Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2802/2020 14.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ HakimSəfiyeva Cəmilə İbrahimqızınınsədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının, Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətin bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında həyətyanı sahə üzərində mülkiyyət hüquqlarının qeydə alınması barədə keçmiş AR DTXK Abşeron şöbəsinin xx xxxxxx 2005ci il tarixli şəhadətnaməsinin ləğv edilməsi, həyətyanı sahənin naturada istifadə etdiyi paylara uyğun ½ hissədə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onun hazırda yaşadığı həyətyanı torpaq sahəsində onun, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 hüquqları xx xxxxxx 2005-ci il tarixli şəhadətnamə ilə qeydiyyata alınmışdır. Faktiki olaraq ümumi sahəsi 0,12 ha olan bu həyət hasarla 2 hissəyə bölünmüşdür. Qardaşı Cavabdeh5la ayrı-ayrı giriş-çıxış olan ½ hissəyə böldükləri evlərdə 40 ildən çoxdurki yaşayırlar. Torpaq sahəsi 1973-cü ildə onun atasında verilmiş və atasının iki oğlu – onun və Cavabdeh5 arasında bölünmüşdür. Lakin sonradan qardaşı ailə üzvlərini də torpaq şəhadətnaməsinə qeyd elətdirmişdir. Bu baxımdan həyətin faktiki yaşadıqları istifadəsinə uyğun naturada böldükləri qaydada ayrıca hüquqlarının qeydə alınması üçün məhkəmə qaydasında həllinə zərurət yaranmışdır. Ona görə də, ünvan 1 ünvanında həyətyanı sahə üzərində mülkiyyət hüquqlarının qeydə alınması barədə keçmiş AR DTXK Abşeron şöbəsinin xx xxxxxx 2005-ci il tarixli şəhadətnaməsinin ləğv edilməsi, həyətyanı sahənin naturada istifadə etdiyi paylara uyğun ½ hissədə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, iddaçı, yəni onun qardaşı İddiaçı heç bir maneə yaranmayıbdır. Torpaq sahəsini istədiyi kimi istifadə edir. Qardaşı İddiaçı sadəcə onun oğlunun torpaq sahəsini ələ keçirtməkdən ötrü bu iddianı qaldırıbdır. Torpaq atasından miras kimi qalmış və onunla qardaşı İddiaçı arasında bölünmüşdür. O, torpaq sahəsinin ona məxsus payından ailə üzvləri ilə birlikdə idarə etmişdir. İddaçı xarici ölkədə olmuş, qayıtdıqdan sonra da torpaq sahəsinin özünəməxsus hissəsindən istifadə etmiş və hal-hazırda da öz payından istifadə etməkdədir. Ona görə də, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin ediməməlidir. Belə ki, mülki işin materiallarında olan JN-712A KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon X1 xx xxx 1998-ci il tarixli 16 №-li qərarı ilə 0,12 ha torpaq sahəsi 1. İddiaçı, 2. Cavabdeh3, 3. Cavabdeh1, 4. Cavabdeh2, 5. Cavabdeh4 və 6. Cavabdeh5 mülkiyyətinə verilmiş, şəhadətnamə iki nüsxədən ibarət tərtib edilərək, 7377 № ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi İddiaçı verilmişdir. Azərbaycan Respublikası 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin araşdırılan hallarından müəyyən ediir ki, işdə olan JN-712A KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən göründüyü kimi Abşeron rayon X1 xx xxx 1998-ci il tarixli 16 №-li qərarı ilə 0,12 ha torpaq sahəsi 1. İddiaçı, 2. Cavabdeh3, 3. Cavabdeh1, 4. Cavabdeh2, 5. Cavabdeh4 və 6. Cavabdeh5 mülkiyyətinə verilmiş, lakin onlarınpayları müəyyən edilməmişdir.Paylı mülkiyyətçilərin ümumibirgə mülkiyyətdə payları müəyyən edilmədiyi bir halda,naturada bölgü aparılması mümkün olmadığından iddia tələbi bu əsasda əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətin bölünməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıka--yəti ve-rilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2802/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2802/2020
14.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver