Məhkəmə qərarları › İş №2(012)-2868/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2868/2021

08.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2868/2021 08.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh Şöbəsi,3-cü şəxslər «X1 Mərkəzi»MMC və X2 qarşı «Cavabdeh şöbəsinin icra vərəqəsi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh Şöbəsi,3-cü şəxslər «X1 Mərkəzi»MMC və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh «Cavabdeh şöbəsinin 2(105)-20/2020 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı Cavabdeh Şöbəsi,3-cü şəxslər «X1 Mərkəzi»MMC və X2 qarşı «Cavabdeh şöbəsinin 2(105)-20/2020 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz. Çünki, Cavabdeh Şöbəsinin icra vərəqəsi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair məhkəməyə müraciət - iddia ərizəsi ilə deyil (yəni, iddia icraatı qaydasında deyil), "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada tərtib edilmiş şikayətlə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 231, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq,məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Şöbəsi,3-cü şəxslər «X1 Mərkəzi»MMC və X2 qarşı «Cavabdeh şöbəsinin icra vərəqəsi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar