Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2907/2021 12.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili-nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5400 manat maddi ziyan, 5000 manat mənəvi zərər olmaqla cəmi 10400 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 19.04.2010-cu il tarixdə X24 MMC ilə bağladığı müqaviləyə əsasən, Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksi bina-14, mənzil-28 ünvanında yerləşən 2 (iki) otaqlı mənzili 2014-cü ildə tam təmirli halda əldə etmişdir. X8 2012-ci ildə Gürcüstan vətəndaşı olan X13 (sonra həyat yoldaşı Cuvarov Musanın soyadını qəbul edərək Cuvarova olmuşdur) ilə nikaha daxil olmuş və ona məxsus mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hərbi şəhərcik ev-31 ünvanına gəlin köçmüşdür. Cavabdehin atasının verdiyi cehizlər də bu ünvanda yerləşdirilmişdir. Bu ünvanda da Azərbaycan Respublikasında Əcnəbilərin və Vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə 26.03.2022-ci ilə qədər Azərbaycan Dövlət Miqrasiya xidmətində pasport qeydiyyatına alınmışdır. Birgə nikahlarından 13.04.2013-cü il tarixdə X16 anadan olmuşdur. 2014-cü ildə X8 iş yerini H.Əliyev adına X12 İnşaatçılar metrosu yaxınlığına dəyişdikdən sonra, məsafənin uzaqlığına və bəzən işdən gec çıxanda evə (Xəzər rayonu, Qala qəsəbəsi, Hərbi şəhərcik ev-31 ünvanına) çox çətinliklə gəldiyini nəzərə alaraq ondan xüsusi mülkiyyətində olan Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, bina-14, mənzil-28 ünvanında yerləşən 2 (iki) otaqlı mənzildən müvəqqəti istifadə etməyi xahiş etmiş və mənzili 300 manata kirayə verməyinə icazə verməmişdir. Faktiki olaraq oğlu M.İddiaçı 2014-cü ildən 2018-ci ilin avqust ayına kimi öz ailəsi ilə birlikdə bu ünvanda yaşamışdır. Məhz elə bu dövrdə gəlini Cavabdeh o və onun qohumları ilə əlaqəsini tamam kəsmiş, 84 yaşlı anası Cuvarova Səriyyəni evdən qovmuş, onu bir qaynata kimi, oğlunu isə həyat yoldaşı saymamış və özünü 6-cı mərtəbədən atacağı ilə şantaj etmişdir. 2018-ci ilin avqust ayından qardaşı X4 nişan məclisində iştirak etmək üçün Gürcüstan Respublikası Marneuli rayonunun Qızılhacılı kəndinə, atası evinə gedən gəlini Cavabdeh yalnız 27.09.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-1665/2019 saylı qətnaməsinə əsasən, X8 ilə arasında bağlanmış nikaha xitam verildiyi gün gəlib Bakıya çıxmışdır. Eyni zamanda, Cavabdeh bir ildən çox Gürcüstan Respublikasında qaldığı dövrdə oğlu M.İddiaçı dörd dəfə (31.12.2018-ci ildə, 08.03.2019-cu ildə, 22.03.2019-cu ildə və 13.04.2019-cu ildə), o isə bir qaynata kimi səhhəti (03.02.2018-ci ildə Bakı şəhərinin X3 açıq ürək əməliyyatı keçirmişdir) imkan verən kimi (21-27.06.2019-cu ildə) oğlunun ailəsinin dağılmaması üçün cavabdeh olan gəlininin geri qayıtması üçün əlindən gələni etmişdir. Lakin cavabdeh olan gəlin Cavabdeh ona atası evindən heç yerə getməyəcəyini israrla bildirmişdir. Nikahlarına xitam verildikdən bir ay keçməmiş 23.09.2019-cu il tarixdə Cavabdeh və onun anası Əliyeva Kəmalə, (oğlunun keçmiş qaynanası) yanlarında qapını sındırmaq üçün bir usta, onun icazəsi olmadan və iradəsinə zidd olaraq Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksi bina-14 mənzil-28 ünvanında yerləşən 2 (iki) otaqlı mənzilinə məcburi daxil olmuşlar, evin açarını isə dəyişərək evini zəbt etmiş və bu günə qədər də dəfələrlə tələblərinə baxmayaraq evi boşaltmadan mənzildən çıxmaqdan imtina edirlər. Beləliklə də, o, cavabdehin qeyri-qanuni əməlləri nəticəsində özünə məxsus əmlaka dair istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Lakin Cavabdeh 2018-ci ilin avqust ayından 2019-cu ilin sentyabr ayınadək Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günləri cəmi 180 gündən çox olduğundan, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazəsi ləğv edilmişdir. Cavabdeh 2019-cu ilin sentyabr - dekabr aylarında onun tanımadığı bir ünvana Bakı şəhəri Yeni Yasamal 1 bina-3 mənzil-53 ünvanına Dövlət Miqrasiya Xidmətində Qeydiyyata düşmüşdür. 24.12.2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsinə “cavabdehin mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh Seirab qızı isə 17.02.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə “azyaşlı uşağı ilə birlikdə yaşayış evinə istifadə hüququnun tanınması barədə” qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda bütün bu vaxt ərzində cavabdeh Cuvarova (Əliyeva) Nabad Seirab qızı qeyri-qanuni olaraq ona məxsus mənzildə yaşamaqda davam etməkdədir. Hətta qanunsuz olaraq onun razılığı və icazəsi olmadan Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 80725204 saylı bildirişdən göründüyü kimi qəbul edən tərəf, o olacağı təqdirdə, ona məxsus mənzilə tanımadığı və onun mülkiyyətində olan mənzilə heç bir aidiyyəti olmayan Tağıyev Maarif adlı şəxsin fiksasiyası edilməklə saxtakarlıq edilərək mənzilinə müvəqqəti qeydiyyata alınmışdır. Bu kimi cinayət xarakterli əməllərin qarşısını almaq və müvafiq araşdırma aparılması üçün tərəfindən prokurorluq və digər hüquq-mühafizə orqanlarına da ərizə ilə müraciət etmişdir. Bilavasitə həmin bildirişi də məhkəməyə təqdim etmişdir. Bildirişdən göründüyü kimi Dövlət Miqrasiya Xidməti tərəfindən sonuncu dəfə cavabdeh ona məxsus ünvan 7 ünvanında 26.01.2020-ci il tarixdən 12.04.2020-ci il tarixinədək müvəqqəti qeydiyyata düşmüşdür və bu qeydiyyat qeyri-qanuni olaraq Covid-19 pandemiyası ilə əlaqədar olaraq 12.06.2020-ci ilə qədər uzadılmışdır. 16.03.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-747/2020 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iddiaçı X20 (qərardadda soyadı Əliyeva qeyd edilmişdir) qızının cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması barədə iddia tələbinə baxılıb qurtaranadək onun tərəfindən qaldırılmış Abşeron Rayon Məhkəməsindəki mülki işin icraatı dayandırılmışdır və bununla da onun evini ələ keçirmək üçün məhkəmə prosesini uzatmaq yoluna vəkili və nümayəndəsi Z.M.Ağayev ilə qədəm qoymuşlar. 31.08.2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1367/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı onun və himayəsində olan azyaşlı qızı X10 ünvan 8 ünvanına istifadə hüququnun tanınması barədə iddia ərizəsi təmin edilməmişdir. 14.10.2020-ci il tarixində işi uzatmaq məqsədi ilə şikayət etmək hüququnun ən sonuncu günü Cavabdeh Seirab qızı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(002)-1367/2020 saylı 31.08.2020-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(103)-8443/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və 1-ci instansiya məhkəməsinin 2(003)-1367/2020 saylı 31.08.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 16.02.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində iddiaçı Cavabdeh Seirab qızının cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair 2(103)-8443/2020 saylı mülki iş baxıldıqdan sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsində mülki iş üzrə icraat təzələnərək İddiaçı iddia tələbinə dair 2(012)-133/2021 saylı iş üzrə dayandırılmış birinci məhkəmə iclasını 17.03.2021-ci il tarixdə keçirmişdir və sonuncu məhkəmə iclası 21.04.2021-ci il tarixinə təyin edilmişdir. 25.01.2021-ci il tarixdə o, iddiaçı olaraq Cavabdeh Seirab qızına qarşı ona yetirilmiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsində iddia ərizəsi qaldırmış, həmin iddia ərizəsinə təqdim edilmiş əlavə materiallar Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(012)-1573/2021 saylı, 28.01.2021-ci il tarixli qərardadla baxılmadan geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq tərəfindən hazırki vaxtda Cavabdeh Seirab qızının hansı ünvanda müvəqqəti qeydiyyatda olmasına dair sənədi və Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehin əmlakının olduğu yer və ya məlum olan axırıncı yaşayış yeri barədə hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda qərardadla izah edilmişdir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Qərardadda qeyd edilən nöqsanı aradan qaldırmaq məqsədi ilə və Cavabdeh Seirab qızının hal-hazırda hansı ünvanda müvəqqəti qeydiyyata götürüldüyü və ya sonuncu dəfə qeydiyyatda olaraq yaşayış yeri haqqında müvafiq arayış Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən əldə etmək məqsədi ilə müvafiq olaraq Xırdalan Vəkil Bürosunun vəkili İ.T.İmanov ilə müqavilə bağlanılmış və 27.02.2021ci il tarixli 153 nömrəli vəkil sorğusuna əsasən DMX-dən alınmış 17.03.2021-ci il tarixli 05/1223 saylı arayışdan görünür ki, Gürcüstan vətəndaşı, 08.03.1992-ci il təvəllüdlü Cavabdeh (pasport №10BB93166) müvəqqəti olma müddəti 11.06.2020-ci il tarixədək uzadılmış və ünvan 9 ünvanına qeydiyyata alınmışdır. Müvafiq olaraq arayışdan göründüyü kimi Cavabdeh sonuncu müvəqqəti qeydiyyata alındığı ünvan Abşeron rayonu Masazır Ərazi Dairəsi Yeni Bakı yaşayış kompleksi bina-14, mənzil-28 olmuşdur. Yuxarıda qeyd edilən xüsusatları göstərməkdə məqsədi ondan ibarətdir ki, 23.09.2019-cu il tarixdən 2021-ci ilin bu gününə kimi bir müddətdə cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, xüsusi mülkiyyətində olan ünvan 11 ünvanındakı mənzilindən istifadə etmək və sərəncam vermək hüququndan məhrum olmağı ilə bağlı, bilavasitə həmin mənzildən gəlir əldə etmək kimi sərəncam vermək hüququndan da məhrum olmuşdur. Belə ki, mənzilini kirayə verərək, oradan hər ay 300 manat, (18x300=5400) ümumən 18 ay ərzində 5400 manat əldə etmək imkanı olduğu halda bu pul vəsaiti əldən çıxmış fayda kimi dəyərləndirilməlidir. Bu məbləğ onun əmlakının əvəzi kimi və mülki dövriyyədən əldə etdiyi gəlir kimi ona ödənilməlidir. Onun razılığı alınmadan icazəsiz mənzili zəbt etməyi, müxtəlif instansiyalara şikayət etmələri, qapılara ayaq döymələri, keçirdiyi əsəb, iztirablar və sarsıntı keçirməyi ilə müşahidə olunmuş, bunun nəticəsində iddiaçı olaraq ona mənəvi ziyan da dəymişdir. İddiaçı olaraq açıq ürək əməliyyatı keçirmiş və 2007-ci ildən şəkərli diabet xəstəsidir. Onunla birlikdə yaşayan ailə üzvlərinin də əsəbi, psixoloji və mənəvi sarsıntılar keçirmələri də açıq-aşkar müşahidə edilmişdir. Ona dəyən mənəvi ziyan cavabdeh tərəfindən ödənilməlidir ki, bu məbləği də 5000 manat dəyərində qiymətləndirir. Beləliklə, ona qarşı qanunsuz hərəkətlər edilmiş, sarsıntı və əsəbi hallar keçirmiş, mənzili bir ildən artıq (16 aydır) sahibi olaraq ona qaytarılmamış və o, mənzilin mülkiyyətçisi kimi gəlir əldə etməkdən məhrum olmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi X14 İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. (bundan sonra mülki Prosessual Məcəllə adlandırılacaq) maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun vəkili-nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.05.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksi 14 saylı evin 28 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 236 saylı reyestr kitabının 13 saylı vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 15.05.2020-ci il tarixli **********441-05335-093017 saylı texniki pasportun surətindən müəyyən olunur ki, Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksi 14 saylı evin 28 saylı mənzili İddiaçı mülkiyyətindədir. -İcraçı X24 MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış 19.04.2010-cu il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi yaşayış binalarının 14 korpusundakı ümumi sahəsi 63.71 kv.m olan 28 saylı mənzili sifarişçiyə verməyi, sifarişçi isə həmin mənzili almağı və qabaqcadan müəyyənləşdirilmiş qaydada mənzilin dəyəri olan 25484 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. -X24 MMC ilə İddiaçı arasında bağlanmış öhdəlik müqaviləsinin surətindən görünür ki, İddiaçı 2 otaqlı mənzilin tikintisinə görə X24 MMC-yə 5097 manat məbləğində 20% ilkin haqq ödədikdən sonra qalan məbləği hər ay 485 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, mənzilin hər kv.m üçün 400 manat hesablanması nəzərdə tutulmuşdur. -İddiaçı cavabdeh X11 qarşı Abşeron Rayon Məhkəməsinə ünvanlandığı iddia ərizəsinin surətindən görünür ki, iddiaçı cavabdehin ünvan 7 ünvanında yerləşən 2 otaqlı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. -İddiaçı X7 cavabdeh İddiaçı qarşı Abşeron Rayon Məhkəməsinə ünvanlandığı qarşılıqlı iddia ərizəsinin surətindən görünür ki, iddiaçı onun və himayəsində olan azyaşlı qızı X10 ünvan 7 ünvanına istifadə hüqununun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. -Qarşılıqlı iddia ərizəsindən daha sonra görünür ki, iddiaçı cavabdeh ilə nikaha daxil olduqdan sonra qaynatasının onlara hədiyyə etdiyi ünvan 7 ünvanına köçərək 2018-ci ilin avqust ayınadək orada yaşadıqlarını, lakin münasibətləri baş tutmadığından Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27.08.2019-cu il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu, həmin vaxtdan da keçmiş qaynatasının razılığı ilə kiçik azyaşlı qızı ilə həmin ünvanda yaşadığını bildirmişdir. -Abşeron Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli 2(012)-747/2020 saylı qərardadından görünür ki, Xəzər rayon Məhkəməsində iddiaçı X7 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması barədə iddia tələbinə baxılıb qurtaranadək mülki işin icraatı dayandırılmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli 2(003)-1367/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Nabad Juvarovanın (Cuvarova) cavabdeh İddiaçı qarşı - onun və himayəsində olan azyaşlı qızı X10 ünvan 14 ünvanına istifadə hüququnun tanınması barədə iddiası təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(103)-8443/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli 2(003)-1367/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Abşeron Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli 2(012)-133/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, X7 ünvan 16 ünvanında yerləşən 2 otaqlı mənzildən çıxarılması, 20 manat dövlət rüsumuna görə pulun X5 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15.10.2019-cu il tarixli məktubundan görünür ki, Gürcüstan vətəndaşı Juvarova Nabadın Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsinin ləğv edilməsi ilə bağlı 25.09.2019-cu ildə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş və C-6137/7166/ə daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş ərizəyə aidiyyəti üzrə baxılmışdır. Gürcüstan vətəndaşı N.Juvarova ilə nikahının pozulması və bununla əlaqədar onun daimi yaşamaq üçün icazə vəsiqəsinin ləğv edilməsi tam əsassızdır. Miqrasiya Məcəlləsinin 55.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi üçün əsaslardan biri aradan qalxsa da (nikahın pozulması), digər əsas üzrə (övladının Azərbaycan Respublikasının vətəndaşı olması Miqrasiya Məcəlləsinin 3.0.12-ci) hüquqi münasibəti davam edir. Lakin N.Juvarovanın Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduğundan, Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi ləğv edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin 17.05.2021-ci il tarixli 05/1223 saylı məktubundan görünür ki, Gürcüstan vətəndaşı 08.03.1992-ci il təvəllüdlü Nabad Juvarovanın (pasport № 10BB93166) müvəqqəti olma müddəti 11.06.2020-ci il tarixədək uzadılmış və ünvan 17 ünvanına qeydiyyata alınmışdır. -Əzizbəyov RPŞ tərəfindən verilmiş 01.05.2009-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Qala qəsəbəsi Hərbi şəhərcik 31 saylı evdə qeydiyyatdadır. -Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 13.06.2020-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu Masazır ərazi dairəsi Masazır kəndi Yeni Bakı yaşayış kompleksi 14 saylı evin 28 saylı mənzili İddiaçı mülkiyyətindədir və qeydiyyatda heç bir şəxs yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı oğlu Musa Cuvarov Cavabdeh Seirab qızı ilə nikaha daxil olduqdan sonra iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hərbi Şəhərcik 31 saylı evdə yaşamağa başlamış, sonradan, əldə olunmuş razılığa əsasən iddiaçının oğlu, cavabdeh və tərəflərin birgə nikahlarından anadan olmuş X2 rayonu Masazır qəsəbəsi Yeni Bakı Yaşayış Kompleksi 14 saylı evin iki otaqlı 28 saylı mənzilinə köçüb yaşamağa başlamışlar. İddiaçının bildirdiyinə görə, həmin mənzili o, kirayə vermək niyyətində olmuş, lakin oğlu ailəsi ilə orada yaşamağa başladığından o, kirayə verib gəlir əldə etmək hüququndan məhrum olmuşdur. Lakin iddiaçının oğlu və cavabdehin nikahı pozulduqdan sonra cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam etməklə, iddiaçının mülkiyyət hüquqlarının həyata keçirməsinə mane olmuşdur. Ona görə də İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5400 manat maddi ziyan, 5000 manat mənəvi zərər olmaqla cəmi 10400 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X9 haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X9 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddiaçı iddia tələbində 18 ay ərzində hər ay 300 manat olmaqla cəmi 5400 (18x300=5400) manat kirayə pulundan məhrum olduğunu, həmin məbləğin cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də, iddia tələbində irəli sürdüyü halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş və yalnız mülahizələrə əsaslanmışdır. Belə ki, iddiaçı mülkiyyətində olan evindən cavabdehin çıxmaması nəticəsində gəlirdən məhrum olmasını bildirsə də işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı evini oğluna ailəsi ilə birlikdə qalması üçün könüllü olaraq vermiş, onların həmin mənzilə köçərək yaşamasına razı olmuşdur. Sonradan onlar arasında münasibətlər pozulmuş və cavabdehlə iddiaçının oğlu arasında nikah ləğv edilmiş, bundan sonra iddiaçı cavabdehdən evin boşaldılması tələb etmişdir. Onalar arasında bir neçə məhkəmə çəkişməsi olmuşdur. Göründüyü kimi iddiaçı könüllü olaraq evini cavabdehə verməsinə baxmayaraq hazırda ona qarşı kirayə pulu ilə maddi ziyan tələbi etməsi əsaslı deyildir. Bu səbəbdən də məhkəmə iddia tələbinin 5400 manat maddi ziyan tutulmasına dair iddia tələbini bu hissədə təmin etmir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı mənəvi ziyan tələbində cavabdehin müxtəlif instansiyalara şikayət etməsi ilə əsaslandırmışdır ki, məhkəmə həmin hissədə qeyd edir ki, hər bir şəxsin öz hüquqlarının müdafiəsi üçün müxtəlif orqanlara və eləcə də məhkəməyə müraciət etmək hüquqları vardır. Bununla belə işin araşdırılan hallarından göründüyü kimi tərəflər məhkəməyə müraciət etmək hüquqlarından istifadə etmişlər. Məhkəmə müdafiə hüquqlarından istifadə etmək hər kəsin əsas hüquqları olmaqla konstitusion hüququdur. İddiaçı məhkəmə araşdırılmaları zamanı keçən vaxtın onun səhhətinə ziyan vurmasını, bununla əlaqədar sarsıntı, istirablar, ürək əməliyyatı keçirməsini ərizəsində və izahatında göstərsə də, bunların bilavasitə cavabdehin təqsirli hərəkəti nəticəsində olması barədə hər hansı sübutları məhkəməyə təqdim etmişdir. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə həmçinin bildirir ki, Mülki Prosessual Məcəllənin; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanunun 9.1.20.-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Beləliklə məhkəmə işin araşdırılan hallarını, tədqiq edilən sübutları qiymətləndirib və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2907/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2907/2021
12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver