Məhkəmə qərarları › İş №2(012)-2815/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2815/2020

07.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2815/2020 07.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Azərbaycan Respublikası Abşeron rayonu Masazır Bələdiyyəsinin cavabdeh “ŞOK” Marketə (icraçı direktoru Hadir Rəcəbov) qarşı torpağa, tikiliyə dair və ya istifadəyə dair sənədlərin təqdim olunmasına dair iddia ərizəsinə xx xxxx 2020-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Azərbaycan Respublikası Abşeron rayonu Masazır Bələdiyyəsi cavabdeh “ŞOK” Marketə (icraçı direktoru Hadir Rəcəbov) qarşı torpağa, tikiliyə dair və ya istifadəyə dair sənədlərin təqdim olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Masazır Bələdiyyəsinin inzibati ərazisi olan Masazır kəndi, Əliağa Vahid küçəsi 265 ünvanda yerləşən obyektin altındakı və onun ətrafındakı torpaq sahəsi, eyni zamanda üstündəki tikiliyə dair mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədlərin surətlərinin (bələdiyyədə uçota durmaqla vergiyə cəlb olunması üçün) cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.1 maddəsinə görə geri qaytarılmalıdır. MPM-nin 149.2.3 maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı olan tələblər göstərilməlidir. Həmin Məcəllənin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hakim tərəfindən geri qaytarılmalıdır. Həmin Məcəllənin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilən sənədlərdən cavabdehin hüquqi şəxs və ya fərdi sahibkar olması müəyyən edilmir. Həmçinin iddiaçının tələb etdiyi sənədlər barədə məlumatlar isə iddiaçı bələdiyyənin elə özündə olmalıdır, əks halda iddiaçı bu sənədlərin mövcudluğu barədə müvafiq icra orqanlarına müraciət etməlidir. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Azərbaycan Respublikası Abşeron rayonu Masazır Bələdiyyəsinin cavabdeh “ŞOK” Marketə (icraçı direktoru Hadir Rəcəbov) qarşı torpağa, tikiliyə dair və ya istifadəyə dair sənədlərin təqdim olunmasına dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar