehə qarşı qaldırılmış, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı cavabdeh iddia tələbində cavabdelik daşımadığından iddia tələbi əsassızdır, təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin; 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Mülki Prosessual Məcəllənin;
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən mülki iş üzrə ekspertiza tədqiqatının aparılması üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilməli, iddiaçıdan ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı qanunsuz müdaxilənin qadağan olunması barədə iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov