Məhkəmə qərarları › İş №2(012)-2808/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2808/2020

17.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2808/2020 17.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Cəmilə İbrahim qızı Səfiyevanın sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, X6 adına X8 cavabdeh ƏMDK yanında DƏDRX-nın 4 saylı X2rşı, 3-cü şəxs Həsənov Rövşən İsmayıl oğlu çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında , açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 adına X10 cavabdeh ƏMDK yanında DƏDRX-nın 4 saylı X2rşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Rövşən İsmayıl oğlu Həsənova verilmiş xx.xx.2008-ci il tarixli MH0025756 saylı çıxarışın ləğv edilməsi, ərazinin boşaldılması və gələcəkdə hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1 maddəsinə görə işin icraatına xitam verilməlidir. İşin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 23.07. 2019-cu il tarixli, 2(012)-2731/2019- saylı qətnaməsindən müəyyən edilir ki, iddiaçı Həsənov Rövşən İsmayıl oğlu cavabdeh Heydər Əliyev adına X9 qarşı mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində tikinti işləri aparılmasına icazə verilməsi,cavabdeh tərəfindən edilən mənelərin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmiş Həsənov Rövşən İsmayıl oğluna məxsus xx.xx.2008-ci il tarixli MH0025756 saylı çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına edilən maneələr cavabdehə qadağan edilmişdir. Hazırkı iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdeh tərəfindən Rövşən İsmayıl oğlu Həsənova verilmiş xx.xx.2008-ci il tarixli MH0025756 saylı çıxarışın ləğv edilməsi, ərazinin boşaldılması və gələcəkdə hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Həsənov Rövşən İsmayıl oğluna məxsus xx.xx.2008-ci il tarixli MH0025756 saylı çıxarış Xırdalan Bələdiyyə Başçısının xx xxxx 2006-cı il tarixli 173 saylı sərəncamı əsasında verilmişdir. Həmin sərəncam isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. O halda, məhkəmə hesab edir ki, hazırkı halda iş məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməli, iddiaçıya isə qeyd edilən çıxarışın verilməsinə əsas olan sənədlərin məhkəmədə mübahisələndirilməsi hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 adına X8 cavabdeh ƏMDK yanında DƏDRX-nın 4 saylı X2rşı çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən C.İ. Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar