Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-280/2021 09.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə və maraqlı şəxs “xxxx” ASC-yə qarşı «maddi, mənəvi zərərin ödənilməsi və iddiaçının üzrəinə qoyulmuş öhdəliklərin cavabdehə ötürüməsi» tələbinə dair mülki işə 09 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” ASC arasında bağlanmış 29 mart 2015-ci il tarixli 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsi üzrə tərəfindən ödənilmiş 16653,31 manat məbləğində pul vəsaitinin, dəymiş maddi zərərlə bağlı 12600 manat məbləğində pul vəsaitinin və dəymiş mənəvi zərərlə bağlı 10000 manat məbləğində pul vəsaitinin, 30 manat dövlət rüsumunun, ümumilikdə 34283,31 manat vəsaitin «xxxx» MMC-dən alınaraq ona ödənilməsi və onunla “xxxx” ASC arasında bağlanmış 29 mart 2015-ci il tarixli 6-29- 03-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsi üzrə hal-hazırda onun üzərinə qoyulmuş öhdəliklərin «xxxx» MMC-yə ötürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə izahatında bildirdi ki, «xxxx» MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli ABB YM-0215 saylı “Mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən, “xxxx” MMC-nin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində hələ inşa edilməmiş bina 5, mərtəbə 11, ümumi sahə 31,2 kv.m ibarət 1 otaqlı 87 nömrəli təmirli və mebel ilə təchiz olacaq mənzili ona təhvil verilməli, o isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaiitini müəyyən edilmiş müddət ərzində (əvvəlcədən) ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Aralarında bağlanmış 24 mart 2015-ci il tarixli ABB YM-0215 saylı müqavilənin 3-cü bəndinə əsasən müqavilənin ümumi dəyəri 29,640 manat müəyyən edilmişdir və həmin məbləğin 2970 manat hissəsi onun şəxsi vəsaiti hesabına, qalan 26,670 manatı isə “xxxx” ASC (bundan sonra Bank) ilə bağlanmış təminatlı (ipoteka) kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilməli idi. O, 24 mart 2015-ci ildə «xxxx» MMC ilə bağlanmış müqaviləyə əsasən Cəmiyyətə 2970 manat məbləğində nağd pul vəsaitini ödəmiş və həmin müqaviləyə əsasən ödəməli olduğu 26670 manat məbləğində pul vəsaitini ödəmək üçün isə “xxxx” ASC ilə 29 mart 2015-ci il tarixdə Təminatlı (ipoteka) kredit müqaviləsi bağlamışdır. Bununla da, “xxxx” ASC ilə onun arasında bağlanmış 29 mart 2015-ci il tarixli 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsinin şərtlərinə əsasən Bank ona 26670 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüş olmuşdur. Aydın olduğu kimi onun burada marağı mənzil əldə etmək, cavabdeh «xxxx» MMC-nin marağı mənzili satmaq, “xxxx” ASC-nin marağı isə pul vəsaitini kredit vermək olmuşdur. Nəticə etibarı ilə «xxxx» MMC öz mənzilini sataraq razılaşdırılmış məbləği tam əldə etmiş olsa da, bugünə qədər (5 ildirki) hələ də həmin mənzil ona təhvil verilməmişdir. Bir sözlə bu vaxta qədər o “xxxx” ASC-yə 11653,31 manat məbləğində kredit və «xxxx» MMC-yə nağd qaydada 2970 manat nəbləğində pul vəsaiti ödəsə də həmin məbləğin qarşılığında artıq 5 ildir ki, «xxxx» MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməllərinin qurbanına çevrilmişlər. «xxxx» MMC ona təhvil verməli olduğu mənzili hələ də inşa edib başa çatdırmamış, yəni 24 mart 2015-ci il tarixli müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun həmin mənzilə marağı tamamilə itmişdir. Başına gətirilən oyunlara son qoyulması və vururmuş zərərin ödənilməsinə dair tələbi ilə bağlı tərəfindən (2019-cu ildə) məhkəməyə müraciət edilmiş və Nəsimi Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edərək, onunla «xxxx» MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli ABB YM-0215 saylı Mənzilin alqı-satqı müqaviləsi”nə xitam verilməsi və həmin müqaviləyə əsasən ödədiyi 2970 manat məbləğində pul vəsaitinin «xxxx» MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul etmişdir. Nəsimi Rayon Məhkəməsi “xxxx” ASC-yə ödədiyi 11653,31 manat məbləğində pul vəsaitinin “xxxx” ASC-dən tutularaq ona ödənilməsi ilə bağlı tələbi təmin etməmişdir. Eyni zamanda həmin mənzilin ona vaxtında (ağlabatan müddətdə) təhvil veriləcəyi təqdirdə onun hal-hazırda çəkdiyi kirayə xərclərini (36 ay x350 manat aylıq kirayə haqqı=12,600 AZN) azaldacağı barədə güman etdiyi fayda əlindən çıxmışdır. Həmçinin cavabdehin yaşatdığı stressə görə ona mənəvi zərər dəymişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında və məhkəməyə ünvanlandığı etirazında göstərdi ki, cavabdeh Cəmiyyət 24 mart 2015-ci il tarixli ABB YM-0215 saylı (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil üçün) Mənzilin alğı-satqı müqaviləsi üzrə mənzilin təhvil verilməsi öhdəliyindən yayınmır və təhvil veriləcək. Hazırda həmin müqavilə üzrə sözügedən mənzilin yerləşdiyi yaşayış binasının 10-cu mərtəbəsinin inşası yekunlaşır. İddia tələbinin təsviri və əsaslandırıcı hissəsi ilə tanış olduqda tam aydın olmasa da - ehtimal olunur ki, tələb olunan məbləği iddiaçı “xxxx” ASC-nə ödəmişdir. Çünki iddiaçı qeyd etdiyi kimi aldığı mənzil “xxxx” ASC-nin vasitəsilə maliyyəşdirilməklə 180 ay müddətinə illik 10 faiz dərəcəsi ilə kreditləşdirilmişdir. İddiaçı ilə “xxxx” ASC ilə bağlanmış 29.03.2015-ci il tarixli 6-29-03- 2015-YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə borclu İddiaçı təminat predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 5 saylı binanın, mərtəbə 11, ümumi sahəsi 31.2 kv.m olan 1 otaqlı 87 saylı mənzilin dəyərini ödəmək məqsədilə razılaşdırılmış müddətinə illik müvafiq dərəcəsi ilə müəyyən məbləğində kredit verilmişdir. Həmin müqavilənin tələbinə görə təminat predmeti məhz həmin mənzildir. Məhz bu səbəbdən mənzilə dair mübahisənin tərəflərindən biri də təminat predmetini saxlayan və maraqlarına toxunan Bankdır. Sözügedən 29.03.2015-ci il tarixli 6-29-03-2015-YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsinin 6.2-ci bəndinə görə, kredit üzrə faizlər üzrə bu Müqavilənin 5.2-ci bəndində nəzərdə tutulan tarixdən hesablanır və ödəniş cədvəlinə əsasən hər ayın 29-u tarixindən gec olmayaraq Borcalan tərəfindən Borc verənə ödənilir. Həmin Müqavilənin 11, 12, 13 və 14-cü bəndlərində Borcverənin (maraqlı şəxs “xxxx” ASC) və Borcalanın (İddiaçı) hüquq və vəzifələrində əlaqəli öhdəliklərin icrasının gecikdirilməsi və sair hallarda 29.03.2015-ci il tarixli 6-29-03-2015-YS- AAAF- AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə tələb hüququnun borc alan İddiaçı ötürülməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, Mülki Məcəllənin müddəalarında belə norma tənzimlənməmişdir. Hətta reqres hüququ nöqteyi-nəzərdən yanaşsaq belə o hüququn əsas borcluya deyil, zaminə aid edilməsi aşkardır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin Müştəri Xidməti Departamentinin 11.02.2020-ci il tarixli MXK-0022 nömrəli arayışından görünür ki, borclu İddiaçı 29.03.2015-ci il tarixli 6-29-03-2015-YS- AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə 11.02.2020-ci il tarixinə ödənilmiş vəsait 2342,77 manat əsas, 9310,54 manat faiz borcu olmaqla ümumilikdə 11653,31 manat təşkil edir. Halbuki iddiaçı borc alan İddiaçı 29.03.2015-ci il tarixli 6-29-03-2015- YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəyə (kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli) əsasən, 26.670 manat əsas kredit məbləğinə 180 ay müddətinə 24.917,02 manat faiz borcunun hesablanması tərəflər arasında razılaşdırılmış və İddiaçı tərəfindən qəbul edilməklə qismən icra edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09.07.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumu qeyd edir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləği hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. “xxxx” ASC-nin Müştəri Xidməti Departamentinin 11.02.2020-ci il tarixli MXK-0022 nömrəli arayışından görünür ki, borclu İddiaçı 29.03.2015-ci il tarixli 6-29-03-2015-YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə 11.02.2020-ci il tarixinə Bank qarşısında icra edilməmiş borc 24327,23 manat əsas, 2884,17 marat faiz borcu olmaqla ümumilikdə 27211,40 manat təşkil edir. İddiaçı cavabdeh Cəmiyyətdən dəymiş 12600 manat maddi zərərlə və dəymiş mənəvi zərərlə bağlı 10000 manat məbləğinin tələb edilməsi ilə bağlı bildiririk ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarından irəli gələrək, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki tələb üzrə Cəmiyyətin müqavilə üzrə öhdəliyinin icrasının gecikdirilməsi qanunsuz hərəkət və ya hərəkətsizlik kimi qiymətləndirilə bilməz. İddiaçının iddia tələbinin “onunla “xxxx” ASC-nə 29.03.2015-ci il tarixli 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə öhdəliklərinin “xxxx” MMC-yə ötürülməsi tələbinə ” hissəsi ilə bağlı qeyd edir ki, sözügedən Təminatlı kredit müqaviləsi üzrə borc verən “xxxx” ASC-ti olduğuna görə həmin müqavilə üzrə hüquq və vəzifələrin, və ya öhdəliklərin üçüncü şəxsə ötürülməsi yalnız borcverən ABB-Bankın razılığı ilə mümkündür. Belə bir müddəa nəzərdə tutulsa belə Cəmiyyət öhdəliyin qəbul edilməsindən imtina edir. Çünki Təminatlı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 5 saylı binanın, mərtəbə 11, ümumi sahəsi 31.2 kv.m. olan 1 otaqlı 67 saylı mənzilin likvid və bazar dəyəri əlverişsiz vəziyyətə salır, həmin mənzilin satışı prespektivi olduqca azaldır, həmçinin hazırda dönəmdə mümkünsüz edir. Bank isə faizi hesablamağa davam edir. Odur ki, «xxxx» MMC ilkin ödənişi qaytarmağa razıdır, bank tərəfindən hesablanan faiz borcuna görə məsuliyyət daşımır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 24 mart 2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, «xxxx» MMC ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən «xxxx» MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF- Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 11, ümumi sahəsi (balkon və eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 31,2 kv.mdən ibarət, 1 otaqlı, 87 №-li mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini, yəni 29640 manatı müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.-ci bəndinə görə müqavilə qiymətinin 2970 manatı Alıcının şəxsi vəsaiti hesabına, qalan 26670 manat isə “xxxx” ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənəcəkdir. İş materiallarında olan 29 mart 2015-ci il tarixli, 6-29-03-2015-YS- AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsindən (daxili ipoteka krediti üçün) görünür ki, Borc verən yəni, “xxxx” ASC borcalana yəni, İddiaçı mənzilin alnması üçün 26670 manat məbləğində kreditin verilməsini, Borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən qaydada krediti və kredi üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Nəsimi Rayon Məhkəmısinin 2(006)1461/2020 saylı, 13.03.2020-c il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh «xxxx» MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə görə ödənilmiş 2970 manat məbləğində pulun «xxxx» MMC tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Müştəri Xidməti Departamentinin 09.10.2020-ci il tarixli 2083 №-li arayışından görünür ki, borclu İddiaçı “xxxx” ASC-yə 29.03.2015-ci il tarixli 6-29-03- 2015-YS- AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə (sonuncu ödəniş 11.03.2019-cu il tarixində 150 manat olmaqla) hazırki dövrədək cəmi 11653,31 manat, bundan 2342,77 manat əsas borc, 9310,54 manat isə faiz borcu ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “xxxx” ASC ilə 26670 manat məbləğində 29 mart 2015-ci il tarixli, 6-29-03- 2015-YS- AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsi (daxili ipoteka krediti üçün) bağlaması və iddiaçıının cavabdehlə 24 mart 2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsi bağlaması, mahiyyətinə görə sonuncu müqavilənin mənzilin tikintisi məqsədilə bağlandığından, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 29640 manat olması, iddiaçının mənzilin dəyərindən ümumilikdə 2970 manatı öz hesabına, qalan 26670 manatın isə “xxxx” ASC tərəfindən «xxxx» MMC-in bank hesabına ödənilməsi işin mübahisə edilməyən hallarıdır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, ötən 5 il ərzində mənzil iddiaçıya təhvil verilməmiş, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası Nəsimi Rayon Məhkəmısinin 2(006)1461/2020 saylı, 13.03.2020-c il tarixli qətnaməsi ilə qanuni hesab edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 09.10.2020-ci il tarixli 2083 №-li arayışından da göründüyü kimi borclu İddiaçı “xxxx” ASCyə 29.03.2015-ci il tarixli 6-29-03-2015-YS- AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə (sonuncu ödəniş 11.03.2019-cu il tarixində 150 manat olmaqla) hazırki dövrədək cəmi 11653,31 manat, bundan 2342,77 manat əsas borc, 9310,54 manat isə faiz borcu ödənilmişdir. Məhkəmə hesab edir ki, «xxxx» MMC mənzilin dəyərini əvvəlcədən və tam şəkildə almasına,həmçinin həmin puldan tam şəkildə yararlanmasına baxmayaraq sonuncu tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçının ümid etdiklərindən məhrum olmasına səbəb olmuş, halbuki hər bir tərəf vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməlidir.Belə olan təqdirdə məhkəmə hesab edir ki, baxmayaraq ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 29.03.2015-ci il tarixli 6-29-03-2015-YS- AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi tərəflər arasında bağlanmış müstəqil müqavilədir, həmin müqavilənin təyinatı üzrə sonda iddiaçının mənzil eldə etməsi olmuş,lakin yuxarıda qeyd olunan faktiki hallardan göründüyü kimi cavabdehin təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heçnə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “xxxx” ASC-yə ödədiyi 11653,31 manat pulun cavabdeh «xxxx» MMC-dən tələb etməsi tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, iddia tələbinin dəymiş maddi zərərlə bağlı 12600 manat məbləğində pul vəsaitinin və mənəvi zərərlə bağlı 10000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 34283,31 manat vəsaitin «xxxx» MMC-dən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı mötəbər sübutlar, həmçinin iddia tələbinin iddiaçıyla “xxxx” ASC arasında bağlanmış 29 mart 2015-ci il tarixli 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsi üzrə hal-hazırda iddiaçı üzərinə qoyulmuş öhdəliklərin «xxxx» MMC-yə ötürülməsi hissəsi ilə bağlı hüquqi əsaslar müəyyən edilmədiyindən həmin hissələrdə rədd edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. «xxxx» MMC-dən 11653,31 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq «İddiaçı ödənilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-280/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-280/2021
09.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver